Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-214/2023 11.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Cavabdeh nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı Əhmədalı qızının cavabdehlər Cavabdeh Əhmədaı oğlu və Maraqlı şəxs qarşı “əmlak payının müəyyən olunması və pul tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədalı qızının cavabdehlər Cavabdeh Əhmədaı oğlu və Maraqlı şəxs qarşı “əmlak payının müəyyən olunması və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sahibliyində və istifadəsində olan Zaqatala rayonu Bazar ərazisində yerləşən 480 kvm sahədən ibarət “ÇƏNLİBEL” topdansatış mağazasında ona və övladlarına düşən pay hissəsinin müəyyən olunaraq bölünməsi, eləcə də 700 000 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxış iclası 06 aprel 2023-cü il tarixə saat 12-00-a təyin edilmiş və tərəflərə bu barədə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı Əhmədalı qızı 05 aprel 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq səhhətinin pisləşməsi ilə əlaqədar 06 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki işin baxılmasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Həmçinin Cavabdeh nümayəndəsi Vəkil1 05 aprel 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq 06 aprel 2023-cü il tarixdə saat 10-50-də Ali Məhkəmənin Cinayət Kollegiyasında məhkəmə hökmündən verdiyi kassasiya şikayəti üzrə işə baxılmasında iştirak etməsi zərurəti yarandığından mülki iş üzrə məhkəmə baxış iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İddiaçı Əhmədalı qızı tərəfindən məhkəməyə onun xəstə olması ilə bağlı heç bir sənəd təqdim edilməsə də, Cavabdeh nümayəndəsi Vəkil1 Ali Məhkəmədə iştirak etməsi zəruriliyini nəzərə alaraq məhkəmə tərəfindən mülki iş 11 aprel 2023-cü il tarixə saat 12- 15-ə təxirə salınmışdır. İddiaçı Əhmədalı qızı 10 aprel 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq səhhətinin pisləşməsi ilə əlaqədar 11 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini bildirərək mülki işin baxılmasını başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin onun xəstə olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil1 ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Maraqlı şəxs rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməməsinin üzrülü olması barədə sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçının məhkəmə çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi kimi giymətləndirir və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. İş materiallarına əlavə edilmiş 12 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Əhmədalı qızı tərəfindən 990 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı Əhmədalı qızının cavabdehlər Cavabdeh Əhmədaı oğlu və Maraqlı şəxs qarşı “əmlak payının müəyyən olunması və pul tələbi”nə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 990(doqquz yüz doxsan) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Əhmədalı qızına geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Əhmədalı qızının cavabdehlər Cavabdeh Əhmədaı oğlu və Maraqlı şəxs qarşı “əmlak payının müəyyən olunması və pul tələbi”nə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı Əhmədalı qızının cavabdehlər Cavabdeh Əhmədaı oğlu və Maraqlı şəxs qarşı “əmlak payının müəyyən olunması və pul tələbi”nə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 990 (doqquz yüz doxsan) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Əhmədalı qızına geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-214/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-214/2023
11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver