Məhkəmə qərarları › İş №e-2(033)-40/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-40/2023

16.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-40/2023 16.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun Cavabdeh2 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsi” tələbinə və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu cavabdehlər Cavabdeh2 və X3 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X2 azyaşlı uşaqlar X8 və X9 ilə birlikdə Zaqatala rayonu Göyəm kəndində yerləşən, xüsusi mülkiyyətimdə olan, 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 3.600 manat (36 ay X 100 manat) kompensasiya verməklə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia məhkəmənin icratına qəbul edilmiş və e-2 (033)-1120/2022 sayla qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və X2 Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha torpaq sahəsindən və üzərindəki mövcud tikilidən kompensasiya verilmədən çıxarılmalarına dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-19/2019 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən- tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş, həmin qətnamə AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-4520/2020 saylı qərarı ilə qüvvədə saxlanmışdır. Beləlikə, məhkəmə cavabdehlərə xüsusi mülkiyyətində olan torpaq sahəsində mövcud tikilidə dolayısı ilə yaşamaq hüququ vermişdir. Məhkəmənin qətnaməsi ilə tərəflərin arasındakı müdahisə həll edilməmiş, əksinə daha da mürəkkəb vəziyyət yaranmışdır. Tikili yerləşən torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Tikiliyə isə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da buna “gözlənti” hüququ ona məxsusdur. Məhkəmə qətnaməsinə görə cavabdehlər xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılsa da üzərindəki tikiliən çıxarılmamalıdırlar. Başqa sözlə cavabdehlər onun mülkiyyətindəki torpaqdan keçməklə üzərindəki, onun sahibliyində və qanuni istifadəsində olan tikilidə onunla bərabər yaşamalıdırlar. Həmçinin tərəfin torpaq sahəsindən keçməsinə etiraz etdikdə, bu servitut verilməsi ilə bağlı daha bir yeni məhkəmə mübahisəsinin başlanması üçün əsas yaratmış olacaqdır. Mövcud məhkəmə qətnaməsi ilə tərəflərin arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı mübahisə həll edilməmiş, qeyd etdiyi kimi daha mürəkkəb vəziyyətə gətirilmişdir. Hesab edir ki, hazırkı mübahisə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi, tərəflərin qanuni mənafeləri nəzərə alınmaqla, ədalətlə həll edilməlidir. Cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsindən və onun istifadəsində və sahibliyində olan tikilidən çıxarılmalarını (kompensasiya verilmədən) məhkəmə qismən-tikili ilə bağlı qəbul etməmişdir. Cavabdehlərin tikilidə yaşamaq imkanı onun mülkiyyət hüququ ilə eyniləşdirilməməlidir. Hazırda aralarındakı mübahisəni nəhayət və birdəfəlik həll etmək üçün, mülkiyyətçi hüququndan istifadə istifadə edərək, cavabdehlərin yaşayış sahəsinə ehtiyacları olmasa da kompensasiya verməklə məhkəmə tərəfindən tanınmış hüquqlarına xitam verilməsi qərarına gəlmişdir. Kompensasiya ifadəsinin hərfi mənası “əvəz” kimi başa düşülür. Hüquqi mənası da hərfi mənasına uyğundur. Kompensasiya hüququn əvəzi kimi verilə bilər. İstifadə hüququ subyektiv hüquq olaraq bir davranış imkanıdır, ona görə də hüququn kompensasiyası deyiləndə “imkanın əvəzləşdirilməsi” başa düşülür. Əvvəlcə “imkan” müəyyənləşdirilməlidir. “İmkan” müxtəlif amillərlə müəyyənləşdirilir: mənzildə istifadəçiyə xas olmuş şərait və s. Bundan sonra “imkana” uyğun olan “əvəz” müəyyənləşdirilməlidir. “Əvəz” də müxtəlif amillərlə müəyyənləşdirilir; mənzil bazarındakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, istifadəçinin özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s. Tərəfindən mütəxəssisə müraciət edilmiş və müvafiq rəy alınmışdır. Rəyə görə mübahisəli tikilinin bazar dəyəri 32.800 manat (torpaq sahəsi ilə birlikdə), oxşar yaşayış sahəsinin həmin ərazidə kirayə haqqı isə 100,0 manat təşkil edir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlib. Belə ki, yaşayış sahəsindən başqa şəxsin istifadə hüququnun olması əmlakın yüklülüyü deməkdir, əmlakını yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. O, mülkiyyətçi olaraq “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək, üçüncü şəxslərin hüquqlarından azad etmək istəyir. AR MM-nin 228.2 maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. AR Konstitusiyasının 29.3 və MM-nin 152.1 maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırda o, mülkiyyət hüququnu həyata keçirə bilmir. Məqsədi xüsusi mülkiyyətdə olan əmlakını kənar müdaxilədən müdafiə etməkdir. Buna onun hüquqi ixtiyarı vardır. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. AİHM-nin Broniovski Polşaya qarşı (xx.xx.2004-cü il tarixli), Skordinio İtaliyaya qarşı (xx.xx.2006-cı il tarixli) Qərarlarında göstərmişdir ki, Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vəsatətlərlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi barədə qətnamə qəbul xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia məhkəmənin icratına qəbul edilmiş və e-2(033)-681/2022 sayla qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4, X12, X10 və X5 ümumi birgə mülkiyyətində Zaqatala rayonu Göyəm kəndində 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Qeyd olunan torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 saylı qərarına əsasən yuxarıda adları çəkilən şəxslərin ümumi birgə mülkiyyətinə verilmiş və onların qeyd olunan torpaq sahəsi üzərində hüquqları 19 may 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsində 2001-ci ildə özbaşına tikili inşa olunmuşdur. İddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlu qeyd olunan torpaq sahəsini və üzərində yerləşən özbaşına tikilini (inşaat materialı kimi qiymətləndirərək) 2003-cü ildən yuxarıda adı çəkilən şəxslərdən almışdır. Lakin, qeyd olunan vaxt torpağın sənədi olmadığı üçün həmin şəxslərlə aralarında rəsmi notarial müqavilə 04 oktyabr 2017-ci il tarixdə bağlanmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun hüquqları 07 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. X4, X12, X10, X11, o cümlədən, Cavabdeh2 04 oktyabr 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması tələbi ilə Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsində iddia qaldırmış, lakin, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(033)-138/2018 iş nömrəli qətnaməsi ilə iddia əsassız olduğu üçün təmin olunmamış və iş üzrə iddiaçılar X4, X12, X10, X11 bununla razılaşmışlar. Bununla belə Cavabdeh2, torpaq sahəsinin mülkiyyətçiləri olan X4, X12, X10, X5 razılığı və xəbəri olmadan onların imzalarını saxtalaşdırmaqla apellyasiya şikayəti tərtib etmiş və həmin şikayəti Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsində işin baxılması mərhələsində, torpaq sahəsinin mülkiyyətçiləri olan X4, X12, X10, X11 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək imzalarının saxtalaşdırıldığını, həmin imzaların onlara məxsus olmadığını bildirmişdirlər. Bundan sonra Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi 04 iyul 2018-ci il tarixli, 2(107)1345/2018 saylı qərardadı ilə X4, X12, X10 və X6 münasibətdə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Hazırki iş üzrə iddiaçı Cavabdeh2 münasibətdə isə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(107)-1345/2018 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(033)-138/2018 iş nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(107)-1345/2018 saylı qətnaməsindən hazırki iş üzrə Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmiş, lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(102)-8583/2018 iş nömrəli qərarı ilə torpaq sahəsinin qanuni əsaslarla onun mülkiyyətinə keçdiyini nəzərə alaraq kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(107)- 1345/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətində (səh.-2, abz.-6), Cavabdeh2 qeyd edir ki, onda olan məlumata görə onun keçmiş əri Cavabdeh1 adlı şəxs həmin torpaq sahəsini onlar evlənməmişdən 2 il əvvəl almış və orada fərdi yaşayış evi inşa etmişdir. Evin divarları və damı hazır olsa da, içinin təmir işləri Cavabdeh1 birgə nikahda olduqları dövürdə həyata keçirilmişdir. İddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun hazırki iddiayla məhkəməyə müraciət etməsinin səbəbi, mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi ilə bağlıdır. Belə ki, həmin tikili iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə maneçilik törədir. Həmçinin qeyd olunan tikili inşaat norma və qaydalarına uyğun olmamaqla yanaşı, ətrafdakılar üçün təhlükəlidir. Belə ki, həmin tikili istənilən vaxt orada olan şəxslərin üzərinə aşa bilər. İddia ərizəsinə əlavə edilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan da göründüyü kimi, iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha torpaq sahəsinin təyinatı – kənd təsərrüfatı, məqsədli istifadə növü isə - çoxillik əkmələrdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10.1-ci madddəsinə əsasəb, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Həmin Məcəllənini 12.1ci maddəsinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənini 12.3-cü maddəsinə əsasən, kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin Məcəllənini 12.4-cü maddəsinə əsasən, kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmin Məcəllənini 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənini 13.2-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Azərbaycan Respublikasının Mulki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənini 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mulki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya ücüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüuquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində gostərilir ki, mülkiyyətci hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Repsublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Repsublikasının Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin normaların mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətlərinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrı-seçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl vurmuş olardı. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il Qərarında götərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakcısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri uzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş huquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya muddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrubəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə «Marks Belcikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir» Məhkəmə «Sporronq və Lonnpot İsvecə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata kecirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı iş uzrə» 27 sentyabr 2007-ci il tarixli qərarının 39, 40, 41-ci bəndlərində göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəcinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması ucun kifayət qədər əsaslıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində deyilir ki, «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə, işinin ədalətli raşdırılması hüququna malikdir». “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın Protokolunun (Protokol (qeyri-rəsmi olaraq) 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsində deyilir ki, «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Həmin maddənin İİ hissəsində qeyd olunur ki, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-163/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. İş məhkəmədə baxıldığı vaxt iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh2 azyaşlı uşaqları: X8 və X9 ilə birlikdə Zaqatala rayonu Göyəm kəndində, xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4500 manat kompensasiya verməklə xitam edilməsinə, Zaqatala rayonu Göyəm kəndində, xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsinə dair ərizədə göstərilmişdir ki, Cavabdeh2 və qeyrilərinə qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsinə dair” iddia ərizəsi icraatdadır. Həmçinin buna qədər onun Cavabdeh2 və Cavabdeh1 qarşı verdiyi “özbaşına tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi də bir icraatda birləşdirilmişdir. Hazırda hər iki iddia ərizəsi üzrə vahid ərizə ilə tələblərində dəqiqləşdirmə etmək zərürəti yaranmışdır. Əvvəlcə bir icraatda birləşdirilmiş sonrakı iddia ərizəsində tələbi üzrə cavabdeh olmayan şəxs Gülarə Zamanova da cavabdeh kimi göstərilmişdir, işin faktiki halından və Aşağl Tala kənd icra nümayəndəsinin arayışından da görünür ki, cavabdeh Gülarə Zamanova yaşayış yeri üzrə həmin kənddə qeydiyyata alınmışdır. Bundan başqa cavabdeh Gülarə Zamanovanın onun torpaq sahəsindəki tikiliyə hər hansı bir hüququ məhkəmə tərəfindən tanınmamış, yaxud həmin tikiliyə köçürülməsinə dair məhkəmə sənədi mövcud deyil. Hesab edir ki, onun tələbi üzrə Gülarə Zamanova cavabdeh deyil və cavabdehlər siyahısından çıxarılmalıdır. Odur ki, “xüsusi mülkiyyətdə olan torpaq sahəsində mövcud tikilidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsinə dair” tələbi üzrə Cavabdeh2 (azyaşlı uşaqları ilə birlikdə) cavabdeh olması nəzərə alınmalıdır. Bundan başqa, xüsusi mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmək istəyir. Həmin torpaq sahəsini təyinatı üzrə istifadə etməməsinin məsulyyəti ona izah edilmişdir. AR İXM-nin 247.2 maddəsinə görə Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xəta, yəni torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Ona görə də Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə həmin özbaşına tikilidə yaşamasının əvəzi kimi kompensasiya verir ki, onların həmin tikilidəki şəraitə uyğun başqa yerdə müəyyən müddət, davamlı yaşamaları təmin edilsin və o, da mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki tikilini söküb torpağı təyinatı üzrə istifadə edə bilsin. Hesab edir ki, AR Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüququnun həyata küçirilməsindəki maneələr məhkəmə qaydasında aradan qaldırılmalıdır. Həmçinin Cavabdeh2 adına Zaqatala rayonu ərazisində xüsusi mülkiyyət hüququ üzrə 0,26 ha və 0,04 ha torpaq sahələri olmasını məhkəmənin nəzərinə çatdırır. Bundan başqa, Cavabdeh2 sürdüyü həyat tərzi səbəbindən onunla birgə yaşayışın mümkünsiz olması da nəzərə alınmalıdır. Bundan başqa iddia ərizəsində cavabdeh Gülarə Zamanovanın çıxarılmasını qeyd etmiş, lakin təklif etdiyi kompensasiyanın məbləğini azaltmır. Təklif etdiyi məbləğin bazar qiymətinə uyğunluğu ekspert rəyi ilə təsdiq edilsə də, Cavabdeh2 ilə aralarındakı mübahisənin həll edilməsi naminə, onunla birgə yaşayışın mümkünsüzlüyünü nəzərə alıb kompensasiyanın məbləğini qismən artırıb 3 illik müddət üçün hər aya təklif etdiyi 100 manat məbləğini 125 manata artırır və beləliklə kompensasiyanın məbləğini 4.500 manat təklif edir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh yüngül həyat tərzi keçirir. Bununla əlaqədar inzibati məsuliyyətə cəlb edilsə də öz hərəkətlərindən əl çəkmir. Doğma övladlarını başlı-başına buraxıb gedir. Kənd sakinləri buna görə ondan cavabdehi oradan çıxarmasını tələb etmişlər, əks halda əxlaqsız yuvası saxlaması ilə bağlı onun özündən şikayət edəcəklərini bildirmişlər. And aman edib, kənd sakinlərini cavabdehin orada onun iradəsinin ziddinə yaşadığına inandırmış və sakinlər cavabdehin hərəktərindən müxtəlif orqanlara şikayətlər etmişlər. Lakin həmin orqanlar da, cavabdehin islah olunmasına nail olmadıqlarından, kənd sakinləri şikayətlərinin onun cavabdehə himayədarlığı səbəbindən həll edilmədiyini düşünüb, onunla doğru dürüst münasibət belə saxlamaq istəmirlər. Cavabdehin həyat tərzinə bələd olan şəxslər, öz aralarında cavabdehin ünvanını onun sahəsi olaraq tanıdırlar. Cavabdehi harda axtarsalar da, onun topağında tapa biləcəklərini söyləyirlər. Cavabdehi üzdən tanımayanlar isə torpağında gördükləri şəxsləri cavabdeh və ya onun yanına gələn şəxslər saydığından qohum qardaş, ailə üzvləri mülkiyyətində olan torpaq sahəsində nəinki işləyə bilmir, heç ora gedib gələ bilmirlər. Mülkiyyətindən faktiki məhrum olmuş vəziyyətdədir və nəqər ki, cavabdeh onun torpaq sahəsindəki tikilidə yaşayır, torpaq sahəsindən təyinatı üzrə istifadəsi imkansızdır. Hətta fəhlə kimi işə cəlb etmək istədiyi kişilər belə ailələrində söz-söhbət yaranacağı qorxusundan onun torpaq sahəsinə ayaq basmaq istəmirlər. Özbaşına tikinti torpaq sahəsinin bir hissəsini tutur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı mübahisələndirilən torpaq sahəsində yerləşən tikiliyə görə mülkiyyətini təsdiq edən sənədi yoxdur. Cavabdeh2 uşaqları ilə birlikdə iddiaçının mübahisələndirdiyi torpaq sahəsində yerləşən tikiliyə məhkəmə qərarı əsasında köçürülmüşdür. İddiaçının iddianı vermək üçün subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək üzürlü səbəblərə görə növbəti məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunda əks olunmuş izahatından görünür ki, həmin iclasda iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul edərək göstərmişdir ki, Cavabdeh2 onun keçmiş arvadı olmuşdur və onunla birgə nikahdan doğulmuş uşaqları X8 və X9 məhkəmə qərarına əsasən Cavabdeh2 himayəsinə verilmişdir. Mübahisələndirilən tikili və həmin tikilinin yerləşdiyi torpaq sahəsi atası tərəfindən İddiaçı 2006-cı ildə satılmışdır. Atası 2010-cu ildə İddiaçı xahiş etmişdir ki, o və Cavabdeh2 həmin tikilidə hər ay 100 manat verməklə kirayədə qalsınlar. İddiaçı buna razılaşmış və onlar həmin tikiliyə köçüb yaşamağa başlamışlar. İddiaçı onların ödəyə bilmədikləri kirayə haqqını da onlara bağışlamışdır. O, iddiaçıya məxsus tikilinin sökülməsinə etiraz etmir. Göztərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar İş materiallarına əlavə edilmiş seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr məqsədli 0,1290 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Yüzbaşıyev Arif Soltanmacid oğluna məxsusdur. İş materiallarına surəti əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və X1 RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları və iddiaçı Yüzbaşıyev Arif Soltanmacid oğlunun dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. İş materiallarına surəti əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-291/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və X2 Göyəm kəndində yerləşən torpaq sahəsinin üzərində olan tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh2 uzun müddət yaşadığı, həmin evin torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə cavabdehlərin həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə inşa edilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu hətta qəbul etmişdir. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(102)-4520/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş həmin qərarında şərh edilən mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 uzun müddət yaşadığı, həmin evin torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə cavabdehlərin həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə inşa edilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu hətta qəbul etmişdir. iddiaçı Arif Yüzbaşıyevin cavabdehin çıxarılmasını tələb etdiyi tikiliyə əşya hüququnu əldə etməsini sübuta yetirə bilməmişdir. Məhkəmələrin qanuni qüvvəyə minmiş yekun aktları ilə müəyyən edilmişdir ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən iddiaçı Arif Yüzbaşıyevin mülkiyyətində olan 0,1290 ha kənd təsərrüfatlı torpaq sahəsindəki tikili orada daimi yaşamış iddiaçının, onun uşaqlarının yaşayış yeridir, eləcə də iddiaçı Arif Yüzbaşıyevin mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqları əmələ gəlməmişdir. İş materiallarına surəti əlavə edilmiş "xxxx" MMC-nin FY 12-015/22 saylı xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən yaşayış sahələrinin kirayə dəyəri aylıq 100 manat təşkil edir. İş materiallarına surəti əlavə edilmiş Zaqatala Ravonu İcra Hakimiyyətinin Başçısına ünvanladıqları birgə ərizələrində Zaqatala rayonu Göyəm kənd sakinləri, Cavabdeh2 yüngül həyat tərzi keçirdiyini, gecə gec saatlarda uşaqlarını evdə tək qoyduğunu, kənd camaatı olaraq çox narahat olduqlarını qeyd edərək Cavabdeh2yla bağlı qanuni tədbir görülməsini və uşaqların taleyi barədə məşğul olması üçün Qəyyumluq və Himayəçilik komissiyasına tapşırıq verilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsində (fahişəliklə məşqul olma) nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları (həyətyanı) təyinatlı 0,2609 ha torpaq sahəsi 6/30 hissə X13, 6/30 hissə X7, 6/30 hissə X15, 6/30 hissə Cavabdeh2, 6/30 hissə X3 məxsus olmaqla paylı mülkiyyətdədir. İş materiallarına surəti əlavə edilmiş Cavabdeh1 tərəfindən 09 mart 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, 2006-cı ildə mərhum atası torpaq sahəsini və evi İddiaçı satarkən Cavabdeh2 nə onu nə də İddiaçı tanımışdır. 2010-cu ildə atasının xahişi ilə aldığı evə kirayəçi kimi (ayı 100 manat) köçmüşlər və sonra ödənilməmiş kirayə haqqını İddiaçı onlara bağışlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 13-cü maddəsinin 2-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. 34-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaqların mühafizəsi onlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və digər tədbirlər sistemindən ibarətdir. 80-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin hüquqları aşağıdakılardır: torpaqdan müstəqil təsərrüfatçılıq əsasında istifadə etmək; öz torpaq sahəsində olan meşə örtüyündən, geniş yayılmış faydalı qazıntılardan və su ehtiyatlarından təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə etmək; torpağın itirilmiş təbii münbitliyinin bərpası və digər səbəblərlə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən əkin dövriyyəsindən müvəqqəti çıxarılan (dincə qoyulan) torpaq sahələrinə görə əvəz almaq; torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək; torpağın geri alındığı və torpaq sahəsindən könüllü imtina edildiyi hallarda torpağın keyfiyyətinin yaxşılaşdırılmasına çəkilən xərclərin əvəzini, torpağın bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan qaydada hesablanmış dəyərini və ya onun naturada əvəzini almaq; qanunvericilikdə müəyyən edilmiş qaydada yerquruluşu layihələrinə və təbiəti mühafizə tələblərinə uyğun olaraq, torpaq sahələrində meliorasiya işləri aparmaq, gölməçələr və digər sututarlar yaratmaq; bu Məcəllə və digər normativhüquqi aktlarla müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini istifadəyə və ya icarəyə vermək; qanunvericilikdə müəyyən olunmuş qaydada torpağı satmaq, bağışlamaq, dəyişmək, girov (ipotekaya) qoymaq, nizamnamə (pay) fonduna, habelə vərəsəliyə və irsən vermək və onunla əlaqədar qanunvericiliklə qadağan edilməmiş digər əqdlər bağlamaq və fəaliyyətlə məşğul olmaq. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 6.1.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi inzibati xəta hesab olunur. 251.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsi inzibati xəta hesab olunur. “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nın 1.6-cı bəndinin 7-ci abzasına əsasən ərzaq təhlükəsizliyi Azərbaycan Respublikası üçün çox əhəmiyyətli olduğundan bu istiqamətdə aparılan siyasət əsasən yaranmış potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilmişdir. İstehsalın səviyyəsinin artması idxal olunan məhsulları yerli məhsullarla əvəz etməyə, pambıq, tütün, barama, tərəvəz və bir sıra digər kənd təsərrüfatı məhsullarının istehsalını çoxaltmağa, ümumi ticarət balansını yaxşılaşdırmağa və kənd yerlərində məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan yaradır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci bəndinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 20.1.6-cı bəndinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr məqsədli 0,1290 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi üzərində özbaşına tikili inşa edilmiş və Cavabdeh2 orada yaşayır. Tikilinin mövcudluğu və cavabdehin orada yaşaması səbəbindən torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi mümkün deyil. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 özünün mülkiyyətində Zaqatala rayonu Aşağı Tala kəndində 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Eləcə də Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları (həyətyanı) təyinatlı 0,2609 ha torpaq sahəsi hər birinə 6/30 hissə olmaqla digər mülkiyyətçilərlə birgə onun paylı mülkiyyətindədir. Cavabdeh2 həmin torpaq sahəsini təyinatı üzrə istifadə etməklə mənzil hüququnu təmin etmək imkanı mövcuddur. Zaqatala rayonu Göyəm kəndində yerləşən yaşayış sahələrinin kirayə dəyəri isə aylıq 100 manat təşkil edir. İddiaçı, Cavabdeh2 iki azyaşlı uşağı ilə birlikdə xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən özbaşına tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4500 manat kompensasiya verməklə xitam verilməsini və həmin tikilinin sökülməsini tələb edir. Tələbini o cümlədən cavabdehin yüngül həyat tərzi keçirməsi, bununla əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi, cavabdehi üzdən tanımayanların onun torpağında gördükləri şəxsləri cavabdeh və ya onun yanına gələn şəxslər saydığından torpaq sahəsindən təyinatı üzrə istifadə üçün işlərin aparılmasına işçi qüvvəsi cəlb edə bilməməsi, özbaşına tikintinin torpaq sahəsinin bir hissəsini tutması ilə əsaslandırmışdır. Yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsində (fahişəliklə məşqul olma) nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Zaqatala rayonu Göyəm kənd sakinləri, cavabdehin yüngül həyat tərzi keçirdiyini, gecə gec saatlarda uşaqlarını evdə tək qoyduğunu kənd camaatı olaraq çox narahat olduqlarını qeyd edərək cavabdehlə bağlı qanuni tədbir görülməsini və uşaqların taleyi barədə məşğul olması üçün Qəyyumluq və Himayəçilik komissiyasına tapşırıq verilməsini Zaqatala Ravonu İcra Hakimiyyətinin Başçısından xahiş etmişlər. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, kompensasiya, torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi məqsədi ilə tikintinin sökülməsi üçün təklif edildiyindən mübahisə həll edilərkən ilk öncə tikintinin sökülməli olub-olmaması və iddiaçının tikintini sökmək səlahiyyətinin olub-olmaması məsələsi həll edilməlidir. Məhkəmə tikintinin mövcudluğunun müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan kənd təsərrüfatı təyinatlı torpağı faktiki olaraq qeyri-kənd təsərrüfatı məqsədili kateqoriyaya çevirdiyini, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi və kateqoriyasının dəyişdirilməsinin isə qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olduğunu, torpaqdan səmərəli istifadə edilməsinə maneə yaratdığını, Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyini təmin etməli olan torpaq ehtiyatlarından istifadənin səmərəsinin yüksəldilməsinə, istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına maneə törətdiyini, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən istifadə edilməməsinin mülkiyyətçi hüquqlarına xitam verilməsinə əsas olduğunu, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırıla biləcəyini, mülkiyyətçisinin torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə torpaq sahədəsindəki binaları və qurğuları uçurmaq səlahiyyətinin olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, özbaşına tikinti hər bir halda sökülməlidir və iddiaçının qeyd edilən özbaşına tikintinin sökülməsini tələb etmək səlahiyyəti var. Lakin cavabdehin və onun uşaqlarının yaşayış yeri sayılan bu tikintinin söküntüsü elə aparılmalıdır ki, onların söküntünü aparan şəxsin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanları olsun. Belə ki, məhkəmə tələbin özbaşına tikintidə yaşamaq hüququna kompensasiya verməklə xitam verilməsinə dair hissəsi üzrə onu qeyd edir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş yekun aktları ilə müəyyən edilmişdir ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən iddiaçı Arif Yüzbaşıyevin mülkiyyətində olan 0,1290 ha kənd təsərrüfatlı torpaq sahəsindəki tikili orada daimi yaşamış iddiaçının, onun uşaqlarının yaşayış yeridir, eləcə də iddiaçı Arif Yüzbaşıyevin mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqları əmələ gəlməmişdir. Cavabdeh2 da təklif olunan kompensasiyanın miqdarını mübahisələndirməmiş, iddiaya etirazını iddiaçının hazırkı tələblərlə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması ilə əsaslandırmış və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, qanunvericiliyin kompensasiya ödəmək öhdəliyini mülkiyyətçi olmayan şəxslərə də aid etdiyini nəzərə alaraq, məhkəmələrin qanuni qüvvəyə minmiş yekun aktları ilə iddiaçı Arif Yüzbaşıyevin mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqlarının əmələ gəlmədiyinə dair müəyyən edilənləri hazırkı tələbin rədd edilməsinə əsas saymır. İlk öncə, yerləşdiyi torpaq sahəsinin təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı olduğu üçün özbaşına tikintinyə hər hansı şəxsin o cümlədən iddiaçının mülkiyyət hüququnun əmələ gəlməsi gözlənilən deyil. Belə olan halda iddiaçının tikintiyə mülkiyyətçi hüququnun olmaması əsası ilə iddianın həmin hissədə rədd edilməsi, cavabdehi yaşayış yerindən əvəzləşdirilmən məhrum edir. İddianın bütövlükdə rədd edilməsi isə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən daimi olaraq məqsədli təyinatına uyğun deyil başqa məqsədlər üçün istifadə edilməsinə və müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan kateqoriyasının dəyişdirilməsinə səbəb olmaqla yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə ziddir. Bundan başqa, torpaqları dövlət ehtiyacları üçün alan orqan da mülkiyyətçi olmadığı halda, qanun alınmanın təsirinə məruz qalan şəxslərə, torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini onun üzərinə qoymuşdur. İndiki halda da iddiaçı, mülkiyyətində olan torpaqdan təyinatı üzrə istifadə edə bilməsi üçün məhkəmələrin özbaşına tikintini yaşayış yeri saydığı cavabdehə kompensasiya təklif edir. Eyni zamanda, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının mülkiyyətindəki təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı olan torpaq sahəsindəki heç vaxt mülkiyyətçi hüququ əldə etməyəcəyi özbaşına tikinti cavabdehin yaşayış yeri sayılırsa, iddiaçının eyni şərtlər daxilində kompensasiya təklif etmək hüququ vardır. Bu yanaşmanın əksi, yəni tikintinin özbaşına olmasına əsaslanmaqla iddianın cavabdehin istifadə hüququ üçün iddiaçının kompensasiya təklif etmək səlahiyyətinin yaranmaması əsası ilə rədd edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. İş üzrə sübutlarla Cavabdeh1 Zaqatala rayonu Göyəm kəndində iddiaçının xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsindəki özbaşına tikilinin sökülməsində iddiaçıya hər hansı maneə törətməsi təsdiq edilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2007-ci il Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, təklif olunan kompensasiya cavabdehin azyaşlı uşaqları ilə birgə davamlı surətdə və müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olduğundan, eləcə də onun özünün mülkiyyətində mənzil hüququnu təmin edəcək həyətyanı sahə olduğundan, ona 4500 manat kompensasiya ödənilməklə cavabdehin azyaşlı uşaqları ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, tikintinin mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan kənd təsərrüfatı təyinatlı torpağı faktiki olaraq qeyrikənd təsərrüfatı məqsədili kateqoriyaya çevirdiyindən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi və kateqoriyasının dəyişdirilməsinin isə qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olduğundan, torpaqdan səmərəli istifadə edilməsinə maneə yaratdığından, Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyini təmin etməli olan torpaq ehtiyatlarından istifadənin səmərəsinin yüksəldilməsinə, istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına maneə törətdiyindən, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən istifadə edilməməsinin mülkiyyətçi hüquqlarına xitam verilməsinə əsas olduğundan, iddiaçının torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə torpaq sahədəsindəki binaları və qurğuları uçurmaq səlahiyyəti olduğundan, Zaqatala rayonu Göyəm kəndində iddiaçının xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşməklə onun maraqlarına toxunan özbaşına tikili sökülməlidir. Məhkəmə bununla yanaşı onu qeyd etməyi zəruri sayır ki, iş üzrə sübutlarla Cavabdeh1 Zaqatala rayonu Göyəm kəndində iddiaçının xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsindəki özbaşına tikilinin sökülməsində iddiaçıya hər hansı maneə törətməsi təsdiq edilmədiyindən iddia tələbi ona münasibətdə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh2 azyaşlı uşaqları X8 və X9 ilə birlikdə iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun Zaqatala rayonu Göyəm kəndində xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4500 manat kompensasiya ödənilməklə xitam verilsin. Zaqatala rayonu Göyəm kəndində iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun xüsusi mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı 0,1290 ha torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikili sökülsün. İddia Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar