Məhkəmə qərarları › İş №e-2(033)-156/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-156/2024

12.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-156/2024 12.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olan 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitinin (Azərbaycan Republikası Mərkəzi Bankının həmin günə müəyyənləşdirdiyi məzənnə ilə hesablanmaqla), 01 ha torpaq sahəsində 50 (əlli) ağacdan ibarət fındıq bağının salınması və məhsul əldə edilənədək qulluq edilməsi üçün çəkilən xərcin əvəzi olan 5000 (beş min) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 122 (bir yüz iyirmi iki) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə baxış iclasının 12 mart 2024-cü tarixə təyin edilməsi haqqında məhkəmə bildirişləri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 poçt vasitəsi ilə göndərilməsinə baxmayaraq, onlar, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, hazır ki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi ilə bağlı məhkəməyə müraciət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. İş materiallarına əlavə edilmiş 12 noyabr 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 122.85 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122,85 (bir yüz iyirmi iki manat səksən beş qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122,85 (bir yüz iyirmi iki manat səksən beş qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar