Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-24/2024 17.09.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı2 və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq şağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən payların naturada ayrılması” tələbi barədə ərizə ilə müraciət edərək, ünvan 1aşayış evindən iddiaçılar İddiaçı1 fərdi yaşayış evinin 62.60 kv.m-nin 36/180 və torpaq sahəsinin 6/35 hissədə və İddiaçı2 fərdi yaşayış evinin 62.60 kv.m-nin 18/180 və torpaq sahəsinin 3/35 hissədə paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala şəhəri, Nizami küçəsi, ev 122 ünvanında iddiaçı və cavabdehlərə məxsus fərdi yaşayış evi və torpaq sahəsi vardır. Fərdi yaşayış evində və torpaq sahəsində iddiaçıların və cavabdehlərin payları müəyyən olunmuşdur. Həmin paylar aşağıdakı qaydadadır. Cavabdeh4 fərdi yaşayış evinin 62.60 kv.m-nin 30/180 və torpaq sahəsinin 5/35, İddiaçı1 fərdi yaşayış evinin 62.60 kv.m-nin 36/180 və torpaq sahəsinin 6/35, Cavabdeh2 fərdi yaşayış evinin 62.60 kv.m-nin 30/180 və torpaq sahəsinin 5/35, Cavabdeh1 fərdi yaşayış evinin 62.60 kv.m-nin 30/180 və torpaq sahəsinin 5/35, Cavabdeh3 fərdi yaşayış evinin 62.60 kv.m-nin 30/180 və torpaq sahəsinin 5/35, İddiaçı2 fərdi yaşayış evinin 40.7 kv.m tam və fərdi yaşayış evinin 62.60 kv.m-nin 18/180 və torpaq sahəsinin 3/35 hissəsi və mərhum X1 fərdi yaşayış evinin 62.60 kv.m-nin 18/180 və torpaq sahəsinin 3/35 hissəsindən ibarətdir. Mülki iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçıların torpaq sahəsindən və fərdi yaşayış evindən paylarının naturada ayrılmasına razı olmadığı üçün iddiaçılar torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə edə bilmirlər. Cavabdehlərin qeyd olunan hərəkətləri nəticəsində iddiaçıların mülkiyyət hüquqları pozulur. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi Nümayəndə 24 mart 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq ünvan 1aşayış evindən iddiaçılar İddiaçı1 fərdi yaşayış evinin 62.60 kv.m-nin 36/180 və torpaq sahəsinin 6/35 hissəsinin və İddiaçı2 fərdi yaşayış evinin 62,60 kv.m-nin 6/180 və torpaq sahəsinin 6/35 hissədə paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 28 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən payların naturada ayrılması” tələbini geri götürdüyünü, cavabdehlərə qarşı iddia tələbinin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(033)-24/2024 saylı qərardadı ilə iddia tələbi İddiaçı1 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən payların naturada ayrılması” hissəsində baxılmamış saxlanılmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, mübahisəli evin həyətinə giriş bir olsa da, onun və cavabdehlərin yaşadıqları evə giriş yeri ayrıdır. O, özü istəyir ki, onun payı naturada ayrılsın və həyətə də giriş özü üçün ayırsın. Belə ki, o, ərindən ayrılıb atası evinə gəlmiş və atası ona həyətdə yer vermişdir. Həmin yerdə o, öz hesabına ev inşa etmiş və həmin evə reyestr xidmətindən Çıxarış almışdır. Atası və digər ailə üzvləri notariat kontorunda həmin evi ona bağışlamışlar. Onun istəyi ata yurdunda ona düşəcək payın ayrılması və həyətinə özü üçün giriş yeri qoyulmasıdır, lakin cavabdehlər payının naturada ayrılmasına razı dеyillər. İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək fərdi yaşayış evinin ekspert rəyində göstərilən qayada naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etdi. 17 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli ev və torpaq sahəsi anasına məxsus olmuşdur. X8 bir ildir ki, vəfat etmişdir. İddiaçılarla o, və digər cavabdehlər birlikdə mübahisəli evdə yaşayırlar. İddiaçılar ona həmin evdə yaşamağa imkan vermirlər. 17 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 18 yanvar 2024-cü il tarixdə şahid qismində dindirilmiş X7 bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsində mühəndis vəzifəsində işləyir. Göstərilən çıxarışda adları qeyd edilən şəxslər hər bir ümumi birgə mülkiyyətçidir və paylar naturada müəyyən edildikdən sonra mülkiyyətçilər özlərinə məxsus ayrıca çıxarış əldə edə biləcəklər. Fərdi yaşayış evinin ümumi sahəsi 103.30 kvm-dir. Fərdi yaşayış evinin 40.7 kvm hissəsi tam olaraq İddiaçı2 məxsusdur. 6/180 hissə isə geri qalan 62.6 kvm-dən ayrılmalıdır. Torpaq sahəsi ilə bağlı onu qeyd edə bilər ki, çıxarışla 0.04 ha torpaq sahəsi verilsə də, plan-ölçü sənədində 0.0453 ha kimi göstərilmişdir. Həmin 0.0053 ha əlavə zəbt edilmiş torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Mütəxəssis rəyində isə naturada istifadə olunan 0.0453 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinantları qeyd edilmişdir. O, hesab edir ki, hazırkı iş üzrə torpaq sahəsi bölündükdən sonra evin naturada bölgüsü aparıla bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarına əlavə edilmiş sənədlər İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 362021662, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışın və texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 62,60 kvm-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsi Cavabdeh4, fərdi yaşayış evinin 62,60 kvm-in 36/180 və torpaq sahəsinin 6/35 hissəsi İddiaçı1, fərdi yaşayış evinin 62,60 kvm-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsi X4, fərdi yaşayış evinin 62,60 kvm-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 62,60 kvm-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsi Cavabdeh3, fərdi yaşayış evinin 40,7 kvm tam və fərdi yaşayış evinin 62,60 kvm-in 6/180 və torpaq sahəsinin 6/35 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 62,60 kvm-in 18/180 və torpaq sahəsinin 3/35 hissəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin 01 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanda 0.04 ha həyətyanı torpaq sahəsində yerləşən İddiaçı1 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-nin 36/180 və torpaq sahəsinin 6/35 hissəsinin və İddiaçı2 payına düşən fərdi yaşayış evinin 40.7 kv.m tam və fərdi yaşayış evinin 62.60 kv.m-nin 6/180 və torpaq sahəsinin 6/35 hissəsinin cavabdehlər Cavabdeh4 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən, Cavabdeh2 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən, Cavabdeh1 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən, Cavabdeh3 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən və X1 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 18/180 və torpaq sahəsinin 3/35 hissəsindən naturada bölünməsi ilə bağlı bildirilir ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra torpaq sahəsindən iddiaçıların paylarına düşən hissənin bölünməsinə baxıla bilər. Mübahisəli torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, sahəsi, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/7241 nömrəli rəyindən görünür ki, ünvan 3 ünvanda 0.04 ha həyətyanı torpaq sahəsində yerləşən İddiaçı1 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-nin 36/180 va torpaq sahəsinin 6/35 hissəsinin və İddiaçı2 payına düşən fərdi yaşayış evinin 40.7 kv.m tam və fərdi yaşayış evinin 62.60 kv.m-nin 6/180 və torpaq sahəsinin 6/35 hissəsinin cavabdehler Cavabdeh4 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 ve torpaq sahəsinin 5/35 hissəsindən, Cavabdeh2 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 ve torpaq sahəsinin 5/35 hissəsindən, Cavabdeh1 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən, Cavabdeh3 payına düşən fərdi yaşayış evinin 62.60 kv.m-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsindən və X1 payına düşən fərdi yaşayış evinin 62.60 kv.metrinin 18/180 və torpaq sahəsinin 3/35 hissəsindən naturada bölünməsi ilə bağlı bildiririk ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra torpaq sahəsindən iddiaçıların paylarına düşən hissəsinin bölünməsinə baxıla bilər. Mübahisəli torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, sahəsi, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2024-cü il tarixli 3-16-16/2-10/1873 nömrəli təkrar rəyindən görünür ki, Zaqatala şəhəri, Nizami küçəsi, ev 122 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin 62.60 kv.m-nin 6/180 hissəsinin İddiaçı2 mülkiyyətində olan 40.7 kv.m hissəyə bitişik hissədən ayrılmasının texniki cəhətdən mümkün olduğu, həmin fərdi yaşayış evindən digər İddiaçı1 36/180 hissəsinin naturada ayrılmasının isə texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Zaqatala şəhəri, Nizami küçəsi, ev 122 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin həmin fərdi yaşayış evinin İddiaçı2 mülkiyyətində olan 40.7 kv.m hissəsi ilə əlaqəli yerdən verilməsinin həyətyanı sahədə yerləşən digər tikilinin (Texniki Pasportda icazəsiz tikili kimi qeyd olunan) faktiki giriş-çıxış qapısı bağlanaraq digər (arxa) hissəsindən giriş-çıxışı təmin edilməklə texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Zaqatala şəhəri, Nizami küçəsi, ev 122 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyətini nəzərə alaraq həmin torpaq sahəsindən digər İddiaçı1 payına düşən 6/35 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 2 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 62,60 kvm-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsi Cavabdeh4, fərdi yaşayış evinin 62,60 kvm-in 36/180 və torpaq sahəsinin 6/35 hissəsi İddiaçı1, fərdi yaşayış evinin 62,60 kvm-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsi X4, fərdi yaşayış evinin 62,60 kvm-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 62,60 kvm-in 30/180 və torpaq sahəsinin 5/35 hissəsi Cavabdeh3, fərdi yaşayış evinin 40,7 kvm tam və fərdi yaşayış evinin 62,60 kvm-in 6/180 və torpaq sahəsinin 6/35 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 62,60 kvm-in 18/180 və torpaq sahəsinin 3/35 hissəsi X1 paylı mülkiyyətindədir. Məhkəmə ilk öncə onu qеyd еtməyi zəruri sayır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7241 nömrəli ekspert rəyləri kifayət qədər aydın və tam olmadığından onlar mübahisənin həllində mötəbər sübut sayıla bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2024-cü il tarixli 3-16-16/2-10/1873 nömrəli təkrar ekspert rəyi ilə Zaqatala şəhəri, Nizami küçəsi, ev 122 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin 62.60 kv.m-nin 6/180 hissəsinin İddiaçı2 mülkiyyətində olan 40.7 kv.m hissəyə bitişik hissədən ayrılmasının texniki cəhətdən mümkün olduğu, Zaqatala şəhəri, Nizami küçəsi, ev 122 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin həmin fərdi yaşayış evinin İddiaçı2 mülkiyyətində olan 40.7 kv.m hissəsi ilə əlaqəli yerdən verilməsinin həyətyanı sahədə yerləşən digər tikilinin (Texniki Pasportda icazəsiz tikili kimi qeyd olunan) faktiki giriş-çıxış qapısı bağlanaraq digər (arxa) hissəsindən giriş-çıxışı təmin edilməklə texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Məhkəmə rəyi vеrmiş şəхsin mühəndislik sahəsində хüsusi biliklərinin olduğunu, еləcə də rəyin kifayət qədər aydın və tam olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2024-cü il tarixli 3- 16-16/2-10/1873 nömrəli təkrar ekspert rəyi ilə razılaşır və iddiaçının fərdi yaşayış evindən və torpaq sahəsindən paylarının naturada ayrılmasının mümkün olması barədə həmin rəylə müəyyən еdilənləri işin hallarına uyğun sayır. Məhkəmə hesab edir ki, iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ var və payının naturada ayrılması mümkündür. Lakin payının naturada ayrılması iddiaçının istəyinə uyğun deyil, yerquruluşu planına uyğun aparılmalıdır. Odur ki, iddia tələbi qismən təmin olunmalı, Zaqatala şəhəri, Nizami küçəsi, ev 122 ünvanında yerləşən fərdi yaşayış evinin 62,60 kv.m-nin 6/180 hissəsi və torpaq sahəsinin 6/35 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2024cü il tarixli 3-16-16/2-10/1873 nömrəli təkrar ekspert rəyinə əlavə еdilmiş yerquruluşu planına uyğun iddiaçının payı olaraq naturada ayrılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərcləri olan 50 manat iddiaçıdan, 50 manat isə birgə qaydada cavabdehlərdən tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Zaqatala şəhəri, Nizami küçəsi, ev 122 ünvanında yerləşən fərdi yaşayış evinin 62,60 kv.m-nin 6/180 hissəsi və torpaq sahəsinin 6/35 hissəsi İddiaçı2 payı olaraq naturada ayrılsın. İddiaçı2 paylarının naturada ayrılması, 25 iyun 2024-cü il tarixli təkrar ekspert rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılsın. İddiaçı2 50 (əlli) manat, cavabdehlər Cavabdeh4, X3, İddiaçı1, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 50 (əlli) manat ekspertiza xərcləri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000********. İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(033)-24/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-24/2024
17.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver