Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-16/2025 29.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 Əli qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Balaxanova (Şıxbiyadova) Səidə Həsrət qızına qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə işə Zaqatala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********56-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və cavabdehlərin paylı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən ona məxsus 1/5 pay hissəsinin cavabdehlərə məxsus 4/5 pay hissəsindən naturada bölünməsinə dair, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********14 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və cavabdehlərin paylı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/5 pay hissəsinin cavabdehlərə məxsus 4/5 pay hissəsindən naturada bölünməsinə dair, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və cavabdehlərin paylı mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/5 pay hissəsinin cavabdehlərə məxsus 4/5 pay hissəsindən naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli qəradadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Rəspublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 10/5462 nömrəli ekspert rəyi xx.xx.2025-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-16/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə iş üzr icraat təzələnərək, məhkəmə iclasında baxılması üçün 22 yanvar 2026-cı il tarixə saat 15:40-a təyin edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Balaxanova (Şıxbiyadova) Səidə Həsrət qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə iclası tərəflərin iştirakının təmin edilməsi məqsədi ilə xx.xx.2026-cı il tarixə, saat 15:00-a təyin edilmişdir. Qeyd edilən tarixdə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.4-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün işdə iştirak edən şəxsin özünün (nümayəndəsi olduğu halda, özünün izahat verməsi zəruri olduğu hal istisna olmaqla, nümayəndəsinin) məhkəməyə gəlməsi, gəlmədiyi halda isə gəlməməsinin səbəbinin və ya mümkünsüzlüyünün səbəblərinin üzürlü olması barədə sübutları təqdim etməsi zəruridir. Göründüyü kimi, prosesin digər iştirakçılarından fərqli olaraq işdə iştirak edən şəxslər (nümayəndəsi olduğu halda, özünün izahat verməsi zəruri olduğu hal istisna olmaqla, nümayəndəsi), məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borclu olsalar da, tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş, bu səbəblərin üzürlü olması barədə sübutları təqdim etməmişlər. Belə olan halda işdə iştirak edən şəxslər gəlmədiyindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların ümumi dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, ekspertiza tətqiqatlarının dəyəri kimi hesablanmış 200 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.5, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Balaxanova (Şıxbiyadova) Səidə Həsrət qızına qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Məhkəmə tərəflərin vəsatəti üzrə, onların məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etmələri halında, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Ekspertiza tətqiqatlarının dəyəri kimi hesablanmış ümumilikdə 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-16/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-16/2025
29.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver