Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-282/2022 29.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2 Hədən oğlunun və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4000 ABŞ dollarının 2017-ci ildən bu günədək olan indeksasiyası ilə və həmin pulun məhkəmə qərarının çıxarıldığı gün üçün bank uçot dərəcəsinə əsasən faizləri ilə birlikdə, eyni zamanda ödənilmiş 88 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zaqatala rayonu Əliabad qəsəbə ərazisində yerləşən Tatyaqub sahəsindəki 2,40 ha pay torpaq sahəsini 4000 ABŞ dolları məbləğində pul ödəyərək Cavabdeh2 almışdır. xx.xx.2017-ci tarixdə şahidlərin iştirakı ilə Zaqatala rayonu Əliabad qəsəbəsində öz aralarında akt tərtib edərək imzaları ilə də təsdiq etmişlər. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 həmin torpaq sahəsini xx.xx.2017-ci il tarixdə Cavabdeh1 4000 manata almış, lakin öz adına rəsmiləşdirmədən xx.xx.2017-ci il tarixdə 4000 ABŞ dollar məbləğində ona satmışdır. Həmin torpaq sahəsini o X8 istifadə etmək üçün vermişdir. Hal-hazırda həmin torpaq sahəsindən Telman Həsrətov istifadə edir. Lakin xx.xx.2021-ci il tarixdə Cavabdeh1 X8 qarşı onun məcburi qaydada həmin torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda hesab edir ki, onun 2,40 ha torpaq sahəsi üçün ödəmiş olduğu 4000 ABŞ dollar məbləğində pul vəsaiti cavabdehlərdən alınıb ona verilməlidir. Buna görə də o, məhkəməyə müraciət edərək ödədiyi 4000 ABŞ dolları məbləğində pulu cavabdehlərdən tələb edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh1 etiraz ərizəsi ilə müraciət edərək iddiaçı X4 iddia ərizəsinə iddia müddəti tətbiq etməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, həqiqətən ona 11 may 2017-ci il tarixdə akt əsasında Cavabdeh1 tərəfindən satılan torpaq sahəsini o, 4000 ABŞ dolları məbləğində pula İddiaçı satmışdır. Həmin pulu iddiaçıdan yox, başqa bir şəxsdən almışdır. Torpağın alqı satqısından əldə etdiyi pulun 4000 manat hissəsini özünə götürmüş, 2800 manat hissəsini digər Cavabdeh1 vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək heç kimə torpaq satmadığını və bunu müqabilində heç kimdən pul almadığı bildirmişdir. Mülkiyyətində olan 2,40 ha torpaq sahəsi Telman Həsrətov tərəfindən istifadə etdiyindən onun həmin torpaq sahəsindən çıxarılması üçün iddia tələbi ilə müraciət etmişdir. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala rayon İcra Hakimiyyəti Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsənov Həsən Oruc oğlu ifadəsində göstərmişdir ki, 11 may 2017-ci il tarixdə Cavabdeh1, X4, Cavabdeh2 və onun iştirakları ilə Zaqatala rayonu Əliabad qəsəbəsində icra nümayəndəliyinin binasında akt tərtib edilmiş, həmin vaxt Cavabdeh1 hazırki mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi olmadığı üçün Cavabdeh2 11 may 2017-ci il tarixdə akt əsasında Cavabdeh1 tərəfindən satılan torpaq sahəsini Cavabdeh2 4000 ABŞ dolları məbləğində pula İddiaçı satmışdır. Tərəflər ona bildirmişlər ki, torpağa çıxarış aldıqdan sonra notariat qaydada alqı-satqı müqaviləsini təsdiqləyəcəklər. O, da tərəflərin xahişi ilə şahid kimi iştirak edərək aktı təsdiq etmişdir. İşin halları Şahidlərin iştirakı ilə Zaqatala rayonu Əliabad qəsəbəsində tərtib edilmiş, onlar tərəfindən imzalanmış və Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Əliabad qəsəbəsi üzrə İnzibati Ərazi Nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş 09 fevral 2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 tərəfindən onun və ailəsinin mülkiyyətində olan Tatyaqub sahəsindəki 2,40 ha torpaq sahəsi Cavabdeh2 4000 manata ömürlük satılmışdır. Cavabdeh1, X9, Cavabdeh2 iştirakları ilə Zaqatala rayonu Əliabad qəsəbəsində tərtib edilmiş, onlar tərəfindən imzalanmış Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Əliabad qəsəbəsi üzrə İnzibati Ərazi Nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 Əliabad qəsəbə sakini Cavabdeh1 09 fevral 2017-ci il tarixli aktla aldığı Tatyaqub sahəsindəki 2,40 ha torpaq sahəsini 4000 ABŞ dollarına əbədi olaraq Əliabad qəsəbə sakini X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 218 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, reyestr nömrəsi **********30 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ümumi birgə mülkiyyət kimi Cavabdeh1, X13, X15, X16 və X10 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 223 nömrəli reyestr kitabında aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, reyestr nömrəsi **********24 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Aərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2022-ci il tarixli 9/2101 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsindən göstərildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən hazırki ekspertiza tədqiqatı ilə xx.xx.2017-ci il tarixdən hazırkı tarixədək, yəni xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 4000,00 ABŞ dolları pulun indeksasiya edilərək, 8581,6 manat təşkil etməsi müəyyən edilmişdir. Aərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2022-ci il tarixli 9/2101 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ciil tarixli 2(033)-457/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 4000 (dörd min) manat pul vəsaiti alınaraq iddiaçı Cavabdeh2 verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş AA seriyalı 628556 və AA seriyalı 642152 saylı Torpaq sahəsinin planı və ölçülərinə əsasən 2 və 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh1 mülkiyyətinə verilmişdir. Cavabdeh1 iddiaçı Cavabdeh2 ilə aralarında 09 fevral 2017-ci il tarixli akt tərtib edərək, həmin torpaq sahəsinin 4.000 manata satılmasını razılaşdırmışlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maadəsinə əsaən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, reyestr nömrəsi **********30 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 2 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və digər 4 subyektin, reyestr nömrəsi **********24 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə Cavabdeh1 tam mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 ilə Cavabdeh2 Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən mülkiyyət hüququ tam mülkiyyət hüququ əsasında ona məxsus 0,36 ha və ümumi birgə mülkiyyət hüququ əsasında ona və digər 4 subyektə məxsus 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 4.000 manata satılmasını 09 fevral 2017-ci il tarixli aktla razılaşdırmış və faktiki mülkiyyətində olmayan həmin torpaq sahələrini Cavabdeh2 4000 ABŞ dollarına iddiaçı X2 xx.xx.2017-ci il tarixdə razılaşdırmışdırlar. İddiaçı həmin torpaq sahəsini istifadə üçün X8 vermiş və Cavabdeh1 sonuncunun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Buna görə iddiaçı X9 hazırki iddia tələbi ilə müraciət edərək torpaq sahələrinin alqı-satqısı zamanı ödədiyi 4000 ABŞ dollarının 2017-ci ildən bu günədək olan indeksasiyası ilə və həmin pulun məhkəmə qərarının çıxarıldığı gün üçün bank uçot dərəcəsinə əsasən faizləri ilə birlikdə cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 2 ha və 0,36 ha torpaq sahələrinin alqı-satqısı üçün 4000 ABŞ dollarını iddiaçıdan götürdüyünü və həmin vəsaitin 2800 manat hissəsini Cavabdeh1 verdiyini, 4000 manatını özündə saxladığını bildirmişdir. Cavabdeh1 isə o özünün mülkiyyətində olan torpaq sahələrini satmadığını və bunu müqabilində heç kimdən pul almadığı bildirmişdir. O, eyni zamanda iddia tələbi üzrə iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2022-ci il tarixli 9/2101 nömrəli rəyi ilə xx.xx.2017-ci il tarixdən hazırkı tarixədək, yəni xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 4000,00 ABŞ dolları pulun indeksasiya edilərək, 8581,6 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə ilk öncə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir. Hazırki iş materiallarından və tərəflərin izahatından da görünür ki, İddiaçı mübahisələndirilən torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş vəsaitin əsassız olaraq ödəndiyi, yəni hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı barədə cavabdeh hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə iclasında da həqiqətən iddia müddətinin axımının hansı tarixdən başlanmalı olması ilə bağlı hər hansı inandırıcı sübutlar təqdim edilməmişdir. Şərh edilənlərə əsasən də məhkəmə hesab edir ki İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə iddia tələbinin 4000,00 ABŞ dolları pulun indeksasiya edilərək cavabdehlərdən alınaraq ona ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən əsaslıdır. Belə ki, göründüyü kimi Cavabdeh2 mülkiyyətində olmayan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,36 ha və 2 ha torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş və qarşılığında iddiaçı X3 4000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Mülki Məcəllənin 1091-ci maddəsi ilə 1092-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, 1091.1-ci maddədə göstərilən “başqa şəxsin hesabına əmlak əldə etsin” ifadəsi hərfi məna daşımır və varlanmış şəxsin əldə etdiyi əmlak bilavasitə məhrum olana məxsus olmuş əmlak olmalıdır. Göründüyü kimi, Cavabdeh2 akt (alqı-satqı müqaviləsi) əsasında əldə etdiyi pul, onun öz mülkiyyətində olmayan torpaq sahələrinin özgəninkiləşdirilməsi nəticəsində əldə olunmuş pul vəsaiti olmuşdur. Məhkəmə hesab edir ki, 4000 ABŞ dolları vəsait Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2022-ci il tarixli 9/2101 nömrəli rəyində göstərilmiş qaydada indeksasiya edilərək Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 əsassız varlanmış şəxs olduğundan iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla 11 may 2017-ci il tarixində Cavabdeh2 iddiaçıdan 4000 ABŞ dolları pulu alması və həmin pulu qaytarmaması öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini sonuncudan tələb etməkdə haqlıdır. Məhkəmə 4000 ABŞ dollarının indeksasiya edilərək Cavabdeh1 tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə 4000 ABŞ dolları vəsaitin Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da verilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və belə sübutlarların mövcudluğu məhkəmə araşdırmasında da müəyyən edilməmişdir. Qeyd olunan halı iddiaçının özü də təsdiq etmişdir. Məhkəmə iddia tələbinin məhkəmə qərarının çıxarıldığı gün üçün bank uçot dərəcəsinə əsasən faizləri ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının tələb etdiyi pula hesablanmış faiz pulunun verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun iddia tələbini sübut edə bilməməsini göstərir. Ona görə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaitinin qarşılığında iddiaçı torpaq sahəsindən istifadə etmiş, hətta torpaq sahəsini icarəyə vermiş və qazanc əldə etmişdir. Cavabdeh ona verilmiş pul vəsaitini özündə qanunsuz saxlamaqla ondan faydalanmış olsa belə, iddiaçı da torpaq sahəsindən istifadə etməklə ondan yetərincə faydalanmışdır. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2017-ci ildə iddiaçı tərəfindən verilmiş 4000 ABŞ dolları vəsait Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2022-ci il tarixli 9/2101 nömrəli rəyində göstərilmiş qaydada indeksasiya edilərək ümumilikdə 8581,6 manat vəsait Cavabdeh2 alınaraq İddiaçı verilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 88 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı verilməli, təmin edilən iddiaya münasibətdə 17,82 (105.82-88) manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X7 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh2 “torpaq sahəsinin alqı-satqısı ilə bağlı 11 may 2017-ci il tarixində İddiaçı tərəfindən verilmiş 4000 (dörd min) ABŞ dollarının indeksasiya əsasında hazırki manata nisbəti olan” 8581,6 (səkkiz min beş yüz səksən bir manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh2 88 (səksən səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. 17,82 (on yeddi manat səksən iki qəpik) manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün.Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X7 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-282/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-282/2022
29.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver