Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-35/2024 15.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı, eyni zamanda, iddiaçılar X1, X9 və X5 nümayəndəsi İddiaçı Cavabdehlər Cavabdeh7 və Cavabdeh13 iştirakı ilə, İddiaçılar İddiaçı, Abdullayeva Zı̇ yafət Mollaşərı̇ f qızı, Nurı̇ yeva Hürüy Ramazan qızı və X5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 18 Saylı Zaqatala Ərazı̇ İdarəsı̇ , Zaqatala rayonu Mazıx Bələdı̇ yyəsi, Qunuyev Fəxrəddı̇ n Nazı̇ r oğlu, Əlı̇ canov Əlı̇ can Mohuma oğlu, Səfərov Camaladdı̇ n Ömərxan oğlu, Buluşov İbrahı̇ m İsrafı̇ l oğlu, Qunı̇ yev Aydın Cavadxan oğlu, Qunı̇ yev Şaban Azı̇ zxanovı̇ ç, Quniyev Hacımurad Umurxanovı̇ ç, Qunı̇ yev Telman Ömərxan oğlu, Buluşov Kamı̇ l Əlı̇ oğlu, Cavabdeh12̇ oğlu, İsmayılov Şamı̇ l Məmməd oğlu, Putı̇ yev Elman Abakar oğlu, Cavabdeh6, Cavabdeh14, Cavabdeh5 və Buluşova Pı̇ rdas Zetov qızına qarşı “kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstəriən qaydada müəyyən edilməklə açılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı, Abdullayeva Zı̇ yafət Mollaşərı̇ f qızı, Nurı̇ yeva Hürüy Ramazan qızı və X10 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 18 Saylı Zaqatala Ərazı̇ İdarəsı̇ , Zaqatala rayonu Mazıx Bələdı̇ yyəsi, Qunuyev Fəxrəddı̇ n Nazı̇ r oğlu, Əlı̇ canov Əlı̇ can Mohuma oğlu, Səfərov Camaladdı̇ n Ömərxan oğlu, Buluşov İbrahı̇ m İsrafı̇ l oğlu, Qunı̇ yev Aydın Cavadxan oğlu, Qunı̇ yev Şaban Azı̇ zxanovı̇ ç, Quniyev Hacımurad Umurxanovı̇ ç, Qunı̇ yev Telman Ömərxan oğlu, Buluşov Kamı̇ l Əlı̇ oğlu, Cavabdeh12̇ oğlu, İsmayılov Şamı̇ l Məmməd oğlu, Putı̇ yev Elman Abakar oğlu, Cavabdeh6, Cavabdeh14, Cavabdeh5 və Buluşova Pı̇ rdas Zetov qızına qarşı “kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstəriən qaydada müəyyən edilməklə açılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə iddiaçılar İddiaçı, X2, X11, X6 verilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla ümumi birgə mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş, Zaqatala rayon Mazıx kəndində yerləşən 1.1553 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə iddiaçılar İddiaçı, X3, X12 və X6 Zaqatala rayon Mazıx kəndindən 11553 kv.metr kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı” və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçılara ümumi birgə mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinə gedişgəliş yolu xəritədə nəzərdə tutulsa da, hal-hazırda müəyyən səbəblərdən pay torpaq sahəsinə nəzərdə tutulan yolun bir hissəsi özbaşına bağlanmışdır. Vəkil sorğusuna cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı” və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********57 nömrəli cavab məktubunda göstərilmişdir ki, yaşayış məntəqəsi və təsərrüfat daxilində vətəndaşlara məxsus həyətyanı və pay torpaq sahələrinə gediş-gəliş yolları bələdiyyənin mülkiyyətinə aid olduğunu, Zaqatala rayon Mazıx kəndində yerləşən 11553 kv.metr kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun xəritədən çıxarışın verilməsinə münasibətdə isə Azərbaycan Respublikası MPM-nin 78.2ci maddəsi ilə müəyyən olunmuş qaydada vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan başqa Zaqatala Rayon İcra Hakimiyyətinə və Zaqatala Rayon Dövlət Arxivinə vəkil sorğuları verilsə də, Zaqatala rayon Mazıx kəndinin xəritəsini əldə etmək mümkün olmamışdır. Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli cavab məktubunda Zaqatala rayon Mazıx kəndinin xəritəsinin Rayon İcra Hakimiyyətində olmadığını, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubunda isə keçmiş “Şəfəq” kolxozunun sənədləri yandığından və göstərilən 1970- 1995-ci illərin arxiv sənədləri Dövlət Arxivində saxlanılmadığından həmin illərə dair xəritədən çıxarışın verilməsi mümkün olmamışdır. Eyni zamanda dəfələrlə Mazıx bələdiyyəsinə yolun açılması barədə şifahi müraciətlər edilsə də, Zaqatala rayon Mazıx kəndində yerləşən 11553 kv.metr kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun açılmasının bələdiyyənin səlahiyyətində olmadığı bildirilmişdir. Xəritədən çıxarış əldə olunmadığına görə digər maraqlı şəxsləri iddia ərizəsində göstərə bilmirlər. Hazırda İddiaçı Mazıx kəndində yerləşən qeyd olunan pay torpaq sahəsinə gediş-gəliş yolunun bağlanmasına görə aidiyyatı təşkilatlar arasında yaranan fikir ayrılıqlarına son qoyulması üçün ədalətli və obyektiv araşdırılma aparılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı, eyni zamanda, iddiaçılar X1, X9 və X5 nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, torpaq islahatı aparılarkən o, komissiyanın üzvü olmuşdur. Ona və digər iddiaçılara ümumi birgə mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinə gediş-gəliş yolu köhnə xəritədə göstərilmişdir. Ekspert tədqiqatı ilk xəritə əsasında aparmamış və müvafiq ekspertiza rəyini vermişdir. O, istəyir ki, iş köhnə xəritə ilə aparılsın. Cavabdeh13 bu işə aidiyyatı olmayan 1987-ci ilin xəritəsini təqdim etmişdir. 1987-ci ildə mübahisələndirilən ərazilər açıq çöl оlmuşdur. O, 1960-1970-ci illərə dair xəritədə qeyd olunan yolun açılmasını tələb edir. O, 1996-cı ildə torpaq islahatı aparılarkən ona ayrılmış torpaq sahəsində ilkin xəritəyə uyğun paya vuraraq yol ayırmışdır. Lakin sonradan bələdiyyə tərəfindən həmin yol ləğv edilmişdir. Onun torpaq sahəsinə giriş-çıxış yolu onun pay torpaq sahəsindən gedir və məsafə uzaq olduğundan köhnə qaydada yolun açılmasını istəyir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh13 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, əlində 1987-ci ilin xəritəsi vardır. Həmin dövrdə o, icra nümayəndəsi vəzifəsində çalışmışdır. İddiaçılara gediş-gəliş yolu həmin xəritədə başqa yerdə qeyd olunmuşdur və hazırda açılması tələb olunan yol xəritədə nəzərdə tutulmamışdır. İddiaçı komissiya üzvü olmamışdır. Vətəndaşlara torpaq sahələri ayrılarkən hər obadan bir adam ayrılmışdır ki, nəzarət etsin. İddiaçı da buna görə torpaq sahələri ayrılarkən iştirak etmişdir. 1996-cı ildə torpaq islahatı aparılarkən torpaq sahələri 1987-ci ilin xəritəsinə uyğun ayrılmışdır. Kənddə hər bir vətəndaşın öz torpaq sahəsinə gedib-gəlmək üçün yol vardır. İddiaçılara da ayrılmış yolun eyni yerdə qalmasını istəyir. O, 1982-ci ildə kəndə gəlmişdir və həmin vaxt kolxoz dövrü idi. İddiaçının dediyi yerdən mal-qara sürürdülər. Lakin bir müddət sonra həmkəndlisi Cavabdeh16 orada ev tikmiş və yol kəsilmişdir. Əgər orada yol olmuş olsa idi xəritədə bu qeyd olunardı. İddianın rədd olunmasını xahiş etdi. Cavabdeh7 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı onun torpaq sahəsinə gedən yolun qabağından yol istəyir. Lakin onun torpaq sahəsinə gedişgəliş üçün yolu vardır. Həmin yolla traktor, maşın gedib-gələ bilir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 18 Saylı Zaqatala Ərazı̇ İdarəsı̇ məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdehlər Zaqatala rayonu Mazıx Bələdı̇ yyəsi, Əlı̇ canov Əlı̇ can Mohuma oğlu, Səfərov Camaladdı̇ n Ömərxan oğlu, Buluşov İbrahı̇ m İsrafı̇ l oğlu, Qunı̇ yev Şaban Azı̇ zxanovı̇ ç, Quniyev Hacımurad Umurxanovı̇ ç, Qunı̇ yev Telman Ömərxan oğlu, Buluşov Kamı̇ l Əlı̇ oğlu, Cavabdeh12̇ oğlu, İsmayılov Şamı̇ l Məmməd oğlu, Putı̇ yev Elman Abakar oğlu, Cavabdeh6, Cavabdeh14, Cavabdeh5 və Buluşova Pı̇ rdas Zetov qızına məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 dekabr 2022-ci il olan Çıxarışın və “torpaq sahəsinin plan və ölçüsü” sənədinin surətindən görünür ki, Zaqatala rayonunun Mazıx kəndində yerləşən 1,1553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X3, X12 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 315 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 15 avqust 2002-ci il tarixli aktın surətindən görünür ki, Zaqatala rayonunun Mazıx kəndində yerləşən torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 30 ha sahə olmaqla yerquruluşu islahat layihəsində hər bir mülkiyyətçinin torpaq payına yol nəzərdə tutulmuşdur. Lakin ayrı–ayrı torpaq mülkiyyətçiləri həmin nəzərdə tutulan yolu zəbt edərək qanunsuz istifadə edirlər. Komissiya üzvləri islahat layihəsində nəzərdə tutulan yolun açılması üçün ölçü işləri aparmış və yolun keçəcəyi yerlərdə nişanların qoyulmasını təmin etmişdir. Qanunsuz torpaq islahat layihəsində nəzərdə tutulan yolu zəbt etmiş torpaq mülkiyyətçilərinin siyahısı akta əlavə edilmişdir. Yolun açılmasına maneələrin aradan götürülməsinə, onlara 10 gün vaxt verilmişsə bu işə nəzarət edilməsi komissiya tərəfindən bələdiyyə şurasından xahiş edilmişdir. 10 gün müddətində yolu zəbt etmiş vətəndaşlar tərəfindən yolun açılması təmin edilməzsə bələdiyyə şurası tərəfindən texnikaların köməkliyi ilə yolun açılması təmin olunacağı göstərimişdir. Aktı DT və XK-ın Zaqatala rayon Şöbəsinin baş mütəxəssisi K.Xaşayev, Zaqatala RİHB-ın Mazıx ərazi nümayəndəsi Cavabdeh13, Mazıx Bələdiyyəsinin sədri H.Murtuzayev, Mazıx kənd sakinləri İddiaçı, Cavabdeh1, İsmayılova Məryəm və İsmayılova Hürüy imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Dövlət Arxivinin 01 mart 2022-ci il tarixli 17 saylı arayışından görünür ki, Zaqatala rayon Mazıx kənd keçmiş “Şəfəq” kolxozunun sənədləri yandığından və göstərilən 1970-1995-ci illərin arxiv sənədləri rayon Dövlət Arxivində saxlanılmadığından həmin illərə dair Mazıx kəndinin xəritəsinin təsdiq edilmiş surətini və xəritədən çıxarışların verilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Zaqatala rayonunun Mazıx kəndində 11553 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 18 Saylı Zaqatala Ərazı̇ İdarəsı̇ nin 05 iyun 2023-cü il tarixli məktubundan görünür ki, qeyd olunmuş Zaqatala rayonu Mazıx kəndində yerləşən 1,1553 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair 18 saylı Zaqatala Ərazi İdarəsinin istifadəsində olan elektron xəritələrində yol nəzərdə tutulmamışdır. (hər əraziyə dair müvafiq xəritələrdən çıxarışlar təqdim edilir). İş materiallarına əlavə edilmiş yerquruluşunun təşkili şöbəsinin müdiri Fərid Əhmədov və yerquruluşu üzrə mühəndisi Eldar Həsilovun 12 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 dekabr 2022-ci il olan Çıxarışa əsasən İddiaçı, X3, X12 və X5 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan Zaqatala rayonunun Mazıx kəndində yerləşən 1,1553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə idarənin xidməti istifadəsində olan kompleks yerquruluşu layihəsində və Torpaqların elektron kadastr uçotu və informasiya sistemləri (TEKUİS) məlumat bazasında gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8301 saylı 16 fevral 2024-cü il tarixli rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 dekabr 2022-ci il olan Çıxarışa əsasən İddiaçı, X3, X12 və X5 ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan Zaqatala rayonunun Mazıx kəndində yerləşən 1,1553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə idarənin xidməti istifadəsində olan Kompleks yerquruluşu layihəsində və Torpaqların elektron kadastr uçotu və informasiya sistemləri (TEKUİS) məlumat bazasında gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Mülki işin materiallarında olan edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçılar 1996-cı ildə torpaq islahatı aparılarkən torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə 1960-1970-ci illərə dair xəritəyə uyğun verildiyini və yolun ayrıldığını, sonradan Zaqatala rayonu Mazıx Bələdı̇ yyəsi tərəfindən həmin yolun ləğv edildiyini, həmin xəritədə qeyd olunan yolun açılmasını tələb etdiklərini bildirsələr də, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 18 Saylı Zaqatala Ərazı̇ İdarəsı̇ , Qunuyev Fəxrəddı̇ n Nazı̇ r oğlu, Əlı̇ canov Əlı̇ can Mohuma oğlu, Səfərov Camaladdı̇ n Ömərxan oğlu, Buluşov İbrahı̇ m İsrafı̇ l oğlu, Qunı̇ yev Aydın Cavadxan oğlu, Qunı̇ yev Şaban Azı̇ zxanovı̇ ç, Quniyev Hacımurad Umurxanovı̇ ç, Qunı̇ yev Telman Ömərxan oğlu, Buluşov Kamı̇ l Əlı̇ oğlu, Cavabdeh12̇ oğlu, İsmayılov Şamı̇ l Məmməd oğlu, Putı̇ yev Elman Abakar oğlu, Cavabdeh6, Cavabdeh14, Cavabdeh5 və Buluşova Pı̇ rdas Zetov qızının оnların hüquqlarının pоzulmasına yönəlmiş davranışlarının nədə ifadə оlunduğunu izah edə, iddia tələbini sоnunculara münasibətdə əsaslandıra bilməmişlər. İş üzrə sübutlarla ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılara məхsus torpaq sahəsinə gediş-gəliş yolunun hər hansı şəхs tərəfindən, о cümlədən Zaqatala rayonu Mazıx Bələdı̇ yyəsi tərəfindən ləğv edilməsi (zəbt edilməsi) halı təsdiq edilməmişdir. Ümumiyyətlə, yanaşı yохlanılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 18 Saylı Zaqatala Ərazı̇ İdarəsı̇ nin xx.xx.2023-cü il tarixli məktubu, yerquruluşunun təşkili şöbəsinin müdiri Fərid Əhmədov və yerquruluşu üzrə mühəndisi Eldar Həsilovun 12 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8301 saylı xx.xx.2024-cü il tarixli rəyi ilə Zaqatala rayonunun Mazıx kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılara məхsus olan 1,1553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə elektron kadastr uçotu və informasiya sistemləri (TEKUİS) məlumat bazasında gediş-gəliş yolunun nəzərdə tutulmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Zaqatala rayonunun Mazıx kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılara məхsus olan 1,1553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə elektron kadastr uçotu və informasiya sistemləri (TEKUİS) məlumat bazasında gediş-gəliş yolu nəzərdə tutulmadığından həmin torpaq sahəsinə nəzərdə tutulmuş gedişgəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılmasına dair hazırkı tələb təmin edilə bilməz. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri olan 100 manat dövlət rüsumu iddiaçılara aid edilməli, 50 manat ekspertiza xərci iddiaçılardan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə eyni zamanda onu qeyd etməyi zəruri sayır ki, mübahisənin bu qaydada həll edilməsi, iddiaçıların keçidləri yoxdursa, keçid verilməsinin ondan tələb edilməsi daha yolverilən olan qonşuya qarşı ona tam əvəzi ödənilməklə öz sahələrindən ictimai yola zəruri keçidin ayırmasını tələb etmək hüquqlarını istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddiaçılar İddiaçı, Abdullayeva Zı̇ yafət Mollaşərı̇ f qızı, Nurı̇ yeva Hürüy Ramazan qızı və X5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ Publı̇ k Hüquqı̇ Şəxsı̇ n 18 Saylı Zaqatala Ərazı̇ İdarəsı̇ , Zaqatala rayonu Mazıx Bələdı̇ yyəsi, Qunuyev Fəxrəddı̇ n Nazı̇ r oğlu, Əlı̇ canov Əlı̇ can Mohuma oğlu, Səfərov Camaladdı̇ n Ömərxan oğlu, Buluşov İbrahı̇ m İsrafı̇ l oğlu, Qunı̇ yev Aydın Cavadxan oğlu, Qunı̇ yev Şaban Azı̇ zxanovı̇ ç, Quniyev Hacımurad Umurxanovı̇ ç, Qunı̇ yev Telman Ömərxan oğlu, Buluşov Kamı̇ l Əlı̇ oğlu, Cavabdeh12̇ oğlu, İsmayılov Şamı̇ l Məmməd oğlu, Putı̇ yev Elman Abakar oğlu, Cavabdeh6, Cavabdeh14, Cavabdeh5 və Buluşova Pı̇ rdas Zetov qızına qarşı “kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstəriən qaydada müəyyən edilməklə açılması" barədə tələbinə dair iddiaları rədd edilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat iddiaçılara aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 (əlli) manat iddiaçılar İddiaçı, Abdullayeva Zı̇ yafət Mollaşərı̇ f qızı, Nurı̇ yeva Hürüy Ramazan qızı və X4 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X8, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-35/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-35/2024
15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver