Məhkəmə qərarları › İş №e-2(033)-354/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-354/2024

14.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-354/2024 14.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X11 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” nə qarşı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh, İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan ünvan 3ində yerləşən 0,1877 ha, 0,7018 ha və 0,20 ha kənd təsərrüfatı təyinatlı, o cümlədən, 0,65 ha həyətyanı torpaq sahəsindən, həmçinin iddiaçının mərhum valideynləri X8 və X9 miras qalmış torpaq sahələrindəki pay və fərdi yaşayış evindən iddiaçının əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş həmçinin həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə ünvan 3ində 0,1877 ha, 0,7018 ha və 0,20 ha kənd təsərrüfatı təyinatlı, o cümlədən, 0,65 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sonuncuların həmin torpaq sahələri üzərində hüquqları müvafiq olaraq “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri və “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Hazırda, iş üzrə Cavabdeh həm İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan ünvan 3ində 0,1877 ha, 0,7018 ha və 0,20 ha kənd təsərrüfatı təyinatlı, o cümlədən, 0,65 ha həyətyanı torpaq sahəsindən, həmçinin, mərhum valideynləri X8 və X9 miras qalmış torpaq sahələrindəki pay və fərdi yaşayış evindən həmin əmlaklara daxil olmağa qoymamaqla iddiaçının əmlaklardan istifadə və sahiblik etmək hüququnun həyata keçirilməsinə qəsdən maneçilik törədir. İş üzrə Cavabdeh bütün bunlar azmış kimi, qeyd olunan torpaq sahələrində yığılan məhsulu heç kimə məhəl qoymadan özü yığır və digər mülkiyyətçiləri məhsulu yığmaq istədikdə isə onlara qarşı zor tətbiq edir. Bununla yanaşı, İddiaçı qeyd olunan əmlaklardan həm özünə məxsus hissə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həm də mərhum valideynləri X8 və X9 miras qalmış hissələr və fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə sonuncuların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, sonuncu çöl-ölçmə işlərinə iş üzrə cavabdeh - Cavabdeh tərəfindən maneçilik törədilməsi səbəbindən hüquqların dövlət qeydiyyatından imtina etmişdir. İddiaçı, Cavabdeh, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş ünvan 3ində yerləşən 0,1877 ha, 0,7018 ha və 0,20 ha kənd təsərrüfatı təyinatlı, o cümlədən, 0,65 ha həyətyanı torpaq sahəsindən, həmçinin mərhum valideynləri X8 və X9 miras qalmış torpaq sahəslərindəki pay və fərdi yaşayış evindən istifadə və sahiblik etməsinə qarşı yaratdığı əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan maneələrin aradan qaldırılasını və həmin əmlaklar üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısının alınmasına yönəlmiş qərəzli hərəkətlərinə son qoymasını tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ona qarşı maneələrin aradan qaldırılması və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qaynanası X17 xx.xx.2019-cu il tarixdə, qayınatası X8 xx.xx.2019-cu il tarixdə, həyat yoldaşı X4 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X1, qayınatası X5 və həyat yoldaşı X2 vəfatından sonra ünvan 2ində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan 0.1877 ha, 0.7018 ha, 0.20 ha, kənd təsərrüfatı və 0.65 ha həyətyanı torpaq sahəsindən düşən pay və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi miras qalmışdır. Bundan başqa həyat yoldaşı X2 vəfatından sonra ünvan 2ində yerləşən 0.41 ha pay torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlaklara dair vərəsəlik işi açılmasını və qaynanası X12, qayınatası X5 və həyat yoldaşı X2 rəhmətə getdiyi tarixdən bu günkü günə qədər o, miras əmlakları sahiblik etməklə və həmin əmlakları idarə etməyə faktik başlamaqla, mirası bütünlüklə qəbul etmişdir. Lakin, İddiaçı ailələrini yaşamağa qoymur. İddiaçının fikri onu və uşaqlarını gəlin köçdüyü evdən qovmaqdır. Onları halal paylarından məhrum etmək istəyir. Hazırda oğlu hərbi xidmətdədir. Xəstə uşağı ilə çarəsiz vəziyyətdə qalmışdır. Həyat yoldaşı rəhmətə gedəndən sonra ona qarşı iddiaçı tərəfindən təsirlər olunur. İllər ərzində zəhmət çəkmişdir. Qayınatası, qayınanasına baxmışdır. Ailəsinin qayğısını çəkmişdir. İddiaçı özü onlara qarşı maneə yaradır, qərəzli hərəkətlər edir. İddiaçı ailə həyatı uğursuz olmuşdur. 24 sentyabr 2019-cu ildə boşanmışdır. Nikahından uşağı olmamışdır. İddiaçı imkan vermir ki, yurd oğluna qalsın. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, üçüncü şəxs məktub göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Lakin iddiaçı məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı həmin torpaq sahəsinin həm mülkiyyətçisidir həm də həmin torpaq sahəsində payı olan Məmmədtahir Lülüyevin vərəsəsidir. Məhkəmə prosesi zamanı cavabdeh ilkin olaraq ölçmə-işlərinin aparılmasına razılaşmış, lakin reyestrin nümayəndələri əraziyə getdikdə yenidən maneə yaratmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1548F Kod 40206018 nömrəli Şəhadətnamədə “X18” olaraq qeyd edilmiş şəxslə iddiaçının anası X17 eyni şəxs olmaqla, ümumi birgə mülkiyyətdəki torpaq sahələrinə dair mülkiyyətçi hüquqları X14 aiddir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, haqsızlıqlar, özbaşınalıqlar var. Məmmədtahir onun qayınatasıdır, iddiaçının isə atasıdır. İddiaçı 15 il ərdə olub indi qayıdıb gəlib. Mətbəx və 2 otağı iddiaçıya yaşamaq üçün veriblər. İndi iddiaçı deyir ki, yurd özünündür, yurddan çıxsınlar ata anasının torpağında özü yaşayacaq. Atası iddiaçıya faizə pul götürərək 12 sot torpaq alıb verib. Həmin torpağı da iddiaçı satıb. Fatimat baldızıdır, Rostovda yaşayır. Kiçik oğlu xəstədir, böyük oğlu isə əsgərdir oktyabrda xidmətdən qayıdacaq və həmin vaxtadək işin dayandırılmasını istəyir. İşin oğlu gələnədək təxirə salınmasını xahiş edir. Proses zamanı ölçmə işlərinin aparılmasına ilkin olaraq razılaşdığı və sonradan işlərin aparılmasına mane olduğu doğrudur. İşlərin aparılmasında icranın və Bələdiyyənin nümayəndələri olmadığından bunu etmişdir. İşin halları Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1548F Kod 40206018 nömrəli Şəhadətnamənin surətindən görünür ki, ünvan 2ində yerləşən 0,65 hektar torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli 23 nömrəli qərarı ilə ünvan 2 sakinləri X8, X18, İddiaçı, X7, X2 ümumi birgə mülkiyyətinə verilmişdir. A seriyalı 144617 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, X5 adına ünvan 2ində yerləşən 1877 kv.m. torpaq sahəsi ilə bağlı həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən tərtib edilmişdir. A seriyalı 144637 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, X5 adına ünvan 2ində yerləşən 2000 kv.m. torpaq sahəsi ilə bağlı həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən tərtib edilmişdir. A seriyalı 144657 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, X5 adına ünvan 2ində yerləşən 7018 kv.m. torpaq sahəsi ilə bağlı həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən tərtib edilmişdir. 25 aprel 2023-cü il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 02 iyul 2019-cu il tarixdə Zaqatala RİHB-nın Danaçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019cü il tarixdə ölmüşdür. 10 yanvar 2019-cu il tarixdə Zaqatala RİHB-nın Danaçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2019-cu il tarixdə ölmüşdür. 12 aprel 1966-cı il tarixli ünvan 2 sovetliyi tərəfindən verilmiş Evlənmək haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 ilə X19 xx.xx.1966-cı il tarixdə evlənmişdirlər. 31 iyul 1969-cu il tarixli ünvan 2 sovetliyi tərəfindən verilmiş Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, 2 iyul 1969-cu il tarixdə anadan olmuş İddiaçı atası X8 anası X15r. 18 aprel 1978-ci il tarixli ünvan 2 sovetliyi tərəfindən verilmiş Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə anadan olmuş X6 atası X8 anası X15r. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 18 saylı Zaqatala Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 03 oktyabr 2023-cü il tarixli bildirişindən görünür ki, ünvan 2ində yerləşən 0,1877 ha, 0,7018 ha və 0,20 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı iddiaçının ərizəsinin icrası ilə bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşı ünvan 2i ünvanında yerləşən torpaq sahələrinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq tərəflərindən inventarlaşdırılma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 18 saylı Zaqatala Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 11 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahəsi üzərində mübahisə olduğundan inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, X8 ilə X17 xx.xx.1966-cı il tarixdə evlənmişlər. Həmin nikahdan İddiaçı, X10 və X4 doğulmuşlar. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əsasən ünvan 2ində yerləşən 0,65 ha torpaq sahəsi X8, X18, İddiaçı, X7 və X2 ümumi birgə mülkiyyətinə, xx.xx.2003-cü il tarixli qərarına əsasən isə ünvan 2ində yerləşən 1877 kv.m, 2000 kv.m, 7018 kv.m torpaq sahələri X5 ayrıca mülkiyyətinə verilmişdir. X17 xx.xx.2019cu il, X8 xx.xx.2019-cü il, X4 isə xx.xx.2023-cü il tarixdə ölmüş və onların ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindəki payları, eləcə də X5 ayrıca mülkiyyətində olan torpaq sahələri miras qalmışdır. İddiaçı, cavabdehin daxil olmasına mane olmaqda müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş hərəkətlər etdiyi 0,65 ha həyətyanı torpaq sahəsinin digər şəxslərlə yanaşı anası X12 ümumi birgə mülkiyyətdə olmaqla sonuncunun da payının miras qaldığını iddia etsə də, Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1548F Kod 40206018 nömrəli Şəhadətnamədə “X18” olaraq qeyd edilmiş şəxslə iddiaçının anası X12 eyni şəxs olmaqla, ümumi birgə mülkiyyətdəki torpaq sahəsinə dair mülkiyyətçi hüquqlarının sonuncuya aid olması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1548F Kod 40206018 nömrəli Şəhadətnamədə “X18” olaraq qeyd edilmiş şəxslə iddiaçının anası X12 eyni şəxs olmaqla, ümumi birgə mülkiyyətdəki torpaq sahəsinə dair mülkiyyətçi hüquqlarının sonuncuya aid olması və onun ölümündən sonra ümumi birgə mülkiyyətdəki payının miras qalması halı təsdiq edilməmişdir. Müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, iddiaçının ünvan 3idə özünün də ümumi birgə mülkiyyətində olan 0,65 ha həyətyanı torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ, mərum X3 miras qalmış əmlaklara dair isə, digər vərəsələrlə yanaşı bərabər pay hüquqlu vərəsə hüquqları mövcud olsa da, cavabdehin onun həmin sahələrə daxil olmasına, eləcə də ümumi birgə mülkiyyətində olan əmlak və mərum X3 miras qalmış əmlaklarla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazidə olan üçüncü şəxsin əməkdaşlarının vəzifələrinin icrasına törədiyi maneələr səbəbindən, iddiaçının mülkiyyətçi və vərəsəlik hüquqlarını həyata keçirməsi mümkün deyil. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, iddiaçının ünvan 3ində yerləşən ümumi birgə mülkiyyətində olan 0,65 ha həyətyanı torpaq sahəsinə, eləcə də mərhum atasından miras qalmış torpaq sahələrinə və fərdi yaşayış evinə daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş, həmçinin həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmalıdır. İddiaçı Cavabdeh iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh, İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan, eləcə də mərhum X3 miras qalmış ünvan 3ində yerləşən 0,1877 ha, 0,7018 ha və 0,20 ha kənd təsərrüfatı təyinatlı, o cümlədən, 0,65 ha həyətyanı torpaq sahəsinə daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş, həmçinin həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar