Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-35/2023 07.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri Vidadi küçəsi ev 64-də yerləşən ümumi paylı mülkiyyətlərində olan fərdi yaşayış evindən ona düşən payın 26/48 hissəsinin, Cavabdeh1 düşən payın 11/48 hissəsinin, X1 adına düşən payın 11/48 hissəsinin ayrılıb naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun, Cavabdeh1 ilə, həmçinin vəfat etmiş bacısı X1 adına da olmaqla umumi paylı mülkiyyətlərində Zaqatala şəhəri Vidadi (S.Qocayev) küçəsi ev 64-də yerləşən fərdi yaşayış evi vardır. Paylı mülkiyyətlərində olan daşınmaz əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. Həmin Çıxarışa əsasən fərdi yaşayış evinin 26/48 hissəsi onun, 11/48 hissəsi Cavabdeh1 və 11/48 hissəsi hazırda vəfat etmiş olan bacısı-X1 ümumi paylı mülkiyyətinə verilmişdir. Hal-hazırda o, qeyd etdiyi ümumi paylı mülkiyyətlərində olan Zaqatala şəhəri Vidadi (S.Qocayev) küçəsi ev 64-də yerləşən fərdi yaşayış evinin paylarının naturada ayrılmasını istəyir. Cavabdehlə aralarında razılaşma əldə edə bilmirlər. Cavabdehlə aralarında mübahisə olduğu uçün məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək Zaqatala şəhəri Vidadi küçəsi ev 64-də yerləşən ümumi paylı mülkiyyətlərində olan fərdi yaşayış evindən ona düşən 26/48 hissəsinin, cavabdehlərin adına düşən hissələrdən ayırıb naturada bölünməsini xahiş etmişdir. O, nacaq fərdi yaşayış evinin naturada ayrılmasını tələb edir. Həyətyanı torpaq sahəsi ilə bağlı hazırda cavabdehlə aralarında mübahisə yoxdur. Cavabdeh1 iddia tələbinə etiraz etmədiyini bildirmiş, lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydə bunun mümkün olmadığını qeyd etmişdir. Qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Zaqatala şəhəri Vidadi küçəsi ev 64-də yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və ümumi sahəsi 178,1 kv.m. olan fərdi yaşayış evinin 11/48 hissəsi Cavabdeh1, 11/48 hissəsi X3, 26/48 hissəsi İddiaçı məxsusdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 18 saylı Zaqatala Ərazi İdarəsinin 23 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (26/48 hissəsi), Cavabdeh1 (11/48 hissəsi) və X3 (11/48 hissəsi) məxsus Zaqatala şəhəri Vidadi küçəsi ev 64-də yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin naturada ölçüləri koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (26/48 hissəsi), Cavabdeh1 (11/48 hissəsi) və X3 (11/48 hissəsi) məxsus Zaqatala şəhəri, Vidadi küçəsi, ev 64-də yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 178.1 kv.m olan fərdi yaşayış evi bölündükdən sonra həmin torpaq sahəsinin naturada bölünməsi məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (26/48 hissəsi), Cavabdeh1 (11/48 hissəsi) və X3 (11/48 hissəsi) məxsus Zaqatala şəhəri, Vidadi küçəsi, ev 64-də yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 178.1 kv.m olan fərdi yaşayış evi bölündükdən sonra həmin torpaq sahəsinin naturada bölünməsi məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli 10/6699 saylı ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar Mərkəzə təqdim edilmədiyindən qərardadın 1-ci sualının cavablandırılması mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus 26/48 hissəsinin digər hissələrdən naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin İddiaçı məxsus 26/48 hissəsinin digər hissələrdən naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarı Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Zaqatala şəhəri Vidadi küçəsi ev 64-də yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və ümumi sahəsi 178,1 kv.m. olan fərdi yaşayış evinin 11/48 hissəsi Cavabdeh1, 11/48 hissəsi X3, 26/48 hissəsi İddiaçı məxsusdur. İddiaçı Zaqatala şəhəri Vidadi küçəsi ev 64-də yerləşən ümumi paylı mülkiyyətlərində olan fərdi yaşayış evindən ona düşən 26/48 hissənin cavabdehlərin adına olan hissələrdən naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli 10/6699 saylı ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus 26/48 hissəsinin digər hissələrdən naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Ekspert tərəfindən tədqiq edilən ünvana baxış keçirilən zaman da müəyyən olunmuşdur ki, mübahisə predmeti olan tikilinin 2 mərtəbədən ibarət fərdi yaşayış evi olduğu və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1 tərəfdən yol, 3 tərəfdən isə qonşu sahələr ilə əhatə olunduğu müşahidə olunmuşdur. Baxış zamanı aparılan ölçü işləri nəticəsində mübahisə predmeti olan fərdi yaşayış evinin 2-ci mərtəbəsinin ölçüləri 07 yanvar 2020-ci il tarixli texniki pasportda qeyd olunan ölçülərlə eynilik təşkil etdiyi, 1-ci mərtəbənin ölçülərinin isə texniki pasport sənədində qeyd olunan ölçülərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. İşdən də göründüyü kimi, mülkiyyətçilərin mübahisə predmeti olan torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə payları müəyyən edilmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, belə qənaətə gəlir ki, barəsində mübahisə gedən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus 26/48 hissəsinin digər hissələrdən naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Məhkəmə onu da qeyd edir ki, Tikinti-X5 Metodlarında göstərilənlərə görə mənzillərin (evlərin, tikililərin və s.) tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır. Belə ki, bölgü zamanı, tərəflərin hər birinin sərəncamında yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) tikililəri və bu tikililərə ayrıayrılıqda giriş-çıxış yolu olmalıdır. Həmçinin o da qeyd olunmalıdır ki, iddiaçı tərəf ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılmasını tələb etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən torpaq sahəsinin naturada bölünməsi ilə bağlı araşdırma aparmamışdır. Qanunvericiliyin tələblərinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddiası rədd edilməlidir. 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227 və 233-cü maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-35/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-35/2023
07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver