Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-235/2023 07.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi, İddiaçı4 və Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı əmlakın naturada bölünməsi və cavabdehin həmin hissələrdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onlara məxsus, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətlərində olan Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən ümumi sahəsi 68,3 m2 olan fərdi yaşayış evinin 3/4 hissəsinin və 0,03 ha həyətyanı torpaq sahəsinin 19/24 hissəsinin naturada ayrılması, o cümlədən, cavabdehin naturada ayrılmış həmin hissələrdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların cavabdehlə ümumi paylı mülkiyyətlərində Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında 68.3 kv.m. olan fərdi yaşayış evi və 0.03 ha həyətyanı torpaq sahəsi vardır. Həmin əmlaklar üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi, Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m. olan fərdi yaşayış evinin 3/4 hissəsi və 0.03 ha həyətyanı torpaq sahəsinin 7/24 hissəsi İddiaçı4, Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m. olan fərdi yaşayış evinin 1/4 hissəsi və 0.03 ha həyətyanı torpaq sahəsinin 5/24 hissəsi Cavabdeh, Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin 4/24 hissəsi İddiaçı2, Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin 4/24 hissəsi İddiaçı1, Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin 4/24 hissəsi İddiaçı3 ümumi paylı mülkiyyətindədir. Yəni, ümumilikdə Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m. olan fərdi yaşayış evinin 3/4 hissəsi və 0.03 ha həyətyanı torpaq sahəsinin 19/24 hissəsi onlara məxsusdur. Onlar Cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən ümumi sahəsi 68,3 m2 olan fərdi yaşayış evinin və 0,03 ha həyətyanı torpaq sahəsinin naturada bölünməsi ilə bağlı razılığa gəlməyə çalışmaq istəsələr də heç bir nəticə əldə edə bilməmiş və nəticədə qeyd olunan əmlaklardan onlara düşən ümumi payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mülkiyyətlərində olan əmlaka qanuni olaraq sənəd almış, çıxarışla rəsmiləşdirmişdir. Ekspert rəyi ilə də tanış olmuşdur. Ekspert rəyində daşınmaz əmlakın bölünməsinin mümkün olmaması qeyd edilmişdir. Hər bir halda iddiasına baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia ərizəsinin predmeti olan fərdi yaşayış evinin sahəsi azdır və həmin evin naturada ayrılması mümkün deyildir. Həmin əmlak atalarından onlara miras qalıb, onun razılığı ilə iddiaçının adına rəsmiləşdirilib. Lakin onun uşaqlarına həmin əmlakdan pay verilməyib. O, əmlakın naturada bölünməsinə razı deyil. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hazırki məhkəmə iclasına gəlməmişlər və məhkəmə baxışı iclasında iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,03 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 68,30 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə torpaq sahəsinin 4/24 hissəsi İddiaçı1, torpaq sahəsinin 4/24 hissəsi İddiaçı2, torpaq sahəsinin 4/24 hissəsi İddiaçı3, fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 5/24 hissəsi Cavabdeh, fərdi yaşayış evinin 3/4 və torpaq sahəsinin 7/24 hissəsi İddiaçı4 adlarına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 18 saylı Zaqatala Ərazi İdarəsinin 05 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında torpaq sahəsinin 4/24 hissəsi İddiaçı1, torpaq sahəsinin 4/24 hissəsi İddiaçı2, torpaq sahəsinin 4/24 hissəsi X1, fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 5/24 hissəsi Cavabdeh, fərdi yaşayış evinin 3/4 və torpaq sahəsinin 7/24 hissəsi İddiaçı4 məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 68.30 kv.m plan fərdi yaşayış evi üzərində onların payları yerdə (naturada) ölçüləri və koordinatları göstərməklə müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında torpaq sahəsinin 4/24 hissəsi İddiaçı1, torpaq sahəsinin 4/24 hissəsi İddiaçı2, torpaq sahəsinin 4/24 hissəsi X1, fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 5/24 hissəsi Cavabdeh, fərdi yaşayış evinin 3/4 və torpaq sahəsinin 7/24 hissəsi İddiaçı4 məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 68.30 kv.m. olan fərdi yaşayış evinin cəmi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətlərində olan Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan fərdi yaşayış evinin 3/4 hissəsinin və 0.03 ha həyətyanı torpaq sahəsinin 19/24 hissəsinin digər hissədə naturada ayrılması həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkçi tikililər bölündükdən sonra həyətyanı torpaq sahəsinin bölünməsinə baxıla bilər. Əgər, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında torpaq sahəsinin 4/24 hissəsi İddiaçı1, torpaq sahəsinin 4/24 hissəsi İddiaçı2, torpaq sahəsinin 4/24 hissəsi İddiaçı3, fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 5/24 hissəsi Cavabdeh, fərdi yaşayış evinin 3/4 və torpaq sahəsinin 7/24 hissəsi İddiaçı4 məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 68.30 kv.m olan fərdi yaşayış evinin cəmi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətlərində olan Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan fərdi yaşayış evinin 3/4 hissəsinin və 0.03 ha həyətyanı torpaq sahəsinin 19/24 hissəsinin digər hissədə naturada ayrılması həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkçi tikililər bölündükdən sonra həyətyanı torpaq sahəsinin bölünməsinə baxıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli 10/3620 saylı ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin paylar üzrə sahələri aşağıdakı kimi müəyyən olunur: Fərdi yaşayış evi üzrə: Cavabdeh o. (1 /4 hissə) - 17.075 kv.m (68.30kv.mx 1/4), İddiaçı4 (3/4 hissə) - 51.22 kv.m (68.30kv.m x 3/4) Torpaq sahəsi üzrə: İddiaçı2 q. (4/24 hissə) - 0.005 ha (0.03ha x 4/24), İddiaçı3 q. (4/24 hissə) - 0.005 ha (0.03ha x 4/24), İddiaçı1 q. (4/24 hissə) - 0.005 ha (0.03ha x 4/24), Cavabdeh o. (5/24 hissə) - 0.0062 ha (0.03ha x 5/24), İddiaçı4 o. (7/24 hissə) - 0.0087 ha (0.03ha x 7/24). ünvan 4 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin 3/4 hissəsinin naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1. 2.2. 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Belə ki, tədqiq olunan fərdi yaşayış evinin 3/4 hissəsinin naturada bölünəcəyi təqdirdə faktiki olaraq cavabdeh tərəfin istifadəsində olan, sahəsi 24.4 kv.m təşkil edən yaşayış otağının 7.2 kv.m hissəsi bölünərək iddiaçının istifadəsinə verilməlidir ki, bu da İnşaat Norma və Qaydaları 2.08.01.89* un 2.4 və 2.9-cu bəndlərinin tələblərinə ziddir. Lakin, tədqiq olunan fərdi yaşayış evinin tərəflər arasındakı faktiki bölgü qaydası 3/4 hissə paydan qismən kənara çıxmaqla (7.2 kv.m) İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1. 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğunu və həmin torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evinin mövcud olduğunu nəzərə alaraq qeyd olunan həyətyanı torpaq sahəsinin 19/24 hissəsinin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,03 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 68,30 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə torpaq sahəsinin 4/24 hissəsi İddiaçı1, torpaq sahəsinin 4/24 hissəsi İddiaçı2, torpaq sahəsinin 4/24 hissəsi İddiaçı3, fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 5/24 hissəsi Cavabdeh, fərdi yaşayış evinin 3/4 və torpaq sahəsinin 7/24 hissəsi İddiaçı4 məxsusdur. İddiaçılar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onlara məxsus, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətlərində olan Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən ümumi sahəsi 68,3 m2 olan fərdi yaşayış evinin 3/4 hissəsinin və 0,03 ha həyətyanı torpaq sahəsinin 19/24 hissəsinin naturada ayrılması, o cümlədən, cavabdehin naturada ayrılmış həmin hissələrdən çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli 10/3620 saylı ekspert rəyinə əsasən Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m. olan fərdi yaşayış evinin və 0.03 ha həyətyanı torpaq sahəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Ekspert tərəfindən tədqiq edilən ünvana baxış keçirilən zaman da müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin tərəflər (mülkiyyətçilər) arasında faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla bölünmüş vəziyyətdə olduğu müşahidə olunmuşdur. Belə ki, mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Texniki Pasport” sənədində 1, 2 və 3 nömrələri ilə işarələnmiş otaqların iş üzrə iddiaçı tərəfin, 4 nömrəsi ilə işarələnmiş otağın isə iş üzrə cavabdeh tərəfin istifadəsində olduğu müəyyən olunmuşdur. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə baxış zamanı qeyd olunan torpaq sahəsinin 1 tərəfdən yol (küçə), 3 tərəfdən isə qonşu sahələr ilə əhatə olunduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. İşdən də göründüyü kimi, mülkiyyətçilərin mübahisə predmeti olan torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə payları müəyyən edilmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, belə qənaətə gəlir ki, barəsində mübahisə gedən Zaqatala şəhəri, Vaqif küçəsi-50 ünvanında yerləşən iddiaçılara məxsus ümumi sahəsi 68.3 kv.m. olan fərdi yaşayış evinin 3/4 hissəsinin və 0.03 ha həyətyanı torpaq sahəsinin 19/24 hissəsinin digər hissələrdən naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Məhkəmə onu da qeyd edir ki, Tikinti-X3 Metodlarında göstərilənlərə görə - Yaşayış otaqlarının hündürlüyü döşəmədən tavana qədər olan məsafə 2.5 m-dən və yardımçı tikili daxili koridorun hündürlüyü isə 2.1 m-dən az olmamalıdır. Mənzillərdə aşağıdakı tikililər nəzərdə tutulmalıdır: Yaşayış - ümumi və yataq otaqları. Yardımçı - mətbəx, dəhliz, hamam, tualet, koridor, şüşəbənd, təsərrüfat anbarı və s. Yaşayış otaqlarının sahəsi 8.0m2-dan az olmamalıdır. Yaşayış otaqlarının eni 2,2 m-dən az olmamalıdır. Yaşayış otağı - tikintinin bir hissəsi olub, təbii işıq və istilik sistemi ilə təmin olunmalıdır. Mənzil küçəyə, həyətə, koridora, pilləkən meydançasına yolu olan, digər tikililərdən sırf arakəsmə və ya boşluğu olmayan divarla təcrid olunmuş tikililərdir. Bundan başqa, Məhkəmə tikinti-X3 Metodlarında göstərilənlərə görə mənzillərin (evlərin, tikililərin və s.) tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) tikililəri və bu tikililərə ayrıayrılıqda giriş-çıxış yolu olmalı, qeyri-yaşayış sahələrinin tərəflər (mülkiyyətçilər) arasında bölgüsü zamanı isə tərəflərin hər birinin sərəncamında paylara uyğun sahələr üzrə tikililər və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Bundan başqa, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Qanunvericiliyin tələblərinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə iddia tələbinin “cavabdehin naturada ayrılmış fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən tələb ilk tələbdən dоğаn törəmə tələbdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələbin bu hissəsi də əsаslı оlа bilərdi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı əmlakın naturada bölünməsi və cavabdehin həmin hissələrdən çıxarılması tələbinə dair iddiası rədd edilməlidir. İddia tələbi rədd edildiyindən 100 manat dövlət rüsumu İddiaçı3 özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçılardan müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227 və 233-cü maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı əmlakın naturada bölünməsi və cavabdehin həmin hissələrdən çıxarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı3 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-235/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-235/2023
07.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver