Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-187/2022 12.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı icarə müqavilələrinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpası və daşınmaz əmlakların cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında sadə yazılı formada bağlanmış 01 may 2021-ci il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməsinə, onun pozulmuş mülkiyyət hüququnun bərpasına və Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri və birgə mülkiyyətlərində olan daşınmaz əmlakların – Zaqatala şəhəri H.Əliyev prospekti 68 və Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanlarında yerləşən daşınmaz əmlakların cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən geri qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ərizələr göndərərək onların iştirakları olmadan işə baxılıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Möhübəlli qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehlə 01 iyun 2006-cı ildə nikaha daxil olub evlənmişlər. Cavabdehə qarşı 10 sentyabr 2021-ci il tarixdə nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmışdır. Hazırda həmin iddia ərizəsi Zaqatala Rayon Məhkəməsinin icraatındadır. Birgə nikah dövründə əldə etdikləri və birgə mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri H. Əliyev prospekti 68 ünvanında yerləşən daşınmaz əmlakda və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən daşınmaz əmlakda paylarının bölünməsi ilə məhkəmədə mülki işə baxılır. Birgə mülkiyyətlərində olan daşınmaz əmlakları X7 onun razılığı olmadan sadə yazılı icarə müqavilələri ilə fərdi sahibkarlara icarəyə vermişdir. Fərdi sahibkarlar da hüquqi əsas olmadan qanunsuz şəkildə həmin əmlaklardan istifadə edir. Belə ki, Cavabdeh2 ilə Cavabdeh4 (VÖEN **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2 və 3 saylı müqavilələrə əsasən 236.8 kv.m. və 259.20 kv.m. qeyri-yaşayış sahələri Cavabdeh2 tərəfindən Cavabdeh4 tədris kursu (Kainat hazırlıq kursu) məqsədilə icarəyə verilib. Cavabdeh2 ilə Cavabdeh3 (VÖEN **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3 saylı müqaviləyə əsasən 120 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh3 gözəllik salonu və estetik mərkəz məqsədilə icarəyə verilib. Cavabdeh2 ilə Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4 saylı müqaviləyə əsasən 80 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 restoran məqsədilə icarəyə verilib. Həmin icarə müqavilələrinin qanun pozuntularına yol verilərək bağlanmasını nəzərə alaraq onların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, həqiqətən iddiaçı ilə 01 iyun 2006-cı il tarixdə nikaha daxil olmuşdur. İddiaçı X2 aralarında olan nikahın ləğv edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir, o eyni zamanda birgə nikah müddətində əldə etdikləri iddia etdiyi daşınmaz əmlaklara payının müəyyən edilməsi tələbi ilə bağlı iddia qaldırmış və iş hazırda Zaqatala Rayon Məhkəməsinin icraatındır. Mübahisələndirilən əmlaklar iddiaçı ilə birgə nikahda olduqları müddətdə əldə edilmişdir. İddiaçının hazırda etibarsız hesab edilməsini tələb etdiyi icarə müqavilələrinin predmeti üzərində payı müəyyən edilməmiş və iddiaçının payı müəyyən ediləcəyi təqdirdə hazırki iddianın baxılması daha ədalətli və qanuni olar. Hazırda iddiaçının həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ tanınıb payı müəyyən edilmədiyindən iddia ərizəsinin rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********21-10301 olan ünvan 3 ünvanında yerləşən 0,0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********77-10301 olan ünvan 4 ünvanında yerləşən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarınə əlavə edilmiş Əmlakın icarəyə verilməsi haqqında 1 nömrəli icarə müqaviləsindən görünür ki, Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən ümumi sahəsi 120 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Gözəllik salonu məqsədi ilə Cavabdeh2 Səyad oğlu tərəfindən Cavabdeh3 01 may 2021-ci il tarixdən-01 may 2026cı il tarixədək aylıq icarə haqqı 150 manat müəyyən edilməklə icarəyə verilmişdir. İş materiallarınə əlavə edilmiş Əmlakın icarəyə verilməsi haqqında 3 nömrəli icarə müqaviləsindən görünür ki, Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən ümumi sahəsi 259,20 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Tədris Kursu məqsədi ilə Cavabdeh2 Səyad oğlu tərəfindən Cavabdeh4 01 may 2021-ci il tarixdən-01 may 2026cı il tarixədək, aylıq icarə haqqı 388,80 manat müəyyən edilməklə icarəyə verilmişdir. İş materiallarınə əlavə edilmiş Əmlakın icarəyə verilməsi haqqında 4 nömrəli icarə müqaviləsindən görünür ki, Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən ümumi sahəsi 0,80 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Bufet məqsədi ilə Cavabdeh2 Səyad oğlu tərəfindən Cavabdeh1 01 may 2021-ci il tarixdən-01 may 2026-cı il tarixədək aylıq icarə haqqı 100 manat müəyyən edilməklə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu 2 saylı Notariat Ofisinin 09 mart 2022-ci il tarixli 292 nömrəli məktubundan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Zaqatala şəhəri H.Əliyev prospekti 66 və 68 ünvanlarında yerləşən daşınmaz əmlaklarına dair icarə müqaviləsi qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********219400 nömrəli məktubdan görünür ki, Cavabdeh2 VÖEN:(**********) Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında 356.8 m2, Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında 340.2 m2 təsərrüfat subyektlərinin (obyektlərin) vergi orqanında qeydiyyata alınması təmin edilmişdir. Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən **********-51004 nömrəli təsərrüfat subyekti (obyekt) hal-hazırda Cavabdeh4 VÖEN:(**********) icarəyə verilmiş (356.8m2), Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən **********-51005 nömrəli təsərrüfat subyekti (obyekt) isə Cavabdeh3 icarəyə verilmişdir (120m2). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmnətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli məktubdan görünür ki, Zaqatala şəhəri, H.Əliyev prospekti, 68 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixində və Zaqatala şəhəri, H.Əliyev prospekti, 66 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. H.Əliyev prospekti, 68 ünvanında yerləşən fərdi yaşayış evi “Bank Respublika" ASC-nin xx.xx.2018-ci il tarixli, 18036-S033150/315185 saylı kredit limiti müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2028-ci il tarixinə kimi 120 ay müddətinə və H.Əliyev prospekti, 66 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASCnin xx.xx.2018-ci il tarixli, 18036-S033150/315185 saylı kredit limiti müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi 120 ay müddətinə daşınmaz əmlakın dövlət reyestrində yüklü edilmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı X2 ilə Cavabdeh2 01 iyun 2006-cı il tarixdə nikaha daxil olmuşdurlar. ünvan 3 ünvanında yerləşən 0,0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, ünvan 4 ünvanında yerləşən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmin əmlaklar iddiaçı və cavabdehin birgə nigahda olduğu müddətdə əldə edilmiş, lakin həmin əmlaklar üzərində iddiçının payı müəyyən edilməmişdir. Cavabdeh2 birgə nigah dövründə əldə edilmiş, tam mülkiyyəti kimi qeydə alınmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evini Əmlakın icarəyə verilməsi haqqında 03 nömrəli icarə müqaviləsinə əsasən 01 may 2021-ci il tarixdən-01 may 2026-cı il tarixədək, aylıq icarə haqqı 388,80 manat müəyyən edilməklə Cavabdeh4, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evinin 120 kv.m hissəsini Əmlakın icarəyə verilməsi haqqında 01 nömrəli icarə müqaviləsinə əsasən 01 may 2021-ci il tarixdən-01 may 2026-cı il tarixədək, aylıq icarə haqqı 150 manat müəyyən edilməklə Cavabdeh3, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evinin 0,80 kv.m hissəsini Əmlakın icarəyə verilməsi haqqında 04 nömrəli icarə müqaviləsinə əsasən 01 may 2021-ci il tarixdən-01 may 2026-cı il tarixədək, aylıq icarə haqqı 100 manat müəyyən edilməklə Cavabdeh1 icarəyə vermişdir. Həmin İcarə müqavilələri sadə yazılı formada tərtib edilmiş və müqavilənin tərəfləri tərəfindən imzalanmışdır. Cavabdeh2 mülkiyyətində olan həmin daşınmaz əmlaklara dair icarə müqavilələri Zaqatala rayon 2 saylı Notariat Ofisində qeydə alınmamışdır. Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən fərdi yaşayış evi təsərrüfat subyekti (obyekt) kimi hal-hazırda Cavabdeh4, Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən fərdi yaşayış evi təsərrüfat subyektinin(obyekt) kimi hal-hazırda Cavabdeh3 icarəyə verilməsi vergi orqanında qeydiyyata alınmışdır. Eyni zamanda Zaqatala şəhəri H.Əliyev prospekti 68 və 66 ünvanında yerləşən fərdi yaşayış evləri xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinə əsasən xx.xx.2028-ci il tarixədək "xxxx" ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində yüklü edilmişdir. İddiaçı hazırda Cavabdeh2 ilə digər cavabdehlər arasında bağlanmış icarə müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh2 iddiaçının həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ tanınıb payı müəyyən edilmədiyindən iddia ərizəsinin rədd edilməsini xahiş edir. Digər cavabdehlər də iddia tələbinin rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə mülki iş materiallarını araşdırıb iddiaçının və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə ilk öncə iddia tələbinin icarə müqavilələrinin etibarsız hesab edilməsinə dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Şərh edilən normaların məzmunundan aydın olur ki, ərlə arvad arasında bağlanmış nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır və ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında nikaha daxil olarkən və ya nikahda olduqları müddətdə nikah dövründə qazanılan əmlaka mülkiyyət hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydalardan fərqli qayda nəzərdə tutan nikah kontraktı bağlanmamış və birgə nikahda əldə edilmiş əmlaklara mülkiyyət hüququnun verilməsi ilə bağlı və həmin əmlakların idarə olunmasına dair hər hansı razılaşma yoxdur. Belə olan halda iddiaçı ilə Cavabdeh2 birgə nikahda olduqları müddətdə Cavabdeh2 tərəfindən əldə edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evi Cavabdeh2 və İddiaçı Möhübəli qızının ümumi birgə mülkiyyəti hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 19.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şərh edilən normaların məzmunundan aydın olur ki, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqların məhdudlaşdırılması dövlət qeydiyyatına alınmalı və əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evinin icarəyə verilməsinə dair 3 nömrəli icarə müqaviləsi və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evinin icarəyə verilməsinə dair 01 nömrəli və 04 nömrəli icarə müqavilələri sadə yazılı formada tərtib edilmiş və həmin müqavilələrə əsasən həmin təsərrüfat subyektlərinun 11 aydan artıq müddətə 01 may 2021-ci il tarixdən 01 may 2026-ci il tarixinədək icarəyə verilməsinə baxmayaraq icarə götürənin icarə hüququ Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Mülki Məcəllənin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddənin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Bu, həmçinin həmin Məcəllənin 325.3-cü maddəsində də öz əksini tapmışdır. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarından görünür ki, Cavabdeh2 lazımi səlahiyyətləri olmadan, İddiaçı razılığı olmadan, iddiaçı ilə ümumi birgə mülkiyyətlərində olan əmlaklara dair cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı hüquq barədə müqavilə bağlamış və belə müqavilənin bağlanması müqavilənin etibarsızlığının qanunvericilikdə qeyd edilən əsasıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək və işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin Cavabdeh2 ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında sadə yazılı formada bağlanmış 01 may 2021-ci il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməsi hissəsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin Zaqatala şəhəri H.Əliyev prospekti 68 və Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanlarında yerləşən daşınmaz əmlakların cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən geri qaytarılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni zamanda, Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmənin qənaətinə görə etibarsız hesab edilən, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 3 nömrəli icarə müqaviləsinə əsasən sonuncuya icarəyə verilmiş iddiaçı ilə Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab edilən Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh4 qanunsuz sahibliyindən alınaraq iddiaçı X3 və Cavabdeh2 sahibliyinə geri qaytarılmalı, eyni zamanda Cavabdeh2 ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 1 və 4 nömrəli icarə müqavilələrinə əsasən sonunculara icarəyə verilmiş iddiaçı ilə Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab edilən Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanlarında yerləşən fərdi yaşayış evi müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçı X3 və Cavabdeh2 sahibliyinə geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda izah edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 etibarsız hesab edilən icarə müqavilələri üzrə dəymiş maddi zərərin məhkəmə qaydasında geri qaytarılmasını Cavabdeh2 tələb edə bilərlər. Məhkəmə daha sonra iddia tələbinin pozulmuş mülkiyyət hüququnun bərpasına dair hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Ona görə ki, əvvəlki iddia tələbləri ilə hazırki iddia tələbi bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla törəmə tələbdir. Əvvəlki iddiaların təmin olunması artıq iddiaçının mülkiyyət hüquqularının bərpasına əsas verir. Ona görə də, ayrıca olaraq iddiaçının mülkiyyət hüquqlarının bərpasına dair tələbin təmin edilməsinə zərurət yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh2 ilə Cavabdeh1 arasında sadə yazılı formada bağlanmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən ümumi sahəsi 0,80 kv.m təşkil edən qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair 01 may 2021-ci il tarixli 4 nömrəli icarə müqaviləsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında sadə yazılı formada bağlanmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən ümumi sahəsi 120 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 01 may 2021-ci il tarixli 1 nömrəli icarə müqaviləsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında sadə yazılı formada bağlanmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən ümumi sahəsi 259,20 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 01 may 2021ci il tarixli 3 nömrəli icarə müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 3 nömrəli icarə müqaviləsinə əsasən sonuncuya icarəyə verilmiş iddiaçı ilə Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab edilən Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanlarında yerləşən fərdi yaşayış evi Cavabdeh4 qanunsuz sahibliyindən alınaraq iddiaçı X3 və Cavabdeh2 sahibliyinə geri qaytarılmalı, eyni zamanda Cavabdeh2 ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 1 və 4 nömrəli icarə müqavilələrinə əsasən sonunculara icarəyə verilmiş iddiaçı ilə Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab edilən Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanlarında yerləşən fərdi yaşayış evi müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçı X3 və Cavabdeh2 sahibliyinə geri qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmin olunan hissəsi üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı Möhübəli qızının iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 arasında sadə yazılı formada bağlanmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən ümumi sahəsi 0,80 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 01 may 2021-ci il tarixli 4 nömrəli icarə müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 ilə Cavabdeh3 arasında sadə yazılı formada bağlanmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən ümumi sahəsi 120 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 01 may 2021-ci il tarixli 1 nömrəli icarə müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 ilə Cavabdeh4 arasında sadə yazılı formada bağlanmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən ümumi sahəsi 259,20 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 01 may 2021-ci il tarixli 3 nömrəli icarə müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 3 nömrəli icarə müqaviləsinə əsasən sonuncuya icarəyə verilmiş iddiaçı ilə Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab edilən Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh4 qanunsuz sahibliyindən alınaraq iddiaçı X3 və Cavabdeh2 sahibliyinə geri qaytarılsın. Cavabdeh2 ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 1 və 4 nömrəli icarə müqavilələrinə əsasən sonunculara icarəyə verilmiş iddiaçı ilə Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab edilən Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanlarında yerləşən fərdi yaşayış evi müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçı X3 və Cavabdeh2 sahibliyinə geri qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı X1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-187/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-187/2022
12.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver