Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-805/2025 17.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı X9, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun alınması və nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y yə n e t d i : İddiaçı X13 iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat borc, ödənilmiş 536,29 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşıdır. İddiaçı Azərbaycanda dostları olduğu üçün ara-sıra Azərbaycana gəlib gedir. Cavabdeh1 5 ildən artıqdır ki, tanıyır. Bu müddət ərzində cavabdeh özünü etibarlı bir şəxs kimi təqdim etmişdir. İlk tanışlıq vaxtlarında övladının xəstə olmasını və müalicəyə ehtiyacının olmasını bildirmişdir. Hətta övladının pasportunun şəklini iddiaçıya verərək müalicə olunmasının zəruri olduğunu, olunmazsa onu itirəcəyini demişdir. Buna görə iddiaçı onu övladı ilə birlikdə Türkiyəyə dəvət etmişdir. Bir millət iki dövlət olaraq yardım etməyi özünə borc bilərək Türkiyədə müalicəsini elətdirmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, Azərbaycana gələsi olsa mütləq onunla əlaqə saxlasın. Bundan sonra cavabdeh geri qayıtmışdır. Bir müddət sonra təxminən 2021-ci ildə iddiaçı Azərbaycana gəlmişdir. Dostları ilə burda qalmağı və Nərminlə əlaqə saxlamağı düşündüyündən gələndən bir neçə gün sonra Nərminlə əlaqə saxlayaraq burda olduğu demişdir. Nərmin iddiaçını anası və qardaşı ilə tanış edərək xəstə oğluna yardım edən şəxs olaraq tanıtdırmışdır. İddiaçını pulu olduğunu bildiyindən təklif etmişdir ki, Türkiyədə əmlak bahadır gəl burda ev, torpaq və maşın alaq sataq sən də qazan, mən də. İddiaçı onu etibarlı insan kimi tanıdığından onun fikri ilə razılaşaraq, hal-hazırda üstündə çox pul olmadığını, Türkiyəyə qayıtdıqdan sonra göndərə biləcəyini demişdir. Bir neçə gündən sonra iddiaçı Türkiyəyə qayıtmışdır. Cavabdeh1 onunla əlaqə saxlamış burda ucuz qiymətə maşın və daşınmaz əmlak tapdığını və alacaqları zaman pul qazanacaqlarını bildirmişdir. İddiaçı da ona inanmış və Ziraat Bankası və YapıKredi banklarından pul göndərməyə başlamışdır. Pulları göndərəndən bir müddət sonra cavabdeh müxtəlif maşın şəkillərini iddiaçıya göndərərək onları aldığını və Azərbaycana gələndə satacağını, pulunu iddiaçıya verəcəyini, əgər satılmazsa iddiaçının adına keçirəcəyini demişdir. Cavabdehin bu inamlı davranışları iddiaçıda ona qarşı etibar yaratmışdır. Sonra cavabdeh iddiaçıya bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 yanında yeni tikilmiş binalarda ucuz evlər var. Pul göndərsə onu da ala bilər. İddiaçı bu minvalla ona banklar üzərində rəsmi pullar göndərməkdə davam etmişdir. Yapı Kredi bankası üzərindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixdək 499600 TRY (manatla məzənnəsi 35.942 manat), Ziraat Bankası üzərindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 4.481.300 TRY (manatla məzənnəsi 210.352 manat), cəmi 246.294 (iki yüz qırx altımin iki yüz doxsan dörd) manat göndərilmişdir . Cavabdeh bu pulları alandan sonra iddiaçıya müxtəlif bəhanələr gətirərək pulları qaytarmaqdan boyun qaçırmışdır. Belə ki, iddiaçı onunla telefon əlaqəsi yaratmağa çalışsa da xəstədir, danışa bilmir və s bu kimi bəhanələr gətirərək ona rəsmi qaydada göndərilən vəsaitləri mənimsəmişdir. Daha sonra ümumiyyətlə telefon zənglərini açmamışdır. İddiaçı Azərbaycana gələrək onunla əlaqə saxlamağa çalışsa da mümkün olmamışdır. Qaldıqları evə getmiş, lakin anası bildirmişdir ki, qızı burda deyil. Hardadır sualına belə cavab ala bilməmişdir. İddiaçının pulları hesabına cavabdeh bir neçə əmlak əldə etmişdir. Cavabdeh1 adına olan əmlakı müəyyən etmək məqsədi ilə adına Azərbaycan Respublikası ərazisində hər hansı daşınmaz əmlakın qeydə alınıbalınmaması, alındığı təqdirdə dövlət reyetrində qeydiyyatdan keçmiş əmlaklar barədə məlumat alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli **********96 saylı cavab məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən 0,003 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsi Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022- ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci l tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır . Eyni zamanda Cavabdeh1 adına dövlət qeydiyyatında olan nəqliyyat vasitəsinin mövcudluğu, özgəninkiləşdirilibsə nə vaxt və kimə özgəninkiləşdirilməsi, habelə mülkiyyətində olan nəqliyyat vasitəsinə sərəncam verilməsi ilə bağlı məlumatların alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli 2- 221570/2024 saylı cavab məktubunda göstərilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh1 adına xx.xx.2024-cü il tarixdən “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** sövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Cavabdeh hal-hazıradək ididaçının vəsaiti hesabına varlanaraq nə borcunu qaytarmış, nə də verdiyi sözə əməl edərək əldə etdiyi əmlakı qaytarmamışdır. Hesab edir ki, iddiaçının tələbi haqlıdır və əsaslıdır. İddiaçı X9 nümayəndəsi və vəkili Nümayəndə sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat borc, ödənilmiş 536,29 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi İddiaçı müvəqqəti təminat tədbirləri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir . Şirvan şəhər Məhkəməsinin e-16(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağa edilməsi, qərardadın icrasının müvafiq olaraq Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə həvalə edilməsi, müvəqqəti təminat tədbirinin 18 mart 2025-ci il tarixədək qüvvədə olması qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin e-16(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, e- 2(032)-805/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağa edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) xx.xx.2025-ci il tarixdə alıcı Cavabdeh2 120.000 manata satmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) Cavabdeh2 adına qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq cavabdeh qanunsuz olaraq “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbində həcminin artırılmasına zərurət yaranmışdır. Cavabdeh1 246.294 manat borcun və ödənilmiş 536 manat 29 qəpik dövlət rüsumunun tutularaq iddiaçıya verilməsini, eyni zamanda Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticilərin ləğv edilməsi barədə qətnamə çıxarılmalısını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək iddia tələbinin təmin olunmaması barədə qəltnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz ərizəsində göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri yalandır və həqiqətdən uzaqdır. İddia ərizesi ziddiyyətlidir, ərizədə gah onun iddiaçıdan onun pullarını Azərbaycan respublikasında ucuz daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alqı-satqı yolu ilə pul qazanmağı üçün almağı, gah iddiaçının pulları ilə əsassız varlanmağı, gah da həmin pulları borc olaraq almağı qeyd olunub. Onun iddiaçı ilə daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alqı-satqı yolu ilə pul qazanmaqları barədə heç bir razılaşmaları olmayıb. Onun iddiaçı ilə ondan borc almağı barədə müqavilələri də olmayıb, iddiaçıdan heç vaxt borc pul almamışdır. O, iddiaçının pulları hesabına əsassız varlanmamışdır. O, iddiaçı ilə 2021-ci ildə Azərbaycanda tanış olmuş, onların aralarında sevgi münasibətləri yaranıb. Bundan sonra iddiaçı onunla evlənmək, ailə qurmaq istədiyini, fikrinin ciddi olduğunu bildirib. O, iddiaçıya bir övladının olduğunu, onun da autizmdən əziyyət çəkdiyini, buna görə Türkiyə Respublikasına gedə bilməyəcəyini söylədikdə, o uşağının inkişafı üçün orada hər cür şərait yaradacağını, onun autizm məktəbinə qəbul etdirəcəyini vəd edib. O, əvvəlcə ehtiyat edərək bir getmişdir. İddiaçıya bildirmişdir ki, “sən evlisən, sənin də 3 övladın var bizim evliliyimiz nece olacaq. O da deyib ki, biz aşirətik bizdə çox arvadlılıq qəbul edilir.” Bundan sonra iddiaçı onu oğlunun sünnət toyuna da dəvət edib. O ona bildirib ki, onu ailəsi ilə tanış etməsi üçün dəvet edir, ailəsinə isə bildirib ki, guya o qonaqdır. Orada onu öz atası və anası ilə tanış edib. Bundan sonra iddiaçı onu Türkiyədə yaşamağa dəvət edib, o da anası və xəstə oğlu ilə Türkiyədə yaşamağa getmişdir. Orada iddiaçı oğlu X15 Mərkəzinə yazdırıb,onu məktəbdə öz oğlu kimi təqdim edib. Onlara kirayə ev tutub. Özü də həm o biri ailəsinin yanına, həm də onların yanlarına gedib gəlib. Yaşadıqları sitədə (məhəllədə) hami onları ər-arvad olaraq tanıyıb.Təxminən 3 ay yaşadıqdan sonra o evə az-az (iki-üç gündən bir) gəlib getməyə başlayıb, tədricən onların arasında mübahisələr və soyuqluq yaranıb. O, iddiaçının onlara və xəstə uşağına baxdığına görə hər şeyə dözmüşdür. Sonradan iddiaçı anasının orada qalmasını istəməyib və onu Azərbaycana yola salıb. O da fikirləşmişdir ki, insandır, bəlkə anasından çəkinir, ona görə anasının getməsinə razılıq vermişdir. Sonradan o iddiaçıdan oğlu Azərin analizlərinin İsrailə göndərilməsini xahiş etdikdə o bildirib ki, onsuz da belə uşaqlar 30 yaşına qədər yaşayırlar, onu üzərində çox esmə, daha sonra bildirib ki, onun özünün dəlilik sənədi var. Bundan sonra o iddiaçıdan qorxmağa başlamışdır ki, övladının başına hər hansı iş gələ bilər. O, sonradan bilmişdir ki, iddiaçı eyni zamanda başqa qadınlarla görüşür. Yeni il ərəfəsində iddiaçı təklif edib ki, Trabzona atasıgilə getsin. O da təklif etmişdir ki, onun da atası əməliyyat olub, icazə versin o Azərlə Azərbaycana getmiş , 5-10 günlük atasını ziyarət etsin. İddiaçı razılaşıb və onların biletlərini alaraq Azərbaycana yola salıb. X4 geri qayıtmaq istəyəndə isə iddiaçı bildirib ki, “gəlməyin, mən başımdan xəsarət almışam”. (Sonradan bilmişdir ki, onu birinci arvadı Sevgi adlı qadınla tutduğuna görə vurub başını partladıb.) Bundan sonra o Türkiyəyə qayıtmamışdır. İddiaçı isə onun və oğlunun bütün xərclərini (yeməkiçməkləri, xərcləri, oğlunun məktəb pulunu, evlərinin kirayə haqqını, lizinqə ödədiyi pulları, dayəyə ödənilən pulu) ödəmişdir. 0 həmin pulları faktik ər-arvad münasibətlərində olduqlarına görə ailə xərcləri olaraq göndərib. Sonradan iddiaçı pulları gec göndərməyə başlamışdır. 3 ay pul ödəməkdikdən sonra o bilet alıb Türkiyəyə İstanbuldakı kirayə götürdükləri evlərinə getmişdir. Açarla evin qapısını açıb içəri girdikdə iddiaçının həmin Sevgi adlı qadınla onun yatağında olduğunu görmüşdür. Dava-dalaş baş verib və qonşular iddiaçının ona xəyanətinin şahidi olmuşlar. Bundan sonra iddiaçı evdən qaçıb gedib, o da Azərbaycana qayıtmışdır. Bundan sonra 7-8 ay aralarında soyuq münasibət yaranıb, iddiaçı onunla barışmağa çalışıb ve yenə də ər olaraq onun xərclərini ödəmişdir. İddiaçı hətta anasının ayağı əməliyyat olanda da, ondan sonra da pul göndərib. Onların münasibəti soyuq olanda belə o, pulu anasının vasitəsilə ona göndərmişdir. İddiaçı Azərbaycana hər dəfə gəldikdə onu qarşılamış, onunla birlikdə qalmışdır. Lakin son vaxtlar iddiaçı Azərbaycana gələndə onunla görüşmüş, lakin artıq bir yerdə qalmamışdır. Daha sonra da iddiaçı onu yenidən Türkiyəyə dəvət edib və oradakı mənzili onun adına rəsmiləşdirəcəyini vəd edib. O da oğlunu və dayəni də götürüb İstanbula getmişdir. Orada iddiaçı onlara oturum izni almadığına, mənzili sənədləşdirmədiyinə və başqa qadınlarla da ona xəyanət etdiyinə görə yenidən Azərbaycana qayıtmağa məcbur olmuşdur. Onların ər-arvad münasibətləri 5 ilədək davam edib və onun onu aldatdığına, xəyanət etdiyinə görə sonlanıb. İddiaçı ona borc verməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərefdən o orta təhsilli, xəstə övladı olan qadındır, heç bir biznes fəaliyyəti bacarmır və məşğul olmamışdır. İddiaçının isə Azərbaycanda bizneslə məşğul olan kifayət qədər tanışları var. O hansı əsasla onunıa iş birliyi qura bilərdi. Onlar iddiaçı ilə faktik ər-arvad münasibətlərində olmuşlar. Bu münasibətləri təsdiq edən kifayət qədər fotoşəkillər, görüntülər, Türkiyədə olmağını təsdiq edən pasportundakı möhürlər var. İddiaçınin ailə xərclərini ödəmək üçün ona göndərdiyi pulları borc və ya birgə biznes fealiyyətinə yatırılan vəsait kimi göstərib ondan tələb etməsi əsassız və qanunsuzdur. Məhkəmə iclasında iddiaçı X13 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehi 2020-ci ildən tanıyır, onunla 4-5 aylıq münasibəti olsa da, sonradan ayrılmışlar. Lakin onunla ayrılmalarına baxmayaraq dost olaraq münasibətləri davam etmişdir. Cavabdehə müxtəlif vaxtlarda pulu borc məqsədi ilə göndərmiş, həmçinin ona avtomobil alması üçün pul göndərsə də cavabdeh onun dediyi model avtomobili deyil başqa model avtomobil alaraq onu aldatmışdır. O, cavabdehlə ticarət etmək üçün ona pullar göndərmişdir. Cavabdehə pulu Yapı Kredi bankası və Ziraat Bankası vasitəsi ilə göndərmişdir. Sonradan öyrənmişdir ki, cavabdehin həyatında başqa bir insan var və cavabdeh onunla da ticarət münasibətləri qurmuşdur. O, həmçinin bildirdi ki, cavabdehə müxtəlif vaxtlarda övladının və ya ailəsinin xərcləri üçün pullar göndərmişdir, hazırda cavabdehdən yanlız borc olaraq verdiyi pulları tələb edir, digər məbləğdə olan pul vəsaitini tələb etməmişdir. Məhkəmə iclasında iddiaçı X9 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşıdır. İddiaçı Azərbaycanda dostları olduğu üçün ara-sıra Azərbaycana gəlib gedir. Cavabdeh1 5 ildən artıqdır ki, tanıyır. Bu müddət ərzində cavabdeh özünü etibarlı bir şəxs kimi təqdim etmişdir. İlk tanışlıq vaxtlarında övladının xəstə olmasını və müalicəyə ehtiyacının olmasını bildirmişdir. Hətta övladının pasportunun şəklini iddiaçıya verərək müalicə olunmasının zəruri olduğunu, olunmazsa onu itirəcəyini demişdir. Buna görə iddiaçı onu övladı ilə birlikdə Türkiyəyə dəvət etmişdir. Bir millət iki dövlət olaraq yardım etməyi özünə borc bilərək Türkiyədə müalicəsini elətdirmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, Azərbaycana gələsi olsa mütləq mənimlə əlaqə saxlasın. Bundan sonra cavabdeh geri qayıtmışdır. Bir müddət sonra təxminən 2021-ci ildə iddiaçı Azərbaycana gəldi. Dostları ilə burda qalmağı və Nərminlə əlaqə saxlamağı düşündüyündən gələndən bir neçə gün sonra Nərminlə əlaqə saxlayaraq burda olduğu demişdir. Nərmin iddiaçını anası və qardaşı ilə tanış edərək xəstə oğluna yardım edən şəxs olaraq tanıtdırmışdır. İddiaçını pulu olduğunu bildiyindən təklif etmişdir ki, Türkiyədə əmlak bahadır gəl burda ev, torpaq və maşın alaq sataq sən də qazan, mən də. İddiaçı onu etibarlı insan kimi tanıdığından onun fikri ilə razılaşaraq, hal-hazırda üstündə çox pul olmadığını, Türkiyəyə qayıtdıqdan sonra göndərə biləcəyini demişdir. Bir neçə gündən sonra iddiaçı Türkiyəyə qayıtmışdır. Cavabdeh1 onunla əlaqə saxlamış burda ucuz qiymətə maşın və daşınmaz əmlak tapdığını və alacaqları zaman pul qazanacaqlarını bildirmişdir. İddiaçı da ona inanmış və Ziraat Bankası və YapıKredi banklarından pul göndərməyə başlamışdır. Pulları göndərəndən bir müddət sonra cavabdeh müxtəlif maşın şəkillərini iddiaçıya göndərərək onları aldığını və Azərbaycana gələndə satacağını, pulunu iddiaçıya verəcəyini, əgər satılmazsa iddiaçının adına keçirəcəyini demişdir. Cavabdehin bu inamlı davranışları iddiaçıda ona qarşı etibar yaratmışdır. Sonra cavabdeh iddiaçıya bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 yanında yeni tikilmiş binalarda ucuz evlər var. Pul göndərsə onu da ala bilər. İddiaçı bu minvalla ona banklar üzərində rəsmi pullar göndərməkdə davam etmişdir. Cavabdeh bu pulları alandan sonra iddiaçıya müxtəlif bəhanələr gətirərək pulları qaytarmaqdan boyun qaçırmışdır. Belə ki, iddiaçı onunla telefon əlaqəsi yaratmağa çalışsa da xəstəyəm, danışa bilmirəm və s bu kimi bəhanələr gətirərək ona rəsmi qaydada göndərilən vəsaitləri mənimsəmişdir. Daha sonra ümumiyyətlə telefon zənglərini açmamışdır. Həmçinin, ərizəçi İddiaçı müvəqqəti təminat tədbirləri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin e-16(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağa edilməsi, qərardadın icrasının müvafiq olaraq Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə həvalə edilməsi, müvəqqəti təminat tədbirinin 18 mart 2025-ci il tarixədək qüvvədə olması qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin e-16(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, e-2(032)-805/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Şirvan şəhər 1 saylı notariat kontorunun 4Ə-817 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatı sahəsinin və “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağa edilməsi qərara alınmışdır. Lakin buna baxmayaraq cavabdeh qanunsuz olaraq Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbində həcminin artırılmasına zərurət yaranmışdır. Odur ki, Cavabdeh1 246.294 manat borcun və ödənilmiş 536 manat 29 qəpik dövlət rüsumunun tutularaq iddiaçıya verilməsini, eyni zamanda Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticilərin ləğv edilməsi barədə qətnamə çıxarılmalısını xahiş etdi. O, həmçinin bildirdi ki, Ziraat Bankası və YapıKredi banklarından göndərilmiş banklarından göndərilmiş pulları Cavabdeh1 Türkiyədə olan zaman yəni münasibət davam edən dövrdə deyil, Azərbaycan Respublikasında özü əldə edərək, öz xərclərinə sərf etmiş, həmin pulların göndərilməsi təyinatı da bank çıxarışlardan göründüyü kimi borc məqsədli olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdikləri yalandır və həqiqətdən uzaqdır. İddia ərizəsi ziddiyyətlidir, ərizədə gah onun iddiaçıdan onun pullarını Azərbaycan respublikasında ucuz daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alqı-satqı yolu ilə pul qazanmağı üçün almağı, gah iddiaçının pulları ilə əsassız varlanmağı, gah da həmin pulları borc olaraq almağı qeyd olunub. Onun iddiaçı ilə daşınmaz əmlakların və nəqliyyat vasitələrinin alqı-satqı yolu ilə pul qazanmaqları barədə heç bir razılaşmaları olmayıb. Onun iddiaçı ilə ondan borc almağı barədə müqavilələri də olmayıb, iddiaçıdan heç vaxt borc pul almamışdır. Onun göndərdiyi pulların da borc məqsədli göndərdiyi barədə heç vaxt ona bildirməmiş və iddiaçı yalnız belə bir tələblə müraciət edəndə hazırda məhkəmə iclasında bu barədə məlumatı olmuşdur. O, iddiaçının pulları hesabına əsassız varlanmamışdır. O, iddiaçı ilə 2021-ci ildə Azərbaycanda tanış olmuş, onların aralarında sevgi münasibətləri yaranıb. Bundan sonra iddiaçı onunla evlənmək, ailə qurmaq istədiyini, fikrinin ciddi olduğunu bildirib. O, iddiaçıya bir övladının olduğunu, onun da autizmdən əziyyət çəkdiyini, buna görə Türkiyə Respublikasına gedə bilməyəcəyini söylədikdə,o uşağının inkişafı üçün orada hər cür şərait yaradacağını, onun autizm məktəbinə qəbul etdirəcəyini vəd edib. O, əvvəlcə ehtiyat edərək bir getmişdir. İddiaçıya bildirmişdir ki, “sən evlisən, sənin də 3 övladın var bizim evliliyimiz nece olacaq. O da deyib ki, biz aşirətik bizdə çox arvadlılıq qəbul edilir.” Bundan sonra iddiaçı onu oğlunun sünnət toyuna da dəvət edib. O ona bildirib ki, onu ailəsi ilə tanış etməsi üçün dəvet edir, ailəsinə isə bildirib ki, guya o qonaqdır. Orada onu öz atası və anası ilə tanış edib. Bundan sonra iddiaçı onu Türkiyədə yaşamağa dəvət edib, o da anası və xəstə oğlu ilə Türkiyədə yaşamağa getmişdir. Orada iddiaçı oğlu X15 Mərkəzinə yazdırıb,onu məktəbdə öz oğlu kimi təqdim edib. Onlara kirayə ev tutub. Özü də həm o biri ailəsinin yanına, həm də onların yanlarına gedib gəlib. Yaşadıqları sitədə (məhəllədə) hami onları ər-arvad olaraq tanıyıb.Təxminən 3 ay yaşadiqdan sonra o evə az-az (iki-üç gündən bir) gəlib getməyə başlayıb, tədricən onların arasında mübahisələr və soyuqluq yaranıb. İddiaçı ona borc verməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən o orta təhsilli, xəstə övladı olan qadındır, heç bir biznes fəaliyyəti bacarmır və məşğul olmamışdır. İddiaçının isə Azərbaycanda bizneslə məşğul olan kifayət qədər tanışları var. O hansı əsasla onunla iş birliyi qura bilərdi. Onlar iddiaçı ilə faktik ər-arvad münasibətlərində olmuşlar. Bu münasibətləri təsdiq edən kifayət qədər fotoşəkillər, görüntülər, Türkiyədə olmağını təsdiq edən pasportundakı möhürlər var. İddiaçınin ailə xərclərini ödəmək üçün ona göndərdiyi pulları borc və ya birgə biznes fealiyyətinə yatırılan vəsait kimi göstərib ondan tələb etməsi əsassız və qanunsuzdur. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X5 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, təmsil etdiyi şəxs iddaçı ilə 2021-ci ildə Azərbaycanda tanış olmuşdur, onların arasında sevgi münasibətləri yaranıb. Bundan sonra iddiaçı təmsil etdiyi şəxslə evlənmək, ailə qurmaq istədiyini, fikrinin ciddi olduğunu bildirib. O, iddiaçıya bir övladının olduğunu, onun da autizmdən əziyyət çəkdiyini, buna görə Türkiyə Respublikasına gedə bilməyəcəyini söylədikdə, o, uşağının inkişafı üçün orada hər cür şərait yaradacağını, onun autizm məktəbinə qəbul etdirəcəyini vəd edib. O, əvvəlcə ehtiyat edərək bir neçə dəfə oğlunu aparmadan özü Türkiyəyə iddiaçının yanına gedib. İddiaçıya bildirmişdir ki, “sən evlisən, sənin də 3 övladın var, bizim evliliyimiz necə olacaq.” O da deyib ki, “biz aşirətik bizdə çoxarvadlılıq qəbul edilir.” Bundan sonra iddiaçı onu oğlunun sünnət toyuna da dəvət edib. İddiaçı cavabdehə bildirib ki, onu ailəsi ilə tanış etməsi üçün dəvət edir, ailəsinə isə bildirib ki, guya o, qonaqdır. Təmsil etdiyi şəxs iddiaçı ilə faktiki olaraq ər-arvad münasibətlərində olublar. Bunu təsdiq edən videogörüntülər var. Həmçinin, iş məhkəmənin icraatında olduğu dövrdə də iddiaçı tərəfindən cavabdehin anasının hesabına pul göndərilmişdir, əgər iddiaçının da dediyi kimi cavabdehə aralarında yalnız borc münasibətləri olmuşdusa niyə aldadılığını bildikdən sonra da o pul göndərməyə davam etmişdir. İddianın təmin olunmaması xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq Cavabdeh2 məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında cavabdehin vəkilinin vəsatəti əsasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, cavadeh Cavabdeh1 onun 2019-cu ildən həm rəfiqəsi, həm də qonşusudur . O, Nərminlə Yazuv bəyin münasibətlərinin 2019-cu ilin sonu 2020-ci ildən münasibətlərinin olmasını, ailə münasibətlərində olduğunu bilir. Uzun müddət İstanbulda bir yerdə ailə kimi yaşamışlar, Yavuz bəy ailəsinə həmişə pul xərcləmişdir. Yavuz bəyin Nərminə borc kimi pul göndərməsindən məlumatı olmamışdır . Məhkəmə iclasında cavabdehin vəkilinin vəsatəti əsasında şahid qismində ifadə vermiş X7 bildirdi ki, qızı ilə Yavuz ailə kimi bir yerdə yaşamışlar. Yavuz ona ana deyə müraciət etmiş, o da Yavuza oğlum deyə müraciət etmişdir. Yavuzla qızı bir-birlərini sevmişlər, lakin sonradan aralarında olan münasibətlər pozulmuşdur. Uzun müddət Yavuz onlara ailə kimi baxmış, Nərminin ehtiyaclarını qarşılamışdır. Lakin Yavuzun ona borc kimi pul göndərməsi barədə məlumatı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin, onun nümayəndəsinin izahatlarını, vəkilin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır . Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Bank hesab məlumatlarından çıxarışlardan görünür ki, iddiaçı X13 tərəfindən Cavabdeh1 hesabına Yapı kredi Bankı vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixdək olan müxtəlif vaxtlarda ümumlikdə 499600 türk lirəsi, Ziraat Bankı vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 4.481.300 türk lirəsi olmaqla, ümumilikdə 4.980.900 türk lirəsi məbləğində pul köçürülmüşdür. Məhkəmə sorğusuna cavab olaraq Ziraat Bank Azərbaycan ASC-dən əldə edilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, sorğuda qeyd edilmiş kart vasitəsi ilə Ziraat Bank Azərbaycan ASC-yə məxsus bankomatlarda hər hansı əməliyyat qeydə alınmamışdır. Məhkəmə iclasında cavabdeh tərəfindən CD diskdə olan fotoşəkillərə və videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı iddiaçı tərəfindən alınmış evdə 2024cü il tarixdə iddiaçı ilə cavabdeh və onun uşağı birlikdə faktiki ailə münasibətlərində olmaqla birgə vaxt keçirdikləri müəyyən olunmuş, hər iki tərəf bu halı təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X13 ilə Cavabdeh1 qeyri-rəsmi münasibətlə yaşamışlar. Onların bir ailə kimi yaşaması işin mübahisəsiz halıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı X12 Tanrıverdiyevaya pulları faktiki münasibətdə olduqları dövrdə deyil, onunla ayrılaraq dost münasibətləri olduqları dövrdə göndərməsi ilə bağlı iddiaları isə işin digər halları və sübutları ilə öz təsdiqini tapmır. Belə ki, Fazıloğlu Yavuz 4-5 ay münasibətdən sonra ayrıldıqlarını bildirsə də, Nərminin 2021-2025-ci ilə tarixədək dövrü əhatə edən sərhədkeçmə məlumatları və ailə münasibətlərini əks etdirən 2024-cü il tarixə aid görüntülər onların münasibətlərinin sonralar da davam etdiyini göstərir. Həmçinin iddiaçının nümayəndəsi İddiaçı tərəfindən göndərilən pulların Nərmin tərəfindən Azərbaycan Respublikası ərazisində çıxararaq öz xərclərinə sərf etdiyi bildirilsə də məhkəmə tərəfindən verilmiş sorğuya cavab olara Ziraat Bank Azərbaycan ASC-yə məxsus bankomatlarda hər hansı əməliyyatın qeydə alınmadığı bildirilmişdir. Məhkəmə iclasında iddiaçı X13 ilə dəqiqləşdirilmə aparılarkən onların qeyri-rəsmi münasibətlərdə ailə kimi yaşadıqları dövrdə cavabdehin ona göndərilən pullara görə əmlak və ya avtomobil alması, həmin əmlakların satışından əldə olunacaq pulu sonradan iddiaçıya qaytarması barədə tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin olması, bununla bağlı cavabdehin iddiaçı qarşısında öhdəlik daşıması halları müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehin adına göndərdiyi pul məbləği ilə alacağı avtomobili və ya hər hansı əmlakı sonradan onun adına rəsmiləşdiriləcəyini deyil, cavabdehin adından satılacağını qeyd etmişdir . Məhkəmə araşdırması zamanı tərəflər arasında borc müqaviləsinin bağlanması halı müəyyən edilməmiş, bunlara dair, həmçinin cavabdehə göndərilmiş pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə üzərinə öhdəliyin götürülməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən isə həmin tələb edilən ümumlikdə 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat pul vəsaitinin cavabdehə bağışlama düşüncəsi ilə verilməməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə cavabdehin iddiaçının hesabına pulları əldə etdiyi sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti- əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi- qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona verən qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır. Baxılan işdə əgər iddiaçı pul vəsaitini cavabdehin özünə vermişsə, cavabdehin əldə etdiyi pulları tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 666.1-ci maddəsinə əsasəb bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1 .3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Beləliklə iddiaçı tərəfindən cavabdehə ümumlikdə 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd) manat pul vəsaitinin bağışlanması müəyyən edildiyi halda iş materiallarından Cavabdeh1 tərəfindən iddiaçı X13 barəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsində nəzərdə tutulmuş, yəni Cavabdeh1 bağışlamadan imtina edilməsinə əsas verə biləcək hər hansı bir hərəkətə yol verməsi halları, bağışlamadan imtina üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-789/2025 saylı xx.xx.2025-cü il tarixli vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında nəzərdə tutulmuş mövqeyə əsasən “baxılan işdə əgər iddiaçı pul vəsaitini cavabdehin özünə vermişsə, cavabdehin əldə etdiyi əmlakın tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olubolmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur. Bağışlamadan başqa bir hüquq münasibəti aşkar edilmədiyi, yəni cavabdehin mübahisəli əmlakı hədiyyə olaraq əldə etdiyi bəlli olduqda onun həmin əmlakı iddiaçıya qaytarmaq öhdəliyi, yalnız (iddia və sübut edildiyi təqdirdə) bağışlama müqaviləsinin ləğv edilməsindən irəli gələ bilər. Baxılan işdə iddia tərəfinin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə istinadı və sübuta yetirməsi müəyyən edilməmişdir. Məhkəmə tərkibi onu da qeyd edir ki, bağışlamadan imtina olunduğu sübuta yetirilməmişsə, varlanmış şəxs həmin əmlakı əsasız deyil, bağışlama müqaviləsi əsasında qazanmış sayılır. Bu hal isə əsassız varlanmanın zəruri əlamətinin - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn bir əsasın olmaması şərtinin təsbit olunmadığını göstərir. Məhkəmələrin bu şərti müəyyən etmədən iddianı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin etmələri əsaslı olmamışdır.” Hazırki iş üzrə də Azərbaycan Respublikasının Ali Məhkəməsininn formalaşdırdığı təcrübəyə uyğun olaraq iddiaçı, sözügedən pul vəsaitini cavabdehə bağışlama düşüncəsi ilə vermədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Cavabdehin mübahisəli əmlakı hədiyyə olaraq əldə etdiyi bəlli olduqda onun həmin əmlakı iddiaçıya qaytarmaq öhdəliyi, yalnız (iddia və sübut edildiyi təqdirdə) bağışlama müqaviləsinin ləğv edilməsindən irəli gələ bilər. Bağışlama hədiyyə verənin hədiyyə alanla olan münasibətlərinin hər hansı pozuntusuna görə ləğv edilə bilməz. Məhz yuxarıda sadalanan konkret əsas(lar)ın mövcudluğu, özü də qanunla müəyyən edilmiş bir illik kəsici müddət daxilində hədiyyə verənin müqaviləni ləğv etdiyi sübuta yetirildikdə bağışlamaqdan imtinaya yol verilir. Məhz bu halda hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borclu olur. Əks təqdirdə bağışlanmış əmlakın geri tələb edilməsinə yol verilmir. Hazırki iş üzrə iddia tərəfinin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə istinadı və sübuta yetirməsi müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı X13 tərəfindən bağışlanmış 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd ) manat pul vəsaitinin iddiaçı X13 tərəfindən Cavabdeh1 tələb edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən bu hissə iddia təmin edilməməlidir. Cavabdeh1 ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticilərin ləğv edilməsi tələbinə gəldikdə məhkəmə hesab edir ki, bu hissə də iddia təmin edilməmlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “S.N.Məmmədovanın şikayəti üzrə” 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, “mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir”. Məhkəmənin adıçəkilən qərardakı xatırlatmasına görə “əmlakı başq a şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Habelə, mülkiyyət hüququna dair yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir”. Qeyd olunmalıdır ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. MM-in 157.3-cü maddəsi əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən edir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. MM-in 157.3-cü maddəsinin mənasına görə əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hü ququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı X13 tərəfindən 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd ) manat pul vəsaitinin Cavabdeh1 borc müqaviləsi əsasında verilməsi məhkəmə iclasında müəyyən edilmədiyindən, həmçinin cavabdehin “Mercedes Benz GLE 53 AMG 4 Matic” markalı ** OO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (Mühərrik: **********3290; BAN: W1N1673611A931426; Buraxılış ili: 2023) məhz iddiaçı tərəfindən ona verilmiş pul əsasında alınmasını təsdiq edən və nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin qanunvericilik hazırkı iş üzrə “vicdanlı alıcı” olan Cavabdeh2 hüquqlarının qorunmasını tələb etdiyindən və bu səbəbdən də, nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə hüquqi nəticələrin ləğv edilməsinə qanuni əsaslar müəyyən edilmədiyindən bu hissə də iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 246.294 (iki yüz qırx altı min iki yüz doxsan dörd ) manat pulun alınması və nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə hüquqi nəticələrin ləğv edilməsi” tələbi barədə iddiası rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 14, 77, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun alınması və nəqliyyat vasitənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-805/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-805/2025
17.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver