Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-297/2023 26.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8420 (səkkiz min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 104 (yüz dörd) manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 2021-ci il tarixdə özünün təşəbbüsü ilə sosial şəbəkə vasitəsilə (facebook) tanış olmuşdur. Bir müddət sonra dostluq münasibətləri yaranmışdır. Cavabdeh2 onu birlikdə yaşadığı 3 qızı və anası ilə tanış etmişdir. Beləliklə ailəvi yaxın dostluq münasibəti yaranmışdır. Cavabdeh2 boşanmışdır və sabiq ərinin uşaqlarına baxmadığı üçün maddi vəziyyətinin pis olduğunu bildirərək ondan dəfələrlə borc pul istəmişdir. Cavabdehlər şəxsi isifadələri üçün ondan kiçik məbləğlər olmaqla müxtəlif tarixlərdə pul vəsaiti istəmişdir. Həmin vəsaitləri cavabdehlərin kart hesablarına (Cavabdeh2-**********353984, Cavabdeh1- **********512530) nağdsız olaraq kartdan karta köçürmə etməklə göndərmişdir. Cavabdehlərin kart hesabına göndərmiş olduğu məbləğləri tarixlərini ardıcıl olaraq göstərməklə aşağıdakıları qeyd edir. xx.xx.2021-ci il tarixdə -100 manat (saat-14:21), xx.xx.2021-ci il tarixdə-100 manat (saat-11:24), xx.xx.2021-ci il tarixdə-100 manat (saat- 19:46), xx.xx.2021-ci il tarixdə-100 manat (saat-09:30), xx.xx.2021-ci il tarixdə-100 manat (saat-13:53), xx.xx.2021-ci il tarixdə-100 manat (saat-21:30), xx.xx.2021-ci il tarixdə-120 manat (saat-12:20), xx.xx.2022-ci il tarixdə-50 manat (saat-20:18), xx.xx.2022-ci il tarixdə- 50 manat (saat-15:13), xx.xx.2022-ci il tarixdə-140 manat (saat-13:34), xx.xx.2022-ci il tarixdə-50 manat (saat-18:26), xx.xx.2022-ci il tarixdə-150 manat (saat-20:29), xx.xx.2022ci il tarixdə-140 manat (saat-12:20), xx.xx.2022-ci il tarixdə-50 manat (saat-15:48), xx.xx.2022-ci il tarixdə-150 manat (saat-18:59), xx.xx.2022-ci il tarixdə-1000 manat (saat- 23:26), xx.xx.2022-ci il tarixdə-50 manat (saat-15:34), xx.xx.2022-ci il tarixdə-120 manat (saat-15:54), xx.xx.2022-ci il tarixdə-140 manat (saat-14:17), xx.xx.2022-ci il tarixdə-100 manat (saat-19:14), xx.xx.2022-ci il tarixdə-250 manat (saat-11:17), xx.xx.2022-ci il tarixdə-100 manat (saat-14:42), xx.xx.2022-ci il tarixdə-100 manat (saat-20:51), xx.xx.2022-ci il tarixdə-70 manat (saat 10:18), xx.xx.2022-ci il tarixdə-500 manat (saat 16:53), xx.xx.2022-ci il tarixdə-100 manat (saat 21:59). Cavabdehlərə yuxarıda qeyd etdiyi, cəmi 4030 (dörd min otuz) manatı kart vasitəsilə göndərmişdir. Kart vasitəsilə cavabdehlərə göndərdiyi aşağıda qeyd etdiyi lakin, qəbzlərini təqdim edə bilməyəcəyi 890 manat vəsaiti ödənildiyini təsdiq edən hesabdan çıxarışı "xxxx" ASC-dən tələb edilməsini məhkəmədən xahiş edir. xx.xx.2021-ci il tarixdə-100 manat, xx.xx.2021-ci il tarixdə-150 manat, xx.xx.2021-ci il tarixdə-100 manat, xx.xx.2021-ci il tarixdə-150 manat, xx.xx.2021ci il tarixdə-140 manat, xx.xx.2021-ci il tarixdə-100 manat, xx.xx.2021-ci il tarixdə-50 manat, xx.xx.2022-ci il tarixdə-100 manat. Cavabdeh2 qızı Cavabdeh1 işə almağını xahiş etmişdir. Maddi vəziyyətləri pis olduğundan yardım etmək məqsədilə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə əmək müqaviləsi bağlamışdır. Bağlamış olduqları əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilmişdir. Cavabdeh1 “eManat” vasitəsilə xx.xx.2022-ci il tarixdə (22:22) təhsil xərci üçün 1000 (bir min) manat pul vəsaiti göndərmişdir. Cavabdeh2 özü əldən xx.xx.2022-ci il tarixdə 500 manat vermişdir. Dostuq münasibəti olan X4 vasitəsilə Cavabdeh2 verməsi üçün xx.xx.2021-ci il tarixdə 2000 (iki min) manat məbləğində pul göndərmişdir. Sahib Əhmədov həmin faktı təsdiq etmək üçün məhkəmədə şahid qismində iştirak edə bilər. Həmin cavabdehlərin ona olan borcu 8420 manat təşkil edir. Cavabdeh2 özü və qızı Cavabdeh1 üçün almış olduğu pul vəsaitlərini 2022-ci ilin sonunadək evini sataraq qaytarmağa söz vermişdir. Həmin tarixlərdə Cavabdeh2 ilə telefon əlaqəsi saxlayaraq vermiş olduğu məbləği tam şəkildə qaytarmasını tələb etsə də, cavabdeh ona olan borcunu qaytarmayacağını və ondan polisə şikayət edəcəyini bildirdi. Bundan sonra cavabdehlər telefon zənglərinə cavab verməmişdir. Bu məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə polisə müraciət etsə də, polis tərəfindən xx.xx.2022-ci il tarixli məktubla müraciətinin mülki xarakterli olduğu bildirilmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Polisə müraciət etdiyi zaman ona, Cavabdeh2 haqqında eyni məzmunlu şikayətlərin olduğunu və bu yolla bir neçə nəfərdən pul aldığını, sonra ödəməkdən yayındığını bildirdilər. Cavabdeh bu yolla keçimini təmin edirmiş. Cavabdehlər onun onlara olan etibarından, inamından sui-istifadə etmişlər. Aldıqları borcları qaytaracaqlarını ona təminat vermişlər. O da onların səmimiyyətinə inanıb dostluq münasibətinə güvənərək borc vermişdir. Cavabdehlərin ona olan borcunu qaytarmaması səbəbindən ağır maddi vəziyyətə düşmüşdür. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazla müraciət edərək iş üzrə İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqlarını müdafiə etdiyi Cavabdeh2 və onun qızı Cavabdeh1 qarşı Zaqatala rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8420 (səkkiz min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 104 (yüz dörd) manatın alınıb ona verilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. O iddiasını onunla əsaslandırmışdır ki, guya Cavabdeh2 boşanmışdır və sabiq ərinin uşaqlarına baxmadığı üçün maddi vəziyyətinin pis olduğunu bildirərək məndən dəfələrlə borc pul istəmişdir. Cavabdehlər şəxsi istifadələri üçün məndən kiçik məbləğlər olmaqla müxtəlif tarixlərdə pul vəsait istəmişdir. Həmin vəsaitləri cavabdehlərin kart hesablarına (Cavabdeh2- **********353984, Cavabdeh1-**********512530) nağdsız olaraq kartdan karta köçürmə etməklə göndərmişdir. Eyni zamanda iddia ərizəsinə müxtəlif qəbzlər əlavə etməklə güya cavabdehlərə pul göndərdiyini sübut etməyə çalışmışdır. Düzdür cavabdehlərə məxsus kartlara müxtəlif vaxtlarda 4420 manat pul vurmuşdur. Bu da Cavabdeh1 məxsus əmək haqqı olubdur. İddiaçının özü də iddia ərizəsində Cavabdeh1 onun işçisi olmasını etiraf edir. Cavabdeh1 bir müddət əmək müqaviləsi rəsmiləşdirilmədən işləmişdir deyə onun əmək haqqını gah Cavabdeh2, gah da Cavabdeh1 kartına köçürmüşdür. Cavabdeh2 ilə qızının aylıq əmək haqqı 500 manata razılaşdırılmışdır. Eyni zamanda iddiaçının iddia ərizəsinə əlavə etdiyi qəbzlərin 760 manatı ümumiyyətlə cavabdehlərə məxsus olmayan kartlara ödənilmişdir. Bu da iddiaçının verdiyi iddia ərizəsinin şər və böhtanlar üzərində qurulduğunu sübut edir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh2 iddia ərizəsi yazılarkən verdiyi ifadəni Məhkəmənin diqqətinə çatdırır. - «Mən həyat yoldaşımdan boşanmışam. İddiaçının bizimlə əvvəllər ailəvi dostluq etdiyini təsdiq edirəm. O sahibkarlıq fəaliyyəti göstərir. Xahiş etmişəm ki, qızım Cavabdeh1 işə qəbul etsin yanında. O da onu işə qəbul etmişdir. Lakin bir müddət sonra o mənim ailəmdən boşanmağımı əsas gətirərək mənimlə münasibət (qeyri rəsmi) qurmağı təklif etmişdir. Mən də buna qəti etiraz etdiyim üçün o bu iddianı verərək məni ələ almağa çalışır. Hazırda iddiaçının bu hərəkətlərindən dolayı qızım Cavabdeh1 stress keçirtmiş və hazırda psixoloji sarsıntılar içində ciddi müalicələr alır. (sənədlər əlavə olunur) İddiaçının barəsində Vergilər Nazirliyinə etdiyim şikayətlə bağlı o əmək müqaviləsiz işçi işə cəlb etdiyi üçün ona cərimə də tətbiq edilib. Eyni zamanda iddiaçının bu hərəkətlərini mən hədə-qorxu ilə tələbetmə kimi qəbul edərək aidiyyəti üzrə hüquq mühafizə orqanlarına da müraciət edəcəyəm. Evli bir insanın mənimlə qeyri rəsmi münasibətə girmək istəməsi, mənim buna razılıq verməməyim nəticəsində verdiyi əmək haqqını borc kimi təqdim edərək məni özündən asılı salmaq istəməsi hədə-qorxu ilə tələb etmə hesab edilməlidir». Ona görə də hesab edirik ki, iddiaçının iddia tələbi tamamilə əsasızdır. Və iddia tələbi təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə təqdim etdiyi ərizələrini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizələrinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçının iddia tələbinin tamamilə əsassız olmasını təsdiq edən bir fakt da borc müqavisinin ümumiyyətlə olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçının tələbinə baxdıqda ümumilikdə pul tələbi 8000 manatdan çoxdur. Belə olan halda bunun yazılı qaydada rəsmiləşdirilməsi mütləq vacib idi. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, iddiaçı iddia edir ki, aralarında borc müqaviləsi şifahi qaydada bağlanmışdır. Ancaq həm məbləğ baxımından, həm də Mülki Məcəllənin 386-cı maddəsi baxımından işə hüquqi qiymət verilərsə iddiaçının iddiasının tam əsassız olması öz təsdiqini tapır, iddiaçı bank çeklərini təqdim edərək qeyd edir ki, cavabdehlər mənə pul borcludur. Sonuncu ödənişin 2022-ci ilin sentyabr ayının 22-də ödədiyini iddia edir. Lakin həmin pulun hansı tarixdə cavabdehlər tərəfindən qaytarılacağı ilə bağlı bir öhdəliyin olduğunu yazmır. Əgər hər hansı bir şəxs borc alırsa onun ödəniş tarixində vaxtında ödəməlidir və vaxtını borc aldığı şəxsə bildirməlidir, iddianın məzmununda belə bir halın iddiaçı tərəfindən qeyd edilməməsi və hər ay müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul ödənişlərinin edilməsi əmək münasibətlərindən irəli gələn öhdəliklərin icrası olduğunu tam təstiq edir. Bundan başqa iddiaçı qeyd edir ki, Cavabdeh1 2022-ci ilin aprel ayından onun işçisi olubdur, iddiaçının işçisi olması düzdür, həmin ödədiyi vəsaitlər də əmək haqqından ibarət olmuşdur. Əgər iddiaçı Cavabdeh1 əlavə olaraq hər hansı əmək haqqı ödəmişdirsə onu da təsdiq edən sənədləri məhkəməyə təqdim etsin. Yuxarıda qeyd edilən halların da nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddia ərizəsinə əlavə edilmiş ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******4887 kart hesabından qəbul edən SH******* A******* məxsus 416973******3984 nömrəli kart hesabına 500 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******4887 kart hesabından qəbul edən SH******* A******* məxsus 416973******3984 nömrəli kart hesabına 250 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******4887 kart hesabından qəbul edən SH******* A******* məxsus 416973******3984 nömrəli kart hesabına 1000 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******1536 kart hesabından 416973******3984 nömrəli kart hesabına 50 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******1536 kart hesabından 416973******3984 nömrəli kart hesabına 150 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******4887 kart hesabından 416973******3984 nömrəli kart hesabına 100 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******1536 kart hesabından 416973******3984 nömrəli kart hesabına 100 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş **********0 nömrəli xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 416973******9192 kart hesabından 510307******2530 nömrəli kart hesabına 100 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 416973******9192 kart hesabından 510307******2530 nömrəli kart hesabına 100 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******1536 kart hesabından 416973******3984 nömrəli kart hesabına 70 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 416973******9192 kart hesabından 510307******2530 nömrəli kart hesabına 150 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******9192 kart hesabından 510307******2530 nömrəli kart hesabına 50 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 416973******1536 kart hesabından 510307******2530 nömrəli kart hesabına 100 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 416973******1536 kart hesabından 510307******2530 nömrəli kart hesabına 100 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş əməliyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 416973******6380 nömrəli kart hesabına 50 manat ödəniş edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******9192 kart hesabından 416973******6380 nömrəli kart hesabına 50 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******9192 kart hesabından 416974******9272 nömrəli kart hesabına 140 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******1536 kart hesabından 416973******3984 nömrəli kart hesabına 100 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş 24853 nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, A****** S****** Z******* adlı müştərinin 416973******3984 nömrəli kart hesabına 1000 manat mədaxil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********* nömrəli xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 416973******1536 kart hesabından 416974******9272 nömrəli kart hesabına 120 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş 26262 nömrəli xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 adlı müştərinin 5******2530 nömrəli kart hesabına 100 manat mədaxil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 31987 nömrəli xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 adlı müştərinin 5******2530 nömrəli kart hesabına 100 manat mədaxil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416974******9272 nömrəli kart hesabına 140 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416974******9272 nömrəli kart hesabına 120 manat köçürmə əməliyyatı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş 6888 nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416974******9272 nömrəli kart hesabına 140 manat mədaxil edilmişdir. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən İddiaçı tərəfindən Əhmədova X1 operator vəzifəsinə işə qəbul edilmiş və aylıq əmək haqqı 300 manat müəyyən edilmişdir. Sahibkar İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 2 nömrəli əmrdən görünür ki, “Plastik sexi” bölməsində “operator” vəzifəsində işləyən Cavabdeh1 ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən İddiaçı tərəfindən işçi Cavabdeh1 bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə Cavabdeh2 dostluq münasibətləri olmuşdur. Sahibkar olan İddiaçı ilə Cavabdeh2 qızı olan digər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixə əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən işəgötürən İddiaçı Cavabdeh1 Plastik sexinə operator vəzifəsinə aylıq 300 manat əmək haqqı ödənməsi şərti ilə işə götürmüşdür. Onların arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ilə aralarında olan münasibətə güvənərək cavabdehlərə borc verdiyinə əsaslanaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8420 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 iddia tələbini qəbul etmir və iddia ərizəsinə etirazla müraciət edərək iddiaçı ilə qızı olan Cavabdeh1 arasında əmək müqaviləsindən irəli gələn işəgötürən və işçi münasibətlərinin olduğunu və əmək funksiyalarının yerinə yetirilməsinə görə iddiaçı tərəfindən cavabdeh olan qızına müxtəlif vaxtlarda cəmi 4420 manat əmək haqqının ödənməsini və həmin ödəmələri həm özünə həm də qızına məxsus kart hesabına köçürməklə həyata keçirdiyini, eyni zamanda borc müqaviləsinin yazılı qaydada bağlanılmadığını qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə iddiaçı tərəfindən ümumilikdə 4880 manat vəsaitin ödəmə terminalı və xüsusi tətbiqlər vasitəsi ilə müxtəlif bank hesablarına köçürülməsinə dair qəbz və çıxarışlar təqdim edilmişdir. Qeyd edilən 4880 manat vəsaitin 4420 manat hissəsi cavabdehlərə məxsus kart hesablarına ödənməsini cavabdeh tərəf etiraf edir və həmin məbləğin Cavabdeh1 əmək haqqı kimi ödəndiyini qeyd edir. Lakin qəbzlər və çıxarışlar üzrə 4880 manat ödəmələrin məhz iddiaçı tərəfindən həyata keçirildiyinə dair və ödəmələrin təyinatı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eləcə də iddiaçı tərəfindən cavabdehlərə verdiyini iddia etdiyi 3540 manat vəsaitin cavabdehlərə verilməsinə dair ümumiyyətlə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsində İddiaçı cavabdehlərə 8420 manatın borc olaraq verdiyini və iddia tələbini mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı normaları ilə əsaslandırmış və cavabdehlərlə aralarında olan münasibəti borc müqaviləsindən irəli gələn öhdəlik kimi qiymətləndirmişdir. Məhkəmə iclası zamanı da iddiaçı və nümayəndəsi cavabdehlərə verdiyi pul məbləğinin borc olaraq verildiyini bildirmişlər. Eyni zamanda məhkəməyə “Whatsup” sosial şəbəkəsi vasitəsilə qeydə alınmış yazıları təqdim etmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunvericilikdə borc müqaviləsinin həm şifahi həm də yazılı formada bağlanması nəzərdə tutulmuş və ümumiyyətlə müqavilənin bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsinin zəruriliyini qeyd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı borc müqaviləsinin bağlanması ilə bağlı cavabdehlərlə aralarında razılaşdırılmış iradə ifadəsinin olmasına dair də sübut təqdim edə bilməmişdir. Eyni zamanda “Whatsup” sosial şəbəkəsi vasitəsilə qeydə alınmış yazılara nəzər yetirildikdə görünür ki, hansı nömrələr arasında yazışmaların aparılmasını müəyyən etmək mümkün deyil, həmin yazışmalardan görünür ki, sms göndərən şəxs qəbzin şəklini digər şəxsə göndərərək “70 manat göndərdim kartına” yazmışdır. Digər şəxs isə “necəsən, evimi satanda sənə olan borclarımı qaytaracam” yazmışdır. Daha sonra sms göndərən şəxs yazmışdır ki, “inşallah hər şey yaxşı olar, ikinci dəfədir deyirsən, olar verərsən”. Göründüyü kimi, yazışmalardan görünür ki, ümumiyyətlə həmin yazışmaları apardığı şəxslərin şəxsiyyətləri, telefon nömrələri məlum deyil, həmçinin həmin yazışmaların iddiaçı tərəfindən yazıldığını zənn etsək belə görünür ki, iddiaçı həmin pul məbləğini cavabdehə borc kimi verməsinə dair hər hansı qeyd yazmamış, hətta göstərmişdir ki, “Olar verərsən”. Buradan da görünür ki, iddiaçı həmin pul vəsaitini cavabdehə borc olaraq verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərəfindən ümumilikdə iddia tələbinin hüquqi əsası müəyyən edilərkən aydın olur ki, iddiaçı və cavabdeh arasında öhdəliyin zərər vurulması, əsassız varlanma, Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsini göstərən eləcə də tərəflər arasında hər hansı müqavilənin mövcud olduğunu göstərən sübut məhkəməyə təqdim olunmamışdır. Tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin dispozitiv şərtləri ilə uzlaşmır. İddiaçı 8420 manatdan məhrum olduğunu qeyd etsə də, iddiaçı tərəfindən cavabdehin onun hesabına hər hansı əmlak əldə etməsini göstərən sübut təqdim etmədiyinə görə onun bu tələbi əsassız varlanmadan da irəli gələ bilməzdi. Bundan başqa, qanunvericilikdə mülki hüquq pozuntusu (delikt) üçün dispozitiv şərtləri də müəyyən edilmişdir. Zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün həmin şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur. Hazırkı halda mülki iş materiallarına cavabdehin əməlində qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcud olmasını göstərən sübut da əlavə edilməmişdir. Bütövlükdə qeyd olunanlar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 104 (bir yüz dörd) manat məbləğində dövlət rüsumu da iddia rədd edildiyindən onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. 104 (bir yüz dörd) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-297/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-297/2023
26.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver