Məhkəmə qərarları › İş №e-2(033)-1427/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1427/2025

04.11.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1427/2025 04.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Əli qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Zaqatala rayonu Mosul bələdiyyəsinin sədri Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi: Ərizənin dəlilləri Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Mosul Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 4744.52 manat sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri (sədri) Maraqlı şəxs1 barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx Seriya və nömrəsi – AZE0*******, 9 fevral 1986-cı il təvəllüdlü) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi ərizəsində göstərmişdir ki, vergi ödəyicisi olan yerli özünüidarəetmə qurumu Zaqatala rayonu Mosul Bələdiyyəsi (VÖEN **********) sosial sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun xx.xx.2025-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 4399,19 manat, İşsizlikdən Sığorta Fonduna 111,20 manat və İcbari Tibbi Sığorta Fonduna 234,13 manat olmaqla, ümumilikdə 4744,52 manat məbləğində borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq tarixli və nömrəli sosial sığorta haqları üzrə borcunun ödənilməsinə dair borc bildirişləri göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd olunan qurumun rəhbəri (sədri), fiziki şəxs Maraqlı şəxs1 qeydiyyat ünvanı kimi ünvan 1lilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Zaqatala rayon Mosul Bələdiyyəsi 11 sentyabr 2024-cü il tarixdə ləğv edilmiş və Mosul-Yengiyan bələdiyyəsinə birləşdirilmişdir. Ləğv edilmiş Mosul Bələdiyyəsinin borcları təhvil-təslim aktı vasitəsilə Mosul-Yengiyan bələdiyyəsinə təhvil verilmişdir. Onun artıq bələdiyyə ilə heç bir əlaqəsi qalmadığından hesab edir ki, ərizə təmin edilməməlidir. Həmçinin həmin tarixdə məhkəməyə ərizə təqdim edərək üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mülki iş üzrə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını və ərizənin təmin edilərək qeyd olunan qurumun rəhbəri (sədri) Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş sənədlər İcbari tibbi sığorta haqları üzrə borcunun ödənilməsinin tələb edilməsinə dair 08 may 2025-ci il tarixli, **********7 nömrəli bildirişdən görünür ki, Zaqatala rayonu Mosul bələdiyyəsinin (VÖEN: **********) icbari tibbi sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun qeyd olunan tarixə dövlət büdcəsinə 234.13 manat məbləğində (icbari tibbi sığorta haqları üzrə 219.90 manat, faizlər üzrə 14.23 manat) borcu vardır və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər barəsində xəbərdar edilmişdir. İşsizlikdən sığorta haqları üzrə borcunun ödənilməsinin tələb edilməsinə dair 08 may 2025-ci il tarixli, **********4 nömrəli bildirişdən görünür ki, Zaqatala rayonu Mosul bələdiyyəsinin (VÖEN: **********) işsizlikdən sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun qeyd olunan tarixə dövlət büdcəsinə 111.20 manat məbləğində (işsizlikdən sığorta haqqı üzrə 100.10 manat, o cümlədən faizlər üzrə 11.10 manat) borcu vardır və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər barəsində xəbərdar edilmişdir Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borcunun ödənilməsinin tələb edilməsinə dair 08 may 2025-ci il tarixli, **********1 nömrəli bildirişdən görünür ki, Zaqatala rayonu Mosul bələdiyyəsinin (VÖEN: **********) muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun qeyd olunan tarixə dövlət büdcəsinə 8161.09 manat məbləğində (muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 6204.14 manat, o cümlədən faizlər üzə 1956.95 manat) borcu vardır və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş və vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər barəsində xəbərdar edilmişdir Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 18 avqust 2025-ci il tarixli, 3-21-2-8/2-23751/2025 nömrəli xəbərdarlıqdan görünür ki, Zaqatala rayonu Mosul bələdiyyəsinin (VÖEN: **********) sığorta öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun qeyd olunan tarixə dövlət büdcəsinə müvafiq fondlara ümumilikdə 4941.79 manat (məcburi dövlət sosial sığorta haqqı üzrə-4563.49 manat, işsizlikdən sığorta haqqı üzrə- 121.51 manat, icbari tibbi sığorta haqı üzrə 256.79 manat) borcu vardır və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, əks tədqirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. “Hüquqi şəxs haqqında məlumat” cədvəlindən görünür ki, vergi ödəyicinin tam adı: Azərbaycan Respublikası Zaqatala rayonu “Mosul” Bələdiyyəsi; əsas fəaliyyət növü: yerli özünü idarəetmə orqanlarının fəaliyyəti; hüquqi ünvanı: AZ6231, Zaqatala rayonu Mosul kəndi; rəhbərin adı: Maraqlı şəxs1dur. xx.xx.2025-ci il tarixli **********1 nömrəli alınmalı sərəncamdan görünür ki, Azərbaycan Respublikası Zaqatala rayonu Mosul Bələdiyyəsinin büdcəyə qalıq və faiz üzrə 234.13 manat borcu vardır. xx.xx.2025-ci il tarixli **********1 nömrəli alınmalı sərəncamdan görünür ki, Azərbaycan Respublikası Zaqatala rayonu Mosul Bələdiyyəsinin büdcəyə qalıq və faiz üzrə 6929.82 manat borcu vardır. xx.xx.2025-ci il tarixli **********8 nömrəli alınmalı sərəncamdan görünür ki, Azərbaycan Respublikası Zaqatala rayonu Mosul Bələdiyyəsinin büdcəyə qalıq və faiz üzrə 111.20 manat borcu vardır. xx.xx.2025-ci il tarixli **********8 nömrəli alınmalı sərəncamdan görünür ki, Azərbaycan Respublikası Zaqatala rayonu Mosul Bələdiyyəsinin büdcəyə qalıq və faiz üzrə 4770.65 manat borcu vardır. Zaqatala rayonu Mosul Bələdiyyəsinin 2024-cü il 11 sentyabr tarixli iclasının 16 nömrəli protokolundan görünür ki, X1 Bələdiyyəsi ilə birləşdirilməsi və yeni yaranan balədiyyənin Mosul-Yengiyan bələdiyyəsi adlandırılması məqsədəuyğun hesab edilmişdir. Zaqatala rayonu Yengiyan Bələdiyyəsinin 2024-cü il 14 sentyabr tarixli iclasının 11 nömrəli protokolundan görünür ki, X2 Bələdiyyəsi ilə birləşdirilməsi və yeni yaranan balədiyyənin Mosul-Yengiyan bələdiyyəsi adlandırılması məqsədəuyğun hesab edilmişdir. “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qaununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13s nömrəli Sərəncamının icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixli yekun aktdan görünür ki, birləşmə nəticəsində fəaliyyəti dayandırılan Mosul Bələdiyyəsinin 138182 manat məbləğində əsas vəsaitləri, 2300 manat məbləöində mal-materialları, 0.47 manat məbləğində bank vəsaiti qalığı, 56.79 manat məbləğində poçt vəsaiti qalığı, 15728 manat məbləğində debit borcu, 39323 manat məbləğində kreditor borcu 99.65 ha torpaq sahəsi Mosul Bələdiyyəsinin sədri Maraqlı şəxs1 tərəfindən Mosul-Yengiyan Bələdiyyəsinin sədri Xuraman Şabanova təhvil verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergi İdarəsi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Zaqatala Rayonunun Mosul-Yengiyan Bələdiyyəsi ********** VÖEN ilə vergilər idarəsində xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. 77.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Zaqatala rayon Mosul Bələdiyyəsinin 11 sentyabr 2024-cü il tarixli qərarı ilə ləğv edilməsi və Mosul-Yengiyan bələdiyyəsinə birləşdirilməsi qərara alınmışdır. Həmin tarixdən də yerli özünüidarə orqanının sədri Maraqlı şəxs1 Mosul bələdiyyəsinin sədri vəzifəsindən azad edilmişdir. Mosul bələdiyyəsi ləğv edilib Mosul-Yengiyan bələdiyyəsi ilə birləşdiyinə görə Mosul bələdiyyəsinin bütün borclarını Mosul-Yengiyan bələdiyyəsi təhvil aktına üzrə öz üzərinə götürmüşdür. Buna baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Mosul Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 4744.52 manat sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun Yengiyan bələdiyyəsinə birləşməsindən əvvəlki rəhbəri (sədri) Maraqlı şəxs1 barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx Seriya və nömrəsi – AZE0*******, 9 fevral 1986-cı il təvəllüdlü) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki Mosul bələdiyyəsi ləğv edilərək Mosul-Yengiyan bələdiyyəsi ilə birləşdiyinə görə Mosul bələdiyyəsinin bütün borcları təhvil aktı üzrə Mosul-Yengiyan bələdiyyəsinə keçmişdir. Məhkəmə Zaqatala rayon Mosul Bələdiyyəsi ləğv edilərək Zaqatala rayon Mosul- Yengiyan bələdiyyəsinə birləşdirilməsini, Maraqlı şəxs1 Mosul bələdiyyəsinin sədri vəzifəsindən azad edilməsini, Mosul bələdiyyəsinin bütün əmlakının, o cümlədən borclarının təhvil aktı üzrə Mosul-Yengiyan bələdiyyəsinə keçməsini nəzərə alaraq hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Zaqatala rayon Mosul Bələdiyyəsinin birləşmədən əvvəlki rəhbəri Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 234, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin borclu Zaqatala rayonu Mosul Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 4744.52 (dörd min yeddi yüz qırx dörd manat əlli iki qəpik) manat sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri (sədri) xx.xx.1986-cı il tarixdə Zaqatala rayonu, Mosul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayonu Mosul kəndi ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs1 (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx Seriya və nömrəsi – AZE0*******,) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar