Məhkəmə qərarları › İş №e-2(033)-1284/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1284/2025

14.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1284/2025 14.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X17 Əli qızının katibliyi, Cavabdeh "xxxx" ASC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Balakən rayon İcra və Probasiya Şöbəsi, "xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi; İddia tələbi və dəlilləri İddiaçı cavabdehlər "xxxx" MMC, Balakən rayon İcra və Probasiya Şöbəsi, "xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyun 2025-ci il tarixli "xxxx" protokolun etibarsız hesab edilməsi və həmin protokola əsasən ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi üzərində ASC "xxxx" Bankın mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 16 iyul 2025-ci il tarixdə, ********** qeydiyyat, **********96-10301 reyestr nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(019)-17/2023 iş nömrəli qətnaməsi ilə, iddianın qismən təmin olunması; ASC "xxxx" Bankının tələbi xx.xx.2019-cu il tarixli, **********82719/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X8 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 145000 (bir yüz qırx beş min) manat məbləğində müəyyən olunması, ipoteka predmeti olan cavabdeh X8 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsi üzrə borc alan İddiaçı ASC "xxxx" Bankı qarşısında 51874,23 (əlli bir min səkkiz yüz yetmiş dörd manat iyirmi üç qəpik) manat məbləğində əsas borcun, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixədək illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 35658,39 (otuz beş min altı yüz əlli səkkiz manat otuz doqquz qəpik) manat məbləğində adi faizlər üzrə borcun, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12,8 % (on iki tam onda səkkiz faiz) dərəcəsi ilə hesablanmış 665,72 (altı yüz altmış beş manat yetmiş iki qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzinin, xx.xx.2023-cü il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış 1000 (bir min) manat məbləğində penyanın, cəmi 89198,34 (səksən doqquz min yüz doxsan səkkiz manat 34 qəpik) manat, iddianın təmin olunmuş məbləğinə mütənasib olaraq ödənilmiş 27,03 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 manat və sənədlərin notariat qaydasında təsdiqlənməsinə görə ödənilmiş 11 manat çəkilmiş xərcin iddiaçı ASC "xxxx" Bankına ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməsi, iddia qalan hissədə təmin olunmaması, iş üzrə 150 manat ekspertiza xərcinin 135,17 manatı cavabdehlər X4 və X5 və 14,83 manatı iddiaçı ASC "xxxx" Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X18 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi, iş üzrə 200 manat mütəxəssis xərcinin 180,23 manatının cavabdehlər İddiaçı və Qocayev Eyvazİsaxan oğlundan və 19,77 manatı iddiaçı ASC "xxxx" Bankından tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Yenilikcə iddiaçıya məlum olmuşdur ki, "Daşınar və Daşınmaz Əmlakların Satişı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti qanunsuz və əsassız olaraq, hərracın keçirilməsi qaydalarına zidd olaraq 20 iyun 2025-ci il tarixli "xxxx" protokola əsasən ASC "xxxx" Bankın mülkiyyətinə keçirmişdir. ASC "xxxx" Bank isə öz növbəsində həmin protokola əsasən, ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu 16 iyul 2025-ci il tarixdə, ********** qeydiyyat, **********96- 10301 reyestr nömrəsi ilə dövlət qeydiyyatına aldırmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, və ailə üzvlərinin Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işlə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-in nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, 20 iyun 2025-ci il tarixli "xxxx" protokolun etibarsız hesab edilməsi barədə iddiaçının tələbi ilə razı deyildirlər. Belə ki, müvafiq protokolun etibarsız hesab edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hərracın keçirilməsinin qaydası və müddətlər pozulmuş olmalıdır. Belə hallar isə mövcud olmamışdır. Əgər olsa idi iddiaçı bunu təsdiq edəcək zəruri sübutları məhkəməyə təqdim etmiş olardı. Lakin iş materiallarında belə sübutlar mövcud deyil. Hərrac tam qanunvericiliyə uyğun təşkil olunmuşdur. Evin dəyəri məhkəmə qətnaməsi ilə müəyyənləşdirlmişdir. Bundan başqa evin mülkiyyətçisi iddiaçı deyil, onun əri X22muşdur. İddiaçı isə borcalan olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər "xxxx" MMC və Balakən rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Balakən rayon məhkəməsinin 20 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin olunaraq xx.xx.2019-cu il tarixli **********82719/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X8 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 145000 (bir yüz qırx beş min) manat məbləğində müəyyən olunması, ipoteka predmeti olan cavabdeh X8 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsi üzrə borc alan İddiaçı ASC "xxxx" Bankı qarşısında 51874,23 (əlli bir min səkkiz yüz yetmiş dörd manat 23 qəpik) manat məbləğində əsas borcun, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixədək illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 35658,39 (otuz beş min altı yüz əlli səkkiz manat 39 qəpik) manat məbləğində adi faizlər üzrə borcun, xx.xx.2023-cü iltarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12,8 % (on iki tam onda səkkiz faiz) dərəcəsi ilə hesablanmış 665,72 (altı yüz altmış beş manat 72 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzinin, xx.xx.2023-cü il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış 1000 (bir min) manat məbləğində penyanın, cəmi 89198,34 (səksən doqquz min yüz doxsan səkkiz manat 34 qəpik) manat, iddianın təmin olunmuş məbləğinə mütənasib olaraq ödənilmiş 27,03 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 manat və sənədlərin notariat qaydasında təsdiqlənməsinə görə ödənilmiş 11 manat çəkilmiş xərcin ASC "xxxx" Bankına ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməsi, iddia qalan hissədə təmin olunmaması, iş üzrə 150 manat ekspertiza xərcinin 135,17 manatı cavabdehlər X4 və X5 və 14,83 manatı ASC "xxxx" Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X18 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi. iş üzrə 200 manat mütəxəssis xərcinin 180,23 manatının cavabdehlər İddiaçı və X5 və 19,77 manatın ASC "xxxx" Bankından tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən Balakən Rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" ASC, X8, İddiaçı, X3, X9, X10 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 01/467 saylı “Elektron hərrac” portalı vasitəsi ilə Açıq hərracın keçirilməsi haqqında bildirişə əsasən Balakən Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(019)-17/2023 nömrəli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin satış qiyməti 145 000 manat olmaqla xx.xx.2025-ci il tarixdə saat 10:01-dən 14 may 2025-ci il tarixə, saat 10:01-dək auksion formasında (X21) açıq hərraca çıxarıldığı bildirilmişdir. Bu barədə elan xx.xx.2025-ci il tarixdə “Birja yenilikləri” informasiya ehtiyatında yerləşdirilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 01/467 saylı X12 ünvanlanmış bildirişi 28 aprel 2025-ci il tarixdə poçt göndərişinin verilməsinə dair xəbərnamənin digər qaydada bölməsinə imza edilməklə təhvil alınmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 01/467 saylı X6 ünvanlanmış bildirişi 28 aprel 2025-ci il tarixdə poçt göndərişinin verilməsinə dair xəbərnamənin digər qaydada bölməsinə imza edilməklə təhvil alınmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 01/467 saylı İddiaçı ünvanlanmış bildirişi 28 aprel 2025-ci il tarixdə poçt göndərişinin verilməsinə dair xəbərnamənin şəxsən bölməsinə imza edilməklə təhvil alınmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 01/467 saylı X8 ünvanlanmış bildirişi 28 aprel 2025-ci il tarixdə poçt göndərişinin verilməsinə dair xəbərnamənin digər qaydada bölməsinə imza edilməklə təhvil alınmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 01/467 saylı X10 ünvanlanmış bildirişi 28 aprel 2025-ci il tarixdə poçt göndərişinin verilməsinə dair xəbərnamənin digər qaydada bölməsinə imza edilməklə təhvil alınmışdır. "xxxx" MMC tərəfindən Balakən Rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" ASC, X8, İddiaçı, X3, X9, X10 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 02/607 saylı “Elektron hərrac” portalı vasitəsi ilə Açıq hərracın keçirilməsi haqqında bildirişə əsasən Balakən Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2(019)-17/2023 nömrəli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təkrar satış qiyməti 123 250 manat olmaqla 24 may 2025-ci il tarixdə saat 10:01-dən 31 may 2025-ci il tarixə, saat 10:01-dək auksion formasında (X21) açıq hərraca çıxarıldığı bildirilmişdir. Bu barədə elan 15 may 2025-ci il tarixdə “Birja yenilikləri” informasiya ehtiyatında yerləşdirilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02/607 saylı X8 ünvanlanmış bildirişi 23 may 2025-ci il tarixdə poçt göndərişinin verilməsinə dair xəbərnamənin şəxsən bölməsinə imza edilməklə təhvil alınmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02/607 saylı X13 ünvanlanmış bildirişi 23 may 2025-ci il tarixdə poçt göndərişinin verilməsinə dair xəbərnamənin digər qaydada bölməsinə imza edilməklə təhvil alınmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02/607 saylı X6 ünvanlanmış bildirişi 23 may 2025-ci il tarixdə poçt göndərişinin verilməsinə dair xəbərnamənin digər qaydada bölməsinə imza edilməklə təhvil alınmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02/607 saylı X10 ünvanlanmış bildirişi 23 may 2025-ci il tarixdə poçt göndərişinin verilməsinə dair xəbərnamənin digər qaydada bölməsinə imza edilməklə təhvil alınmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02/607 saylı X10 ünvanlanmış bildirişi 23 may 2025-ci il tarixdə poçt göndərişinin verilməsinə dair xəbərnamənin digər qaydada bölməsinə imza edilməklə təhvil alınmışdır. 20 iyun 2025-ci il tarixli "xxxx" protokoldan görünür ki, ilkin hərracın keçirilməsi ilə bağlı elanın tarixi 17 aprel 2025-ci il, təkrar hərracın keçirilməsi ilə bağlı elanın tarixi 14 may 2025-ci ildir. İlkin hərracın başlanma tarixi və vaxtı 07 may 2025-ci il saat 10-01, ilkin hərracın bitmə tarixi və vaxtı 14 may 2025-ci il saat 10-01-dir. İlkin hərracın nəticəsi – hərrac iştirakçı olmadığından baş tutmamışdır. Təkrar hərracın başlanma tarixi və vaxtı 24 may 2025-ci il saat 10-01, təkrar hərracın bitmə tarixi və vaxtı 31 may 2025-ci il saat 10- 01-dir. Təkrar hərracın nəticəsi: hərrac iştirakçı olmadığından baş tutmamışdır. Hərrac açıq auksion formasında elektron keçirilmişdir. Hərracın predmeti olan əmlak ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evidir. Hərracın keçirilməsi üçün əsasən Balakən rayon məhkəməsiin 2(019)-17/2023 saylı 17 iyul 2024-cü il tarixli icra sənədinə əsasən əmlakın icra məmurunun sifarişi əsasında elektron hərracda satılmasıdır. Sifarişçi Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru X19, hərraca çıxarılan əmlakın sahibi – X11r. İpoteka saxyalan- Xalq Bak ASC-dir. Hərrac təşkilatçısı və “X21” – "xxxx" MMC, əmlakı əldə edən ipoteka saxlayanın adı – "xxxx" ASC-dir. Hərracın predmeti olan əmlakın ilkin satış (likvid), təkrar hərracdakı 15 faiz aşağı və təklif qiyməti – ilkin satış qiyməti 145000 manat, təkrar hərracdakı 15 faiz aşağı qiymət 123250 manat, təkrar hərracdakı qiymətdən 25 faiz az olmayan qiymət -92449,82 manatdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 16 iyul 2025-ci il olan çıxarışın surətindən görünür ki, ünvan 4 ünvan: Nəriman ünvan 5aq sahəsi üzərində inşa edilmiş 167.6 kv.m sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 noyabr 2025-ci il tarixli nikahın bağlanması haqqında arayışdan görünür ki, X16 ilə İddiaçı nikahlarını 24 aprel 2004-cü il tarixdə bağlamışlar və nikah akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad Sultanova soyadında qalmışdır. 10 sentyabr 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydasının 1.1-ci maddəsinə əsasən “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası” (bundan sonra – Qayda) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 61-ci və 62-ci maddələrinin tələblərinə əsasən hazırlanmışdır və icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının icra məmuru (bundan sonra – sifarişçi) tərəfindən elektron hərracda (bundan sonra – hərrac) satılması ilə bağlı ixtisaslaşdırılmış müəssisələrə (bundan sonra – təşkilatçı) sifarişin verilməsi və hərracda satılması ilə bağlı qaydaları tənzimləyir. 1.2-ci maddəsinə əsasən Bu Qayda ipoteka ilə yüklü edilmiş əmlaka münasibətdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməyən məsələlər üzrə tətbiq edilir. 1.3-ci maddəsinə əsasən sifarişçi və təşkilatçı öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “İcra haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, o cümlədən bu Qaydanı rəhbər tuturlar. 1.4-cü maddəsinə əsasən Hərrac açıq auksion formasında keçirilir. 1.5-ci maddəsinə əsasən Hərrac Qanunun 61.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti (bundan sonra – İcra xidməti) ilə təşkilatçı arasında bağlanılmış müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 1.6-cı maddəsinə əsasən təşkilatçı şəffaflığın təmin edilməsi məqsədilə hərracların keçirilməsi üçün müvafiq elektron portaldan (bundan sonra – Portal) istifadə etməlidir. Portaldan istifadə qaydaları, şərtləri və digər məsələlər portal sahibi ilə təşkilatçı və portal istifadəçiləri arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun bağlanılmış müqavilə əsasında tənzimlənir. Məhkəmə kollegiyası F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onunkeçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə gəlmiş cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşin müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı və onun əri X16 ilə cavabdeh Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq, X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və bununla bağlı onların arasında məhkəmə mübahisəsi yaranmışdır. Həmin mübahisənin nəticəsi olaraq, məhkəmə qaydasında iddiaçıdan xxxxn xeyrinə kredit borcu tutulmuş və tutma ipoteka predmetinə yönəldilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında verilmiş icra sənədinin icrası qaydasında müvafiq icra şöbəsi tərəfindən verilmiş sifariş üzrə cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərrac (ilkin və təkrar) baş tutmamış və bunun nəticəsi olaraq, həmin əmlak sonuncunun təklifinə əsasən Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank tərəfindən əldə edilmişdir. Bununla bağlı onların arasında xx.xx.2025-ci il tarixdə "xxxx" protokol imzalanmış və əmlak xxxxn mülkiyyətinə keçmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 noyabr 2025-ci il tarixdə verilmiş 2087 nömrəli arayışdan görünür ki, X14 ilə İddiaçı 24 aprel 2024-cü il tarixdən nikah münasibətlərində olmuşdurlar. Hazırda iddiaçı hərracın keçirilməsindən xəbərdar olmadığını iddia edir və bu səbəbdən xx.xx.2025-ci il tarixli "xxxx" protokolun etibarsız hesab edilməsini tələb edir. Məhkəmə iddiaçının mövqeyinə münasibətdə ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanunvericilk normalarında mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir. Məhkəmə o halı da nəzərə alır ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair mediada və internet saytda elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə, habelə media və internet saytda elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Başqa sözlə, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı və ya həmin vaxt olduğu yer üzrə göndərilməsi, elanların yerləşdirildiyi internet saytlardan çıxarıları ona təqdim edilməsi, habelə bildirişlərin hər hansı səbəbdən çatdırılması mümkün olmadıqda hərracın təxirə salınması istisna edilir. Belə ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, bununla bağlı müddətlərin müəyyən edilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət və imkan verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. Əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Bu barədə məlumatlandırmanın müxtəlif üsullarının (media və internet saytda məlumatın dərc edilməsi, bildirişin göndərilməsi) təsbit edilməsi də həmin prosedurun onun iştirakçıları, o cümlədən ipoteka qoyan üçün mümkün qədər əlçatımlı edilməsi məqsədini daşıyır. Müəyyən edilmiş məlumatlandırma üsullarına uyğun olaraq da hərrac təşkilatı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən məlumatlandırmanın həyata keçirilməsi bu əsasla hərracın etibarsız hesab edilməsini istisna edir. Hazırki iş üzrə də qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət edilməklə hərrac təşkilatı (cavabdeh) tərəfindən həm 14 may 2025-cüi il tarixdə keçirilmiş ilkin, həm də 31 may 2025-ci il tarixdə keçirilmiş təkrar hərrac barədə iddiaçıya müvafiq olaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə “Birja yenilikləri” informasiya ehtiyatında ilkin və təkrar hərracın keçirilməsi ilə bağlı elanlar dərc etdirilmişdir. Bununla belə, cavabdeh "xxxx" MMC hərracın təşkili və keçirilməsi ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş bütün vəzifələrini lazımi qaydada yerinə yetirmiş, qanunvericiliklə müəyyən edilmiş üsullara uyğun olaraq məlumatlandırmanı həyata keçirmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iş üzrə məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəsini almış və bununla bağlı icra vərəqəsi verilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun sifarişi ilə mübahisəli fərdi yaşayış evi və torpaq sahəsinin satışı açıq auksion formasında elektron qaydada "xxxx" MMC tərəfindən həyata keçirilməsi üçün müraciət edilmişdir. "xxxx" MMC tərəfindən ilkin hərracın keçirilməsi ilə bağlı elan 17 aprel 2025-ci il tarixdə, təkrar hərracın keçirilməsi ilə bağlı elan isə 15 may 2025-ci il tarixdə verilmişdir. İlkin hərracın başlanma vaxtı 07 may 2025-ci il saat 10-01, bitmə vaxtı isə 14 may 2025-ci il saat 10-01 olmuşdur. İlkin hərrac iştirakçı olmadığından baş tutmamışdır. Təkrar hərracın başlanma tarixi və vaxtı 24 may 2025-ci il saat 10-01, bitmə tarixi və vaxtı 31 may 2025-ci il saat 10-01 olmuş və təkrar hərrac da iştirakçı olmadığından baş tutmamışdır. Əmlakı əldə edən ipoteka saxlayan "xxxx" ASC olmuş və hərracın predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti 145000 manat, təkrar hərracdakı 15 faiz aşağı qiymət 123250 manat, təkrar hərracdakı qiymətdən 25 faiz az olmayan qiymət 92449,82 manat müəyyən edilmişdir. "Daşınar və Daşınmaz Əmlakların Satişı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 iyun 2025-ci il tarixli "xxxx" protokola əsasən ASC "xxxx" Bank isə öz növbəsində ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu 16 iyul 2025-ci il tarixdə, ********** qeydiyyat, **********96- 10301 reyestr nömrəsi ilə dövlət qeydiyyatına aldırmış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, iddiaçı "Daşınar və Daşınmaz Əmlakların Satişı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunsuz və əsassız olaraq hərracın keçirilməsi qaydalarına zidd olaraq 20 iyun 2025-ci il tarixli "xxxx" protokola əsasən ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin ASC "xxxx" Bankın mülkiyyətinə keçirməsini əsas gətirsə də, o tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin müsabiqəsi (hərracı) qanunla müəyyənləşdirilmiş qaydalara uyğun keçirildiyindən iddia rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddiaçı cavabdehlər "xxxx" MMC, Balakən rayon İcra və Probasiya Şöbəsi, "xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 20 iyun 2025-ci il tarixli "xxxx" protokolun etibarsız hesab edilməsi və həmin protokola əsasən ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi üzərində ASC "xxxx" Bankın mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 16 iyul 2025-ci il tarixdə, ********** qeydiyyat, **********96-10301 reyestr nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar