Məhkəmə qərarları › İş №e-2(033)-1375/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1375/2024

14.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1375/2024 14.11.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin olunaraq Cavabdeh ödədiyi 2085 (iki min səksən beş) manat məbləğində pul vəsaitinin onun tərəfindən ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-645/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Qoca Qocayev adına Lahıc kənd tam orta məktəbi və Vüqar Ağasıyev adına Bazar kənd tam orta məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunaraq, Lahıc Kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li əmrinin ləğv edilməsi, iddiaçı Cavabdeh Lahıc Kənd tam orta məktəbinə işə bərpa edilməsi və iddiaçı Cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlərdən, işin faktiki hallarından, həmçinin qətnamə ilə müəyyən olunmuş hallardan və Lahıc kənd tam orta məktəbi tərəfindən elektron sistemə daxil edilmiş məlumatlardan görünür ki, həmin məktəblə Cavabdeh arasında bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər, yəni 9 (doqquz) ay müddətinə olmaqla tədris ilinin sonuna qədər müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-645/2024 saylı qətnaməsi iddiaçı Cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində tərəfindən könüllü şəkildə icra olunarkən, (yəni məhkəmə qətnaməsi icraya yönəldilməmişdən o bunu öz şəxsi vəsaiti ilə etmişdir) hüquqi savadı olmadığına görə iddiaçıya 2085 (iki min səksən beş) manat məcburi iş buraxma müddəti üçün əmək haqqını nağd şəkildə ödəmiş və tərəflər arasında tərtib olunmuş aktdakı imzalarla pulun verilməsi təsdiq olunub. Məhkəmə qətnaməsi icraya yönəldikdən sonra icraçının icraata başlama haqqında qərarına əsasən cavabdeh Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-645/2024 saylı qətnaməsi iddiaçı Cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində icra olunaraq iddiaçının bank hesabına 2085 (iki min səksən beş) manat əmək haqqı ödənilmişdir. Qeyd edir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının iddiaçıya ödənilməsində o yanlışlığa yol verərək qətnamə rəsmi qaydada icraya yönəlmədən pulu öz aralarında şəxsi vəsaitindən nəğd şəkildə Cavabdeh vermişdir. O səhv ödəniş etdiyini sonradan başa düşmüşdür və Zaqatala rayon İcra və Probasiya şöbəsinə müraciət etdikdə ona bildiriblər ki, qətnaməyə əsasən pulun ödənilməsi rəsmi qaydada mühasibatlıq tərəfindən iddiaçının bank hesabına köçürülməlidir. Möhtərəm hakim Cavabdeh işdən azad olunması ilə bağlı həm məhkəməyə, həm də müxtəlif instansiyalara etdikləri şikayətlərdən sarsıldığı üçün, eyni zamanda qətnamənin icra mexanizmini düzgün başa düşmədiyi üçün ona pulu şəxsi vəsaitindən vermiş, lakin məhkəmə qətnaməsi rəsmi qaydada icra olunduqdan sonra Cavabdeh verdiyi pul məbləğini geri tələb etdikdə o, pulumu ona qaytarmaqdan imtina edərək imtinasının arqumenti kimi bildirdi ki, ağlın var idi ona pulu verməyərdin. Hesab edir ki, Cavabdeh istinad etdiyi hal əsassızdır. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Cavabdeh bir neçə dəfə müraciət etmişdir, borcu ödəməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir, lakin o, onun pulunu yenə də qaytarmaqdan imtina etmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində qeyd edilmişdir ki, Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 28.3. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həminməhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 28.4. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Həmin qanunun 27-ci maddəsində gösətirilir ki, əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər: fərdi əmək mübahisələri; kollektiv əmək mübahisələri. Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.4-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1-ci və 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Müəyyən etdim ki, iddianın mahiyyətindən göründüyü kimi irəli sürülən tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır və məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı, mübahisənin aidiyyəti üzrə aid olduğu Zaqatala Rayon Məhkəməsi ilə eyni şəhərdə yerləşən mediasiya təşkilatına müraciət etməmişdir. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır Eyni zamanda nəzərinizə çatdırılır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəaları 2021-ci il iyulun 1-dən qüvvəyə minmiş və bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə dəyişiklik edilmiş və Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Fərmanı ilə 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun tətbiqindən irəli gələn məsələlərin həll edilməsi müəyyən edilmişdir. Buna görə də, İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı pul vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı Cavabdeh qarşı pul vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40.85 (qırx manat səksən beş qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar