Məhkəmə qərarları › İş №e-2(033)-1268/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1268/2025

09.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1268/2025 09.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satişı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" ASC-nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “protokolun etibarsız sayılmasıvə çıxarışın ləğvi tələbinə” dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyun 2025-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolun etibarsız hesab edilməsi və həmin protokolaəsasən ünvan 1 ünvanında yerləşən0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi üzərində ASC «Xalq» Bankın mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 16 iyul 2025-ci il tarixdə, ********** qeydiyyat, **********96-10301 reyestr nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinə görə, iddia ərizəsi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Müəyyən etdim ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1149/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satişı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" ASC-nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “protokolun etibarsız sayılmasıvə çıxarışın ləğvi tələbinə”dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, eyni zamanda iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılması qərara alınmışdır. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1149/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ona geri qaytarılmış rüsum qəbzindən yenidən istifadə etməklə ikinci dəfə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı hazırki tələbi ilə bağlı iddia ərizəsinə Zaqatala Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməli olduğu halda, o Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1149/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ona geri qaytarılmış rüsum qəbzindən yenidən istifadə etməklə məhkəməyə müraciət etmişdir. Buna görə də, İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satişı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" ASC-nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “protokolun etibarsız sayılmasıvə çıxarışın ləğvi tələbinə” dair dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar