Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-36/2023 06.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışda qeyd edilmiş 0,66 ha torpaq sahəsinin onlara məxsus 8/9 hissəsinin yerdə qalan 1/9 hissəsindən naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1ində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hərəsinə 4/9 hissəsi olmaqla 8/9 hissəsi onların 1/9 hissəsi isə onların atalarının digər vərəsəsi olan Cavabdeh məxsusdur. Ataları xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış torpaq sahəsinə vərəsəlik açılaraq, qanun üzrə vərəsəlik hüququ haqqında 2V-213 nömrəli 13 mart 2022-ci il tarixli Şəhadətnamə notariusdan alınmışdır. Cavabdeh notariusda ona miras torpaqdan düşən payı ilə razı olmadığına görə onun payı açıq saxlanılaraq ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Buna görə də torpağın Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatı aparılarkən cavabdehə aid torpaq sahəsi mərhum atalarının adına qeydə alınmışdır. Buna görə də onlar ölmüş şəxsə qarşı iddia qaldıra bilmirlər və cavabdehə qarşı iddia qaldırmışlar. Cavabdehin atalarının vərəsəsi olmasını notariat orqanında saxlanılan vərəsəlik işinin materialları bir daha təsdiq edir. Qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq DƏDRX-in 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Onlar öz əmlakları barədə sərəncam vermək istəyirlər. Lakin Cavabdeh vərəsəlik şəhadətnaməsini almadığına və özünə düşən payı rəsmiləşdirmədiyinə görə torpaq üzərində sərəncam vermək hüquqlarını həyata keçirə bilmirlər. Sözü gedən əmlak barədə sərəncam vermək üçün yuxarıda qeyd edilmiş torpaq sahəsinin hərəsinə düşən 4/9 hisssənin cavabdehə aid 1/9 hissəsindən naturada ayrılmasını tələb edirlər. Buna görə də məhkəməyə müraciət etməli olmuşlar. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh 25 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, mübahisələndirilən torpaq sahəsinin naturada bölünməsinə razı deyil. Belə ki, iddiaçılar həmin torpaq sahəsini satmaq istəyirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, ünvan 1ində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/9 hissə olmaqla X2, payı 4/9 hissə olmaqla İddiaçı2 və payı 4/9 hissə olmaqla İddiaçı1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 13 mart 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01 fevral 2013-cü il tarixdə vəfat etmiş X2 vərəsələri qızı İddiaçı1 və İddiaçı2dır və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsi tərəfindən 25 sentyabr 2020-ci il tarixdə X3 verilmiş **********22 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,66 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 07 mart 2022-ci il tarixli qeydiyyat nömrəsi **********PA79601 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Gözlənilən miras əmlakın 1/3 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Muxax kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 01 fevral 2013-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2023-cü il tarixli 10/7965 saylı rəyi ilə müəyyən edilir ki, ünvan 1ində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 payına düşən 8/9 hissənin cavabdeh X2 payına düşən 1/9 hissənin hər birinin paylarına uyğun naturada bölünməsi mümkündür. Bölgü variantı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında ətraflı qeyd olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinin tələbinə görə isə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1ində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyətdə olmaqla, 4/9 hissəsi İddiaçı2, 4/9 hissəsi İddiaçı1 məxsusdur. Torpaq sahəsinin 1/9 hissəinə cavabdehin gözlənilən mülkiyyət hüququ olsa da, o, həmin hüququnu qeydə aldırmamış və paylarının ayrılmasında iddiaçılarla razılaşmır. Tərəflər arasında ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq yoxdur. İş üzrə keçirilmiş ekspertizanın 10/7965 saylı 01 mart 2023-cü il tarixli rəyi ilə torpaq sahəsinin iddiaçıların payının naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş şəxsin mühəndislik sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, iddiaçıların 8/9 payına düşən sahənin naturada ayrılmasının mümkün olmasına dair rəylə razılaşır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, eləcə də cavabdehin mülkiyyətçi hüquqlarını qeydə aldırmamaqda ifadə olan hərəkətsizliyi iddiaçıları əmlaklarını naturada ayırmaq hüquqlarından məhrum etmə xarakteri daşıdığından, iddianın rədd edilməsinə əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi 14 aprel 2022-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 payına düşən 8/9 hissə mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq cavabdeh X2 payına düşən 1/9 hissədən naturada ayrılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tələb olunmadığından həmin xərc onların özünə aid edilməli, 50 manat ekspertiza xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi 14 aprel 2022-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 payına düşən 8/9 hissə mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq cavabdeh X2 payına düşən 1/9 hissədən naturada ayrılsın. İddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onların özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-36/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-36/2023
06.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver