Məhkəmə qərarları › İş №e-2(033)-382/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-382/2025

23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-382/2025 23.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1635 (bir min altı yüz otuz beş) manat məbləğində pul vəsaitinin və mediasiya təşkilatına ödənilmiş 60 manat rüsum alınaraq özünə verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-645/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Qoca Qocayev adına Lahıc kənd tam orta məktəbi və Vüqar Ağasıyev adına Bazar kənd tam orta məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmuş, Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçı Cavabdeh Bazar kənd tam orta məktəbinə işə bərpa edilməsi və iddiaçı Cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsinə nəzər yetirəndə məlum olacaqdır ki, məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlərdən, işin faktiki hallarından və həmçinin qətnamə ilə müəyyən olunmuş hallardan, eyni zamanda Cavabdeh məhkəmə baxışı zamanı verdiyi izahatı ilə sübuta yetirilmişdir ki, Cavabdeh ilə Bazar kənd tam orta məktəbi arasında bağlanılmış müqavilə 1 (bir) ay müddətinə, yəni, əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər göstərilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-645/2024 saylı qətnaməsi iddiaçı Cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində tərəfindən könüllü şəkildə icra olunarkən, (yəni məhkəmə qətnaməsi icraya yönəldilməmişdən o bunu öz şəxsi vəsaiti ilə etmişdir) hüquqi savadı olmadığına görə iddiaçıya 1635 (bir min altı yüz otuz beş) manat məcburi iş buraxma müddəti üçün əmək haqqını nağd şəkildə ödəmişdir və tərəflər arasında tərtib olunmuş aktdakı imzalarla pulun verilməsi təsdiq olunub. Məhkəmə qətnaməsi icraya yönəldikdən sonra icraçının icraata başlama haqqında qərarına əsasən cavabdeh Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-645/2024 saylı qətnaməsi iddiaçı Cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində icra olunaraq iddiaçının bank hesabına onunla Bazar kənd tam orta məktəbi arasında bağlanılmış 1 (bir) ay müddətinə (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) əmək müqaviləsi üzrə 151,43 manat pul ödənilmişdir. Məcburi iş buraxma müddəti üçün əmək haqqının iddiaçıya ödənilməsində qətnamə rasmi qaydada icraya yönəlmədən həm pulu öz aralarında şəxsi vəsaitindən nağd şəkildə vermişdir, həm də o yanlışlığa yol verərək müqavilə üzrə 1 (bir) ayın əmək haqqını, yəni 151,43 manat pul əvəzinə 1635 (bir min altı yüz otuz beş) manat pul vermişdir. O, səhv ödəniş etdiyini sonradan başa düşmüş və məhkəməyə gedib soruşduqda ona bildirilmişdir ki, qətnaməyə əsasən iddiaçı Cavabdeh ilə hansı müddətə əmək müqaviləsi bağlamışdırsa o müddətə görə ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir, pulun ödənilməsi isə rəsmi qaydada mühasibatlıq tərəfindən iddiaçının bank hesabına köçürülməlidir. Cavabdeh işdən azad olunması ilə bağlı həm məhkəməyə, həm də müxtəlif instansiyalara etdikləri şikayətlərdən sarsıldığı üçün, eyni zamanda qətnamənin icra mexanizmini düzgün başa düşmədiyi üçün Cavabdeh verdiyi pul məbləğini məhkəmə qətnaməsi rəsmi qaydada icra olunduqdan sonra geri qaytarmağı Cavabdeh tələb etdikdə o, pulunu ona qaytarmaqdan imtina edərək imtinasının arqumenti kimi bildirdi ki, Lahıc kənd tam orta məktəbinin direktoru kimi o da onunla bütün tədris ili üçün, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilə bağlamalı olduğu halda bunu etməmiş, müddətli müqavilənin müddəti əmək qanunvericiliyinə əsasən 1 (bir) ildən az müddətə bağlanılmalı deyil. Cavabdeh istinad etdiyi hallar əsassızdır, çünki qanunvericilikdə müddətli müqavilənin bağlanılmasına dair konkret olaraq hər-hansı bir müddət qoyulmayıb. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Cavabdeh bir neçə dəfə müraciət etmiş, borcu ödəməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir, lakin o, onun pulunu yenə də qaytarmaqdan imtina etmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçilar İddiaçı və X11 qizinin borcun tutulması tələbinə dair iddiaları tamamilə qanunsuz və əsassızdır. Onların hər ikisi şablon şəkildə iddia ərizəsində qeyd etmişlər ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)- 645/2024 saylı qətnaməsi iddiaçı Cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində tərəfimdən könüllü şəkildə icra olunarkən, (yəni məhkəmə qətnaməsi icraya yönəldilməmişdən mən bunu öz şəxsi vəsaitimlə etmişəm) hüquqi savadım olmadığına görə (QEYD: Bildirir ki, hüququ bilməmək məsuliyyətdən xilas etmir. Lakin onlar tamamilə yalan danışırlar. Əgər hüququ bilməsəydilər, heç yazılı akt tərtib edə bilməzdilər. İkincisi isə direktorlar akt tərtib edəndə yalnız olmamışlar, onların yanında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşımühasibat rəisi X5, mühasib X7 da iştirak etmişdir-məqsədləri vergidən yayınmaq olmuşdur-əgər bunlar vergidən yayınırsa demək ki, bunu rüşvət məqsədli vermişlər-o musiqi müəllimi olaraq bunu sonradan Bakıdan vəkillərlə əlaqə saxlayan zaman anlamışdır-qanunun məzmununa əsasən rüşvət verdiyini anlayan və bunu arzu edən şəxs onu geri tələb edə bilməz-cinayət məcəlləsinin kommentariyasi-cinayət hüququ dərsliyi) İddiaçı qeyd edir ki, iddiaçıya 1635 (bir min altı yüz otuz beş) manat məcburi iş buraxma müddəti üçün əmək haqqını nağd şəkildə ödəmişəm və tərəflər arasında tərtib olunmuş aktdakı imzalarla pulun verilməsi təsdiq olunub. Məhkəmə qətnaməsi icraya yönəldikdən sonra icraçının icraata başlama haqqında qərarına əsasən cavabdeh Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(075)-645/2024 saylı qətnaməsi iddiaçı Cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində icra olunaraq iddiaçının bank hesabına 1635 (bir min altı yüz otuz beş) manat əmək haqqı ödənilmişdir. Məcburi iş buraxma müddəti üçün əmək haqqının iddiaçıya ödənilməsində mən yanlışlığa yol verərək qətnamə rəsmi qaydada icraya yönəlmədən pulu öz aralarında şəxsi vəsaitindən nağd şəkildə Cavabdeh vermişdir. (nağdsız hesablaşmalar haqqında normalar pozulub). O, səhv ödəniş etdiyini sonradan başa düşmüşdür və Zaqatala rayon İcra və Probasiya şöbəsinə müraciət etdikdə ona bildiriblər ki, qətnaməyə əsasən pulun ödənilməsi rəsmi qaydada mühasibatlıq tərəfindən iddiaçının bank hesabına köçürülməlidir. Möhtərəm hakim Cavabdeh işdən azad olunması ilə bağlı həm məhkəməyə, həm də müxtəlif instansiyalara etdikləri şikayətlərdən sarsıldığı üçün, eyni zamanda qətnamənin icra mexanizmini düzgün başa düşmədiyi üçün ona pulu şəxsi vəsaitindən vermişdir. Onların qaldırdığı iddianın əsassızlığını o aşağıdakı formada əsaslandırır: 1) İddia ərizəsi borcun tutulması ilə bağlıdır. Ancaq bildirir ki, tərəflər arasında yazılı və şifahi hər hansı borc müqaviləsi mövcud deyil. Bildirir ki, o, həmin şəxslərdən borca pul almamışdır. 2) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29- cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Cavabdehlərin iddia ərizəsinə əlavə edilmiş yazılı aktdan görünür ki, məcburi işdən dayanmağa görə hesablanmış xalis əmək haqqı olaraq pul vəsaiti ödənilmişdir. Yəni, hazırki mübahisə edilən məbləğ borc deyil, ödənilməmiş əmək haqqıdır. Yəni, hazırki mübahisə əmək mübahisəsidir. Nə qədər ki, qarşı tərəf ilkin mediasiya sessiyasından keçməmişdir, məhkəmə onların iddialarını mümkün hesab edərək hazırda işə baxa bilməzdi. Daha sonra iddiaçılar mediasiya prosesindən keçərək yenidən məhkəməyə müraciət etmişlər. Lakin bu dəfə də səhvə yol vermişlər. belə ki, direktorlar əmək mübahisəsində onun qarşı tərəfi ola bilməzlər. İddiaçi yalnız Şəki-Zaqatala Regional Təhsil İdarəsi ola bilər. onun işə götürəni həmin idarədir. Direktorların ona qarşı əmək mübahisəsi qaldırmaq üçün subyektiv hüququ yoxdur. Hazırki iddia ərizələri hazırlıq iclasından geri qaytarılmalıdır. 3) Cavabdehlər iddia ərizəsində qeyd etmişdir ki, guya onun əmək haqqını şəxsi vəsaitləri hesabına ödəmişlər. Lakin həmin məbləğlərin onların şəxsi vəsaiti olmasına dair iddia ərizəsinə hər hansı bir sübut əlavə edə bilməmişlər. Əgər həmin vəsait onların şəxsi vəsaitidirsə bu yalnız bank hesabından çıxarış formasında ola bilər. Azərbaycanda məktəb direktorlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qanunla məhdudlaşdırılıb. X1 və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun məzmununa əsasən, dövlət təhsil müəssisələrinin rəhbər şəxslərinin kommersiya fəaliyyəti ilə məşğul olmalarına icazə verilmir. Bu məhdudiyyətlər dövlət təhsil müəssisələrinin direktorlarının yalnız təhsil fəaliyyəti ilə məşğul olmalarını və bu vəzifədən maddi maraq məqsədi ilə sui-istifadə edilməməsini təmin etmək üçündür. Əgər məktəb direktorları ona maaşını veribsə bunu rəsmi çıxarışla sübuta yetirməlidirlər. 4) Azərbaycan qanunvericiliyinə əsasən, dövlət müəssisələrində çalışan işçilərin sosial sığorta haqları və icbari tibbi sığortası işəgötürən tərəfindən ödənilməlidir. Həmçinin, dövlət müəssisələrində çalışan işçilərin gəlir vergisi də müvafiq qanunvericiliyə uyğun olaraq ödənilir. Dövlət müəssisələri işçilər üçün sosial sığorta haqlarını ödəmək məcburiyyətindədir. Bu ödənişlər işçilərin pensiya kapitalını toplamaq, müavinətlər, işsizlik sığortası və digər sosial təminat növləri üçün nəzərdə tutulur. 2020-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq edilir və dövlət müəssisələrində çalışan işçilər də bu sistemə cəlb olunurlar. Bundan başqa, dövlət müəssisələrində çalışan işçilərin əmək haqqından gəlir vergisi tutulur. Vergi Məcəlləsinə uyğun olaraq, işçilərin aylıq gəlirləri üzrə gəlir vergisi işəgötürən tərəfindən dövlət büdcəsinə ödənilməlidir. İndi sual yaranır. Məktəb direktorları ona əmək haqqını əlbəəl ödəməklə belə çıxır ki, sosial sığorta, icbari sığorta və vergidən yayınırdı? 5) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır...Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsindən görünür ki, hazırki mübahisə əmək mübahisəsi olduğundan məktəb direktorları - iddiaçılar İddiaçı X2 ona qarşı iddia qaldırmaq səlahiyyətləri yoxdur. Ona qarşı əmək haqqi ilə bağlı yalnız iddiaçi qismində işəgötürən Şəki-Zaqatala Regional Təhsil İdarəsi iddia qaldıra bilərdi. Mülki-prosessual Məcəllənin 259.0.13-cu maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda və 259.0.3-cü maddəsinə əsasən, ərizə buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlamalıdır. İş materiallarından açıq-aydın şəkildə görünür ki, əmək mübahisəsi ilə bağlı məktəb direktorlarının iddiaçı qismində əmək haqqı ilə bağlı ona iddia qaldırması tamamilə absurddur. AR MPM-nin 154.1. maddəsinə əsasən, işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Qeyd olunanlara əsasən, iddia ərizələrinə kəskin şəkildə etiraz edərək əmək mübahisəsi ilə bağlı iddiaçıların ona iddia qaldırmaq üçün subyektiv hüququ olmadığı üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını və geri qaytarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlərİddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş cavabdeh isə gələməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə baxışı iclasına İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İşin halları Şəki-Zaqatala Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Zaqatala Təhsil Sektorunun mərkəzləşdirilmiş mühasibatlığı tərəfindən Q. Qocayev adına Lahıc kənd tam orta məktəbi üzrə xx.xx.2023 - xx.xx.2023-cü il tarixləri üçün, 2023cü ilin oktyabr ayında 151.43 (bir yüz əlli bir manat 43 qəpik), 15 oktyabr 2023-cü il tarixindən 14 iyun 2024-cü il tarixədək olan dövr üçün oktyabr ayında məcburi iş buraxılmağına görə 2084.89 (iki min səksən dörd manat 89 qəpik), Bazar kənd tam orta məktəbi üzrə xx.xx.2023- xx.xx.2023-cü il tarixləri üçün 2023-cü ilin oktyabr ayında 151.43 (bir yüz əlli bir manat 43 qəpik), cəmi xalis əmək haqqı 2387.75 (iki min üç yüz səksən yeddi manat 75 qəpik) manat olmaqla büdcə hesabından Cavabdeh ******************** bank hesabına köçürülmüşdür. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-645/2024 saylı qətnaməsindən görünür ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli əmri ləğv edilsin, iddiaçı Cavabdeh Bazar kənd tam orta məktəbinə işə bərpa edilsin və iddiaçı Cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Lahıc Kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li əmri ləğv edilsin, iddiaçı Cavabdeh Lahıc Kənd tam orta məktəbinə işə bərpa edilsin və iddiaçı Cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. xx.xx.2024-cü ildə tərtib edilmiş aktdan görünür ki, İddiaçı tərəfindən 3719.72 manat məcburi işdən dayanmağına görə hesablanmış xalis əmək haqqının 1635 manat pul vəsaitini nağd şəkildə Cavabdeh verilmişdir. Akt 2085 manat təhvil verən S Bayramova, 1635 manat təhvil verən İddiaçı və həmin məbləğləri təhvil alan Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2024-c il tarixli Cavabdeh tərəfindən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdirinə ünvanlanmış ərizəsindən görünür ki, o, X6 tərəfindən ödəniləcək 2085 manat və İddiaçı tərəfindən ödənilməli olan 1635 manat vəsaitin əldən-ələ ödənilməsinə razılıq vermişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı qızı birtərəfli şəkildə ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://www.e-qanun.az/framework/46944 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-645/2024 saylı qətnaməsinə əsasən Şəki-Zaqatala Regional Təhsil İdarəsi Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli əmri ləğv edilərərk iddiaçı Cavabdeh Bazar kənd tam orta məktəbinə işə bərpa edilməli və iddiaçı Cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Lahıc Kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li əmri ləğv edilməli, iddiaçı Cavabdeh Lahıc Kənd tam orta məktəbinə işə bərpa edilməsi və iddiaçı Cavabdeh məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Həmin qətnamənin icrası olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Lahıc kənd tam orta məktəbi üzrə xx.xx.2023- 4.10.2023-cü il tarixləri üçün, 2023-cü ilin oktyabr ayında 151.43 (bir yüz əlli bir manat 43 qəpik), 15 oktyabr 2023-cü il tarixindən 14 iyun 2024-cü il tarixədək olan dövr üçün oktyabr ayında məcburi iş buraxılmağına görə 2084.89 (iki min səksən dörd manat 89 qəpik), Bazar kənd tam orta məktəbi üzrə xx.xx.2023- xx.xx.2023-cü il tarixləri üçün 2023-cü ilin oktyabr ayında 151.43 (bir yüz əlli bir manat 43 qəpik), cəmi xalis əmək haqqı 2387.75 (iki min üç yüz səksən yeddi manat 75 qəpik) manat olmaqla büdcə hesabından Cavabdeh bank hesabına köçürülmüşdür. İddiaçı Əhmədov X3 tam orta məktəbinin direktorudur. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh məcburi iş buraxma müddəti üçün 1635 manat nağd şəkildə ödəniş edilmişdir. Cavabdeh da həmin məbləğin nağd şəkildə ödənməsinə etiraz etməməsi barədə yazılı razılıq vermişdir. Məhkəmə hesab edir ki, iddia tələb əsaslıdır. Belə ki, göründüyü kimi Cavabdeh iddiaçı tərəfindən mülkiyyətində olan 1635 manat vəsaitin könüllü olaraq verilməsinə baxmayaraq, həmin vəsait məhz Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-645/2024 saylı qətnaməsinin icrası ilə əlaqədar, yəni, qətnamə ilə qət edilmiş və cavabdehə ödənilməli olan məcburi iş buraxma müddəti üçün əmək haqqının əvəzi olaraq verilmişdir. Cavabdeh Şəki-Zaqatala Regional Təhsil İdarəsindən də Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-645/2024 saylı qətnaməsi ilə qət edilmiş, məcburi iş buraxma müddəti üçün əmək haqqının əvəzini almışdır. Mülki Məcəllənin 1091-ci maddəsi ilə 1092-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, 1091.1-ci maddədə göstərilən “başqa şəxsin hesabına əmlak əldə etsin” ifadəsi hərfi məna daşımır və varlanmış şəxsin əldə etdiyi əmlak bilavasitə məhrum olana məxsus olmuş əmlak olmalıdır. Göründüyü kimi, Cavabdeh əldə etdiyi pul, onun öz mülkiyyətində olmayan və hər hansı hüquqi əsas olmadan əldə etdiyi, iddiaçının mülkiyyətində olan pul vəsaiti olmuşdur. Məhkəmə hesab edir ki, 1635 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh əsassız varlanmış şəxs olduğundan iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı na verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 1635 (bir min altı yüz otuz beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh 60 (altmış manat) manat mediasiya xərci İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar