Məhkəmə qərarları › İş №e-2(033)-10/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-10/2023

30.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-10/2023 30.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin və fərdi yaşayış evinin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2012 qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş 0,0716 ha torpaq sahəsinin ona məxsus 1/2 hissəsinin naturada ayrılmasına, ona verilən hissədən cavabdehlərin çıxarılmasına və onun həmin hissəyə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək torpağın naturada bölgüsü zamanı evin də onun mülkiyyətində olan 28 kv.m hissəsinin 1/2 hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək mütəxəssis rəyinin alınması üçün iddiaçının ödədiyi 95 manat pulun da cavabdehlərdən alınıb iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianın həcminin artırılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Çökək kəndində yerləşən 0,0716 ha torpaq sahəsinin yarısı onun xüsusi mülkiyyətindədir. Həmin əmlaka adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. O, öz əmlakı barədə sərəncam vermək istəyir. Lakin Zaqatala rayonu Çökək kəndində yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq onu öz bağından istifadə etməyə qoymurlar. Həmin torpağı zəbt edərək istifadə edirlər. Ona imkan vermirlər ki, o öz əmlakından istifadə etsin. Sözügedən əmlak barədə sərəncam vermək üçün yuxarıda qeyd edilmiş torpaq sahəsinin yarısının naturada ayrılmasını tələb edir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, mübahisəli torpaq sahəsinin üzərində 58 kv.m.-dən ibarət fərdi yaşayış evi vardır. Həmin evin 28 kv.m. hissəsini mərhum-sabiq əri Əfəndi Qədirov ilə birgə nikah dövründə inşa etmişlər. Ona görə də, həmin evin yeni tikdikləri hissəsinin, yəni 28 kv.m. hissəsinin 1/2 hissəsi ona məxsusdur. Həmin evin yeni tikilmiş hissəsinə dair texpasportun və surətini və evin və torpağın sənədini ərizəyə əlavə etmişdir. Bundan başqa, o, mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi ilə əlaqədar mütəxəssis rəyinin alınması üçün 95 manat pul keçirmişdir. Pulun ödəniş qəbzini də təqdim etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh1 iddia tələbinə münasibətlə müraciət edərək göstərmişdir ki, Zaqatala rayon Məhkəməsi (26 noyabr 2009 cü il) və X9 Məhkəməsi ( 25 avqust 2011 ci il) Zaqatala rayonu Çökək kəndində yerləşən evin 715 kv.m. həyətyani sahəsinin və mərhum qardaşı X1 adına verilmiş pay torpağın da 1/2 hissəsini mövcud olan qanunlara əsasən iddiaçı X3 verilmişdir. Məlumdur ki, MPM-nin göstərildiyi kimi həyətyani sahə olmadan ev tikmək olmaz. Ev varsa və qeydiyyatdan keçmişsə həyətyani sahə və ev bir vəhdət təşkil edir. Ev mərhum qardaşı X2 və onun ölümündən sonra varisləri olaraq ona və bacısı Cavabdeh2, həyətyani sahənin 2/4 hissəsi Cindarova Zubeydətə, yerdə qalan 2/4 hissəsi isə ona və bacısına verilmişdir. Beləliklə həyətyanı sahə və pay torpaqları mahiyyətcə eyniləşdirilmişdir. Onun heç vaxt Cindarova Zubeydətlə komflikt münasibəti olmayıb, hörmət etmiş və hörmət görmüşdür. Ancaq xx.xx.2021-ci ildə X6 altı bacısı və adını bilmədiyi özünü baxıcı adlandıran qadınla ona şiddətli təcavüz etdilər. Hamısı ağac parçası ilə silahlanaraq ona çoxsaylı xəsarətlər yetirdilər. Onların xislətlərini bildiyi üçün mümkün qədər səbirli olmağa çalışdı və müqavimət göstərmədi. Vaxt tapıb DİN-nin 102 xidmətinə müraciət etdi. Həmin iş hal hazırda DİN-nin icraatındadır və çox yaxın vaxtlarda məhkəməyə təqdim ediləcəkdir. Onlar bu əməlləri ilə onlara olan kin küdürətlərini, düşmən münasibətlərini bir daha ortaya qoydular. Onlarla bir həyətdə və bir yerdə olmaları mümkün deyil. Ona görə də, xahiş edir onlara aid olan bütün torpaqların faktiki ölçüsü hesablansın və 1/2 hissəsi evin arxa tərəfindən onun istədiyi yerdən verilsin. Evin qabağı və sağ tərəfi onlara qalsın. Qeyd etmək istəyir ki, bu torpaq sahələrinin həm qabaq,həm də arxa tərəfdən yola çıxışı mövcuddur. Faktiki olaraq torpaq sahəsinin ölçüsü sənədində göstərildiyi kimi 3574,74 kv.m-dən azdır. Bağın faktiki ölçüsü müəyyənləşdirilsin və bütün torpaqlar ədalətlə bölünsün. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mülki iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş sxemə uyğun bölünməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçının tələb etdiyi evin hissəsi əri ilə birgə tikdikləri, artırılan hissədir. Evi sadəcə olaraq artırıblar. Qeyri-adi ev-eşik yoxdu orda. 1-2 otaq, pilləkən artırıblar. İddiaçı artırılan hissənin yarısını, yəni 28 kv.m-in yarısını istəyir. Ekspert, mütəxəssis rəyləri alınıb, işin halları məlumdur. İşin yekunlaşdırılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, evin bölüməsinə razı deyil. Evin iddiaçıya aidiyyəti yoxdur. Onun qazı, suyu, sanitar qovşağı, kommunikasiyası rəyə uyğun olaraq bölünməli olan yerdə yerləşir. Niyə onlara verməlidir? O, xərc çəkib ora. Onların bir otağını qəşəng düzəldib. Atasından qalan yarımçıq 17 kvm sahə vardı. Onu da ora qatıb, otağı 28 kvm edib. Onun evinin qabağından necə torpaq versinki? 2017-də qardaşı ölüb. 2009-da bunlar boşanıblar. Gözləyirdilər o, oranı təmir etsin, düzəltsin?! Artırılan hissənin bütün materiallarını o, verib, xərclərini özü çəkmişdir. Oranın nə suvağı, nə polu, nə pataloku var idi. O vaxtı torpaq məsələsini mübahisələndirməyiblər. Tikilən otaq 20 metrdi. Elə verilsə, 14 kvm-in həyətə çıxışı olmayacaq. Torpaq 7 sotdu. Oranı özü tikib, xərclərini özü çəkib. Ona görə də, evin bölünməsi hissəsi ilə razı deyil. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,07161 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında 2/4 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2 adlarına, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 58.10 kv.m. olan fərdi yaşayış evinin 28.0 kv.m hissəsinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X1 adlarına, 30.1 kv.m. hissəsinin 1/2 hissəsi Cavabdeh1, 1/2 hissəsi Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində **********72-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2021-ci il tarixli 10/4896 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan Zaqatala rayonu, Çökəkoba kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinin, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli texniki pasport sənədində göstərilən ölçülərlə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. xx.xx.2021-ci iİ tarixli ekspert vəsatətində qeyd olunan əlavə sənədlər Mərkəzə təqdim edilmədiyindən mübahisə predmeti olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Zaqatala rayonu, Çökəkoba kəndi ərazisində yerləşən 0.0716 ha həyətanı torpaq sahəsindən İddiaçı məxsus 2/4 hissə torpaq sahəsinin digər paylardan ayrılmaqla payın naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1107 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan Zaqatala rayonu, Çökəkoba kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinin, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli texniki pasport sənədində göstərilən ölçülərlə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmış paylı mülkiyyət hüququ əsasında İddiaçı 2/4 hissə, Cavabdeh1 1/4 hissə, Cavabdeh2 1/4 hissə olmaqla, onlara məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0.07161 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin və üzərində yerləşən paylı mülkiyyət hüququ əsasında İddiaçı fərdi yaşayış evinin 30 kv.metr hissəsinin 1/2 hissəsi, Cavabdeh2 fərdi yaşayış evinin 30 kv.metr hissəsinin 1/2 hissəsi və X2 fərdi yaşayış evinin 28 kv.metr hissəsinin 1/2 hissəsi olmaqla, onlara məxsus ümumi sahəsi 58.10 kv.metr olan fərdi yaşayış evinin İddiaçı məxsus- torpaq sahəsinin 1/2 hissəsinin və fərdi yaşayış evinin 28 kv.metr hissəsinin 1/2 hissəsinin digər paylardan ayrılması mümkündür. İddiaçı məxsus-torpaq sahəsinin 1/2 hissəsinin və fərdi yaşayış evinin 28 kv.metr hissəsinin 1/2 hissəsinin digər paylardan ayrılması mümkündür. Bunun üçün texniki pasportda göstərilmiş 5 saylı otaq, və 6 saylı otağın 2 kv.metr hissəsi iddiaçıya verilməlidir. 5 və 6 saylı otaqların arasındakı qapı bağlanmalı, 6 saylı otağa əlavə qapı açılaraq 5 saylı otağa birləşdirilməlidir. İddiaçıya məxsus torpaq sahəsindən 1/2 hissənin ayrılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən koordinatlar təqdim edildikdən sonra müəyyən edilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci tarixdə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabında 56 nömrəli vərəqində qeydiyyata alınmış paylı mülkiyyət hüququ əsasında İddiaçı 2/4 hissə, Cavabdeh1 1/4 hissə olmaqla onlara məxsus Zaqatal rayonu, Çökəkoba kəndində yerləşən 0.07161 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin naturada ölçüləri və koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci tarixdə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabında 56 nömrəli vərəqində qeydiyyata alınmış paylı mülkiyyət hüququ əsasında İddiaçı və Cavabdeh1 məxsus Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0.07161 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin çıxarışın planı və ölçüsü sənədinin koordinatlarına görə yerləşmə vəziyyəti və naturda faktiki istifadəsinə görə ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/5713 nömrəli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, **********72-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 2 ünvanda yerləşən 0,07161 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçı məxsus fərdi yaşayış evinin 28 kv.metr hissəsinin 1/2 hissəsinin digər paylardan ayrılması mümkün olmasını, torpaq sahəsinin planlı yerləşməsini və yol boyu 22 metr uzunluğunda sərhəddinin mövcud olmasını nəzərə alaraq həmin torpaq sahəsindən İddiaçı məxsus 1/2 hissəsinin digər paylardan ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Torpaq sahəsinin bölgü variantı rəyin tədqiqat hissəsində sxem 1-də göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “18 saylı Zaqatala Ərazi İdarəsinin hesabına İddiaçı tərəfindən 95 manat ödəniş edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1251/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Zaqatala rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər İddiaçı və Cavabdeh2) “cavabdeh tərəfindən iddiçı və bacısı Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəsi malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m2 hissəsilə bağlı İddiaçı adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi barədə” tələbinə dair iddiası mümkün sayılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər, tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, cavabdehin axtarılması ilə əlaqədar xərclər, qətnamənin icrası ilə əlaqədar xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 0,07161 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında 2/4 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2 adlarına, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 58.10 kv.m. olan fərdi yaşayış evinin 28.0 kv.m hissəsinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X1 adlarına, 30.1 kv.m. hissəsinin 1/2 hissəsi Cavabdeh1, 1/2 hissəsi Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində **********72-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0716 ha torpaq sahəsinin ona məxsus 1/2 hissəsinin və onun mülkiyyətində olan 28 kv.m hissəsinin 1/2 hissəsinin naturada ayrılmasını, ona verilən hissədən cavabdehlərin çıxarılmasını və onun həmin hissəyə köçürülməsini tələb edir. Cavabdeh isə iddia tələbinin fərdi yaşayış evinin naturada bölünməsi hissəsini qəbul etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1107 nömrəli və 30 noyabr 2022-ci il tarixli 10/5713 nömrəli rəylərinə əsasən isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmış paylı mülkiyyət hüququ əsasında İddiaçı 2/4 hissə, Cavabdeh1 1/4 hissə, Cavabdeh2 1/4 hissə olmaqla, onlara məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0.07161 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin və üzərində yerləşən paylı mülkiyyət hüququ əsasında İddiaçı fərdi yaşayış evinin 30 kv.metr hissəsinin 1/2 hissəsi, Cavabdeh2 fərdi yaşayış evinin 30 kv.metr hissəsinin 1/2 hissəsi və X2 fərdi yaşayış evinin 28 kv.metr hissəsinin 1/2 hissəsi olmaqla, onlara məxsus ümumi sahəsi 58.10 kv.metr olan fərdi yaşayış evinin İddiaçı məxsus- torpaq sahəsinin 1/2 hissəsinin və fərdi yaşayış evinin 28 kv.metr hissəsinin 1/2 hissəsinin digər paylardan ayrılması mümkündür. İddiaçı məxsus-torpaq sahəsinin 1/2 hissəsinin və fərdi yaşayış evinin 28 kv.metr hissəsinin 1/2 hissəsinin digər paylardan ayrılması mümkündür. Bunun üçün texniki pasportda göstərilmiş 5 saylı otaq, və 6 saylı otağın 2 kv.metr hissəsi iddiaçıya verilməlidir. 5 və 6 saylı otaqların arasındakı qapı bağlanmalı, 6 saylı otağa əlavə qapı açılaraq 5 saylı otağa birləşdirilməlidir. İddiaçı məxsus fərdi yaşayış evinin 28 kv.metr hissəsinin 1/2 hissəsinin digər paylardan ayrılmasının mümkün olmasını, torpaq sahəsinin planlı yerləşməsini və yol boyu 22 metr uzunluğunda sərhəddinin mövcud olmasını nəzərə alaraq həmin torpaq sahəsindən İddiaçı məxsus 1/2 hissəsinin digər paylardan ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Torpaq sahəsinin bölgü variantı rəyin tədqiqat hissəsində sxem 1də göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1107 nömrəli və 30 noyabr 2022-ci il tarixli 10/5713 nömrəli rəylərini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini sübut növü kimi qiymətləndirir. Məhkəmə cavabdehin mübahisələndirilən ünvan 1 ünvanında yerləşən 0,07161 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 28 kv.m hissəsinin bölünməli olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi paylı mülkiyyətçi kimi iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla verilib. Nə qədər ki, həmin çıxarış qüvvədədir, cavabdeh tərəf iddiaçıya verilmiş fərdi yaşayış evini mübahisələndirə bilməz. Bundan başqa, cavabdehin iddiasına əsasən çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər məhkəmə qaydasında mübahisələndirilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1251/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Zaqatala rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər İddiaçı və Cavabdeh2) “cavabdeh tərəfindən iddiçı və bacısı Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəsi malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m2 hissəsilə bağlı İddiaçı adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi barədə” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardad qanuni qüvvəsini almışdır. Ona görə də, cavabdehin məhkəmə iclasında qeyd etdiyi etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Bundan başqa, iddiaçıya aid hissənin müəyyən edilməməsi əsası ilə iddia rədd edilməklə, iddiaçını çıxılmaz vəziyyətə salmış olar, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmiş olar. Bundan başqa, torpaq sahəsinin naturada ayrılması barədə ekspert və mütəxəssis rəyi mövcuddur. Cavabdeh isə yenidən vəsatət verərək ekspertiza təyin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə artıq 3 dəfə ekspertiza təyin edilmiş, ekspert rəyləri işə əlavə edilmişdir. Ona görə də, hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Göründüyü kimi qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********72-10301 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüququ əsasında 2/4 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2 məxsus 0,07161 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X2 məxsus olan həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 58.10 kv.m. olan fərdi yaşayış evinin 28.0 kv.m hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1107 nömrəli və 30 noyabr 2022-ci il tarixli 10/5713 nömrəli rəylərində göstərilən qaydada və ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid paylardan naturada ayrılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin hissədən çıxarılmalı, İddiaçı ona məxsus hissəyə köçürülməlidir. Məhkəmə daha sonra qeyd edir ki, məhkəmə xərclərinin aid edilməsində meyar ərz edilən tələbin haqlı olub-olmaması barədə məhkəmənin gəldiyi nəticədir. Məhkəmə tələbin haqlı olub-olmaması (yaxud hansı həddə haqlı olub-olmaması) barədə gəldiyi nəticəni qərarın nəticə hissəsində göstərir və buna uyğun olaraq məhkəmə xərci məsələsini də həll edir. İddia hansı həddə təmin olunursa, həmin həddə iddiaçı haqlı hesab edilir. İddia tələbi dəyişdirilərkən (artırılarkən, azaldılarkən) məhkəmə xərcləri iddiaçının icraat açılan anda olan tələbinə uyğun deyil, qətnamə (qərar) çıxarılan anda müdafiə etdiyi iddia tələbinə uyğun həll edilməlidir. Hazırki işdə isə iddiaçının tələbi təmin olunmuş hesab olunmalıdır. Daha sonra məhkəmə qeyd edir ki, işə baxılması ilə əlaqədar Məcəllədə göstərilən xərclərin siyahısı qəti deyil. Qanunda sadalananlardan başqa, məhkəmə də zəruri hesab etdiyi hallarda tərəfləri digər xərclərin tutulmasına cəlb edə bilər. Məsələn, sübutların toplanması ilə əlaqədar tutulan xərclər, o cümlədən iddia verilənədək toplanan xərclər. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində 95 manat mütəxəssis xərcinin cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi təmin edildiyindən 95 manat mütəxəssis xərci cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, 200 manat ekspertiza tədqiqatının dəyəri mülki iş üzrə cavabdehlərdən bərabər həcmdə tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********72-10301 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüququ əsasında 2/4 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi Cavabdeh2 məxsus 0,07161 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X2 məxsus olan həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 58.10 kv.m. olan fərdi yaşayış evinin 28.0 kv.m hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1107 nömrəli və 30 noyabr 2022-ci il tarixli 10/5713 nömrəli rəylərində göstərilən qaydada və ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, ekspert rəyində qeyd edildiyi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid paylardan naturada ayrılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin hissədən çıxarılsınlar. İddiaçı ona məxsus hissəyə köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 95 (doxsan beş) manat mütəxəssis xərci alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200 (iki yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar