Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-129/2025 20.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 oğlunun və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 oğlu və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 2V-365, 2V-364 saylı notariat hərəkəti üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr üzrə bağlanılmış 4Ə-500 saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli A № 363498 saylı xx.xx.2022-ci il tarixli A № 748342 saylı Torpaq sahəsinin Plan və ölçüsü sənədləri, həmçinin xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçıların nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, xx.xx.2019-cu il tarixli, 2V-365 saylı və xx.xx.2019-cu il tarixli 2V-364 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrin hazırda mübahisəiəndirilən 0,02 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş xx.xx.2019- cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin xx.xx.2019-cu il tarixli A № 363498 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədlərinin, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə baxışı iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçılar İddiaçı2 oğlu və İddiaçı1 məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdehlər isə məhkəməyə gəlməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçılar İddiaçı2 oğlunun və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı2 oğlunun və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-129/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-129/2025
20.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver