Məhkəmə qərarları › İş №e-2(033)-247/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-247/2024

07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-247/2024 07.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X5 katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlətreyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və icrada dönüş edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək, 03 fevral 2014-cü il tarixdə vəfat etmiş X3 X15 ilə faktiki nikah münasibətində olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,1762 ha olan torpaq sahəsinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X6 məxsus ½ hissəsinə X9 adına Zaqatala rayon 2 saylı Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-157 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3545 ha olan torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X6 məxsus ½ hissəsinə X9 adına Zaqatala rayon 2 saylı Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-371 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsinin xx.xx.2018-ci il tarixli **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X6 məxsus 1/3 hissəsinə X9 adına Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfinin verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V- 479 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97/2017), həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X15 ilə Cavabdeh2 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 25 iyul 2017-ci il tarixdə ünvan 1ində yerləşən 0,1762 ha torpaq sahəsinin 0,1 ha dair bağlanmış, reyestrdə 4Ə- 309 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın, həmin müqaviləyə əsasən X9 adında qalan 0,01 ha torpaq sahəsinə dair onun adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyeystrindən çıxarışın etibarsız hesab edilməsi, X15 ilə Cavabdeh2 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 14 sentyabr 2017-ci il tarixdə ünvan 1ində yerləşən 0,01 ha torpaq sahəsinin 0,01 ha hissəsinə dair bağlanmış, reyestrdə 4Ə-564 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X15 ilə Cavabdeh1 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 05 oktyabr 2017-ci il tarixdə ünvan 1ində yerləşən 0,3545 ha torpaq sahəsinin 0,3545 ha dair bağlanmış, reyestrdə 4Ə-651 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X15 ilə Cavabdeh2 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 09 avqust 2017-ci il tarixdə ünvan 1ində yerləşən 0,0662 ha torpaq sahəsinin 0,05 ha dair bağlanmış, reyestrdə 4Ə-398 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X15 ilə Cavabdeh2 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 11 aaprel 2019-cu il tarixdə ünvan 1ində yerləşən 0,3001 ha torpaq sahəsinin 0,3001 ha dair bağlanmış, reyestrdə 4Ə-579 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, geriyə dönüş edilərək 03 fevral 2014-cü il tarixdə vəfat etmiş X3 torpaq payları üzərində mülkiyyt hüququnun, Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatın bərpa edilməsi və onun adına həmin torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4nun məhkəməyə verdiyi ərizə əsasında Zaqatala rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-1084/2017 saylı qətnaməsi ilə 03 fevral 2014-cü il tarixdə vəfat etmiş anası X10 ilə ərizəçi X9 faktiki nikah münasibətində olması faktı müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında atası X1 rayonu 2 saylı Notariat Ofisinə müraciət edərək, ünvan 1ində yerləşən, ümumi msahəsi 0,1762 ha olan torpaq sahəsinin anasına məxsus olan ½ hissəsinə 18 iyul 2017ci ildə (vərəsəlik işi № 97/2017) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (şəhadətnamə reyestrdə 2V-157 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib), həmin şəhadətnamə ilə isə RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən X4nun adına Çıxarış almışdır. Bundan sonra atası yenidən notariat ofisinə müraciət edərək, ünvan 1ində yerləşən, ümumi sahəsi 0,3545 ha olan torpaq sahəsinin anasına məxsus olan ½ hissəsinə 01 oktyabr 2017-cu ildə (vərəsəlik işi № 97/2017) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (şəhadətnamə reyestrdə 2V-371 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib), həmin şəhadətnamə ilə isə RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən X4nun adına Çıxarış almışdır. Bundan sonra atası yenidən notariat ofisinə müraciət edərək ünvan 1ində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,3001 ha torpaq sahəsindən paylı mülkiyyət kimi mərhum anasına məxsus olan 1/3 hissəsinə 08 aprel 2019-cu ildə (vərəsəlik işi № 97/2017) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (şəhadətnamə reyestrdə 2V-479 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib), həmin şəhadətnamə ilə isə RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən X4nun adına Çıxarış almışdır. Bundan sonra X4 digər övladlarından da xəbərsiz torpaq sahələrini başqa şəxslərə satmışdır. X4 xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən adına verilmiş Çıxarışa əsasən, 0,1762 ha torpaq sahəsinin 0,1 ha hissəsini Cavabdeh2 satmışdır (AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı- satqı müqaviləsi, 25 iyul 2017-ci il tarixli). X4 xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən adına verilmiş Çıxarışa əsasən, 0,01 ha torpaq sahəsinin 0,01 ha hissəsini Cavabdeh2 satmışdır (AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi, 14 sentyabr 2017-ci il tarixli). X4 xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən adına verilmiş Çıxarışa əsasən, 0,3545 ha torpaq sahəsinin 0,3545 ha hissəni tam olaraq Cavabdeh1 satmışdır (AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi, 05 oktyabr 2017-ci il tarixli). X4 xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən adına verilmiş Çıxarışa əsasən, 0,3001 ha torpaq sahəsinin 0,3001 ha hissəni tam olaraq Cavabdeh2 satmışdır (AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi, 11 aprel 2019-cu il tarixli). AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsində satıcı kimi atasını Cavabdeh1 təmsil etmişdir. X4 27 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfat etməsindən sonra o İddiaçı atasıdan miras qalmış əmlakları adına sənədləşdirmək üçün müraciət etdikdə ona məlum olmuşdur ki, atası özünə, qardaşına və anasına məxsus olan bütün torpaq sahələrini satmışdır. Bundan sonra ona məlum olmuşdur ki, atası qardaşı X13 ölmüş hesab edilməsi barədə və anası ilə faktiki nikah münasibətində olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnamələri ilə onların adına olan torpaq sahələrini vərəsəlik yolu ilə öz adına keçirmiş və satmışdır. O, qardaşının sağ olduğunu və xaricdə yaşadığını bildiyindən maraqlarına toxunan şəxs kimi məhkəməyə müraciət etmişdir və qardaşı X13 ölmüş elan edilməsi barədə Zaqatala rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir və Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)- 2267/2019 saylı qətnaməsi ilə Zaqatala rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizəçi X9 20 avqust 1966-cı il tarixdə doğulmuş oğlu X13 ölmüş elan edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Daha sonra o, atası ərizəçi X9 03 fevral 2014-cü ildə vəfat etmiş anası X10 ilə faktiki nikah münasibətində olması faktının müəyyən edilməsi barədə Zaqatala rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi apelyasiya şikayti vermiş və Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli 2(107)-2253/2019 saylı qətnaməsi ilə Zaqatala rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizəçi X9 03 fevral 2014-cü ildə vəfat etmiş X10 ilə faktiki nikah münasibətində olması faktının müəyyən edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Bütün yuxarıda göstərilənlərlə bağlı o, pozulmuş hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamışdır. Bundan sonra onun notariat ofisinə rəsmi sorğusundan sonra bütün vərəsəlik işləri və alqı-satqı müqavvilələri 30 may 2023-cü il tarixli 603 nömrəli məktubla vəkilə poçt vasitəsi ilə göndərilmiş və 06 iyun 2023-cü il tarixdə vəkilə təqdim edilmişdir. Vərəsələrin anasıdan miras qalan əmlaka olan vərəsəlik hüquqları pozulmuşdur. Mərhum X4nun anasına məxsus olan torpaq sahələrini və qardaşı X16 məxsus torpaq sahəsini satmaq hüququ olmamışdır. Vərəsələrin gözlənilən vərəsəlik hüququ və bunun əsasında gözlənilən mülkiyyət hüququ pozulmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən 03 fevral 2014-cü il tarixdə vəfat etmiş X3 X15 ilə faktiki nikah münasibətində olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh1 iddia ərizəsinə etirazla müraciət edərək İddiaçı cəvabdehlər Cavabdeh1, X11, üçüncü şəxslər Zaqatala rayon 2 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbi ilə bağlı e-2(033)- 1376/2023 nömrəli mülki iş üzrə iddia ərizəsinə etirazının sübut qismində qəbul edilməsini, prosessual qanunvericiliklə ona verilmiş prosessual hüquqlardan vicdanla deyil, suiistifadə edən İddiaçı cərimə edilməsini, hazırkı iddia ərizəsi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən mulki iş uzrə başlanmış icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi tələbinin hüquqi əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 337.1-ci maddəsinə istinad edimışdir. Qanunun həmin normasına görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddia ərizəsində iddiaçının istinad etdiyi faktları və halları bütünlüklə nəzədən keçirmiş və orada göstərilənlərlə razılaşmır. İddia ərizəsi ilə bağlı başlanmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı bundan əvvəl cavabdeh Zəqətala rayon 2 saylı Notariat Ofisinə, üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 qarşı Zaqətala rayon 2 saylı Notariat Ofisi tərəfindən tərtib və təsdiq olunmuş 18.07 2017-ci il tarixli 2V-157 nömrə ilə, xx.xx.2017-ci ıl tarixli 2V-371 nömrə ilə, xx.xx.2019-cu il tarixli 2V- 479 nömrə ilə və xx.xx.2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-398 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-S79 saylı xx.xx.2019-cu il tarixli və 4Ə-651 saylı 05.10 2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Cavabdeh2 və Cavabdeh1 adına aparılmış qeydiyyatların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-257/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən tərtib və təsdiq olunmuş tərəflər arasında xx.xx.2017-ci il tarixli 2V-157 nömrə ilə reyestrdə qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixli 2V-371 nömrə ilə reyestrdə qeydə alınmış, xx.xx.2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəli huququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə 309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-398 saylı 09.08 2017-ci il tarixli, 4Ə-579 saylı xx.xx.2019-cu il tarixli və 4Ə-651 saylı 05.10 2017-ci il tarixli alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019 cu il tarixli Cavabdeh2 və Cavabdeh1 adma aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1563/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-257/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə, üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 qarşı "qanun üzrə vərəsalik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş çıxarışların ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflərin izahatlarına görə iddiaçının atası Laçın Məmmədov tərəfindən xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-cı il və xx.xx.2019-cu il tarixli alqısatqı müqavilələrinə əsasən torpaq sahələrini üçüncü şəxslərə satmasından xəbəri olmuş, bununla bağlı üçuncu şəxslərə hər hansı bir irad və ya etirazını bildirməmişdir. Üçüncü şəxslər daşınmaz əmlakları alan zaman torpaq sahələri Laçın Məmmədovun əsl mülkiyyətçisi olmadığını və qanunsuz yolla əldə etməsini bilməmişlər, çünki torpaq sahələri onun adına dövlət revestrindəki qeydə alındığından mübahisəli əmlak üzərində satıcının mülkiyyət hüququnun qanuniliyinə şübhə ilə yanaşa bilməzdilər, onların vicdansız hesab etmək üçün öz hərəkətlərinə münasibətdə kobud ehtiyatsızlıq və ya qəsd formasında təqsirinin olması barədə hər hansı bir əsaslı faktlar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Laçın Məmmədov tərəfindən üçüncü şəxslərə xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə mübahisəli torpaq sahələrini satılması barədə iddiaçının məlumatlı olmaması inandırıcı deyildir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə üçüncü şəxslər Laçın Məmmədovun mübahisə predmetinin əsl mülkiyyətçisi olmadığını bilmədiyindən vicdanlı əldə edən hesab edilirlər. Belə ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak huquqları sırasına vicdanlı əldə edənin huquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcı əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı kimi qəbul olunur. Bundan başqa əldə edilmiş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət revestrindəki yazının qanuniliyin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilənlərə əsasən, apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, üçüncü şəxslər mübahisəli torpaq sahəsini qanununvericiliklə müəyyən edilmiş qaydada aldıqlarından vicdanlı alıcıdırlar. Belə olan halda iddia tələbi onların torpaq sahələri üzərində hüquqlarına təsir etməli deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2078/2021 nömrəli xx.xx.2021-ci il tarixlı qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1563/2020 nömrəıi iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasıya şikayətinin üçüncü şəxslərin vicdanlı alıcı olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bu barədə dəlilini əsaslandırmamış və apellyasiya instansiyası məhkəməsində işə baxılarkən hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən Mulkı Məcəllənin 140-cı maddəsinin tələbinə görə, reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyası quvvədədir. iddiaçı, üçüncü şəxslər tərəfindən mübahisəli torpaq sahəsi əldə edilərkən daşınmaz əmlakın dövlət reyestrində reyestrin həqiqiliyinə və tamamlılığına şübhə doğuracaq bir halın mövcudluğu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin Mulki Məcəllənin 141.1 və 14.2-ci maddələrinə əsasən reyestrə hər hansı bir düzəliş və etirazla bağlı müraciətin edilməsi, bu barədə iddia verilməsi də müəyyən edilməmişdir. Bundan başqa, Zaqatala Rayon Məhkəməsinin 2(033)-29/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin Zaqatala rayonu, Göyəm kəndində yerləşən iddiaçı Cavabdeh2 Qurban qızının mülkiyyətində olan 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1i ərazisində yerləşən 0,3001 ha, 0,11 ha və 0. 05 ha torpaq sahələri X9 mülkiyyətində olmuş və 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı satqı müqaviləsinə, 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi və xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz amlakm alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. Cavabdeh İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə, üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edllməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasıya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-333/22 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin atası tərəfindən iddiaçıya saxta sənədlər əsasında satıldlğını bildirsə də, bununla bağlı hər hansı subutu məhkəmə kollegiyasına təqdim etməmiş, əksinə iş materiallarında olan subutlarala müəyyən edilır ki, iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən torpaq sahələri üzərində cavabdehin hər hansı hüquqa malik olmadığı halda, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlər iddiaçının həmin torpaq sahəsinə olan mülkiyyət hüquqularının məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə də cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3845/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-333/2021 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərə əsəsən, mübahisə predmeti olan daşınmaz əşyaların mülkiyyətçisidir, cavabdehin isə həmin əşyalara faktiki sahibliyinin qanuni olduğu məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda iddianın təmin edilməsi Mülki Məcəllənin 157.4-cu maddəsinin dispozisiya şərtlərinə uyğundur. İddiaçının reyestrdə qeydə alınmış sərhədlər daxilindəki mülkiyyət hüquqları qanunla qorunur və müvafiq əsas olmadan onların məhdudlaşdırılması yolverilməzdir. Eyni zamanda həmin torpaq sahələri ilə bağlı cavabdehin iddia etdiyi (reyestrdə qeydə alınmamış) hüquqlar, məhkəmə aktları ilə vicdanlı əldə edən şəxs qismində tanınmış iddiaçıya qarşı irəli sürülə bilməz. Beləliklə, yuxarıda şərh edilənlərlə təsdiq edilir ki, hazırkı iddianın predmeti ilə bağlı mülki mübahisəyə bundan əvvəl də məhkəmələrdə baxılmış və iddiaçının tələbi qanuni və əsaslı olmadığına görə təmin edilməmişdir. İddiaçı bundan əvvəl cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə, üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 qarşı notariusda tərtib və təsdiq olunmuş 4 ədəd qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4 ədəd daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, hamin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində 4 ədəd daşınmaz əmlaka dair aparılmış qeydiyyatların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi Zaqatala Rayon Məhkəməsinin 2(033)-257/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, həmin qətnamə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1563/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməs ilə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2078/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Əvvəlki iddia ərizəsindən fərqli olaraq, hazırkı iddia ərizəsində İddiaçı həm də çıxarışların etibarsız hesab edilməsini tələb etmiş və bununla bağlı üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı tələb irəli sürmüşdür. İddiaçı Laçİn oğlunun bundan əvvəl məhkəmələrdə baxılaraq, qanunsuz və əsassız olduğuna görə təmin edilməmiş idaia ərizəsindəkı "daşınmaz əmlaka dair aparılmış qeydiyyatların ləğv edilməsinə dair" tələb hazırkı iddia ərizəsində "çıxarışların etibarsız hesab edilməsinə dair" tələblə əvəz edilsə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 18 saylı Zaqatala Ərazi idarəsinin işə üçüncü şəxs qismində cəlb edilsə də, məzmun və mahiyyətcə hər iki iddia tələbi bir-biri ilə eynilik təşkil edir. Yəni, əslində hazırkı iddia ərizəsi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Nəzərə alınmalıdır ki, İddiaçı eyni məzmunlu iddia ərizəsi bundan əvvəl Zaqatala Rayon Məhkəməsinin 2(033)-782/2023 nömrəli xx.xx.2023-cü İİ tarixli qərardadı ilə MPM-nin 259.0.7-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Hazırkı iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edən İddiaçı əsas məqsədinin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına süni maneçilik yaratmaqdan ibarət olması fikrinə heç bir şübhə doğurmur. Bununla da İddiaçı prosessual hüquqlarından sui-istifadə etməsi halı tam təsdiqini tapmış olur. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-247/2024 nömrəli 07 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlətreyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və icrada dönüş edilməsi tələbinə dair iddia ərizəsi üzrə işin icraatına “Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,1762 ha olan torpaq sahəsinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X6 məxsus 1/2 hissəsinə X9 adına Zaqatala rayon 2 saylı Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-157 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3545 ha olan torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X6 məxsus ½ hissəsinə X9 adına Zaqatala rayon 2 saylı Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-371 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97), Zaqatala rayonu, Göyəm kəndində yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsinin xx.xx.2018-ci il tarixli **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 03 fevral 2014-cü ildə vəfat etmiş X6 məxsus 1/3 hissəsinə X9 adına Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfinin verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (reyestrdə 2V-479 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş, vərəsəlik işi № 97/2017), X15 ilə Cavabdeh2 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 25 iyul 2017-ci il tarixdə ünvan 1ində yerləşən 0,1762 ha torpaq sahəsinin 0,1 ha dair bağlanmış, reyestrdə 4Ə-309 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın, həmin müqaviləyə əsasən X9 adında qalan 0,01 ha torpaq sahəsinə dair onun adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyeystrindən Çıxarışın etibarsız hesab edilməsi, X15 ilə Cavabdeh2 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 14 sentyabr 2017-ci il tarixdə ünvan 1ində yerləşən 0,01 ha torpaq sahəsinin 0,01 ha dair bağlanmış, reyestrdə 4Ə-564 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X15 ilə Cavabdeh1 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 05 oktyabr 2017ci il tarixdə ünvan 1ində yerləşən 0,3545 ha torpaq sahəsinin 0,3545 ha dair bağlanmış, reyestrdə 4Ə-651 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X7 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X15 ilə Cavabdeh2 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 09 avqust 2017-ci il tarixdə ünvan 1ində yerləşən 0,0662 ha torpaq sahəsinin 0,05 ha dair bağlanmış, reyestrdə 4Ə-398 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X15 ilə Cavabdeh2 arasında Zaqatala rayonu 2 saylı notariat kontorunda 11 aprel 2019-cu il tarixdə ünvan 1ində yerləşən 0,3001 ha torpaq sahəsinin 0,3001 ha dair bağlanmış, reyestrdə 4Ə-579 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi” hissəsində xitam verilmişir. Tələbin reyestrdə xx.xx.2017-ci ildə 2V-157 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, reyestrdə xx.xx.2017-ci ildə 2V-371 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, reyestrdə xx.xx.2019-cu ildə 2V-479 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, geriyə dönüş edilərək xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 torpaq payları üzərində mülkiyyt hüququnun, Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatın bərpa edilməsi və onun adına həmin torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi hissələrinə mahiyyəti üzrə baхılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu məlumatlandırılmalarına baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə оnların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, iddia tələbinin bir hissəsi ilə bağlı işə baxıldığı doğrudur. Lakin hazırki iddiaya mülkiyyət hüququnun tanınması, çıxarışın verilməsi kimi hissələr əlavə olunub. Düzdür əvvəlki qətnamədə vicdanlı alıcıya görə iddia təmin edilməyib, lakin görünür ki, bütün vərəsəlik işi etibarnamə əsasında Cavabdeh1 tərəfindən aparılıb. İddia qaldıran zaman əvvəlki qətnamə barədə məlumatı olmadığına görə hazırki iddianı qaldırıb. Paradoks ordadır ki, bütün bu müqavilələr və sair bağlanmasına əsas olmuş sənəd ləğv olunduğu halda və bu barədə qətnamə qanuni qüvvəsini aldığı halda onun yaratdığı nəticələrin ləğvinə dair iddia tələbləri təmin edilmir. İddia tələbinə baxılmasını və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 məhkəmə iclasında iştirak etmiş və verdiyi etirazın məzmununa uyğun yazılı çıxış təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onlar bu torpağı 2016-cı il tarixdə almışlar. Bu torpaqla bağlı məhkəmə mübahisələri də olub və iş Ali Məhkəməyə qədər çatıb. Qərarlar onların xeyrinə olub. İddiaçı tərəf iddia qaldırmasına baxmayaraq məhkəmə iclasına gəlmir və vaxt uzadır. İşlə bağlı qətnamələr var. Məhkəmələr çox olduğundan iddianın hansı hissəlıərdə baxıldığını tam xatırlamır. İşin halları Zaqatala RİHB-nın Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 may 2017-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Zaqatala RİHB-nın Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 431 nömrəli arayışdan görünür ki, X3 vərəsələri əri X15, oğlu X18, qızı X12, oğlu İddiaçı, qızı X8r. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1084/2017 nömrəli 13 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X9 03 fevral 2014-cü il tarixdə vəfat etmiş X10 ilə faktiki nikah münasibətində olması faktı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının 2(107)-2253/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, maraqlarına toxunan şəxs İddiaçı apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ərizəçi X9 03 fevral 2014-cü il tarixdə vəfat etmiş X10 ilə faktiki nikah münasibətində olması faktı müəyyən edilməsinə dair ərizəsi əsassız olunduğundan təmin olunmamışdır. Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2(033)-257/2020 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən tərtib və təsdiq olunmuş tərəflər arasında 18 iyul 2017-ci il tarixli 2V-157 nömrə ilə reyestrdə qeydiyyata alınmış, 01 oktyabr 2017-ci il tarixli 2V-371 nömrə ilə reyestrdə qeydə alınmış, 08 aprel 2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydiyyata alınmış və 08 aprel 2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-564 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-398 saylı xx.xx.2017-ci il tarixli, 4Ə-579 saylı xx.xx.2019-cu il tarixli və 4Ə-651 saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinın etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Cavabdeh2 və Cavabdeh1 adına aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)- 1563/2020 nömrəli qətnaməsinə əsasən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2(033)-257/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi, üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş Çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2078/2021 nömrəli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)- 1563/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(033)-29/2021 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək cavabdeh İddiaçı Cavabdeh2 mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdeh İddiaçı Zaqatala rayonu, Göyəm kəndində yerləşən iddiaçı Cavabdeh2 Qurban qızının mülkiyyətində olan 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 333/2022 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3845/2022 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-333/2021 nömrəli iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 08 aprel 2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X3 vərəsəsi X15 ondan miras qalmış ünvan 1i ünvanında yerləşən 0,3001 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsi 1/3 hissəsindən 1/1 (tam) pay almalıdır. 08 aprel 2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X13 vərəsəsi X15 ondan miras qalmış ünvan 1i ünvanında yerləşən 0,3001 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsi 1/3 hissəsindən 1/1 (tam) pay almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli kitabının 15 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********18 olan ünvan 1i ünvanında yerləşən 0,3001 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X9 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X9 mülkiyyəti kimi Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış ünvan 1ində yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsini mülkiyyətçi alıcı Cavabdeh2 5000 manat qiymətinə satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli kitabının 15 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********18 olan ünvan 1i ünvanında yerləşən 0,3001 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli kitabının 29 nömrəli vərəqində xx.xx.2017-cu il tarixdə ********** və ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********24-10301 olan ünvan 1i ünvanında yerləşən 0,1762 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X10 və X9 mülkiyyəti kimi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 46,40 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X9 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli 2V-157 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X3 vərəsəsi X15 ondan miras qalmış ünvan 1i ünvanında yerləşən 0,1762 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsi 1/2 hissəsindən tam pay almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli kitabının 29 nömrəli vərəqində 1.07.2017-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********24- 10301 olan ünvan 1i ünvanında yerləşən 0,1762 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 46,40 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X9 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X9 mülkiyyəti kimi Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış ünvan 1ində yerləşən ümumi sahəsi 0,1762 ha olan torpaq sahəsindən 0,10 ha torpaq sahəsini mülkiyyətçi alıcı Cavabdeh2 5000 manat qiymətinə satmışdır. 01 oktyabr 2017-ci il tarixli 2V-371 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X3 vərəsəsi X15 ondan miras qalmış ünvan 1i ünvanında yerləşən 0,3545 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsi ½ hissəsindən tam pay almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli kitabının 37 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********89 olan ünvan 1i ünvanında yerləşən 0,3545 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X9 və X3 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli kitabının 37 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********89 olan ünvan 1i ünvanında yerləşən 0,3545 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X9 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X9 mülkiyyəti kimi Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış ünvan 1ində yerləşən ümumi sahəsi 0,3545 ha olan torpaq sahəsini mülkiyyətçi alıcı Cavabdeh1 5000 manat qiymətinə satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli kitabının 37 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********89 olan ünvan 1i ünvanında yerləşən 0,3545 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh1 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli kitabının 52 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********98 olan ünvan 1i ünvanında yerləşən 0,01 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X9 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən gorunu ki, satıcı X15 mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,01 ha olan torpaq sahəsini alıcı Cavabdeh2 500 manat qiymətinə satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli kitabının 32 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********40 olan ünvan 1i ünvanında yerləşən 0,0662 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 46,40 kv.metr olan fərdiyaşayış evi tam mülkiyyət hüququ əsasında X9 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X15 mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,0662 ha olan torpaq sahəsindən 0,05 ha torpaq sahəsini alıcı Cavabdeh2 2500 manat qiymətinə satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli kitabının 44 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********84 olan ünvan 1i ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 158 nömrəli kitabının 6 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********81 olan ünvan 1i ünvanında yerləşən 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2008-ci il tariхli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoхlanılmasına dair xx.xx.2009-cu il tariхli qərarında qeyd edilmişdir ki, “MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir”. …“Mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, xx.xx.2014-cü il tarixdə ölmüş X2 miras qalmış əmlaklara dair 2V-157 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X9 ünvan 1i ünvanında yerləşən 0,1762 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə tam pay hüququ tanınmış, оnun əsasında müvafiq qeydiyyat aparılaraq sоnuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 2V-371 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X9 ünvan 1i ünvanında yerləşən 0,3545 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə tam pay hüququ tanınmış, оnun əsasında müvafiq qeydiyyat aparılaraq sоnuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X9 ünvan 1i ünvanında yerləşən 0,3001 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə tam pay hüququ tanınmış, оnun əsasında müvafiq qeydiyyat aparılaraq sоnuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Çıхarışların verilməsinə əsas оlmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, оnların əsasında aparılmış qeydiyyat qüvvədədir. Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tariхli qərarında qeyd olunan şərhinə əsasən, nə qədər ki, mübahisəli çıхarışların verilməsinə əsas оlmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və оnların əsasında aparılmış qeydiyyat qüvvədədir, onların əsasında verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar etibarsız sayıla bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli çıхarışların verilməsinə əsas оlmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və оnların əsasında aparılmış qeydiyyat qüvvədə olduğundan, iddia tələbi çıxarışlar etibarsız sayılmasına dair hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “geriyə dönüş edilərək 03 fevral 2014-cü il tarixdə vəfat etmiş X3 torpaq payları üzərində mülkiyyt hüququnun, Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatın bərpa edilməsi və onun adına həmin torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi barədə” hissəsi üzrə оnu qeyd etməyi zəruri sayır ki, hazırkı tələb icra edilmiş qətnamənin ləğv edilməsi ilə bağlı işə yenidən baxılması barədə оlmadığından, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və icrada dönüş edilməsi tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənələrə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı daşınmaz əmlakın dövlətreyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və icrada dönüş edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar