Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-16/2024 13.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 iştirakı ilə, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsində payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1 və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmiş, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı2 6/20 və İddiaçı1 6/20 hissədə paylarının birlikdə naturada ayrılması və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində X2, X7, X5 və İddiaçı1 xüsusi mülkiyyətində 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən X12 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X12 vəfat etdikdən sonra Zaqatala rayon Notariat Ofisində xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1.33 ha torpaq sahəsində mərhumun payına vərəsəlik işi açılmış və iddiaçıların hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Torpaq sahəsində mülkiyyətçilərdən iddiaçılar X2 6/20 və İddiaçı1 6/20 hissədə payları vardır. X7 iddiaçılardan başqa Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 adlı vərəsələri vardır. Cavabdehlər yəni mərhumun vərəsələri vərəsəlik işi açılan zaman notariusa müraciət etməmiş, mərhuma məxsus torpaq sahəsində cavabdehlərin payına düşən hissə açıq saxlanılmışdır. Mülki iş üzrə cavabdehlər torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılmasına razı olmadığı üçün iddiaçılar torpaq sahəsindən istifadə edə bilmirlər. Cavabdehlərin qeyd olunan hərəkətləri nəticəsində iddiaçıların mülkiyyət hüquqları pozulur. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə müraciət edərək iddia ərizəsinin xahiş edirəm hissəsində məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumuna dair hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki iş üzrə tərəflər və məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş şəxs X11 məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O eyni zamanda bildirdi ki, ekspert rəyindən görünür ki torpaq sahəsinin naturada bölünməsi mümkündür və hesab edir ki, həmin rəyə uyğun iddia təmin edilməlidir. İşin halları Zaqatala rayon İcra Hakimiyyəti Əliabad qəsəbə inzibati ərazi dairəsinin 10 oktyabr 2022-ci il tarixli 2294 nömrəli arayışından görünür ki, X7 vəfatından sonra İddiaçı1, X4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlı vərəsələri qalmışdır. 24 oktyabr 2022-ci il tarixli V-446/2022 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri İddiaçı1, X4 ondan miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,33 ha olan torpaq sahəsinin 1/4 hissəsindən ibarət əmlakdan 1/5 hissədə irs almışdırlar. Göstərilən miras əmlakın 3/5 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən saxlanılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 268 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/20 hissəsi X2, 3/20 hissəsi X7, 6/20 hissəsi İddiaçı1, 5/20 hissəsi X5 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 18 saylı Zaqatala Ərazi İdarəsinin 05 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında torpaq sahəsinin 6/20 hissəsi X3, 6/20 hissəsi İddiaçı1 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada faktiki istifadə edilən ərazinin ölçüləri 1.35 hektardır. Mübahisəli torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçüləri, yerləşmə vəziyyəti və naturada istifadə vəziyyəti, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında X3 (6/20 hissəsi), İddiaçı1 (6/20 hissəsi), X8 (5/20 hissəsi), X10 (3/20 hissəsi) məxsus Zaqatala rayonu. Əliabad qəsəbəsində yerləşən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki ölçüləri ilə hüquqmüəyyənedici ölçülər arasında konfiqurasiya fərqləri mövcud olduğuna görə iddiaçılar X3 məxsus 6/20 hissəsinin və İddiaçı1 məxsus 6/20 hissəsinin birlikdə naturada ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/3620 nömrəli rəyindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən mübahisə predmeti olan 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar X3 məxsus 6/20 hissənin və İddiaçı1 məxsus 6/20 hissənin birlikdə (12/20 hissə) paylarının ölçüləri müəyyən edilmişdir. Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən mübahisə predmeti olan 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar X3 məxsus 6/20 hissənin və İddiaçı1 məxsus 6/20 hissənin birlikdə (12/20 hissə) naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, X7 vəfatından sonra İddiaçı1, X4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlı vərəsələri qalmışdır. 24 oktyabr 2022-ci il tarixli V-446/2022 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri İddiaçı1, X4 ondan miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,33 ha olan torpaq sahəsinin 1/4 hissəsindən ibarət əmlakdan 1/5 hissədə irs almışdırlar. Göstərilən miras əmlakın 3/5 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən saxlanılır. Şəhadətnamə verildikdən sonra Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaqları təyinatlı torpaq sahəsinin 6/20 hissəsi X2, 6/20 hissəsi İddiaçı1, 5/20 hissəsi X5 və 3/20 hissəsi X7 mülkiyyəti kimi onların adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 268 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1 və X4 paylı mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində paylarının birlikdə naturada ayrılmasını tələb edir. Cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlməyərək iddia tələbinə qarşı münasibət bildirməmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli rəyinə əsasən Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən mübahisə predmeti olan 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar X3 məxsus 6/20 hissənin və İddiaçı1 məxsus 6/20 hissənin birlikdə (12/20 hissə) paylarının ölçüləri müəyyən edilmişdir. Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən mübahisə predmeti olan 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar X3 məxsus 6/20 hissənin və İddiaçı1 məxsus 6/20 hissənin birlikdə (12/20 hissə) naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunmuş və bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/3620 nömrəli rəyini sübut növü kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə görə, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrıayrılıqda giriş-çıxış yolu olmalıdır. Ekspert rəyindən də görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin 12/20 hissəsinin bölünəcəyi təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxışların açılmasının mümkün olduğu, eyni zamanda bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. Göründüyü kimi qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu Əliabad qəsəbəsində iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar X2 6/20 və İddiaçı1 6/20 hissədə paylarının birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/3620 nömrəli ekspert rəyində göstərilmiş qaydada ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq cavabdehlərə məxsus paylardan ayrılması təmin edilməlidir. Məhkəmə hesab edir ki, 50 manat ekspertiza tədqiqatının dəyəri mülki iş üzrə tərəflərdən bərabər həcmdə tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar X3 məxsus 6/20 hissəsi və İddiaçı1 məxsus 6/20 hissəsi birlikdə (12/20 hissə) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/3620 nömrəli rəyində göstərilən qaydada və ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə mərhum-X10 və X8 məxsus cəmi 8/20 paydan naturada ayrılsın. İddiaçılar İddiaçı1, X1 müştərək qaydada 25 (iyirmi beş) manat və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25 (iyirmi beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X9 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-16/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-16/2024
13.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver