Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-960/2023 27.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sərnişin X2 vurulan xəsarət ilə bağlı 6500 (altı min beş yüz) manat pul vəsaitinin və 85 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** saylı “Avtonəqliyyat vastəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə “Kia-Rio” markalı, AZ ** PY *** dövlət qeydiyyat nişanlı avtonqliyyat vastəsi "xxxx" ASC-də sığorta təminatı almışdır. xx.xx.2022-ci il tarixində Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Kia-Rio” markalı, AZ ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, Zabrat qəsəbəsində şəhər istiqamətində hərəkətdə olarkən “Merinos” mağazasının qarşısında yolu sol tərəfdən sağ tərəfə keçən piyadalar X6 və X10 vurmuşdur, qeyd edilən hadisə nəticəsində X18 qızı dərəcəsinə görə ağır zərərvurmaya aid xəsarət almış, X6 isə xx.xx.2022-ci il tarixdə 3 saylı Şəhər Kliniki Xəstəxansında ölmüşdür. X1 sağlamlığa vurulan xəsarət ilə bağlı 1500 (min beş yüz) manat məbləğində və X6 isə ölüm ilə bağlı 5000 (beş min) sığorta ödənişi faydalanan şəxs X11 verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin iddiaçının "xxxx" ASCnin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı məntəqə tipli CÇM-də cəza cəkirdiyindən, məhkəmənin müvafiq sorğusuna əsasən həmin CÇM-nə iddia ərizəsinin surəti göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirərək qəbzdə iddia ərizəsi ilə tanış olduğunu, şikayət və təklifinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-883/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə həmçinin göstərilmişdir ki, Cavabdeh 26 iyul 2022-ci il tarixdə, saat 20.45 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Kia-Rio” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, Zabrat qəsəbəsindən şəhər istiqamətində hərəkət zolağında 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hadisə baş verən sahədə hərəkətin intensivliyini, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək hərəkətini davam etdirib həmin küçədə “Merinos” mağazasının qarşısında yolu sol tərəfdən sağ tərəfə keçən piyadalar X7 və X10 avtomobilin qabaq hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan X11 baş beyin silkələnməsi, dalağın əzilmiş-cırılmış yarası (dalaq cərrahi üsulla çıxarılmışdır), sol körpücük, sol bud, sağ baldır və sol incik sümüklərinin qapalı sınıqları, sol dirsək nahiyyəsinin əzilmiş yarası, alın nahiyyəsinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, eləcə də, X5 baş-beyin maddəsinin əzilməsi, baş-beyin yumşaq qişasına və mədəciklərinə qansızma, sağ gicgah-təpə və sağ dirsək oynağı nahiyyələrinin əzilmiş yaraları, sol diz oynağının qapalı sınığı, ikitərəfli pnevmotoraks, sol peritonarxası, sidik kisəsi və hər iki böyrək nahiyyələrinin hematomaları, bədən səthinin çoxsaylı qançırları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəsi olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X4 ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X17 mərhum X6 barəsində verilmiş məhkəmə-tibbi ekspertizasının 16 avqust 2022-ci il tarixli, 180 nömrəli rəyindən görünür ki, baş-beyin maddəsinin əzilməsi, baş-beyin yumşaq qişasına və mədəciklərinə qansızma, sağ gicgah-təpə və sağ dirsək oynağı nahiyyələrinin əzilmiş yaraları, sol diz oynağının qapalı sınığı, ikitərəfli pnevmotoraks, sol peritonarxası, sidik kisəsi və hər iki böyrək nahiyyələrinin hemotomaları, bədən səthinin çoxsaylı qançırları.Xəsarətlər həyati olub, X4 xəstəxanaya daxil olmasından (xx.xx.2022-ci il tarixdə, saat 20:55-də) az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlğa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.X3 ölümünə səbəb baş-beyin maddəsinin əzilməsi olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə, saat 03.30-da xəstəxanada baş vermişdir. İş materiallarında olan Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X17 mərhum X6 barəsində verilmiş məhkəmə-tibbi ekspertizasının 26 avqust 2022-ci il tarixli, 1772 nömrəli rəyindən görünür ki, X9 baş beyin silkələnməsi, dalağın əzilmiş-cırılmış yarası (dalaq cərrahi üsulla çıxarılmışdır), sol körpücük, sol bud, sağ baldır və sol incik sümüklərinin qapalı sınıqları, sol dirsək nahiyyəsinin əzilmiş yarası, alın nahiyyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli PAZ********** saylı “Avtonəqliyyat vastəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə Kia-Rio” markalı, AZ **-PY-*** dövlət qeydiyyat nişanlı avtonqliyyat vastəsi "xxxx" ASC-də sığorta təminatı almışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA RİO” minik markalı, ** PY *** dövlət qeydiyyatlı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli PAZ********** saylı sığorta müqaviləsinə əsasən “KİA RİO” minik markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarından görünür ki, zərərçəkmiş X4 hüquqi varisi X12 PAZ********** saylı sığorta müqaviləsinə əsasən sağlamlığa dəymiş zərər ölümlə nəticələndiyinə görə sığorta məbləğinin 100%-i, yəni 5000 manat ödəniş edilmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş X11 PAZ********** saylı sığorta müqaviləsinə əsasən sağlamlığa dəymiş ağır zərər görə sığorta məbləğinin 30%-i, yəni 1500 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci (1108.1 və 1108.2) maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarından müəyyən olunur ki, Cavabdeh hadisə törədilən zaman “KİA RİO” minik markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmamış, bununla da, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-883/2022 saylı hökmündən göründüyü kimi, həmin vaxt məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh ifadəsində göstərmişdir ki, 26 iyul 2022-ci il tarixdə taksi fəaliyyəti göstərmək məqsədilə tanışı Cavid Baxşəliyevdən onun qohumu Anar Hüseynova məxsus “Kia-Rio” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmək istədiyindən həmin tarixdə, saat 20.45 radələrində qeyd edilən avtomobilin texniki vəziyyətini yoxlamaq üçün Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosseində, Zabrat qəsəbəsindən şəhər istiqamətdə hərəkət edərkən, “Merinos” mağazasının yaxınlığında sonradan adlarını bildiyi X6 və X8 qəfildən yolun hərəkət hissəsinə çıxaraq yolu soldan sağa keçərkən yolu keçən piyadaları vurmamaq üçün əyləci sıxmağına baxmayaraq hadisənin qarşısını ala bilməmiş və onları idarə etdiyi “Kia-Rio” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə işdə olan sübutlara əsasən hesab edir ki, Cavabdeh cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi ilə əlaqədar yaranması qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(008)-883/2022 saylı hökmü ilə müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən X2 vurulan xəsarət ilə bağlı 1500 (bir min beş yüz) manat məbləğində və X6 isə ölüm ilə bağlı 5000 (beş min) sığorta ödənişi ödənildiyindən həmin məbləğ reqres qaydada ödənilən məbləğ həcmində Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 85 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan AsanPay vasitəsi ilə ödənilmiş olan ********** nömrəli ödənişdən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı "xxxx" ASC tərəfindən 85 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş olan dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6500 manat pul vəsaiti və ödənilmiş 85 manat dövlət rüsumu olmaqla, cəmi 6585 (altı min beş yüz səksən beş) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-960/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-960/2023
27.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver