Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-190/2025 20.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qazpaylayıcı şəbəkəsinə qoşulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri İddiaçı Cavabdehnə qarşı “qazpaylayıcı şəbəkəsinə qoşulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən 271 manat məbləğində qoşulma xidmətinə görə ödəniş edilməklə, ona məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulmasının Cavabdeh tərəfindən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün müvafiq məlumat və sənədlər əlavə olunaraq, xx.xx.2024 tarixli ərizə ilə Cavabdeh İB-nin Zaqatala X13 İdarəsinə müraciət olunmuşdur. Həmin müraciət cavabdehin yerli qurumu olan Zaqatala X13 İdarəsi tərəfindən xx.xx.2024 tarixdə qəbul edilmişdir. Lakin, müraciətin qəbul edildiyi tarixdən bu günədək müraciətin nəticəsi barədə hər-hansı məlumat verilməmişdir. Bununla yanaşı, evin qazpaylayıcı şəbəkəyə qoşulması üçün müvafiq məlumat və sənədlər əlavə olunaraq, xx.xx.2024 tarixli ərizə ilə Balakən Regional “Asan Xidmət” Mərkəzinə (oradakı qaz paylayıcısının nümayəndəsinə) də müraciət olunmuşdur. Balakən Regional “Asan Xidmət” Mərkəzinin “müraciətin aidiyyəti üzrə təqdim edilməsi haqqında” xx.xx.2024 tarixli, 3-45-17/2-D-207-42-160/2024 nömrəli məktubuna əsasən, müraciət baxılması üçün Cavabdeh İB-nə təqdim edilmişdir. Buna baxmayaraq, bu günədək həmin müraciətin də nəticəsi barədə hər-hansı məlumat verilməmişdir. Bundan əvvəl, evin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün məhkəməyə müraciət olunmuş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1088/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərarı ilə, ona məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin tərəfindən 160 manat qoşulma haqqı ödənilməklə enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyi "xxxx" ASC-nin üzərinə qoyulmuş və həmin Qərara əsasən fərdi yaşayış evi elektrik təchizatı şəbəkəsinə qoşulmuşdur. Daha sonra isə, evin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün yenə məhkəməyə müraciət olunmuş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-76/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarı ilə, "xxxx" ASC-nin üzərinə öz hesabına ona məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması öhdəliyi qoyulmuş və həmin Qərara əsasən fərdi yaşayış evi su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmuşdur. Hazırda, cavabdehin hərəkətsizliyi nəticəsində evin qazpaylayıcı şəbəkəyə qoşulması təmin edilməmiş qaldığından və bu da bir istehlakçı kimi hüquqların pozulmasına gətirib çıxardığından, hazırki iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hazırda, cavabdehin hərəkətsizliyi nəticəsində evin qazpaylayıcı şəbəkəyə qoşulması təmin edilməmiş qaldığından və bu da bir istehlakçı kimi hüquqların pozulmasına gətirib çıxardığından, hazırki iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində verilmiş anlayışa əsasən, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üç ün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 2.3-cü bəndinə əsasən, tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir. Həmin Qaydanın 2.15-ci bəndinə əsasən, tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.4-cü yarımbəndində nəzərdə tutulan qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən, bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan (yəni, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan) tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödənişin məbləğlərinə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə 1 qoşulma üçün ödənişin məbləği 271 manatdır. Sadalanan hüquqi normalardan görünür ki, cavabdeh qaz paylayıcısı, istehlakçı kimi şəxsi tələbatını (məişət ehtiyacını) ödəmək məqsədi ilə mal (qaz) almaq və ya sifariş vermək niyyəti ilə ona müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq, tərəfindən 271 manat məbləğində qoşulma xidmətinə görə ödəniş edilməklə, tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini həyata keçirməklə tikinti obyektinin, yəni evin qazpaylayıcı şəbəkəyə qoşulmasını təmin etməli idi. Ancaq, cavabdeh qaz paylayıcısı özünün hərəkətsizliyi ilə bazarda hökmran mövqe tutan, təbii inhisarçı və yeganə qazın satın alma mənbəyi olan müəssisədən qazın alınmasından istehlakçını məhrum etmiş olur. Bu da nəticədə istehlakçının hüquqlarının pozulmasına gətirib çıxarır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 9 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş 14-cü bəndin 3-cü abzasında hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu göstərildiyindən və Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə görə, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bildiyindən, bu iddia Zaqatala Rayon Məhkəməsinə verilmişdir. Beləliklə, hesab edir ki, onun tərəfindən 271 manat məbləğində qoşulma xidmətinə görə ödəniş edilməklə, ona məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulmasının Cavabdeh İB tərəfindən təmin olunması haqqında Qətnamə çıxarılmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X12 məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən əvvəl xx.xx.2024-cü il tarixli 14-2-2-7/1- D-3xx-xx/2024 saylı ərizə ilə Cavabdeh İB-nin struktur bölməsi olan Zaqatala X13 İdarəsinə müraciət edərək Zaqatala şəhəri İstiqlaliyyət küçəsində yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulmasının təmin olunmasını xahiş etmişdir. X4 istismarı İdarəsi öz növbəsində vətəndaşın müraciətini xx.xx.2024-cü il tarixli 14-2- 2-7/2-D-5xx-xx/2024 saylı məktubla cavablandıraraq izah etmişdir ki, fərdi yaşayış evinin qazlaşdırılması müvafiq sahədə xüsusi lisenziyası (icazəsi) olan podratçı tərəfindən icra edilir. Vətəndaşın seçdiyi podratçı tərəfindən ilk növbədə qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, Cavabdeh İB-nin yerli struktur bölmələrinin iştirakı ilə sorğu blankı və prinsipial sxem təsdiqlənir, işin həcmi müəyyən edilir və vətəndaşla podratçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir. Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra Cavabdeh İB tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyata alınır, qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur. Fərdi yaşayış evinin ümumi saatlıq qaz tələbatı 10m3-dən yuxarı olduqda isə layihənin hazırlanması məqsədilə texniki şərtin verilməsi üçün (ödənişsizdir) vətəndaş “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidir. Paylayıcı küçə qaz xətti olmayan və ya qaz təchizatı mənbəyindən aralı olan yaşayış sahələrindəki fərdi evlərin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılması üçün vətəndaş ilk növbədə texniki şərti almaq üçün (ödənişsizdir) “Asan Xidmət” mərkəzinə müraciət etməlidir. Texniki şərt əsasında vətəndaşın öz vəsaiti hesabına layihə hazırlanmalı, müvafiq razılaşdırmalardan keçirilməli və podratçı tərəfindən küçə qaz xətti çəkilməli, Cavabdeh İB-nin struktur bölməsinin iştirakı ilə istismara qəbul edilməlidir. Küçə qaz xətti istismara qəbul edildikdən sonra fərdi evlərin qazlaşdırılması yuxarıda qeyd olunan qaydada həyata keçirilir. Bundan sonra İddiaçı eyni tələblə Balakən Regional “Asan Xidmət” Mərkəzinə müraciət etmişdir. Müraciətə isə qazlaşdırılması tələb olunan fərdi yaşayış evinin yerləşdiyi 0.0265 ha torpaq sahəsinin dövlət reyestrindən çıxarış, şəxsiyyət vəsiqəsinin surəti, Zaqatala şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayış təqdim edilmiş, lakin fərdi yaşayış evinin mülkiyyət sənədləri verilməmişdir. Balakən Regional “Asan Xidmət” Mərkəzindən daxil olmuş həmin müraciət Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli 14-2-2/2-D-47xx-xx/2024 saylı məktubla cavablandırılaraq bildiririlmişdir ki, Zaqatala şəhəri İstiqlaliyyət küçəsində yerləşən fərdi yaşayış evinin mülkiyyət sənədləri tam təqdim edilmədiyi üçün (tikintiyə icazə sənədi və ya məlumatlandırma icraatı) sözügedən fərdi yaşayış evinin qazlaşıdırlması üçün texniki şərtin verilməsi mümkün olmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 10-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Həmin Qanunun 12-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmçinin ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qanunun 13-cü maddəsinin 12-1-ci hissəsində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması bu Qanunun 13-cü maddəsinin 12-ci hissəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 5 nömrəli qərarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ərazi planlaşdırması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması 271 manat, ərazi planlaşdırması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması 160 manat təsdiq edilmişdir. Beləliklə, vətəndaşlar onlara məxsus yaşayış sahələrinin qazla təchiz edilməsi üçün qanunvericiliyin tələbləri əsasında müvafiq sənədlərlə birlikdə “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidir. Əhali sektoru üzrə qazpaylayıcı şəbəkəyə qoşulması üçün tələb olunan sənədlər ərizə, sifarişçinin şəxsiyyət vəsiqəsi, tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd, tikintiyə aid çıxarış (texniki pasportla birlikdə), qeydiyyat vəsiqəsi (texniki pasportla birlikdə), notariat qaydasında təsdiq edilmiş icarə, alqı-satqı müqaviləsi, bağışlama (mülkiyyət sənədinin surəti və texniki pasportla birlikdə), daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əvvəlcədən qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış, order, icra hakimiyyəti orqanının sərəncamı, torpaq sahəsinin icarə, istifadə hüququna dair dövlət aktı, şəhadətnamə, çıxarış və ya müqavilə təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikilinin (mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəddə tikinti obyekti haqqında məlumat qeyd olunduğu hallar istisna olmaqla) şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrində qeydə alındıqda texniki şərtin verilməsi üçün müraciət qəbul oluna bilər. Hazırkı mübahisədə isə İddiaçı fərdi yaşayış evinin qazlaşdırılması üçün Balakən Regional “Asan Xidmət” Mərkəzinə müraciət edərkən sözügedən mənzilin xüsusi mülkiyyət kimi qeydiyyata alınması ilə bağlı müvafiq sənədlər təqdim etmədiyindən texniki şərtin verilməsi mümkün olmamışdır. Bundan əlavə fərdi yaşayış evinin qazlaşdırılması bir mənalı şəkildə sifarişçinin seçdiyi podratçı təşkilat tərəfindən həyata keçirilməsi tənzimləndiyindən həmin icraatın qaz paylayıcısının üzərinə qoyulması ilə bağlı tələbdə İddiaçı haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77-ci maddəsinə əsasən, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı “özünəməxsus fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulmasının Cavabdeh tərəfindən təmin edilməsi barədə” iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, o, ona məxsus fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı X5 müraciət etmiş, lakin tərəflərindən cavab verilmədiyi üçün ASAN Xidməti Mərkəzinə müraciət etmişdir. ASAN Xidməti Mərkəzi müraciəti X5 yönəltmişdir ki, müraciətə baxılsın. Qanunla müəyyən edilmiş 30 gün müddəti gözlədikdən sonra müraciət cavablandırılmadığı üçün o hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış məktub ona çatmamışdır. Həmin məktub cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Məktubun məzmununda əgər o podratçıya müraciət etsə idi qazlaşdırılmanın mümkün olacağı bildirilmişdir. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”na əsasən məhkəməyə müraciət etmişdir ki, o, bir başa podratçıya yox, qaz idarəsinə müraciət edə bilər. Belə ki, qərarın 2.15-ci bədində qeyd edilmişdir ki, tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. Buna görə o, X6 cavabdeh kimi qoyaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nda konkret olaraq hansı sənədlərin çatışmaması səbəbindən qazlaşdırmanın aparılmasının mümkün olmaması qeyd edilməmişdir. Həmin qərarda hansı sənədlərin təqdim olunması qeyd edilmiş və o həmin sənədlərlə birlikdə ASAN Xidməti Mərkəzinə müraciət etmişdir. Həmin sənədlər şəxsiyyət vəsiqəsində qeyd edilmiş FİN, qazlaşdırma aparılacaq tikinti obyektinin mülkiyyətdə olması barədə sənəd, ünvanla bağlı məlumat, telefon nömrəsi və poçt ünvanı olmuşdur. Tərəfindən həmin məlumatlar müraciətində qeyd edilmiş və sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”ın 1.2.4-cü yarımbəndində nəzərdə tutulan qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən, bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan (yəni, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan) tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödənişin məbləğlərinə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə 1 qoşulma üçün ödənişin məbləği 271 manatdır. Cavabdeh göstərməlidir ki, hansı halda evin qazlaşdırılması podratçı tərəfindən təşkil olunmalı, hansı halda isə onlar tərəfindən icra olunmalıdır. Qanuna əsasən əgər ərazinin planlaşdırma sənədləri təsdiq olunmuşdursa və mövcud qaz paylayıcı şəbəkəsi varsa qaz xətlərinin çəkilməsi qaz paylayıcı şəbəkəsi tərəfindən həyata keçirilir. Həmçinin əgər qaz paylayıcı şəbəkə 100 metr məsafəyədək yerləşirsə bütün qaz xətlərinin çəkilməsi qaz paylayıcı şəbəkəsi tərəfindən həyata keçirilir. Podratçının bu və ya başqa formada buna heç bir aidiyyəti yoxdur. Əgər 100 metr məsafədə qaz paylayıcı şəbəkəsi yoxdursa və ərazi planlaşdırma sənədləri təsdiq olunmamış ərazidirsə bu halda sifarişçi ilk olaraq podratçıya müraciət etməli, podratçı qaz xətləri çəkməli, bundan sonra qaz sayğacı qoyularaq qoşulma aktı tərtib olunmalı, alqısatqı müqaviləsi bağlanmalı və şəbəkəyə qoşulma icra edilməlidir. Nazirlər Kabinetinin yuxarıda istinad etdiyi qərara əsasən tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. Yəni şərt deyildir ki evin sənədi olsun. Torpaq sahəsinin sənədi varsa və torpağın yeri müəyyənləşdirilbsə qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. O, qərara əsasən 271 manat ödəniş etmiş və bu ödənişdən başqa heç bir ödəniş etməli deyildir. Fərdi yaşayış evinin mövcudluğu texniki şərtin verilməsi üçün kifayətdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 14 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əvvəlki qaydalara görə sifarişçi ilk növbədə podratçıya müraciət etməli idi, lakin hazırda sifarişçi ASAN Xidməti Mərkəzinə müraciət etməlidir. Qazın çəkilişi idarə tərəfindən deyil, podratçı tərəfindən həyata keçirilir. İddiaçı X5 fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciət etmiş və onun müraciətinə baxılaraq fərdi yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi mümkün olmaması sonuncuya rəsmi qaydada bildirilmişdir. Vətəndaş ASAN Xidməti Mərkəzinə müraciət edərkən ona siyahı təqdim edilir və həmin siyahıda qeyd edilən sənədlər təqdim edildikdən sonra qazlaşdırılma aparılır. ASAN Xidməti Mərkəzindən onlara sənədlərin tam olmadığı bildirilmiş və bu səbəbdən iddiaçının müraciətinə fərdi yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi mümkün olmaması bildirilmişdir. Podratçı təşkilat tikinti qaydalarına uyğun qazlaşdırma işlərini təşkil edir, X8 isə şəbəkəyə qoşulma işlərini həyata keçirir. 271 manat qoşulma haqqıdır. Həmin qoşulmaya qədər evin sənədləşməsi, daxili xətlərin çəkilməsi və avadanlıqların quraşdırımasını podratçı həyata keçirir və həmin xərclər istehlakçı tərəfindən ödənilməlidir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, fərdi yaşayış evinin qazlaşdırılması ilə şəbəkəyə qoşulma xərcləri fərqlidir. İddiaçının iddia tələbinə qeyd etdiyi 271 manat Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmət haqqıdır. Lisenziyalı təşkilat tərəfindən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılıb və xətlər çəkilib hazır olduqdan sonra X8 tərəfindən qazpaylayıcı şəbəkəyə qoşulması icra olunur. Əgər iddiaçının fərdi yaşayış evinin xətləri artıq qoşulma nöqtəsinə yaxındırsa istehlakçı tərəfindən onlara müraciət olunaraq şəbəkəyə qoşulması xahiş olunur. İstehlakı tərəfindən ilk öncə podratçı təşkilat ilə müqavilə bağlanmalı, təşkilat tərəfindən layihə hazırlanaraq ev qazlaşdırılmalı, daha sonra isə tərəflərindən şəbəkəyə qoşulma icra edilməlidir. 01 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən əhali və qeyri əhali obyektlərinin qazlaşdırılması bir başa mülkiyyəti təsdiq edən sənəd əsasında aparılır. Əgər fərdi yaşayış evinin qeydiyyatı yoxdursa onun üzərində aparılan hərəkətlər qeyri qanuni sayılır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 5 nömrəli qərarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ərazi planlaşdırması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması 271 manat, ərazi planlaşdırması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması 160 manat təsdiq edilmişdir. Hər qazlaşdırılmış obyektin qaz şəbəkəsinə qoşulması fiziki qoşulmadır. Yəni evin texniki şərti və layihəsi vardır. Qaz paylayıcı olaraq X8 o halda iştirakçı olur ki, vətəndaş texniki şərti almış olsun, bundan sonra tərəfindən qaz paylayıcıya müraciət edilsin, evin sxemi çəkilsin, vətəndaş podratçı təşkilat ilə müqavilə bağlayaraq evin layihəsi hazırlansın, həmin layihəyə əsasən qaz xətləri çəkilsin, sonda isə podratçı tərəfindən qaz paylayıcı şəbəkəsinə müraciət olunaraq istismara qəbul edilməsi tələb olunsun. Bundan sonra X8 tərəfindən obyektə və ya qeyri-obyektə baxış keçirilir və istismara qəbul aktı tərtib olunub imzalanaraq istismara yararlı olması barədə rəy verilir. Bundan sonra işçi heyəti gedib dövlət tərəfindən verilmiş sayğac quraşdırılıb plomblanır və 2 metr uzunluqda qaz borusu çəkilərək əsas xəttə qoşulur. Yəni X6n funksiyası bundan ibarətdir. İddia tələbi tam əsassızdır. Belə ki, iddiaçı X5 evin qazlaşdırılması təmin olunmamış qoşulması tələbini irəli sürmüşdür. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Yazılı sübutlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 iyun 2017-ci il tarixdə verilmiş reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Zaqatala şəhəri İstiqlaliyyət küçəsində yerləşən 0,0265 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 15 iyul 2019-cu il tarixli 1216 saylı arayışdan görünür ki, İddiaçı tərtib edilmiş 63 saylı ev təsərrüfatbaşına uçotu kitabının 180-cı səhifəsinə əsasən onun həqiqətən Zaqatala şəhəri İstiqlaliyyət küçəsində yerləşən özünün xüsusi mülkiyyətində olan 0,0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evi vardır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1088/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin tərəfindən 160 manat qoşulma haqqı ödənilməklə enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-76/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, "xxxx" ASC-nin üzərinə öz hesabına İddiaçı məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 dekabr 2019-cu il tarixli 2-1(107)-696/2019 saylı qərarından görünür ki, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1088/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli 2-1(102)-951/2020 saylı qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 dekabr 2019-cu il tarixli 2-1(107)-696/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh Zaqatala X13 İdarəsinə ünvanladığı 15 avqust 2024-cü il tarixli ərizəsində göstərmişdir ki, ona məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Həmin fərdi yaşayış evi su və elektrik təchizatı şəbəkəsinə qoşulmuşdur. Hazırda isə qazpaylayıcı şəbəkəyə qoşulması üçün bu ərizə ilə müraciət edir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, ona məxsus olan, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulmasının təmin edilməsini xahiş edir. Cavabdeh tərəfindən İddiaçı 24 avqust 2024-cü il tarixdə ünvanlanmış müraciətin nəticəsi haqqında məlumatdan görünür ki, fərdi yaşayış evinin qazlaşdırılması müvafiq sahədə xüsusi lisenziyası (icazəsi) olan podratçı tərəfindən icra edilir. Vətəndaşın seçdiyi podratçı tərəfindən ilk növbədə qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, Cavabdeh İB-nin yerli struktur bölmələrinin iştirakı ilə sorğu blankı və prinsipial sxem təsdiqlənir, işin həcmi müəyyən edilir və vətəndaşla podratçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir. Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra Cavabdeh İB tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyata alınır, qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur. Fərdi yaşayış evinin ümumi saatlıq qaz tələbatı 10m3-dən yuxarı olduqda isə layihənin hazırlanması məqsədilə texniki şərtin verilməsi üçün (ödənişsizdir) vətəndaş “ASAN xidmət" və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidir. Paylayıcı küçə qaz xətti olmayan və ya qaz təchizatı mənbəyindən aralı olan yaşayış sahələrindəki fərdi evlərin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılması üçün vətəndaş ilk növbədə texniki şərti almaq üçün (ödənişsizdir) “Asan Xidmət” mərkəzinə müraciət etməlidir. Texniki şərt əsasında vətəndaşın öz vəsaiti hesabına layihə hazırlanmalı, müvafiq razılaşdırmalardan keçirilməli və podratçı tərəfindən küçə qaz xətti çəkilməli, Cavabdeh İB-nin struktur bölməsinin iştirakı ilə istismara qəbul edilməlidir. Küçə qaz xətti istismara qəbul edildikdən sonra fərdi evlərin qazlaşdırılması yuxarıda qeyd olunan qaydada həyata keçirilir. Fərdi yaşayış evinin qazlaşdırılması prosesi barədə əlavə məlumatları “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərində əldə etmək olar. Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X11 Regional "Asan Xidmət" Mərkəzi tərəfindən Cavabdeh və İddiaçı ünvanlanmış 05 sentyabr 2024-cü il tarixli müraciətin aidiyyəti üzrə təqdim edilməsi haqqında məktubdan görünür ki, vətəndaş İddiaçı Fazilovicin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Balakən regional “ASAN xidmət” mərkəzinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3- 45-17/1-D-2xx-xx/2024 qeydiyyat nömrəli müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün təqdim edilmiş və araşdırmanın nəticəsi barədə vətəndaşa və Balakən regional “ASAN xidmət” mərkəzinə məlumat verilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində verilmiş anlayışa əsasən, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. 8-ci maddəsinə əsasən, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağandır. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 10-cu hissəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. 12-ci maddəsinə əsasən, Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 12-1-ci maddəsinə əsasən ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 12-1-ci maddəsinə əsasən ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qanunun 13-cü maddəsinin 12-1-ci hissəsində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması bu Qanunun 13-cü maddəsinin 12-ci hissəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 2.3-cü bəndinə əsasən, tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir. 2.15-ci bəndinə əsasən, tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.4-cü yarımbəndində nəzərdə tutulan qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir. 1.5-ci bəndinə əsasən, bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan(yəni, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan) tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 1.2.2-ci bəndinə əsasən sifarişçi – qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxsdir. 1.6-cı bəndinə əsasən bu Qaydanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 5 nömrəli qərarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ərazi planlaşdırması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması 271 manat, ərazi planlaşdırması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması 160 manat təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu” haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. O, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Fərdi yaşayış evinin elektrik enerjisi və su ilə təminatı işləri məhkəmə qərarlarına əsasən icra edilmişdir. İddiaçı fərdi yaşayış evinin qazla təmin edilməsi üçün xx.xx.2024 tarixli ərizə ilə cavabdehə, xx.xx.2024 tarixli ərizə ilə isə Balakən Regional “Asan Xidmət” Mərkəzinə müraciət etmiş, lakin fərdi yaşayış evi qazlaşdırılmamışdır. Cavabdeh iddiaçının podratçı ilə müqavilə bağlamalı olması, qazlaşdırılma işlərinin də, müqavilə əsasında onun vəsaiti hesabına podratçı tərəfindən həyata keçirilməli olması, fərdi yaşayış evinin qeydiyyatı olmadığından, onun üzərində aparılan hərəkətlərin qeyri qanuni sayılması əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya onun qəbul edilməsindən sonra inşa edilməsinə dair sübut təqdim etmiş, bu hallar təsdiq edilməmişdir. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan olsa da, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan 0.0265 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması məsələsi məhkəmə qərarı əsasında həll edilmişdir. Bu isə fərdi yaşayış evinin inşaat işlərinin qanunvericiliyin tələbinə uyğun icra edildiyini təsdiq edir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, şəxsin sifarişçi sayılması üçün qazpaylayıcı şəbəkəyə qoşulması və ya qaz alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik etməsi yetərlidir, Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan 0.0265 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmaması, qazpaylayıcı şəbəkəyə qoşmadan imtina üçün əsas ola bilməz. İddiaçı tərəfindən qoşulma xidmətinə görə ödəniş edilməklə qazpaylayıcı şəbəkəyə qoşulmasını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işlərinin istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən də həyata keçirilməsi qanunla nəzərdə tutulur. Beləliklə, cavabdehin iddiaçının müraciətindən imtinası qanunsuz olmuşdur. Odur ki, məhkəmə sadalanmış qanunların tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 iyun 2017-ci il tarixdə verilmiş reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması Cavabdeh tərəfindən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 iyun 2017-ci il tarixdə verilmiş reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İstiqlaliyyət küçəsində yerləşən 0.0265 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin onun tərəfindən 271 manat məbləğində qoşulma xidmətinə görə ödəniş edilməklə, qazpaylayıcı şəbəkəyə qoşulması Cavabdeh tərəfindən təmin edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-190/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-190/2025
20.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver