Məhkəmə qərarları › İş №e-2(033)-1036/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1036/2024

09.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1036/2024 09.12.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********97 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onun və cavabdehlərin adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,9384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hər biriнin paylarının bərabər yəni, 1/7 hissə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlərlə ümumi birgə mülkiyyətində Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,9384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. DƏDKR PHŞ-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onların Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,9384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır. Hazırda cavabdehlərlə aralarında ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin bölünməsi ilə bağlı mübahisə vardır. Cavabdehlər ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından istifadə etməsinə maneələr yaradır. Ona görə də, məhkəməyə müraciət edərək Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ümumi birgə mülkiyyətində olan 0,9384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində hər birinin payının bərabər olmasının müəyyən edilməsini və payların özünə məxsus olan hissəsinin naturada ayrılmasını istəyir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında torpaq mübahisəsi vardır. İddiaçı özünə düşən payını naturada ayrılmasını istəyir. Lakin buna görə ilk öncə tərəflərin payları müəyyən edilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi **********4 olan Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən 0,9384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, Cavabdeh5, Cavabdeh4, X1, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 354 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Bəhmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ailə tərkibi arvadı Cavabdeh6 və oğlu X3 ibarətdir. İş materiallarına əlavə edilmiş 21 avqust 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş, sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, müəyyən edilmiş hallar ondan ibarətdir ki, Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən 0,9384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətindədir. Tərəflər arasında torpaq sahəsinə paylı mülkiyyətin müəyyənləşdirilməsi barədə razılaşma yoxdur. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, birgə mülkiyyətçilər arasında paylı mülkiyyətin və onun həcminin müəyyənləşdirilməsi barədə razılaşma əldə edilmədiyindən Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən 0,9384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində birgə mülkiyyətçilərin paylı mülkiyyəti müəyyənləşdirilməli və hər bir mülkiyyətçinin payı torpaq sahəsinin 1/7 hissəsi olaraq müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından həmin rüsum xərci onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********97 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, cavabdehlər Cavabdeh5, Cavabdeh4, X1, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,9384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən tərəflərin hər birinin payı bərabər yəni, 1/7 hissə müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar