Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-104/2025 15.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X27 Əli qızının katibliyi , İddiaçı nümayəndəsi Vəkil1 Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı və X13 cavabdehlər Cavabdeh2, X16 və X8 qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən payın naturada ayrılması” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçılar İddiaçı və X21 cavabdehlər Cavabdeh2, X16 və X8 qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.227 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən X13 4/12, İddiaçı 5/12 paylarının birlikdə naturada ayrılması, iddia ərizəsi üçün məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən ünvan 1i ünvanında yerləşən 0.227 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə dair X13 4/12, İddiaçı 5/12, X6 1/12, Cavabdeh2 1/12, Cavabdeh1 1/12 hissədə payları qeydə alınaraq çıxarış ilə rəsmiləşdirilmişdir. Mülki iş üzrə cavabdehlər torpaq sahəsini zəbt etdiyi və naturada ayrılmasına razı olmadığı üçün torpaq sahələrindən istifadə edə bilmirlər. Cavabdehlərin qeyd olunan hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulur. Cavabdehlərə torpaq sahəsindən paylarının naturada ayrılmasına dair müraciət etmələrinə baxmayaraq nəticə vermədiyi və mübahisə olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı 05 dekabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən ünvan 1i ünvanında yerləşən 0.227 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə dair X13 4/12, İddiaçı 5/12, X6 1/12, Cavabdeh2 1/12, Cavabdeh1 1/12 hissədə payları qeydə alınaraq çıxarış ilə rəsmiləşdirilmişdir. Naturada paylarının birlikdə ayrılmasını tələb etdiyi torpaq sahəsində fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evində ¼ hissədə payı vardır. Bunun üçün iddia tələbi həcminin artırlmasına dair ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmədən iddia tələbinin xahiş edirəm hissəsini aşağıdakı məzmunda nəzərə alınmasını xahiş edir. 1) ünvan 1i ünvanında yerləşən 0.227 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən X13 4/12, onun 5/12 paylarının birlikdə naturada ayrılması, 2) Torpaq sahəsinin üzərində yerləşən 66.3 kv.m fərdi yaşayış evindən onun ¼ hissədə payının naturada ayrılması, 3) iddia ərizəsi üçün məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun və vəkilə hüquqi xidmət üçün ödənilmiş 300 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı və X13 nümayəndəsi Vəkil1 19 avqust 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı Musayeva X20 rayonu, Yuxarı Tala kəndində yerləşən 0.2270 ha torpaq sahəsində yerləşən 5/12 payını X17 bağışlamışdır. X13 0.2270 ha torpaq sahəsində payı 9/12 hissə təşkil edir. MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 53-cü maddəsinə istinad edərək ünvan 1ində yerləşən 0.2270 ha torpaq sahəsində X13 9/12 hissə payının naturada ayrılması, naturada ayrılan torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-ci il olan Çıxarışa əsasən Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla Cavabdeh1, payı ¼ hissə olmaqla İddiaçı, payı ¼ hissə olmaqla X6 və payı ¼ hissə olmaqla Cavabdeh2, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,227 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla Cavabdeh1, payı 4/12 hissə olmaqla X13, payı 5/12 hissə olmaqla İddiaçı, payı 1/12 hissə olmaqla X6 və payı 1/12 hissə olmaqla Cavabdeh2 adına qeydiyyata alınmışdır. İddiaçı 15 avqust 2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsindən ona çatan 5/12 hissəni qızı X17 bağışlamışdır. Bu səbəbdən də X17 məxsus 9/12 hissənin naturada ayrılmasını və həmin hissədən cavabdehlərin çıxarılmasını istəyirlər. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2025-ci il tarixli, 10/1755 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən mübahisə predmeti olan həyətyanı torpaq sahəsi nəzərə alınaraq müəyyən edilmişdir ki, iddiaçılar X13 və İddiaçı paylarının naturada ayrılması digər payçıların yol (küçə) istiqamətində giriş-çıxışlarını məhdudlaşdıracaqdır. Bu səbəbdən iddiaçıların paylarına düşən hissələrin naturada ayrılması texniki cəhətdən mümkün deyil. Həmin rəylə razı deyildirlər. Belə ki, mübahisəli torpaq sahəsinin faktiki vəziyyətinə görə 0.227 ha həyətyanı torpaq sahəsindən iddiaçı X13 payına düşən 0.1702 ha torpaq sahəsinin ayrılmasının mümkünlüyünə dair sxem və eyni zamanda cavabdehlərin istifadəsində qalan torpaq sahəsinin ölçüləri və giriş-çıxış qapısının hansı istiqamətdən açılması sxemdə əks olunmuşdur. Həmin sxemdən görünür ki, cavabdehlərin payına düşən torpaq sahəsindən cavabdehlərin yol istiqamətində giriş-çıxışları məhdudlaşdırılmır. Cavabdehlərin 17 metr məsafədə yola istiqamətləri vardır. İddiaçı fərdi yaşayış evində olan payını tələb etmir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzindən verilmiş ilkin ekspertiza rəyi ekspert tərəfindən hazırkı mübahisə obyektiv araşdırılmadan verilmişdir. Tərəfindən X5 mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydə Ülviyyə Hacıyevaya məxsus paya görə açılacaq giriş-çıxış qapıları və tərəflər arasında sərhəd hasarının çəkilməsi yeri göstərilmişdir. Bundan başqa o, Ülviyyə Hacıyevaya bağışlanmış torpaq sahəsinə görə yeni işlənmiş Çıxarışı da təqdim etmişdir. Həmçinin o, DƏDR-ə bölgü sxeminin tərtib olunması ilə bağlı müraciət etmiş və sonuncu tərəfindən verilmiş bölgü sxemi ilə müəyyən olunur ki, Ülviyyə Hacıyevaya məxsus 0,1702 ha torpaq sahəsi hər iki tərəfdən yolla əhatə olunur və həmin torpaq sahəsinin bölünməsi mümkündür. İddia tələbi əsaslı olduğundan təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, bağışlanma müqaviləsi qanunsuz olaraq bağlanmışdır. Belə ki, iddiaçı tərəf ekspert rəyi verildikdən sonra Notariat ofisinə müraciət etmiş və digər mülkiyyətçilərin razılığı olmadan torpaq sahəsində olan payını qızına bağışlamışdır. Həmin müqaviləni mübahisələndirirlər və bununla bağlı məhkəməyə müraciət edəcəklər. Həyətyanı torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardırsa və evə və torpaq sahəsinə texniki pasport işlənmişdirsə artıq koordinatlar texniki pasportda göstərilir. Buna görə mütəxəssis rəyinə ehtiyac duyulmur. Mütəxəssis rəyi yalnız boş torpaq sahələrinə görə verilir. Ekspert mütəxəssis rəyi olmadan texniki pasportda qeyd olunan koordinatlara uyğun rəyini verə bilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sxem kim tərəfindən tərtib olunduğu məlum deyildir və orada yalnız torpaq sahəsinin sxemi göstərilmişdir. Mübahisələndirilən həyətyanı torpaq sahəsində isə fərdi yaşayış evi yerləşir və bölgü zamanı torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə bölünməlidir. Sxemdən görünür ki, fərdi yaşayış evi 5 sot torpaq sahəsinin içərisinə salınmışdır. Lakin İddiaçı fərdi yaşayış evində olan ¼ hissə payı mübahisələdirilən torpaq sahəsində yerləşir. Bu halda İddiaçı fərdi yaşayış evinə girib-çıxması məhdudlaşdırılır. İddiaçı torpaq sahəsindən özünə çatacaq payı qızı Ülviyyə Hacıyevaya bağışlasa da fərdi yaşayış evində olan payı onun mülkiyyətindədir və həmin payın cavabdehlərə düşən paydan naturada ayrılması texniki cəhətdən mümkün deyildir. İddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyi özəl ekspertiza mərkəzindən verilmişdir. Həmin rəyə istinad etmək olmaz. İddiaçı tərəfindən yeni Çıxarış təqdim olunmuşdur. X32 Musayevanın fərdi yaşayış evində payı ¼ hissədən ibarətdir. Lakin ona çatacaq payın hansı torpaq sahəsinin üzərində yerləşməsi müəyyən edilmir. Belə çıxır ki, iddiaçıların təqaim etdikləri üsul ilə bölgü aparılarsa o, evdə yerləşən payına cavabdehlərin torpağı üzərindən keçərək girib- çıxacaqdı, bu hal da cavabdehlərin əsaslı narazılıqlarına səbəb olacaqdı, bundan başqa iddiaçının evdə olan payı cavabdehlərin mülkiyyətləri üzərində olan torpaq sahəsi üzərində yerləşəcəkdir, bu hal da iddiaçıların təklif etdikləri bölgü sxemini əsassız edir. Buna görə də torpaq sahəsinin bölünməsi mümkün deyildir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada cavabdehlər X16 və X8 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Zaqatala RİHB-ın Dombabinə kənd icra nümayəndəliyi tərəfindən verilmiş Xİ-JQ 379510 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 04 mart 1986-cı ildə doğulmuşdur. X1 və X18r. Zaqatala rayonu VVDQ Şöbəsi tərəfindən verilmiş AZ-İ 295970 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X22 arasında nikah 15 dekabr 2006-cı ildə bağlanmış və nikah akt qeydləri kitabında 332 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2024-cü il tarixli 2(107)-47/2024 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2, Cavabdeh1 və X6 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-73/2023 nömrəli qətnaməsinin "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin, "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ların ləğv edilməsi, miras qalmış torpaq sahələrində payın müəyyən edilməsi hissələrində ləğv edilməsi, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar Cavabdeh2, Cavabdeh1 və X6 cavabdehlər Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, İddiaçı və X4 qarşı 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 13 yanvar 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı ilə bağlı hissədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, İddiaçı, X21 ilə X9 arasında bağlanmış 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-1658 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən X3 29 oktyabr 2021-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 84-cü vərəqində, ********** qeydiyyat nömrəsi ilə aparılmış qevdiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, mərhum X19 miras qalmış ünvan 1ində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılar Cavabdeh2, Cavabdeh1 və X10 hər birinin payı 1/3 olmaqla müəyyən edilməsi tələbinə dair iddialarının qismən təmin edilməsi, mərhum X19 miras qalmış ünvan 1ində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki 1/3 payına dair iş üzrə cavabdeh İddiaçı qıznın tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Zaqatala Rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 29 dekabr 2019-cu il tarixli, 2V-1303 reyestr nömrəli, 700/2019 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqmda şəhadətnamə"nin etibarsız hesab edilməsi, mərhum X19 miras qalmış ünvan 1ində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına iddiaçılar Cavabdeh2, Cavabdeh1, X10 hər birinin ¼ miras payının müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, mərhum X19 miras qalmış ünvan 1ində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına cavabdeh İddiaçı da ¼ miras payının müəyyən edilməsi qət edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X23, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,227 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla Cavabdeh1, payı 4/12 hissə olmaqla X13, payı 5/12 hissə olmaqla İddiaçı, payı 1/12 hissə olmaqla X6 və payı 1/12 hissə olmaqla Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla Cavabdeh1, payı ¼ hissə olmaqla İddiaçı, payı ¼ hissə olmaqla X6 və payı ¼ hissə olmaqla Cavabdeh2, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,227 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla Cavabdeh1, payı 4/12 hissə olmaqla X13, payı 5/12 hissə olmaqla İddiaçı, payı 1/12 hissə olmaqla X6 və payı 1/12 hissə olmaqla Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1755 saylı 07 iyul 2025-ci il tarixli rəyindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyətini, yalnız bir yaşayış otağından ibarət olduğunu, tərkibində olan kommunal xidmətli sahənin (mətbəx) yeganə olduğunu və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə təcrid şəklində ayrı-ayrılıqda giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq həmin fərdi yaşayış evindən iddiaçının 1/4 hissə payının və mülkiyyətçilərin hər birinin payına düşən sahələrin naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X15 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən, mübahisə predmeti olan həyətyanı torpaq sahəsindən iddiaçılar X14 (4/12 hissə) və İddiaçı (5/12 hissə) paylarının naturada ayrılacağı təqdirdə digər payçıların yol (küçə) istiqamətində giriş-çıxışlarının məhdudlaşacağını nəzərə alaraq iddiaçıların paylarına düşən hissələrin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. 15 avqust 2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Musayeva X20 rayonunun Yuxarı Tala kəndində yerləşən 0,2270 ha torpaq sahəsindən paylı mülkiyyət hüququ üzrə özünə məxsus 5/12 hissəni X17 bağışlamışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** və **********, qeydiyyat tarixi xx.xx.2024-ci il və xx.xx.2025-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla Cavabdeh1, payı ¼ hissə olmaqla İddiaçı, payı ¼ hissə olmaqla X6 və payı ¼ hissə olmaqla Cavabdeh2, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,227 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla Cavabdeh1, payı 4/12 hissə olmaqla X13, payı 5/12 hissə olmaqla İddiaçı, payı 1/12 hissə olmaqla X6 və payı 1/12 hissə olmaqla Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** və **********, qeydiyyat tarixi xx.xx.2024-ci il və xx.xx.2025-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla Cavabdeh1, payı ¼ hissə olmaqla İddiaçı, payı ¼ hissə olmaqla X6 və payı ¼ hissə olmaqla Cavabdeh2, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,227 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla Cavabdeh1, payı 9/12 hissə olmaqla X13, payı 1/12 hissə olmaqla X6 və payı 1/12 hissə olmaqla Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. X5 29 avqust 2025-ci il tarixli 167 saylı mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 1ində yerləşən, iddiaçı X13 paylı mülkiyyətində olan 0,227 ha həyətyanı torpaq sahəsindən X13 9/12 hissəsinin (0,1702 ha), müraciətə əlavə olunmuş bölgü sxeminə uyğun və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq, naturada ayrılmasının (bölünməsi) texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bölgü sxeminə uyğun olaraq, tədqiq olunan torpaq sahəsinin bölünməsi üçün, texniki pasport üzrə 2-3 döngə nöqtələri arasında şimaldan şərqə doğru istiqamətdə 10,0 metr məsafə qoyulmaqla çəkiləcək birinci sərhəd hasarının başlanğıc nöqtəsi qoyulmalıdır. Bu nöqtədən həyətyanı torpaq sahəsinə doğru istiqamətdə texniki pasport üzrə 1-2 döngə nöqtələri arasında olan sərhəddən (qonşu arası sərhəd) 14,24 metr və 10,59 metr, eləcə də fərdi yaşayış evi ilə 1,5 metr ara məsafələri saxlamaqla 10,43 metr və 14,70 metr ölçüdə müvafiq olaraq birinci və ikinci sərhəd hasarları çəkilməlidir. Çəkilməsi nəzərdə tutulmuş ikinci sərhəd hasarının son nöqtəsindən torpaq sahəsinin cənub-şərqə doğru istiqamətdə, fərdi yaşayış evi ilə 4,30 metr və 1,5 metr ara məsafələri saxlamaqla 11,40 metr ölçüdə üçüncü sərhəd hasarı çəkilməlidir. Çəkilməsi nəzərdə tutulmuş üçüncü sərhəd hasarının son nöqtəsindən torpaq sahəsinin şimal-qərbə doğru istiqamətdə, fərdi yaşayış evi ilə 1,5 metr ara məsafəsi saxlamaqla 4,42 metr ölçüdə dördüncü sərhəd hasarı çəkilməlidir. Çəkilməsi nəzərdə tutulmuş dördüncü sərhəd hasarının son nöqtəsindən torpaq sahəsinin cənub-şərqə doğru istiqamətdə, texniki pasport üzrə 4-5 döngə nöqtələri arasında şərqdən cənuba doğru istiqamətdə 16,10 metr məsafə qoyulmaqla, 17,97 metr ölçüdə beşinci sərhəd hasarı çəkilməlidir. Belə bölgü nəticəsində, iddiaçı X2 düşən həyətyanı torpaq sahəsinin 0,1702 ha təşkil etdiyi müəyyən olunur ki, bu da onun 9/12 hissəsinə (xx.xx.2024-cü il tarixli çıxarış və xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsi üzrə) düşən sahəyə uyğundur. Əlavə olaraq qeyd olunur ki, bölgü zamanı, torpaq sahəsinin mövcud giriş-çıxış qapılarının (darvaza və qapı) faktiki olaraq iddiaçı X2 düşən həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qaldığını nəzərə alaraq, torpaq sahəsinin bölünmüş digər hissəsinə daxil olmaq üçün, küçə tərəfdən texniki pasport üzrə 4-5 döngə nöqtələri arasında şərqdən cənuba doğru istiqamətdə 16,10 metr ölçüdə olan sərhəd hasarının üzərində giriş-çıxış boşluğu açılmaqla əlavə darvaza quraşdırılmalıdır. 01 sentyabr 204-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 144.5-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinə asasən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər daşınmaz əmlakın ümumi paylı mülkiyyətçiləridirlər. İddiaçılar əvvəlcə ilk iddia ərizələrinin həcmini artıraraq paylı mülkiyyət olan vahid daşınmaz əmlakın (torpaq sahəsinin və onun üzərindəki evin) naturada ayrılmasını, sonradan İddiaçı torpaq sahəsi üzrərindəki payını qızı X17 bağışladığından iddiaçılar tələbinin həcmini azaldaraq yalnız torpaq sahəsi üzərində X13 payının naturada ayrılmasını tələb etmişdir. Qeyd edilməlidir ki, baxılan iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin mübahisələndirilməyən halı ondan ibarət olur ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** və **********, qeydiyyat tarixi xx.xx.2024-ci il və xx.xx.2025-ci il olan Çıxarışa əsasən Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla Cavabdeh1, payı ¼ hissə olmaqla İddiaçı, payı ¼ hissə olmaqla X6 və payı ¼ hissə olmaqla Cavabdeh2, torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla Cavabdeh1, payı 9/12 hissə olmaqla X13, payı 1/12 hissə olmaqla X6 və payı 1/12 hissə olmaqla Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 13.7-ci maddəsindən görünür ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Məhkəmə vurğulayır ki, vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Yaranmış vəziyyətdə vahid daşınmaz əmlaka aid olan torpaq sahəsi və fərdi yaşayış evinin ayrılıqda bölünmə predmeti ola bilməsi, belə bölgünün aparılmasının mümkünlüyü ilkin olaraq araşdırılmalı olan hal olmuşdur. Vahid daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Bu səbəbdən məhkəmənin xx.xx.2025-ci il tarixli e-2(033)-104/2025 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1755 saylı 07 iyul 2025-ci il tarixli ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1755 saylı 07 iyul 2025-ci il tarixli ekspert rəyindən məlum olmuşdur ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyətini, yalnız bir yaşayış otağından ibarət olduğunu, tərkibində olan kommunal xidmətli sahənin (mətbəx) yeganə olduğunu və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə təcrid şəklində ayrı-ayrılıqda giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq həmin fərdi yaşayış evindən iddiaçının 1/4 hissə payının və mülkiyyətçilərin hər birinin payına düşən sahələrin naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X15 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən, mübahisə predmeti olan həyətyanı torpaq sahəsindən iddiaçılar X14 (4/12 hissə) və İddiaçı (5/12 hissə) paylarının naturada ayrılacağı təqdirdə digər payçıların yol (küçə) istiqamətində giriş-çıxışlarının məhdudlaşacağını nəzərə alaraq iddiaçıların paylarına düşən hissələrin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə tərəfindən keçirilmiş ilk ekspertizanın gəldiyi nəticədən aydın olur ki, ekspert mübahisəsi gedən əmlakın nə vahid daşınmaz əmlak kimi fərdi yaşayış evinin, nə də ki, əmlaka aid olan torpaq sahəsinin bölünməsinin mümkün olmamasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq isə iki və ya daha artıq şəxsdən ibarət ortaqlığa (ümumiliyə) aiddirsə birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsusdursa paylı mülkiyyətdir. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Nəzərə alınmalıdır ki, vahid əşyanı (tamı) əmələ gətirən və ya onunla sıx bağlı olan hissələr əşyanın tərkib hissəsidir və əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi hesab edilir. Bu baxımdan əşyanın tərkib hissəsi ayrıca mülkiyyət predmeti sayılmır. Qeyd edilənlər onu göstərir ki, ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Bu səbəbdən əşyanın tərkibinə daxil olan hissə(lər) hansısa pay sahibinin mülkiyyət hüququndakı payına uyğun gəlsə belə, həmin qismi tərkib hissə statusunu itirmədən, yəni ayrıca və müstəqil əşya halına gəlmədən fərdi mülkiyyət predmeti ola bilməz. Əgər həmin reyestrdə qeydə alınmış daşınmaz əşyanın sərhədləri nəzərə alınmaqla belə ayrılma texniki cəhətdən mümkün deyilsə, hətta bu mümkün olsa belə ayrılma əşyaya tənasübsüz surətdə zərər vurarsa və digər paydaşların hüququnu əhəmiyyətli şəkildə pozarsa ayrılmaya yol verilmir. Belə ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** və **********, qeydiyyat tarixi xx.xx.2024ci il və xx.xx.2025-ci il olan Çıxarışlardan da görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla Cavabdeh1, payı ¼ hissə olmaqla İddiaçı, payı ¼ hissə olmaqla X6 və payı ¼ hissə olmaqla Cavabdeh2 torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla Cavabdeh1, payı 9/12 hissə olmaqla X13, payı 1/12 hissə olmaqla X6 və payı 1/12 hissə olmaqla Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı torpaq sahəsindən özünə çatacaq payı qızı Ülviyyə Hacıyevaya bağışlasa da, fərdi yaşayış evində olan ¼ payı onun mülkiyyətindədir və torpaq sahəsinin iddiaçının məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində qeyd edilən şəkildə ayrılması fərdi yaşayış evindəki İddiaçı payının cavabdehlərin paylı mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşməsinə səbəb olacaqdır ki, bu hal gələcəkdə əlavə məhrumiyyətlərin yaranmasına, əşya yükülüyünə məruz qalmasına səbəb olacaqdır. Hazırkı işdə isə vahid daşınmaz əmlak üzrə iddiaçının payının iddiaçının göstərdiyi şərtlər çərçivəsində ayrıla bilməsi, bunun üçün tərtib olunan bölgü planı üzrə ayrılan sahənin ümumilikdə qalan digər paydaşa (əlavə məhrumiyyətlər, əşya yükülüyünə məruz qalması, sevitut və digər əsaslar üzrə) və əşyaya zərər verməməsi, habelə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak kimi qeydiyyatının mümkünlüyü nəzərə alınmalıdır. Həmçinin prosessual qanunvericiliyinə əsasən mülki işin icraatında ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Mütəxəssis qismində isə işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs çıxış edə bilər. (MPMin 64.1, 97.1-ci maddələri) Bu baxımda məhkəmə qeyd edir ki, naturada bölünənin mümkünlüyünün müəyyən olunması baxımından ekspert rəyi mütəxəssis rəyindən daha mötəbər sübutdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və X13 cavabdehlər Cavabdeh2, X16 və X8 qarşı ünvan 1ində yerləşən 0.2270 ha torpaq sahəsində cavabdeh X13 9/12 hissə payının naturada ayrılması, naturada ayrılan torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair iddiaları rədd edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri olan 100 manat dövlət rüsumu iddiaçılara aid edilməli və 100 manat ekspertiza xərci iddiaçılardan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçılar İddiaçı və X13 cavabdehlər Cavabdeh2, X16 və X8 qarşı ünvan 1ində yerləşən 0.2270 ha torpaq sahəsində cavabdeh X13 9/12 hissə payının naturada ayrılması, naturada ayrılan torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair iddiaları rədd edilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat iddiaçılara aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (bir yüz) manat iddiaçılar İddiaçı və X11 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X12, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-104/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-104/2025
15.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver