Məhkəmə qərarları › İş №e-2(032)-801/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-801/2024

20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-801/2024 20.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan qeyri-yaşayış sahəsini boşaltmamasına görə tərəfindən verilmiş iddia üzrə vəkilə ödədiyi 1500 manat, 2023-cü ilin noyabr ayından iddianın verildiyi günə kimi aylıq 150 (yüz əlli) manat olmaqla 5 ay ərzində 750 manat, son beş ay ərzində ödənilməmiş icarə haqqına görə aylıq 400 manat olmaqla, cəmi 2000 manat, vurulmuş mənəvi zərərə görə 3000 (üç min) manat, dövlət rüsumuna görə ödənilmiş 94 (doxsan dörd) manat olmaqla, cəmi 7344 (yeddi min üç yüz qırx üç) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şirvan şəhəri 28 May küçəsindən icarəsində olan 0,0036 ha torpaq sahəsi və onun üzərində yerləşən 3/4T nömrəli 1 girişli, 29,12 kv.m ümumi, 29.12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (Mağaza) tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin torpaq sahəsi və qeyri-yaşayış sahəsinin ona məxsus olması ilə bağlı Azərbaycan Respublikasının DƏDRX HDQHDƏDR-dən xx.xx.2008-ci il tarixli, ******* nömrəli, MH seriyalı çıxarış alınmışdır. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 0,008 ha olmaqla müvafiq qaydada qeydiyyatdan keçmişdir. Həmin qeyri-yaşayış sahəsini Şirvan Şəhər Mərkəzi X1 müdiri Cavabdeh icarə verməyinə baxmayaraq Cavabdeh nə qeyri-yaşayış sahəsindən çıxır, nə də ki bununla bağlı icarə pulunu ona ödəyir. Belə ki, o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin rəisi Dadaş Hüseynovla əlbir olaraq onun köməkliyi nəticəsində həmin qeyri-yaşayış sahəsinin guya ona məxsus olması ilə bağlı onun rəsmi çıxarışı aldığı tarixdən əvvəlki tarixə saxta sənədlər hazırlamışlar. Bununla da onun mülkiyyət (sərəncam, istifadə, sahiblik) hüququ kobud şəkildə pozulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri son 5 ay müddətində davam etməkdədir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi zərərlər dəymişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə verilməsi üçün onun ona aylıq 400 (dörd yüz) manat ödəməsi ilə bağlı aralarında razılaşma olmuşdur. Lakin cavabdeh son 5 ay ərzində öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə son 5 ay müddətində aylıq 400 manat olmaqla, cəmi 2000 (iki min) manat pul vəsaitindən də məhrum olmuşdur. Bununla cavabdeh tərəfindən bu hissədə ona cəmi 2000 (iki min) manat məbləğində maddi zərər dəymişdir. Həmçinin cavabdehin ona məxsus olan qeyriyaşayış sahəsindən çıxarılması barədə tərəfindən Şirvan Şəhər Məhkəməsinə müraciət edilmiş, buna görə rəsmi vəkillə müqavilə bağlanmışdır. Vəkillə müqavilə bağlamaq üçün tərəfindən ona 1500 (min beş yüz) manat məbləğində ödəniş ödənilmişdir. Həmçinin qeyriyaşayış sahəsinin ona məxsus olmasına görə Bələdiyyə Mülkiyyətçisinin İcarəsinə görə hər ay 150 manat məbləğində ödəniş ödənilir. Beləliklə hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş qanunsuz əməllərə görə vəkilə ödədiyi 1500 (min beş yüz) manat, son beş ay ərzində Bələdiyyə xərcləri ilə əlaqədar aylıq 150 (yüz əlli) manat olmaqla 5 ay ərzində ödədiyi cəmi 750 (yeddi yüz əlli) manat, həmçinin ödənilməmiş icarə haqqına görə cəmi 2000 (iki min) manat maddi ziyan cavabdeh tərəfindən ona ödənilməlidir. Həmçinin qeyd edir ki, cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxması barədə dəfələrlə tələblər irəli sürməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə boşaltmaqdan boyun qaçırtmışdır. Bu mübahisədən dolayı keçirtdiyi əsəb stressə görə müalicə olunmuş, mənəvi stress keçirtmişdir. Cavabdeh hər müraciətində onun mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxmaq əvəzinə hər dəfə onunla mübahisə edir. Həmçinin özü üçüncü qrup əlildir, hər dəfə keçirdiyi əsəb, stress ona ciddi təsir edir. Cavabdehə dəfələrlə etdikləri haqlı tələblərə baxmayaraq qeyri-yaşayış sahəsini boşaltmamış, onunla mübahisə etmiş və nəticədə ona mənəvi zərər vurmuşdur. Buna görə də hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş 3000 (üç min) manat məbləğində mənəvi zərər ödənilməlidir. Məhkəmə iddia tələbi üzrə mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisəyə aid olub-olmaması ilə bağlı tərəflərə münasibət bildirməyi təklif edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iş üzrə tərəflərin vergi ödəyicisi kimi qeydiyyatdan keçməsinə baxmayaraq mübahisənin mülki xarakterli olması nəzərə alınaraq hazırkı iddia tələbi üzrə işə Şirvan şəhər Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, hazırkı iddia tələbi üzrə cavabdeh olan Cavabdeh ilə aralarında razılaşma olmuş və həmin razılaşmaya əsasən o, qeyri-yaşayış sahəsinin və torpaq sahəsini sonuncuya icarəyə vermişdir. Torpaq sahəsini və qeyri-yaşayış sahəsini icarəyə verməkdə məqsədi gəlir əldə etmək olmuşdur. Halhazırda özü vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir və buna dair ona müvafiq VÖEN verilmişdir. Məhkəmə iclasında Cavabdeh mülki işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Həmçinin bildirdi ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, Rafael Əhmədovla aralarında icarə müqaviləsi olmasa da, Rafaelə aylıq icarə haqqı ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırkı iddia tələbi üzrə iş sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan aidiyyəti üzrə kommerisya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında məlumatdan görünür ki, X2 vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və o, ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkardır. İş materiallarına əlavə edilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında məlumatdan görünür ki, Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsində fiziki şəxs kimi qeydiyyatdan keçmiş və o, ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti müəyyən edilərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır. Subyektiv tərkib baxımından məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi mülki iş üzrə həm iddiaçı və həm də cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 20-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.” Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə münasibtədə məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi hazırkı iş üzrə mülki iş üzrə mübahisə tərəfləri fərdi sahibkar statusuna malikdirlər və mübahisə qeyri-yaşayış sahəsinin, həmçinin torpaq sahəsinin icarəyə verilməsi nəticəsində icarə haqqının ödənilməsi ilə bağlı yaranmış mübahisədir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 12-ci bəndində qeyd edilmişdir ki, “... məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” Göründüyü kimi, mövcud mübahisə üzrə tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkardırlar. Hər iki tərəf vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş (VÖENləri işə əlavə olunub) və mübahisə onların sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”ndan görünür ki, Şirvan şəhəri kommersiya mübahisləri üzrə Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxil edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisə kommersiya xarakterli olduğundan hazırki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Eyni zamanda, tərəflərə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1.şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, “... məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə dair birinci instansiya məhkəmələrinin qərardadlarının 2020-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə qəbul edilməsindən asılı olmayaraq, onlardan verilmiş şikayətlərə MPM–in 3.1-ci maddəsinin tələblərindən irəli gələrək apelyasiya instansiyası məhkəmələrinin hazırda baxma səlahiyyəti olmadığından şikayətlər aidiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməlidir.” Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Şirvan şəhər Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar