Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1023/2023 12.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 1000 ( bir min ) ABŞ dolları manata məzənnə ilə 1700 ( bir min yeddi yüz) manat və sonradan aldığı 300 ( yüz) manat məbləğində borc pulun, cəmi 2000 (iki min) manat məbləğində pulun, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun, cəmi 5000 (beş min) manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manatın, hüquqi yardıma görə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat pul məbləğinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 01 mart 2022-ci il tarixdə Cavabdeh 1000 ( bir min ) ABŞ dolları manata məzənnə ilə 1700 ( bir min yeddi yüz ) manat məbləğində pulu qaytarmaq şərti ilə borc vermişdir. Təxminən 15 gün sonra gəlib 300 ( üç yüz ) manat da borc almışdır. Bildirmişdir ki, lotereya oynayır və aprel ayının axırında 3000 ( üç min ) manat alacaq və ona olan 2000 ( iki min ) manat borcunu qaytaracaqdır. Cavabdeh borc aldığı barədə ona sadə yazılı formada sənəd vermişdir. Həmin sənəd Cavabdeh Nicran qızı tərəfindən şəxsən imzalanmışdır. Həmin vaxtdan uzun müddət keçməsinə və dəfələrlə tələb etməsinə baxmayaraq, Cavabdeh borc götürdüyü pulu ödəməkdən yayınmışdır. Bu səbəbdən də o, əvvəl onun hərəkəti barəsində hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis mayoru X1 11 avqust 2023-cü il tarixdə qəbul etdiyi “ Cinayət işinin başlanmasının rədd edilməsi barədə ” qərarında göstərilir ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət olunmalıdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmişdir. Əhmədovaa Təranə Hicran qızı tərəfindən keçən 18 ay ərzində ona mənəvi zərər də vurulmuşdur ( keçən18 ay ərzində səhhətimə ciddizərər dəymişdir ). Mənəvi zərəri 3000 ( üç min ) manat dəyərləndirir. Hesab edir ki, məhkəmə, Cavabdeh ona olan 1000 ( bir min ) ABŞ dolları manata məzənnə ilə 1700 ( bir min yeddi yüz ) manat və sonradan aldığı 300 ( yüz ) manat məbləğində borc pulun, cəmi 2000 ( iki min ) manat məbləğində pulun, mənəvi zərərə görə 3000 ( üç min ) manat məbləğində pulun, cəmi 5000 (beş min) manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun 70 ( yetmiş ) manatın, hüquqi yardıma görə vəkilə ödənilmiş 250 manat pul məbləğinin Cavabdeh alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul etməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəməyə 12 dekabr 2023-cü il tarixdə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, o, iddiaçı ilə Bakı şəhərində işləyərkən tanış olmuş və onun maddi cəhətdən çətinliyi yarandığından iddiaçıdan borc pul isətmişdir. İddiaçı ona 1000 ABŞ dolları məbləğində pulu faizlə qaytarmaq şərti ilə vermiş və o, hər ay iddiaçıya 255 manat pul vermişdir. O, həmin pulu aldıqda iddiaçıya borc pulun qaytarılmasının təmin etmək məqsədi ilə hər hansı bir əşya verməmiş, lakin bu barədə yazılı sənəd vermişdir. İddiaçı ona əlavə 300 manat pul verməmişdir. O, iddiaçıdan aldığı 1000 ABŞ dolları məbləğində pulu etiraf edir və həmin borcu da iddiaçıya hissə-hissə qaytaracaqdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşin halları İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-in 18-ci PŞ-in təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 11 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında Cavabdeh barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən 01 mart 2022-ci il tarixdə verilmiş ərizədən görünür ki, o, 01 mart 2022-ci il tarixdə Gülşən xanımdan 1000 ABŞ dolları məbləğində pulu qaytarmaq şərti ilə borc olaraq götürmüşdür. İş materiallarına əlavə edilmiş 29 avqust 2023-cü il tarixli 9780 saylı qəbzin surətindən görünür ki, İddiaçı Alllahverdi qızı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 12 avqust 2023-cü il tarixli 10141 saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 250 manat məbləğində vəkilə xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi (maddələr düzdürmü) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 01 mart 2022-ci il tarixdə İddiaçı qısa müddət ərzində qaytarmaq şərti ilə 1000 ABŞ dolları (1700 manat) pulu götürmüş, lakin xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh götürdüyü borcu iddiaçıya geri qaytarmamışdır. İddiaçı cavabdehdən pulunu qaytarılmasını tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan götürdüyü pulu faizlə götürdüyünü və hər ay iddiaçıya 255 manat verdiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəflər arasında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bununla da razılığın şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 1700 manat məbləği iddiaçıya ödəməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “mənəvi zərərə görə vurulmuş 3000 manat pulun və borc verilmiş 300 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbləri bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən keçən 18 ay ərzində onun səhhətinə ciddi zərər vurulması, eləcə də onun tərəfindən cavabdehə əlavə 300 manat borc pul verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun 37 manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, qalıq 33 manat isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, işdə olan 12 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi xidmətlərə görə 250 (iki yüz əlli) manat pul ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, qanunvericilik nümayəndəyə və ya vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsini tələbin təmin edilmiş hissəsi ilə əlaqələndirməmiş, bu məbləği ağlabatan məbləğlə olması ilə şərtləndirmişdir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 250 (iki yüz əlli) manat ağlabatan məbləğdir və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) ABŞ dollarının manata olan məzənnə ilə 1700 (bir min yeddi yüz) manat borc məbləği və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 250 (iki yüz əlli manat ) manat alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun 37 (otuz yeddi) manatı Cavabdeh alınaraq İddiaçı verilsin, qalıq 33 (otuz üç) manat isə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1023/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1023/2023
12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver