Məhkəmə qərarları › İş №e-2(033)-1065/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1065/2025

28.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1065/2025 28.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəki X9 Mərkəzi X1rşı “əmlaka sahiblik hüququnun əldə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək uzun müddət istifadəsində olan 7 YUB modelli 1984-cü il buraxılışlı 163092 nömrəli yedək qoşqunun sahibliyində olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun müddətdir istifadəsində olan 7 YUB modelli 1984-cü il buraxılışlı 163092 nömrəli yedək qoşqu faktiki olaraq onun sahibliyindədir. Lakin həmin qoşqu aidiyyatı orqan tərəfindən adına rəsmi qeydiyyata alınmamışdır. Bununla bağlı olaraq əvvəlcə istifadəsində olan qoşqunun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və uçota alınması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X9 Mərkəzinə müraciət etmişdir. Lakin Mərkəz tərəfindən ünvanına göndərilmiş 20 noyabr 2024-cü il tarixli 3-22-3- 55/2-D-xx-xx/2024 nömrəli məktubda ona izah edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinə əsasən Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; Odur ki, yuxarıda qeyd olunan sənədlər təqdim edildiyi təqdirdə texnikanın dövlət qeydiyyatından keçirilməsi məsələsinə baxıla bilər. Beləliklə, uzun müddət istifadəsində olan 7 YUB modelli 1984-cü il buraxılışlı 163092 nömrəli yedək qoşqunun dövlət qeydiyyatından keçirilməsi üçün həmin texnikanın sahibliyində olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin texnikanın uzun müddət istifadəsində olmasını Zaqatala RİHB-nın Mamrux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində verilmiş Arayış, foto şəkillər, o cümlədən məhkəməyə təqdim edəcəyi şahidlər X3 (ş/v: AA5731992, FİN: 3X1G4TK) və X5 (ş/v: AA5792095, FİN: 4T6MWMY) təsdiq edə bilər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Şahid qismində dindirilmiş X7 izahat verərək bildirdi ki, İddiaçı dostudur. Onu tanıdığı dövrdən həmin qoşqu dostundadır. Uzun illərdir istifadə edir və 4 təkərli qoşqudur. Qoşqunu da təmir elətdirib. Şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, İddiaçı uzun illərdir ki qoşqudan istifadə edir. İlini və modelini bilmir amma qoşqunu tanıyır. İşin halları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X9 Mərkəzinin 20 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinə əsasən Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; Odur ki, yuxarıda qeyd olunan sənədlər təqdim edildiyi təqdirdə texnikanın dövlət qeydiyyatından keçirilməsi məsələsinə baxıla biləcəyi izah edilmişdir. xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinin müayinə aktından görünür ki, nəqliyyat vasitəsinin sahibi və sərəncam vermək hüququ olan İddiaçı məxsus 7 YUB markalı 163092 nömrəli 1984-cü il buraxılışlı qırmızı rəngli yədək qoşquya baxış keçirilmiş və vəziyyəti saz kimi qiymətləndirilmişdir. Zaqatala RİHB-nin Mamrux kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1.11.2024-cü il tarixli arayışdan görünür ki, 7 YUB markalı 163092 zavod nömrəli 1984-cü il buraxılışlı yedek qoşqu İddiaçı məxsusdur və onun istifadəsindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 166.1-ci maddəsinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, 7 YUB markalı 163092 zavod nömrəli 1984-cü il buraxılışlı yedek qoşqu İddiaçı sahibliyindədir. Qeyd edilən fakt təqdim edilmiş sənədlər və şahid ifadələri ilə təsdiq edilir. İddiaçı həmin qoşqunu dövlət qeydiyyatına aldırmaq istəsə də qoşquya sahibliyi təsdiq edən sənədi olmadığından həmin əməliyyatların aparılmasından Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X9 Mərkəzinin 20 noyabr 2024-cü il tarixli məktubu ilə imtina edilmişdir. İddiaçının ərizəsi kifayət qədər əsaslandırılmış və 7 YUB markalı 163092 zavod nömrəli 1984-cü il buraxılışlı yedek qoşqunun onun sahibliyində olmasına dair faktın müəyyən edilməsinin hansı məqsədlər üçün lazım olduğu qeyd edilmişdir. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, İddiaçı 7 YUB modelli 1984-cü il buraxılışlı 163092 zavod nömrəli qırmızı rəngli yedek qoşqu olan nəqliyyat vasitəsinə sahiblik faktı təsdiq edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı 7 YUB modelli 1984-cü il buraxılışlı 163092 zavod nömrəli qırmızı rəngli yedek qoşqu olan nəqliyyat vasitəsinə sahiblik faktı təsdiq edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar