Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-15/2024 30.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Məhkəmə iclas katibi X6 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 4020 (dörd min) manat, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 552,75 (beş yüz əlli iki manat yetmiş beş qəpik) manat faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,12 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin (bundan sonra İddiaçı” və ya “Bank”) müştərisi olan X4 məxsus müştəri kodu (CMS İD) texniki səhvliklə Bankın digər müştərisi olan Cavabdeh (bundan sonra Cavabdeh) məxsus müştəri kodu ilə eyniləşmişdir. Nəticədə Cavabdeh özünə məxsus Birbank mobil tətbiqindən istifadə edərkən X4 məxsus kart məlumatları onun mobil tətbiqində əks olunmuş və o, həmin hesabdakı vəsaiti mobil tətbiq üzərindən özünə məxsus hesaba köçürmüşdür. Belə ki, 27xx.xx.2021-ci il tarixlərində X2 hesabından 4000 AZN (hər dəfə 2000 AZN olmaqla) vəsait cavabdeh tərəfindən özünə məxsus kart hesabına köçürülmüş, hər əməliyyata görə Nəzakət Həsənovanın kartından əlavə olaraq 10 AZN olmaqla, cəmi 20 AZN xidmət haqqı kimi tutulmuşdur (çıxarışlar əlavə edilir). Bununla bağlı Bank tərəfindən məsələ cavabdehə izah olunaraq pulun Nəzakət Həsənovanın hesabına qaytarılması ilə bağlı müraciət olunsa da, cavabdeh vəsaitin qaytarılmasına imtina etmişdir. X1 dəymiş zərər bankın texniki səhvi nəticəsində olduğundan və müştəri məmnuniyyətini nəzərə alaraq 4020 manat vəsait xx.xx.2021-ci il tarixdə bank tərəfindən X3 hesabına qaytarılmışdır. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək bildirdi ki əməliyyatlar sənədlərdə öz əksini tapır. Hazırki işdə ekspertiza təyin edilməsinə ehtiyac yoxdur. Aparılmış 2 əməliyyat var hər ikisi 2000 manat məbləğində. Həmin məbləğlərdən başqa cavabdehə qarşı tələbləri yoxdur. Təyin edilmiş ekspertiza da iddiaçının verdiyi sənədlər əsasında keçiriləcək və bu nəticəyə təsir etməyəcək. Yanlış əməliyyat aparılmış və vətəndaş əldə etdiyi pulu qaytarmaqdan imtina edir. Hazırda əsassız varlanma nəticəsində əldə etdiyi vəsaiti və bank uçot dərəcəsinə uyğun olaraq həmin məbləğə hesablanmış faizlərin cavabdehdən alınaraq iddiaçıya verilməsini və iddianın təmin olunmasını xahiş edir. Mülki iş üzrə cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları X12 Səhmdar Cəmiyyətində olan Cavabdeh məxsus bank hesabından çıxarışlardan görünür ki, hesab üzrə Birbank vasitəsi ilə hesabda görünən vəsaitdən xx.xx.2021-ci il tarixdə saat 21:43:37-də 2000 manat və xx.xx.2021-ci il saat 04:02:20-də Birbank vasitəsi ilə 2000 manatın hesabdan məxaric edilməsi ilə bağlı əməliyyatlar aparılmışdır. X12 Səhmdar Cəmiyyətində olan Cavabdeh məxsus Bircard Red bank hesabından çıxarışlardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə iki dəfə əməliyyat aparmaqla 20 manat (10 manat+ 10 manat) vəsaiti hesabdan məxaric etmişdir. X12 Səhmdar Cəmiyyətində olan X4 məxsus bank hesabından çıxarışlardan görünür ki, ona məxsus hesabdan xx.xx.2021-ci il tarixdə saat 21:43:37-də 2000 manat və xx.xx.2021-ci il saat 04:02:20-də Birbank vasitəsi ilə 2000 manatın məxaric edilməsi ilə bağlı əməliyyatlar aparılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://www.e-qanun.az/framework/46944 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Cavabdeh özünün İddiaçı Açıq Səhmdar Cəmiyyətində olan bank hesabında göstərilən və bankın digər müştərisi olan X4 məxsus 4020 manat vəsaiti Birbank tətbiqi vasitəsi ilə əldə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələb əsaslıdır. Belə ki, göründüyü kimi Cavabdeh X3 mülkiyyətində olan 4020 manat vəsaitdən buna hər hansı hüquqi əsası olmadan istifadə etmişdir. Mülki Məcəllənin 1091-ci maddəsi ilə 1092-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, 1091.1-ci maddədə göstərilən “başqa şəxsin hesabına əmlak əldə etsin” ifadəsi hərfi məna daşımır və varlanmış şəxsin əldə etdiyi əmlak bilavasitə məhrum olana məxsus olmuş əmlak olmalıdır. Göründüyü kimi, Cavabdeh əldə etdiyi pul, onun öz mülkiyyətində olmayan və iddiaçının mülkiyyətində olan pul vəsaiti olmuşdur. Məhkəmə hesab edir ki, 4020 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh əsassız varlanmış şəxs olduğundan iddia təmin edilməlidir. Məhkəmə bank uçot dərəcəsi ilə hesablanmış 552,75 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki qanunvericilik özgəsinin pul vəsaitini qanunsuz saxlamış və əldə etmiş şəxslərdən faizlərin tutulması imkanını nəzərdə tutur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 66,12 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 4020 (dörd min iyirmi) manat məbləğində pul vəsaiti, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 552,75 (beş yüz əlli iki manat yetmiş beş qəpik) manat faizlər olmaqla cəmi 4572,75 (dörd min beş yüz yetmiş iki manat yetmiş beş qəpik) manat tutularaq iddiaçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh 66,12 (altmış altı manat on iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(033)-15/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-15/2024
30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver