Məhkəmə qərarları › İş №e-2(033)-277/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-277/2025

22.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-277/2025 22.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********36 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onun və cavabdehin adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən 1,0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hər birinin paylarının bərabər, yəni, 1/3 hissə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum anası X6 və cavabdehlə ümumi birgə mülkiyyətlərində Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən 1,0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. DƏDKR PHŞ-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onların Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən 1,0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Hazırda cavabdehlə aralarında ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin bölünməsi ilə bağlı mübahisə vardır. Cavabdeh ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından istifadə etməyinə maneələr yaradır. Ona görə də, məhkəməyə müraciət edərək Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 1,0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində hər birilərinin payının bərabər olmasının müəyyən edilməsini və payların ona məxsus olan hissəsinin naturada ayrılmasını istəyir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu, Qəbizdərə ünvanında yerləşən 1,0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X4, İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 371 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində xx.xx.2023-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat tarixli çıxarışda göstərilən ümumibirgə mülkiyyət hüququ əsasında Məmmədov Şahiddin Abduləziz oğluna, İddiaçı və X5 məxsus Zaqatala rayonu, Qəbizdərə ünvanında yerləşən 1,065 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onların bərabər payları yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat tarixli çıxarışda göstərilən ümumibirgə mülkiyyət hüququ əsasında Məmmədov Şahiddin Abduləziz oğluna, İddiaçı və X5 məxsus Zaqatala rayonu, Qəbizdərə ünvanında yerləşən 1,065 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 1/3 hissəsinin digər hissədən naturada ayrılması mümkündür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat tarixli çıxarışda göstərilən ümumibirgə mülkiyyət hüququ əsasında Cavabdeh, İddiaçı və X5 məxsus Zaqatala rayonu, Qəbizdərə ünvanında yerləşən 1,065 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 1/3 hissəsinin digər hissədən naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin naturada ayrılamasının mümkün olan vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2025-ci il tarixli 10/4736 nömrəli rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışda göstərilən ümumibirgə mülkiyyət hüququ əsasında Cavabdeh, İddiaçı Abuləziz qızına və X5 məxsus Zaqatala rayonu, Qəbizdərə ünvanında yerləşən 1.0165ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 1/3 hissəsinin digər hissədən naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin naturada ayrılmasının mümkün olan vəziyyəti mütəxəssis rəyinə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən 1,0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X4 və Cavabdeh mülkiyyəti kimi adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ümumbirgə mülkiyyətində olan Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən 1,0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1/3 hissədə payının müəyyən edilməsini və naturada ayrılmasını tələb edir. Cavabdeh iddia tələbinə qarşı münasibətini bildirməmişdir. Məhkəmə iddia tələbinin torpaq sahəsi üzərində payların müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə qanuni və ədalətli olduğundan təmin edilməli və iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 1,0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı 1/3 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2025-ci il tarixli 10/4736 nömrəli rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışda göstərilən ümumibirgə mülkiyyət hüququ əsasında Cavabdeh, İddiaçı Abuləziz qızına və X5 məxsus Zaqatala rayonu, Qəbizdərə ünvanında yerləşən 1.0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 1/3 hissəsinin digər hissədən naturada ayrılması mümkündür və həmin torpaq sahəsinin naturada ayrılmasının mümkün olan vəziyyəti mütəxəssis rəyinə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2025-ci il tarixli 10/4736 nömrəli rəyində göstərilənlərə uyğun olaraq Zaqatala rayonu, Qəbizdərə ünvanında yerləşən 1.0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 1/3 hissəsinin digər hissədən naturada ayrılaraq, ölçüləri, sərhədləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2025-ci il tarixli 10/4736 nömrəli rəyini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyini sübut növü kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən iddiaçının və cavabdehin ümumi birgə mülkiyyətində olan 1,0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onların payları bərabər şəkildə 1/3 olaraq müəyyən edilməli və iddiaçıya məxsus 1/3 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2025-ci il tarixli 10/4736 nömrəli ekspert rəyində və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilən qaydada mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada bölünməsi təmin edilməli, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 1,0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı Cavabdeh və X4 1/3 hissədə payları müəyyən edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 1,0165 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı aid 1/3 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2025-ci il tarixli 10/4736 nömrəli rəyində göstərilən qaydada və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada naturada bölünsün. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000********. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar