Məhkəmə qərarları › İş №e-2(033)-104/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-104/2023

13.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-104/2023 13.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh və İddiaçı adına qeydiyyata alınmış, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,17 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən İddiaçı düşən fərdi yaşayış evi tam olmaqla, torpaq sahəsindən 1/2 hissə payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Əliabad qəsəbə sakini anası X1 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. 19 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,17 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 1/2 hissəsi İddiaçı, həmin torpaq sahəsinin 1/2 hissəsi isə nəvəsi Cavabdeh miras qalmışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli ********** reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,17 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh, fərdi yaşayış evi tam olmaqla torpaq sahəsinin 1/2 hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. Hazırda İddiaçı özünə düşən torpaq sahəsindən 1/2 hissəsini yaşayış evi daxil olmaqla naturada ayırmaq istəyir. Cavabdeh ilə daşınmaz əmlakın naturada ayrılması barədə mübahisə vardır. Ona görə də, məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş sxemə uyğun bölünməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və iddia ərizəsinin rədd edilməsini xahiş etdi. İddiaçı əvvəl onu iddianın predmeti olan torpaq sahəsindən çıxartmış, daha sonra ona həmin torpaq sahəsinin bir hissəsində istifadə etməsinə imkan vermişdir. İddiaçı ilə aralarında mübahisə var, lakin o torpaq sahəsinin naturada bölünməsini istəmir. Hesab edir ki, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi də bölünməlidir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,17 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 35,20 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh, fərdi yaşayış evi tam və torpaq sahəsinin 1/2 hissəsi İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında torpaq sahəsinin 2/1 hissəsi Cavabdeh, fərdi yaşayış evi tam və torpaq sahəsinin 2/1 hissəsi İddiaçı məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.17 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində onların payları yerdə (naturada) ölçüləri və koordinatları göstərilməklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 23.04 2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi), Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.17 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 2/1 hissəsinin və fərdi yaşayış evinin tam olmaqla digər hissədən naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi), Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.17 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 2/1 hissəsinin və fərdi yaşayış evinin tam olmaqla digər hissədən naturada ayrılmasının ölçüləri koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2023-cü il tarixli 10/872 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh, fərdi yaşayış evi tam və torpaq sahəsinin 1/2 hissəsi İddiaçı məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.17 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində onların payları yerdə (naturada) ölçüləri və koordinatları göstərilməklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi), Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.17 ha yaşayış məntəqələrinin torpaqlan təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissəsinin və fərdi yaşayış evinin tam olmaqla digər hissədən naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi), Cavabdeh (1/2 hissəsi) məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.17 ha yaşayış məntəqələrinin torpaqlan təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissəsinin və fərdi yaşayış evinin tam olmaqla digər hissədən naturada ayrılmasının ölçüləri koordinatları və yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,17 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı və Cavabdeh, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 35,20 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyəti kimi onların adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evi tam olmaqla 0,17 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində payının naturada ayrılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2023-cü il tarixli 10/872 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh, fərdi yaşayış evi tam və torpaq sahəsinin 1/2 hissəsi İddiaçı məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.17 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində onların payları yerdə (naturada) ölçüləri və koordinatları göstərilməklə müəyyən edilmiş və İddiaçı məxsus 1/2 hissəsinin və fərdi yaşayış evinin tam olmaqla digər hissədən naturada ayrılması mümkün olduğu və İddiaçı məxsus 1/2 hissəsinin və fərdi yaşayış evinin tam olmaqla digər hissədən naturada ayrılmasının ölçüləri koordinatları və yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərildiyi qeyd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2023-cü il tarixli 10/872 nömrəli rəyini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli mütəxəssis rəyini sübut növü kimi qiymətləndirir. Məhkəmə cavabdehin mübahisələndirilən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,17 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bölünməməsi və fərdi yaşayış evinin də bölünməli olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla verilib. Nə qədər ki, həmin çıxarış qüvvədədir, cavabdeh tərəf iddiaçıya verilmiş fərdi yaşayış evini mübahisələndirə bilməz. Ona görə də, cavabdehin məhkəmə iclasında qeyd etdiyi etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Bundan başqa, iddiaçıya aid hissənin müəyyən edilməməsi əsası ilə iddia rədd edilməklə, iddiaçını çıxılmaz vəziyyətə salmış olar, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmiş olar. Bundan başqa, torpaq sahəsinin naturada ayrılması barədə ekspert və mütəxəssis rəyi mövcuddur. Yəni hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Göründüyü kimi qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən üzərində tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus fərdi yaşayış evi olan iddiaçının və cavabdehin ümumi paylı mülkiyyətində olan 0,17 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 1/2 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2023-cü il tarixli 10/872 nömrəli ekspert rəyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilən qaydada mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq cavabdehə məxsus paydan ayrılması təmin edilməli, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə hesab edir ki, 50 manat ekspertiza tədqiqatının dəyəri mülki iş üzrə tərəflərdən bərabər həcmdə tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən üzərində tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus fərdi yaşayış evi olan 0,17 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/2 hissəsi (fərdi yaşayış evi daxil olmaqla) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2023-cü il tarixli 10/872 nömrəli rəyində göstərilən qaydada və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada Cavabdeh aid 1/2 paydan naturada ayrılsın. Cavabdeh 25 (iyirmi beş) manat və İddiaçı 25 (iyirmi beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar