Məhkəmə qərarları › İş №e-2(033)-330/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-330/2025

25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-330/2025 25.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və maddi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1991-ci il tarixdə doğulmuş, Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan Cavabdeh 3308 (üç min üç yüz səkkiz) manat məbləğində pul vəsaitinin və 53,48 manat ödədiyim dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kənd sakini Cavabdeh təsərrüfatında saxladığı diri çəkisi 704 kq olan bir baş iribuynuzlu heyvanı 3308 manata hesablayaraq nisyə vermişdir. Cavabdeh heyvanı ondan alanda pulu qısa müddətdə, yəni 3-4 günə verəcəyini bildirmişdir. Lakin buna baxmayaraq həmin vaxtdan 2 ildən çox vaxt keçməsinə baxmayaraq cavabdeh onun pulunu vermir. O dəfələrlə onlardan pulu verməsini tələb etsə də o, müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınır. Ona görə də o bununla bağlı AR DİN-ə müraciət etmişdir. Müraciət əsasında hər ikisinin izahatları alınmışdır. Cavabdeh yazdığı izahatda ondan xx.xx.2022-ci il tarixdə 704 kq olan bir baş iribuynuzlu heyvanı 3308 manata nisyə aldığını və qısa müddətdə pulunu verəcəyini yazaraq etiraf etmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ərizəyə əlavə edir. Ancaq cavabdeh onun pulunu hər dəfə müxtəlif bəhanələr gətirərək hələ də vermir. O, bundan sonra başa düşmüşdür ki, cavabdeh onun ona olan etibarından sui istifadə edərək onu aldadır, pulunu vermək istəmir və könüllü olaraq verməyəcək. Beləliklə, Cavabdeh ona 3308 manat məbləğində pul borcludur. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, Zaqatala rayonu Aşağı Tala kənd sakini Cavabdeh hazırda Aşağı Tala kəndində yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə diri çəkisi 704 kq olan və diri çəkisini 4,70 (dörd manat yetmiş qəpiyə) hesablayaraq ümumilikdə 3308 manat pula bir baş iribuynuzlu heyvan almışdır. Ömər qısa müddət ərzində Abakərə həmin pulu verəcəyini demiş, lakin vədinə əməl etməyərək Abvakərə olan pul borcunu müxtəlif bəhanələr gətirirək bu günədək verməmişdir. İddiaçı pulu almaq üçün dəfələrlə Cavabdeh yaşadığı ünvana getsə də, Ömər evdə olmadğından pulu ala bilməmişdir. Həmin qərarda yer alan Cavabdeh izahatından görünür ki, o yaşadığı kənddə fərdi təsərrüfatla məşğul olur və ailəsini dolandırmaq məqsədilə kəndlərdən iribuynuzlu heyvan alıb satır. O, xx.xx.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası DİN- nə etmiş olduğu müraciətlə tanış olmuş və bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə həmkəndlisi İddiaçı danışıq əsasında razılığa gələrək diri çəkisi 704 kq oian və diri çəkisini 4,70 (dörd manat yetmiş qəpiyə) hesablayaraq ümumilikdə 3308 manat pula bir baş iribuynuzlu erkək heyvan almışdır. O, heyvanı Abakərdan alarkən pulunu qısa müddətdə yəni üç dörd gündən qaytaracağını demişdir. Lakin buna baxmayaraq həmin vaxt onun ailəsində problemlər yarandığına görə o, Abakərın 3308 manat pulunu qaytara bilməmişdir. O, hazırda Abakərə olan 3308 manat pul borcunıf sentyabr ayında qısa müddətdə qaytaracağını bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 329.2 və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı iddiaçının izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı tərəfindən xx.xx.2022-ci ildə Cavabdeh 1 baş iribuynuzlu heyvan satmışdır. Tərəflər arasında əldə edilən razılığa əsasən malın dəyərini müəyyən edilərək 3308 manat dəyərində qiymətləndirmişdirlər. Cavabdeh həmin malı kəsib ətini özünə məxsus qəssab dükanında satdıqdan sonra malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh malın dəyərini iddiaçıya ödəmədiyindən, İddiaçı həmin heyvanın dəyəri olan 3308 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə qarşı münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında 1 baş iribuynuzlu heyvanların dəyərini qaytarmalı olması ilə bağlı öhdəlik götürdüyü sübuta yetirildiyindən iddia tələbi 1 ədəd iribuynuzlu heyvanın dəyərinin ödənməmiş hissəsi olan 1400 manatın , hissəsində təmin edilməlidir. İşin şərh olunan hallarından göründüyü kimi, cavabdeh qəssab işləyir və iddiaçıya məxsus 1 baş iribuynuzlu heyvanı kəsərək ətini satmaq məqsədi ilə ondan dəyərini ödəmədən almışdır. Lakin Cavabdeh şifahi nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü heyvanların dəyərinin ödənilməsi ilə bağlı vəzifələrini yerinə yetirməmiş və onun iddiaçı qarşısında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin tam təmin olunması üçün əsas verir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdeh X1 1 ədəd iribuynuzlu heyvanı olan malı götürməsi və həmin heyvanın dəyərinin 3308 manatın iddiaçıya verməməsi öz təsdiqini tapdığından iddiaçı həmin heyvanın dəyərinin ödənməmiş hissəsini Cavabdeh alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. İddia tələbi təmin edildiyindən İddiaçı dövlətə ödədiyi 53,48 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 3308 (üç min üç yüz manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh 53,48 (əlli üç manat qırx səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar