Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1327/2025 28.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X18 qızının katibliyi ilə, İddiaçı1, onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “cavabdehin qərəzli hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək Cavabdeh, iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən 105.8 kv.m olan fərdi yaşayış evindən iddiaçıların əmlaklarına daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, iddiaçılar İddiaçı1 və İddiaçı2 Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qaldırılması məqsədi ilə iddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 mülkiyyət hüquqi ilə mülkiyyətində Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında 105.8 kv.m fərdi yaşayış evinin 22.2 kv.m hissəsi tam, 40.6 kv.m hissəsi ümumi birgə və İddiaçı2 105.8 kv.m fərdi yaşayış evinin 22.2 kv.m hissəsi tam, 40.6 kv.m hissəsi ümumi birgə mülkiyyət hüququ vardır. Sonuncuların həmin əmlak üzərindəki hüquqları xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”lar rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə və sahiblik etməsinə, həmin torpaq sahəsinə daxil olmağa qoymamaqla və daşınmaz əmlakı iddiaçının razılığı olmadan öz istəyinə uyğun istifadə etməklə maneçilik yaradır. İddiaçılar İddiaçı1 və İddiaçı2, iş üzrə Cavabdeh, əmlakdan istifadə və sahiblik etməsinə qarşı yaratdığı maneənin aradan qaldırılmasını, cavabdehin zəbt etdiyi həmin əmlakdan çıxarılmasını tələb edilməsinə baxmayaraq cavabdeh bundan qərəzli olaraq imtina etmişdirlər. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı1 və İddiaçı2 və X2 Azərbaycan Repsublikasının Konstitusiyasının 13-ci və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Zaqatala rayonu Aşağı Tala kənd sakinidir. Özü tək anadır, həyat yoldaşı X16 2017-ci ildə vəfat etmiş, ailə başçısı olmadan məktəbdə müəllim işləyərək çox çətinliklə iki qız uşağı böyüdür. 2012-ci ildə Zaqatalada güclü zəlzələ baş vermişdir, həmin zəlzələ zaman yaşadığı, yoldaşına nənəsindən qalmış və sonradan yoldaşı ilə onun öz vəsaiti, bankdan aldığım kredit hesabına çoxlu xərc çəkərək əsaslı təmir etdiyi həmin ev dağılmışdır. 2013-cü ildə Prezidentin sərəncamına əsasən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən onların ailə üzvlərinin sayına (yoldaşı, o və iki qızı) uyğun olaraq yoldaşı X10 adına ev tikilmişdir, bu barədə Fövqaladə Hallar Nazirliyinin protokolu və Aşağı Tala kənd İcra Nümayəndəliyinin müvafiq arayışı var. Qeyd etdiyi kimi ev Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncanına əsasən Azərbaycan Respublikası FHN-nin, yerli icra hakimiyyəti, bələdiyyə və ictimaiyyət nümayəndələrinin də daxil olduğu komissiyanın qərarı ilə həmin ünvanda yaşayan və qeydiyyatda olan ailə üzvlərinin sayına uyğun olaraq inşa edilmiş və 2013-cü ildə istifadəyə verilərkən mərhum həyat yoldaşı X10 adına rəsmiləşdirilmişdir. İşin bu halını Zaqatala RİHB-nın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 448 saylı xx.xx.2017-ci il tarixli 449 saylı və 474 saylı xx.xx.2017-ci il tarixli arayışlar da təsdiq edir. Həmin arayışları və protokolu növbəti hazırlıq iclasına kimi təqdim edəcək. 2017-ci ildə yoldaşının ölümündən sonra mərhum ərinin bacısı Ramazanova Könül (vəfat edib), bibiləri İddiaçı1, X5 və əmisi X11 tərəfəndən ona və övladlarına qarşı amansız təzyiqlər, böhtanlar, saxtakarlıqlar, qanunsuzluqlar başlamış və indiyədək də davam etməkdədir. Məqsədləri də dövlət tərəfindən mərhum əri X10 adına tikilərək təhvil verilmiş evi qanunsuz yollarla ələ keçirmək olmuşdur. Bunun üçün dəfələrlə notariat kontoruna müraciət olunmuş, əslində heç bir hüquqi qüvvəsi olmayan vəsiyyətnamə əsas göstərilmişdir. Hansı ki, həmin vəsiyyətnamədə qeyd olunan ev məhv olmuşdur, qanuna görə də məhv olunmuş əmlak miras əmlak hesab olunmur. Onların iddia etdikləri bəhsi gedən ev isə 2013-cü ildə prezidentin müvafiq sərəncamına əsasən dövlət tərəfindən mərhum əri X10 adına tikilib təhvil verilmişdir və bu barədə yuxarıda da qeyd etdiyi kimi müvafiq sənədlər vardır. Bundan əlavə, 2013-cü ildə ev tikilərkən və ondan sonra evə dair bütün xərclər, əziyyət onun və atası Kələşov Əliağa tərəfindən çəkilmiş , yenidən kredit, borc hesabına 10 min manata yaxın xərc çəkilək evdə əsaslı təmir işləri görmüşlər. Bu barədə şahidlər, ustalar da dediklərini təsdiqləyə bilərlər. Bütün bunlara baxmayaraq yoldaşının qohumları tərəfindən ona və övladlarına qarşı qanunsuzluqlar davam edir. Bu qanunsuzluqların başında da onun xəbəri və iştirakı olmadan gizli yolla məhkəmə keçirilmiş və evə dair mülkiyyət sənədi alınmışdır. Eyni zamanda onu da bildir ki mübahisə predmeti olan ev Fövqaladə Hallar Nazirliyi tərəfindən də mərhum əri Ramazanov Yusifin adına sənədləşmişdi. Bu barədə sənədləri də nazirliyə müraciət olunub növbəti hazırlıq iclasına kimi təqdim edəcək. Yuxarıda qeyd etdiyi qanunsuzluqlar barədə və Şəki inzibati məhkəməsinin qərarı ondan gizlədildiyi üçün ötürülmüş iddia müddətinin bərpası və həmin qərarın ləğvi barədə məhkəməyə müraciət olunacaq. Onun mərhum ərinin payı olan və bütün xərcləri tərəfindən çəkilən evdə ( bu barədə şahidləri də var, vergilərinin və s. də onlar tərəfindən ödənilməsi barədə sənədlər var və növbəti iclasa qədər təqdim olunacaq) Konstitusiyada və qanunlarda dövləti tərəfindən tanınan mülkiyyət hüquqları mərhum əri Ramazanov Yusif və övladları üçün də tanınmışdır. Əmindir ki, məhkəmə bunları və təqdim edəcəyi sübutları, etirazları araşdırıb nəzərə alacaq. Qanunsuz iddia sahibləri və onların yaxınları artıq əndazədən çıxıb ona, evladlarına, valideynlərinə qarşı hücum edirlər, fiziki şiddət göstərirlər, təhqir edirlər. Bundan əlavə 12 iyul 2025-ci il tarixində isə iddiaçı Firəngiz və əri İsa, Xəyalə ilə birlikdə qəflətən evə hücum etdilər, zorla evə daxil olub qızı Miyasəni yerə yıxaraq döyməyə başlayıblar, qızının başına, belinə, böyrünə, dizinə xəsarətlər yetirdilər. Eyni zamanda ona hücum edərək şiddətli fiziki təzyiq edib, qolumdan xəsarət yetirdilər. Bundan başqa onu və qızlarımı, valideynlərini ən ağır söyüşlərlə təhqir etdilər. onu hədələyərək get hara istəyirsən şikayət elə, heç kim bizə heç nə edə bilməz, lazım gəlsə səni də, övladlarını da məhv edərik ifadələrini demişdirlər. Ona və övladlarına yetirilmiş xəsarətlər barədə həkimdən rəy almaq üçün Zaqatala rayon Məhkəmə-Tibb-Ekspertizası şöbəsinə müraciət etmişdir, həkim müayinə edib, nəticəsini də təqdim edəcəklər..Bu barədə Zaqatala rayon polis şöbəsində də məlumat və ərizəsi var. Əməllərində açıq aşkar cinayət tərkibinin əlamətləri olan bu adamlar heç kimdən qorxmurlar, cinayətlərinə davam edirlər və edəcəklərini də açıq-aşkar bəyan edirlər...O özünün və uşaqlarımın həyatı üçün çox qorxur. Ailə başçısını itirmiş, iki azyaşlı qız uşağı böyüdən bir müəllimə qarşı olan bütün bu haqsızlıqların və qanunsuzlaqların nəzərə alacağına, bir anaya qarşı baş verən qanunsuzluqları araşdıracığına, onların sübutlarını və etirazlarını təqdim etmələrinə, bunun üçün lazımı şərait və zaman tanınılacağına əmindir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı2 məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddiaçıların mübahisələndirilən fərdi yaşayış evinin mülkiyyətçiləri olduğunu və buna dair dövlət reyestrindən çıxarışlarının olduğunu qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun çıxış etdi və iddianın rədd edilməsini xahiş etdi. İşin halları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” tərəfindən xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən 0,1029 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən 105.8 kv.m olan fərdi yaşayış evinin 22.2 kv.m hissəsi tam və 40.6 kv.m hissəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən 105.8 kv.m olan fərdi yaşayış evinin 22.2 kv.m hissəsi tam və 40.6 kv.m hissəsi ümumi birgə mülkiyyət hüququ əsasında X3, Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən 105.8 kv.m olan fərdi yaşayış evinin 20.8 kv.m hissəsi tam və 40.6 kv.m hissəsi ümumi birgə mülkiyyət hüququ əsasında X2 mülkiyyətindədir. Zaqatala rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(033)-114/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək mirasqoyan X1 mülkiyyətində olmuş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 105,8 kv.m olan fərdi yaşayış evinin 1 otağına İddiaçı1, 1 otağına iddiaçı X9 atası X7 və 1 otağına Həşimova (Ramazanova) Gülbəniz İsmayıl qızının vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, mirasqoyan X1 mülkiyyətində olmuş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 105,8 kv.m olan fərdi yaşayış evinin mərhum X6 miras qalmış 1 otağının 1/2 hissəsinə və X6 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,1029 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə X9 qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, iddiaçı X9 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manatın özünə aid edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən 0,1029 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən 105.8 kv.m olan fərdi yaşayış evinin 22.2 kv.m hissəsi tam və 40.6 kv.m hissəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən 105.8 kv.m olan fərdi yaşayış evinin 22.2 kv.m hissəsi tam və 40.6 kv.m hissəsi ümumi birgə mülkiyyət hüququ əsasında X3, Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən 105.8 kv.m olan fərdi yaşayış evinin 20.8 kv.m hissəsi tam və 40.6 kv.m hissəsi ümumi birgə mülkiyyət hüququ əsasında X2 mülkiyyətindədir. Cavabdeh həmin evdə yaşayır. Cavabdeh mülkiyyətçi olan iddiaçılar İddiaçı1 və X4 mülkiyyətlərində olan Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən 0,1029 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən istifadə və sahiblik etmələrinə maneələr yaradır. İddiaçılar hazırki iddia ərizəsi ilə müraciət edərək mülkiyyətlərində olan Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrini və Cavabdeh tərəfindən iddiaçıların mülkiyyətində olan əmlaka daxil olmağa mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulmasını tələb etmişdirlər. Cavabdeh iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və X8 , Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən 0,1029 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən 105.8 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçiləridir və onların öz əmlaklarına sərbəst girib çıxmaq daxil olmaqla öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları vardır. Cavabdeh tərəfindən mülkiyyətçilərin həmin hüquqlardan hər hansı birinin həyata keçirilməsinə yönəlmiş qərəzli hərəkətləri qanunsuz hesab edilməli və bu hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir. İddiaçılar Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən 0,1029 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən 105.8 kv.m olan fərdi yaşayış evinin birgə mülkiyyətçiləri olduğundan onların öz mülkiyyətində olan əmlakdan tam maneəsiz istifadə etmək hüququ təmin edilməli və iddiaçılar tələblərinə uyğun olaraq mülkiyyətlərində olan fərdi yaşayış evinə köçürülməlidirlər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən 105.8 kv.m olan fərdi yaşayış evindən iddiaçıların əmlaklarına daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. İddia təmin edildiyindən 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyət hüquqi ilə mülkiyyətində olan Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən 105.8 kv.m olan fərdi yaşayış evindən iddiaçıların əmlaklarına daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun. İddiaçılar İddiaçı1 və İddiaçı2 Zaqatala şəhəri, Aşağı Tala kəndi, X22 küçəsi, Giriş 18 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-1327/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1327/2025
28.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver