Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-283/2024 07.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı bağışlanma müqaviləsinin rəsmiləşdirilməsindən imtinanın qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusunun İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Car kəndində yerləşən 0.19999 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 1/3 hissəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 77,4 kv.m. olan fərdi yaşayış evinin 1/3 hissəsinin qızı X2 bağışlanması müqaviləsinin rəsmiləşdirilməsindən imtinasının qanunsuz hesab edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və vəkilə xidmət haqqı olaraq ödənilmiş 120 manat xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, onun vəkili və nümayəndəsi Nümayəndə qaldırmış olduğu hazırki iddianı müdafiə etmir. Belə ki, o, öz payını X2 bağışalamaq istəmir. Odur ki, vəkili və nümayəndəsi Nümayəndə qaldırmış olduğu hazırki iddiadan imtina edir və hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiadan imtina olunmasının hüquqi nəticələri ona məlumdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddiadan imtinası barədə ərizəsini müdafiə etdiyini, iddiasına baxılmasını istəmədiyini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 ayrı-ayrılıqda iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı verdiyi iddia tələbi üzrə mülki işin icraatına xitam verilməsi üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı bağışlanma müqaviləsinin rəsmiləşdirilməsindən imtinanın qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci və 5.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262.4, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı bağışlanma müqaviləsinin rəsmiləşdirilməsindən imtinanın qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiadan imtina məhkəmə tərəfindən qəbul edilsin və mülki işin icraatına xitam verilsin. İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı bağışlanma müqaviləsinin rəsmiləşdirilməsindən imtinanın qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən vəkilə xidmət haqqı olaraq ödənilmiş 120 manat xidmət haqqı onun özünə aid edilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov Elçin Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(033)-283/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-283/2024
07.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver