Məhkəmə qərarları › İş №e-2(033)-102/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-102/2024

01.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-102/2024 01.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Vəliyeva (Balaməmmədova) Səyalı Möhübbəli qızının Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı X6 Cavabdeh qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin onun və cavabdehin payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda istismara tam yararlı vəziyyətdə olan avtomobilin real bazar dəyəri müəyyən olunub həmin dəyərin yarısı məbləğində pul kompensasiyasının, həmçinin ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli2(033)-90/2022 nömrəli qətnaməsi ilə 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində onun ikidə bir hissədə payı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-1006/2022 nömrəli qətnaməsi ilə, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)- 530/2023 nömrəli qərarı ilə payların miqdarı dəyişdirilmədən saxlanılmışdır. ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində ikidə bir hissədə payının müəyyən edilməsi barədə iddia qaldırdığı zaman və məhkəmə baxışı zamanı həmin avtomobil saz vəziyyətdə olmuş və cavabdeh tərəfindən mütəmadi istismar olunmuşdur. Bu fakt məhkəmənin müvəqqəti təminat tədbiri kimi avtomobilin üzərinə həbs qoyulması barədə qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən də məlumdur. Məhkəmə qərarı ilə həmin avtomobilin üzərində ikidə bir hissədə payı müəyyən olunandan sonra cavabdeh tərəfindən həmin avtomobil yararsız vəziyyətə salınmış, ehtiyat hissələri üzərindən sökülərək istismardan çıxarılmışdır. Avtomobili qəsdən yararsız hala salaraq onun satışından əldə olunacaq vəsaitdən ona çatası məbləği azaltmaq və ya istisna etmək məqsədi güdmüşdür. Həmin avtomobil hazırda cavabdehin sahibliyindədir və istismar olunmayacaq vəziyyətdədir. 2005-ci il istehsalı olan “Subaru Tribeca” markalı avtomobilin orta bazar dəyəri iddia verilən tarixdə 16000 manat idi. Hazırda həmin markalı avtomobilin dəyəri avtomobil satışı saytı olan turbo.az internet saytında (https://turbo.az/autos/7716023-subaru-b9-tribeca) 14600 manat qeyd olunmuşdur. Cavabdeh tərəfindən istismara yararsız hala salınmış və bunun nəticəsində dəyəri kəskin azalmış avtomobilin hərrac yolu ilə satılması və satış məbləğinin bərabər bölünməsi onun mülkiyyət hüququnun pozulması ilə nəticələnəcək. Bunun baş verməməsi üçün ya istismara tam yararlı vəziyyətdə olan avtomobillərin real bazar dəyəri müəyyən olunub həmin dəyərin yarısı onun xeyrinə cavabdehdən tutulmalı, ya da avtomobilin hərracda satılmasından əldə olunan vəsaitdən istismara tam yararlı vəziyyətdə olan avtomobillərin real bazar dəyərinin yarısı həcmində vəsait ona verilməlidir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-90/2022 nömrəli qətnaməsi qanuni qüvvəyə minəndən sonra cavabdehə avtomobili sataraq dəyərinin aralarında bölünməsini təklif etmişdir. Lakin cavabdeh buna razılaşmamışdır. Avtomobildən heç bir pay ala bilməyəcəyini bildirmişdir. Məcbur qalaraq o da məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödəniləcək 2100 manat pul sonuncudan alınaraq ona verilmədiyindən Zaqatala rayonu İcra və Probasiya Şöbəsi tərəfindən mübahisələndirlən avtomobil hərraca çıxarılmışdır. Həmin avtomaşın iki dəfə hərraca çıxarıla bilməz. Cavabdeh həmin avtomobili yarasız vəziyyətə salmış və hazırda avtomobil sürülmür. Lakin əvvəlki məhkəmələrdə o, avtomaşını mübahisələndirərkən avtomobil tam saz vəziyyətdə olmuş və cavabdeh bilərəkdən həmin avtomobili yararsız vəziyyətə salmışdır ki ona heç bir şey düşməsin. Avtomobil bankın əmlakı deyil ki, hərraca çıxarılsın və dəyər-dəyməzə satılsın. Qeydiyyat şəhadətnaməsi kimin adınadırsa avtomobil onda qalmalıdır və yarı dəyəri ona ödənilməlidir. Cavabdehin həmin avtomobilə ehtiyacı yoxdur və artıq yeni avtomobil almışdır. Ekspert rəyində qeyd edilmiş avtomobilin dəyəri ilə razıdır. Təkrar olaraq məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və göstərdi ki, mübahisələndirilən avtomobilin hərraca çıxarılaraq satılmasını istəyir. Avtomobil saz vəziyyətdədir və idarə etməyə yararlıdır. Avtomobil 2005-ci ilin istehsalıdır. İddiaçı internet səhifəsindən həmin markada olan avtomobilin ən baha qiymətdə olan dəyəri göstərilən foto şəklini məhkəməyə təqdim etmişdir. Həmin avtomobili 2013-cü ildə ölkəyə gətizdirmiş və 7 il 1 ayın avtomobili olmuşdur. Həmin vaxtı avtomobili 14800 manata almışdır. Aradan 11 il keçməsinə baxmayaraq ekspert həmin avtomobili 12000 manat dəyərləndirmişdir. Həmin avtomobilin yarı dəyəri kompensasiya şəklində iddiaçıya ödənilməsi tələb olunur. Lakin ilk öncə avtomobil hərraca çıxarılmalıdır və avtomobilin hərracda hansı qiymətə satılacağı məlum deyil. Avtomobil benzin ilə çalışdığından və uzun müddət idarə olunduğundan satışı çox çətindir. Hazırkı dəyəri ucuz olmalıdır. Ekspert rəyi ilə razı deyildir. Təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş edir. İşə əlavə edilmiş sənədlər İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsindən görünür ki, ünvan 1 ünvanlarda yerləşən mənzillər və ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində ilk iddia üzrə İddiaçı ½ hissəsinə mülkiyyət hüququnun tanınması, birgə nikah dövründə əldə edilmiş və hazırda ilk iddia üzrə Cavabdeh qalan əşyalardan 800 manat dəyərində qonaq otağı dəsti, 600 manat dəyərində 1 ədəd masa 10 ədəd stul dəsti, 500 manat dəyərində 2 ədəd mətbəx masası, 6 ədəd stul dəsti, 950 manat dəyərində qabyuyan maşın, 700 manat dəyərində paltaryuyan maşın, 1.100 manat dəyərində soyuducu, 500 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 600 manat dəyərində 1 ədəd velotrenajor, 120 manat dəyərində şirəçəkən maşın, 40 manat dəyərində blender, 55 manat dəyərində ütü masası, 55 manat dəyərində paltar asılqanı, 120 manat dəyərində elektrik süpürgəsi, cəmi 800 manat dəyərində 2 ədəd kondisioner, uşaqlar üçün alınan əşyalardan 1.300 manat dəyərində uşaq yataq dəsti, 450 manat dəyərində 1 ədəd böyük piano, 400 manat dəyərində 1 ədəd çap qurğusu, 50 manat dəyərində 1 ədəd yazı lövhəsi və 112,5 manat dəyərində 3 ədəd saç feni naturada və ya onların dəyəri 9372,5 (doqquz min üç yüz yetmiş iki manat əlli qəpik) manat ilk iddia üzrə Cavabdeh alınaraq İddiaçı verilməsi, dəyəri 1.500 manat olan mətbəx mebeli, 900 manat dəyərində 1 ədəd künc divanı, 850 manat dəyərində 1 ədəd divan 2 kreslo dəsti, 300 manat dəyərində kitab dolabı, 1.200 manat dəyərində çarpayı, dolab və güzgüdən ibarət yataq dəsti, 350 manat dəyərində 1 ədəd televizor, 55 manat dəyərində 1 ədəd tozsoran, 180 manat dəyərində ətçəkən maşın, 100 manat dəyərində 1 ədəd tək çarpayı və uşaq çarpayısı (maneji), 1.500 manat dəyərində hamam dəsti (duş kabin və əl-üz yuyan (moydadır)), 900 manat dəyərində otaq pərdəsi, 1.200 manat dəyərində 1 ədəd qaçış aparatı və 900 manat dəyərində 1 ədəd kondisionerin Cavabdeh qalması, 180 manat dəyərində 3 ədəd çəkmə, 90 manat dəyərində 3 ədəd idman ayaqqabısı, 180 manat dəyərində 3 ədəd ayaqqabı, 140 manat dəyərində 2 ədəd yay ayaqqabısı, 100 manat dəyərində 2 ədəd çanta, 420 manat dəyərində 3 ədəd dəri pencək, 300 manat dəyərində 2 ədəd palto, 130 manat dəyərində 1 ədəd balonka gödəkçə, 300 manat dəyərində 4 ədəd don, 120 manat dəyərində 3 ədəd şalvar, 160 manat dəyərində 4 ədəd yubka, 350 manat dəyərində 8 ədəd kofta və ya onlar mövcud olmadıqda onların dəyəri cəmi 2470 (iki min dörd yüz yetmiş) manat ilk iddia üzrə Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı 27 noyabr 2018-ci il tarixli, 18036-S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə əldə edilmiş borcun yerdə qalan 89.296,32 manat hissəsinin cavabdeh İddiaçı Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi, 26 noyabr 2019-cu il tarixli onunla X14 arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş borcun yerdə qalan 51.000 manat hissəsinin cavabdeh İddiaçı Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi və 25 iyul 2020-ci il tarixli onunla X10 arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş borcun yerdə qalan 38.500 manat hissəsinin cavabdeh İddiaçı Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(107)-1006/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın 27 noyabr 2018-ci il tarixli, 18036- S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə əldə edilmiş borcun yerdə qalan 89.296,32 manat hissəsinin cavabdeh X1 ilə aralarında bərabər bölünməsinin rədd edilməsi hissəsində ləğv ediməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh İddiaçı qarşı borcun bərabər bölünməsi tələbinə dar qarşılıqlı iddiasının həmin hissədə təmin edilməsi 27 noyabr 2018-ci il tarixli, 18036- S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə yaranmış borcun yerdə qalan 89.296,32 manat hissəsi hər birinə ½ olmaqla bölünməsi, Cavabdeh və İddiaçı hər birinin borcunun ayrı-ayrılıqda 44,648.16 manat məbləğində müəyyən edilməsi, Zaqatala Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsinin nəticə hissəsində ilk iddia üzrə Cavabdeh alınıb İddiaçı verilməli olan əmlaklar “naturada və ya onların dəyəri 9372.5 manat” söz birləşməsinə daxil olan “və ya” söz birləşməsinin “onlar mövcud olmadıqda” söz birləşməsi ilə əvəz edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 07 mart 2023cü il tarixli 2(102)-530/2023 saylı qərarından görünür ki, Balaməmmdov Akif Sayad oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(107)-1006/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2024-cü il tarixli 9/374-8/241 saylı rəyindən görünür ki, Subaru Tribeca markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil baxış təqdim olunduğu vəziyyətdə istismara yararlıdır. 2005-ci il buraxılışlı, “Subaru Tribeca” markalı, **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti təxminən 12000,00 manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, X2 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməmək barədə qərar qəbul etmişlər. X9 həmin mediasiya sessiyasında iştirak edərək, 50 manat mediasiya xərcini ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin üçüncü hissəsində təsbit edilmişdir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb, tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, ** DR *** qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil hər birinin payı ½ hissə olmaqla tərəflərin paylı mülkiyyətindədir. İddiaçı avtomobilin onun və cavabdehin payına uyğun olaraq naturada bölünməsini, bu mümkün olmadıqda avtomobilin istismara tam yararlı vəziyyətdə real bazar dəyəri müəyyən olunub həmin dəyərin yarısı məbləğində pul kompensasiyasının, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Müəyyən edilmiş hallar ondan ibarətdir ki, ** DR *** qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobildən iddiaçının payının naturada ayrılması mümkün deyil. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/374-8/241 saylı rəyi ilə Subaru Tribeca markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin baxışa təqdim olunduğu vaxt istismara yararlı vəziyyətdə və orta bazar qiymətinin təxminən 12000,00 manat olduğu müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş ekspertin qiymətləndirmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və Subaru Tribeca markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin baxışa təqdim olunduğu vaxt istismara yararlı və orta bazar qiymətinin 12000,00 manat olduğunu işin hallarına uyğun sayır. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, payın naturada ayrılmasına yol verilməməsi və ya bunun ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmaması halında, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olduğundan, iddiaçı hazırkı tələblə müraciət etməkdə haqlı olmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobildən iddiaçının payının naturada ayrılması mümkün olmadığından, avtomobilin istismara tam yararlı vəziyyətdə olan real bazar dəyərinin yarısı məbləğində pul kompensasiyası üzrə 6000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi avtomobilin onun və cavabdehin payına uyğun olaraq naturada bölgüsü hissəsində rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, mülkiyyətçi kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirdiyindin, 6000 manat məbləğində pul kompensasiyasının cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hazırkı qətnamənin icra edilməsi 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin cavabdehin ayrıca mülkiyyətinə qeydə alınması üçün əsas yaradır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin istismara tam yararlı vəziyyətdə olan real bazar dəyərinin yarısı məbləğində pul kompensasiyası üzrə 6000 (altı min) manat məbləğində pul kompensasiyası Cavabdeh alınaraq iddiaçı X4 verilsin. İddia tələbi 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin iddiaçı X3 və Cavabdeh payına uyğun olaraq naturada bölgüsü hissəsində rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. 6000 manat məbləğində pul kompensasiyasının Cavabdeh alınaraq iddiaçı X4 verilməsinə dair hazırkı qətnamənin icra edilməsi, 2005-ci il istehsalı olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin Cavabdeh ayrıca mülkiyyətinə qeydə alınması üçün əsasdır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar