Məhkəmə qərarları › İş №e-2(033)-34/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-34/2024

18.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-34/2024 18.09.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən payın naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və Cavabdeh1 adına qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən 0,03 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 118.70 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən İddiaçı düşən 1/2 hissə payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli ********** reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,03 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 118.70 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, digər 1/2 hissəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hazırda İddiaçı özünə düşən torpaq sahəsindən və fərdi yaşayış evindən 1/2 hissəsini naturada ayırmaq istəyir. Cavabdeh1 ilə daşınmaz əmlakın naturada ayrılması barədə mübahisə vardır. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən qəbul ediləcək qərarın ekspert rəyinə uyğun verilməsini etiraz etmir. 05 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, iddiaçı onun bacısı oğludur. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Torpağın və evin bərabər bölünməsinə razıdır, lakin iddiaçının iddia etdiyi yerdən bölünməsinə razı deyil. Onun göstərdiyi yerdən əmlakların bərabər bölünməsi mümkündür. Üçüncü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışın və inventar nömrəsi 2211 olan texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanda 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ½ hissə olmaqla Cavabdeh1 və payı ½ hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin 12 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanda 0,03 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 118,70 kvm ümumi sahəsi olan fərdi yaşayış evindən İddiaçı Müzəffər oğlunun payına düşən ½ hissənin Cavabdeh1 payına düşən fərdi yaşayış evinin ½ hissəsi və torpaq sahəsinin ½ hissəsindən naturada bölünməsi həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra torpaq sahəsinin ½ hissəsinin naturada bölünməsi məsələsinə baxıla bilər. Mübahisəli torpaq sahəsinin və yaşayış evinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu palanında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/454 saylı 19 iyul 2024-cü il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyətini, yaşayış təyinatlı otaqların yalnız həmin tikilinin 2-ci mərtəbəsində yerləşməsini və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda təcrid şəkildə giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq həmçinin, fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğu və torpaq sahəsinin hüdudları daxilində tikilinin yerləşdiyi nəzərə alaraq mübahisə predmeti olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin idel paylar üzrə ½ hissəyə naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün omadığı müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinə asasən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ъi maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməчilərə verilməli olan məbləьlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 124.2-ъi maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin чəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaчıdan alınır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin müəyyən еdilmiş hallarından görünür ki, ünvan 3 ünvanındakı 0,03 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118.70 kv.m olan fərdi yaşayış evi hər birinin payı 1/2 hissə olmaqla tərflərin paylı mülkiyyətindədir. İddiaçı öz payının naturada ayrılmasını tələb еdir. Məhkəmə tikinti-tехniki еkspеrtizasının 3-16-16/2-10/454 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin idel paylar üzrə 1/2 hissəyə naturada ayrılmasının mümkün omadığı müəyyən еdilmişdir. Məhkəmə rəyi vеrmiş şəхsin mühəndislik sahəsində хüsusi biliyinin olduğunu nəzərə alaraq, 3-16-16/2-10/454 saylı xx.xx.2024-cü il tariхli rəylə razılaşır və iddiaçının paylı mülkiyyətdə olan fərdi yaşayış evindəki və həyətyanı torpaq sahəsindəki paylarının naturada ayrılmasının mümkün olmadığı nəticəsinə gəlir. Məhkəmə iddia tələbi üzrə bеlə nəticəyə gəlir ki, iddiaçının cavabdеhlə paylı mülkiyyətində olan fərdi yaşayış evindəki və həyətyanı torpaq sahəsindəki paylarının naturada ayrılması mümkün olmadığından iddia tələbi təmin еdilə bilməz вə rədd еdilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia rədd еdildiyindən 50 manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu da onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddiaçı Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və Cavabdeh1 adına qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən 0,03 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 118.70 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən İddiaçı düşən 1/2 hissə payının naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 (bir yüz) manat məbləğində rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar