Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-306/2025 28.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, Nümayəndə Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən 0.1522 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı4 3/7, X3 1/7, İddiaçı3 1/7, Cavabdeh 1/7, Nümayəndə 1/7 hissədə paylarının birlikdə naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən ünvan 1ünvanında yerləşən 0.1522 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə dair İddiaçı4 3/7, X3 1/7, İddiaçı3 1/7, Cavabdeh 1/7, Nümayəndə 1/7 hissədə payları qeydə alınaraq çıxarış ilə rəsmiləşdirilmişdir. Mülki iş üzrə Cavabdeh uzun müddətdir ki, Azərbaycanda yaşamır. Ölkə xaricindədir. Cavabdeh bizimlə birlikdə torpaq sahəsində paylı mülkiyyətçi olduğundan öz paylarımıza uyğun olaraq torpaq sahəsinə dair sərəncam verə bilmirlər. Bunun nəticəsində mülkiyyət hüquqları pozulur. Cavabdehin torpaq sahəsində payı 0.0217 kv hissədir. Onlar iddiaçılar və cavabdehin torpaq sahəsində payı naturada ayrılması mümkündür. Onlar iddiaçılar ünvan 1i ünvanında yerləşən 0.1522 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində paylarının birlikdə ayrılmasını istəyirlər. İddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək ünvan 1i ünvanında yerləşən 0.1522 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı4 3/7, X3 1/7, İddiaçı3 1/7, Nümayəndə 1/7 hissədə paylarının birlikdə naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçılar və cavabdehin məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. İddiaçı və digər iddiaçıların nümayəndəsi Nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını və ekspert rəyinə uyğun iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu, Aşağı Tala ünvanında yerləşən 0,1522 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 3/7 hissəsi İddiaçı4, 1/7 hissəsi İddiaçı3, 1/7 hissəsi İddiaçı2, 1/7 hissəsi Nümayəndə, 1/7 hissəsi Cavabdeh adlarına, üzərində yerləşən ümumi sahəsi 65 kv. m. olan fərdi yaşayış evi İddiaçı4 daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində xx.xx.2024-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi 15 aprel 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli, çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında 3/7 hissəsi İddiaçı4, 1/7 hissəsi İddiaçı3, 1/7 hissəsi İddiaçı2, 1/7 hissəsi Nümayəndə, 1/7 hissəsi Cavabdeh mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala ünvanında yerləşən 0.1522 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində onların payları yerdə (naturada) ölçüləri və koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli, çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında 3/7 hissəsi İddiaçı4, 1/7 hissəsi İddiaçı3, 1/7 hissəsi İddiaçı2, 1/7 hissəsi Nümayəndə, 1/7 hissəsi Cavabdeh mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala ünvanında yerləşən 0.1522 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, Nümayəndə 6/7 hissəsinin Cavabdeh məxsus 1/7 hissəsindən naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinin mümkün olan naturada ayrılan vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli, çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında 3/7 hissəsi İddiaçı4, 1/7 hissəsi İddiaçı3, 1/7 hissəsi İddiaçı2, 1/7 hissəsi Nümayəndə, 1/7 hissəsi Cavabdeh mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala ünvanında yerləşən 0.1522 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ayrılarkən iddiaçıların istifadəsində və mülkiyyətində olan tikililərin mövcudluğu və 0.1522 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin iki tərəfdən yol ilə əhatə olunması nəzərə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2025-ci il tarixli 10/2962 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli, çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında 3/7 hissəsi İddiaçı4, 1/7 hissəsi İddiaçı3, 1/7 hissəsi İddiaçı2, 1/7 hissəsi Nümayəndə, 1/7 hissəsi Cavabdeh mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala ünvanında yerləşən 0.1522 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində onların payları yerdə (naturada) ölçüləri və koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli, çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında 3/7 hissəsi İddiaçı4, 1/7 hissəsi İddiaçı3, 1/7 hissəsi İddiaçı2, 1/7 hissəsi Nümayəndə, 1/7 hissəsi Cavabdeh mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala ünvanında yerləşən 0.1522 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, Nümayəndə 6/7 hissəsinin Cavabdeh məxsus 1/7 hissəsindən naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinin mümkün olan naturada ayrılan vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli, çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında 3/7 hissəsi İddiaçı4, 1/7 hissəsi İddiaçı3, 1/7 hissəsi İddiaçı2, 1/7 hissəsi Nümayəndə, 1/7 hissəsi Cavabdeh mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala ünvanında yerləşən 0.1522 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ayrılarkən iddiaçıların istifadəsində və mülkiyyətində olan tikililərin mövcudluğu və 0.1522 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin iki tərəfdən yol ilə əhatə olunması nəzərə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1522 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 3/7 hissəsi İddiaçı4, 1/7 hissəsi İddiaçı3, 1/7 hissəsi İddiaçı2, 1/7 hissəsi Nümayəndə, 1/7 hissəsi Cavabdeh mülkiyyəti kimi onların adlarına, üzərində yerləşən ümumi sahəsi 65 kv. m. olan fərdi yaşayış evi İddiaçı4 daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində xx.xx.2024-ci il tarixdə ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, Nümayəndə və Cavabdeh paylı mülkiyyətlərində olan ünvan 1ində yerləşən 0,1522 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində paylarının birlikdə naturada ayrılmasını tələb edirlər. Cavabdeh iddia tələbinə qarşı münasibətini bildirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2025-cü il tarixli 10/2962 nömrəli rəyinə əsasən Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən mübahisə predmeti olan 0.1522 ha həyətyanı torpaq sahəsinin tərəflərin (mülkiyyətçiləri) payları üzrə ölçüləri müəyyən edilmişdir. Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən, ümumi sahəsi 0.1522 ha olan həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, Nümayəndə payları birlikdə olmaqla 6/7 hissənin digər hissədən, yəni Cavabdeh məxsus 1/7 hissədən naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Həmin torpaq sahəsinin mümkün olan naturada ayrılan vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2025-cü il tarixli 10/2962 nömrəli rəyini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “18 saylı Zaqatala Ərazi İdarəsinin 15 aprel 2025-ci il tarixli mütəxəssis rəyini sübut növü kimi qiymətləndirir. Göründüyü kimi, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, ünvan 1ində yerləşən 0,1522 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, Nümayəndə məxsus 6/7 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2025-cü il tarixli ekspert rəyinin verilməsinə əsas olmuş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 15 aprel 2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq cavabdehə məxsus paydan ayrılması təmin edilməlidir. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçılar iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu tələb etmədiyinə görə dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1522 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, Nümayəndə məxsus 6/7 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2025-cü il tarixli ekspert rəyinin verilməsinə əsas olmuş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 15 aprel 2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxemində göstərilən qaydada və rəyə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə Cavabdeh məxsus 1/7 paydan naturada ayrılsın. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-306/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-306/2025
28.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver