Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-411/2023 06.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçılar X10 və Abdurahmanova (Cəlilova) Şahnaz Ramazan qızının, Cavabdeh Zaqatala rayonu Gözbarax Bələdiyyəsinin nümayəndəsi X5, Üçüncü şəxs Maraqlı şəxs2 və onun vəkili Vəkil iştirakı ilə İddiaçılar X10 və Abdurahmanova (Cəlilova) Şahnaz Ramazan qızının cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və X9, üçüncü şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçılar X10 və Abdurahmanova (Cəlilova) Şahnaz Ramazan qızının cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və X9, üçüncü şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları X21 tərəfindən özünə məxsus evin mərhum qardaşları X11 bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ataları X12 1963-cü ildə, anaları X21 isə 15 iyun 2010-cu il tarixdə vəfat etmişdir. Valideynlərinə məxsus kolxozçu təsərrüfatında onların beş uşağı olmuşdur. Onların hal-hazırda ayrıca təsərrüfatları olmaqla başqa yerdə yaşayırlar. Ailələri valideynlərindən, iki qardaşdan və üç bacıdan ibarət olmuşdur. Ataları vəfat etdikdən sonra təsərrüfatda iddiaçı Hürü Cəlilova və mərhum anaları olmuş və təsərrüfat başçısı da o olmuşdur. Qardaş və bacılarının ayrıca təsərrüfatları olmaqla təsərrüfatdan çıxmışlar, yalnız qardaşı X19 1986-ci ildən Rusiyada yaşamış və RF vətəndaşı olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikası MM-də ciddi dəyişikliklər olmuşdur. Kolxozçu həyəti ümumi paylı mülkiyyət kimi əvəz edilmişdir. Atalarının ölümündən sonra təsərrüfatda tək anaları qalmış və əvvəlki həyətyanı torpaq sahəsi və orada olan əmlak ümumi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Lakin Rusiya Federasiyasında yaşayan və oranın vətəndaşı olan qardaşları X19 RF-dən gələrək analarının ağır maddi vəziyyətə düşməsi nəticəsində ona məxsus ümumi əmlakı ələ keçirmək üçün ona hədə-qorxu gələrək notariat kontoruna aparmış və orada bağışlanma müqaviləsi ilə evi ona bağışlamışdır. Həmin dövrdə anaları çox yaşlı olduğu üçün öz hərəkətlərinin nəticəsini görmək iqtidarına malik olmamış və analarına daim nəzarət edən də onun qızları olmuşdur. Mərhum qardaşları bağışlama müqaviləsini saxta yolla həyata keçirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-342-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Bundan başqa, cavabdeh analarının ölümündən sonra Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.4-cü maddəsinin tələblərini pozmuş və xarici vətəndaş kimi Qanunvericiliyə uyğun olaraq 1 il müddətində özgəninkiləşdirilməli olduğu halda buna əhəmiyyət verməmiş və 02 oktyabr 2013-cü ildə mərhum analarından miras qalmış həmin evi bacılarının oğlu Maraqlı şəxs1 vəsiyyət etmişdir. Beləliklə, ümumi mülkiyyət hüququ əsasında analarına məxsus ev saxtakarlıq yolu ilə əllərindən alınmışdır. Qardaşları daim RF-də yaşamış və hərdənbir ildə bir dəfə kəndə gəlmiş və bir neçə gündən sonra isə çıxıb RF-yə getmişdir. 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində onlara məxsus həmin ev dağıldığı üçün FHN-nin qərarı ilə onun yerinə 3 otaqlı ev inşa edilmişdir. Qardaşları 2007-ci ildə qayıtmazdan bir ay əvvəl Qustamısova Tatyana adlı bir qadınla rəsmi nigaha girmiş və həmin qadın 2018-ci ildə qardaşları vəfat etdikdən sonra evin sənədlərini öz adına rəsmləşdirmiş və 2022-ci ildə həmin evi işə üçüncü şəxs kimi işə cəlb edilmiş, Mamrux kənd sakini Maraqlı şəxs2 satmış və sonra isə çıxıb RF-yə qayıtmışdır. Onun ölümündən sonra həmin qadın həmin evdə yaşamağa başlamışdır. Qardaşının ölümündən sonra həmin qadın evi öz adına rəsmləşdirmiş və onların xəbəri olmadan Mamrux kəndində yaşayan 3-cü şəxs kimi işə cəlb edilmiş Maraqlı şəxs2 adlı şəxsə sataraq RF-yə getmişdir. Həmin qadın daim spirtli içki qəbul etməklə məşğul olmuşdur. Onun uşağı belə olmamışdır. Ona görə də, mərhum anaları tərəfindən 04 oktyabr 2007-ci il tarixdə verilmiş ev bəxşişi müqaviləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-342-ci maddələrinə zidd olduğu üçün ləğv edilməsi haqqında qətnamə çıxarmağınızı xahiş etmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçılar X22 və Abdurahmanova (Cəlilova) Şahnaz Ramazan qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh Zaqatala rayonu Gözbarax Bələdiyyəsinin nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, mərhum X14 mərhum əri X12 1963-cü ildə vəfat etmişdir. 15 iyun 2010-cu ildə Fatma Əliyeva vəfat etmiş və ondan sonra həmin həyət və yaşayış evi özünün sağlığında 04 oktyabr 2007-ci il tarixində bağışlama müqaviləsi ilə balaca oğlu 1959-cu il təvəllüdlü və 1986-cı ildən Rusiya Federasiyasında yaşayan X8 adına keçmişdir. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində həmin ev dağılmış və FHN-in qərarı ilə yerində üç otaqlı ev inşa edilmişdir. X32 Federasiyasında olarkən Tatyana adlı qadınla evlənmiş və onlar 2 ilə yaxın müddət ərzində mübahisəli evdə yaşamışlar. 04 mart 2018-ci ildə X19 vəfat etmiş, həmin yaşayış evi və həyətyanı sahəsi onun həyat yoldaşı X2 adına rəsmiləşdirilmişdir. Zahid Soltanov vəfat etdikdən sonra Tatyana evi öz adına rəsmiləşdirərək Maraqlı şəxs2 satmışdır. Üçüncü şəxs Maraqlı şəxs2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, mübahisələndirilən ev kolxozçu təsərrüfatı olmuşdur. X28 beş uşağı olmuşdur. X35 özünə məxsus evi Zahid Soltanova bağışlamışdır. Zahid Soltanov vəfat etdikdən sonra ev Tatyana Qustomesovanın adına rəsmiləşdirilmiş və o, həmin evi alğı-satqı müqaviləsi əsasında sonuncudan almışdır. O, evin vicdanlı alıcısıdır, alqı-satqı müqaviləsini notariat kontorunda qanuna uyğun formada bağlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Maraqlı şəxs1 məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və maraqlı şəxs məhkəməyə gəlməmələrinin üzürlü olması barədə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Mülki işin materiallarında olan 02 oktyabr 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X1 rayonu Mamrux kəndində yerləşən evini, həyətyanı torpaq sahsini bacısının oğlu Maraqlı şəxs1 vəsiyyət etmişdir. Mülki işin materiallarında olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05 sentyabr 2008-ci il olan MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Mamrux kəndində, 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 49 m2 yaşayış, 38,3 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan 04 oktyabr 2013-cü il tarixli ev bəxşişi müqaviləsindən görünür ki, X21 ona məxsus olan Zaqatala rayonu Mamrux kəndində 0,20 ha torpaq sahəsində yerləşən 1955-ci ildə tikilmiş 1 mərtəbəli 2 otaqlı, yaşayış sahəsi 49,0 m2, köməkçi sahəsi 38,3 m2, ümumi sahəsi 100 m2 olan evini oğlu X11 bağışlamışdır. Mülki işin materiallarında olan X20 tərəfindən Zaqatala rayon Notariat Ofisinə verilmiş 02 mart 2017-ci il tarixli ərizədən görünür ki, o, 02 oktyabr 2013-cü il tarixdə reystrdə 2V-107 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Zaqatala RİHB-nın Mamrux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli arayışdan görünür ki, X14 öldüyü günədək, yəni 15 iyun 2010-cu il tarixədək Zaqatala rayonu Mamrux kəndində qeydiyyatda olduğu evdə yaşamışdır və onun vəfatından sonra birinci dərəcəli varislər kimi oğlu X19, oğlu X23, qızı X3, qızı X15 və qızı X16 qalmışdır. Mülki işin materiallarında olan Rusiya Federasiyası Sverdlovsk vilayəti Yekaterinburq şəhəri Çkalovsk rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X6 nikahlarını 31 iyul 2015-ci ildə bağlamışlar. Mülki işin materiallarında olan Zaqatala rayonu Gözbarax Bələdiyyəsinin 05 iyun 2023-cü il tarixli məktubundan görünür ki, mərhum X14 1963-cü ildə vəfat etmiş mərhum əri X4 miras qalmış 0,15 ha həyətyanı sahəsi və köhnədən tikilmiş bir yaşayış evi olmuşdur. 15 iyun 2010-cu ildə Fatma Əliyeva vəfat etmiş və ondan sonra həmin həyət və yaşayış evi özünün sağlığında 04 oktyabr 2007-ci il tarixdə bağışlama müqaviləsi ilə vəsiyyət etdiyi balaca oğlu 1959-cu il təvəllüdlü və 1986-cı ildən Rusiya Federasiyasında yaşayan X8 adına keçmişdir. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində həmin ev dağılmış və FHN-in qərarı ilə yerində üç otaqlı ev inşa edilmişdir. 04 mart 2018-ci ildə X19 vəfat etmiş, həmin yaşayış evi və həyətyanı sahəsi onun həyat yoldaşı X2 adına rəsmiləşdirilmişdir. X28 Zahid Soltanovdan başqa dörd övladı, bir oğlu və üç qızı olmuşdur. X23 2019-cu ildə vəfat etmişdir, ailəli olmaqla ayrı təsərrüfatı olub; X15 1956-cı ildə doğulmuşdur, 1993-cü ildə Gözbarax kəndinə ərə gedib və hazırda da orada yaşayır; X16 1961-ci ildə doğulmuşdur, 2017-ci ildə vəfat edib, həmin tarixədək Suvagil kəndində ərdə olub və orada yaşayıb; İddiaçı 1963-cü ildə doğulmuşdur, 1989-cu ildə ərə gedib və hazırda Mamrux kəndində yaşayır. Mülki işin materiallarında olan reyestr nömrəsi qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Mamrux kəndində 0,20 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan AN-İ seriyalı ******* saylı 20 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, X7 mülkiyyətində olan Zaqatala rayonu Mamrux kəndində 0,2 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 106,8 m2 olan fərdi yaşayış evini Maraqlı şəxs2 33.000 manata satmışdır. Mülki işin materiallarında olan Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X16 20 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan Zaqatala RİHB-nın Mamrux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 22 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X20 04 mart 2018-ci il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan Zaqatala RİH-in Mamrux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 15 iyun 2010-cu il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli 567 saylı məktubdan görünür ki, X10 və İddiaçı iddiası ilə bağlı məhkəmə işi ilə əlaqədar tərəflərindən heç bir notariat hərəkəti aparılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 339.4-ci maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.3-cü maddəsinə əsasən əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, Konstitusiyanın həmin maddəsinin (25-ci) İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, mərhum X14 1963-cü ildə vəfat etmiş mərhum əri X4 miras qalmış 0,15 ha həyətyanı sahəsi və köhnədən tikilmiş bir yaşayış evi olmuşdur. 15 iyun 2010-cu ildə Fatma Əliyeva vəfat etmiş və vəfatından əvvəl o, həyət və yaşayış evi özünün sağlığında 04 oktyabr 2007-ci il tarixdə bağışlama müqaviləsi ilə balaca oğlu 1959-cu il təvəllüdlü və 1986-cı ildən Rusiya Federasiyasında yaşayan X8 adına keçmişdir. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində həmin ev dağılmış və FHN-in qərarı ilə yerində üç otaqlı ev inşa edilmişdir. 04 mart 2018-ci ildə X19 vəfat etmiş, həmin yaşayış evi və həyətyanı sahəsi onun həyat yoldaşı X2 adına rəsmiləşdirilmişdir. X28 Zahid Soltanovdan başqa dörd övladı, bir oğlu və üç qızı olmuşdur. X23 2019-cu ildə vəfat etmişdir, ailəli olmaqla ayrı təsərrüfatı olmuş, X15 1956cı ildə doğulmuşdur, 1993-cü ildə Gözbarax kəndinə ərə getmiş və hazırda da orada yaşayır. X16 1961-ci ildə doğulmuş, 2017-ci ildə vəfat etmiş, həmin tarixədək Suvagil kəndində ərdə olmuş və orada yaşamışdır, İddiaçı 1963-cü ildə doğulmuş, 1989-cu ildə ərə getmiş və hazırda Mamrux kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin bağışlama müqaviləsinin formasına dair müddəalar müəyyən edən 668.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Göründüyü kimi qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. Mübahisələndirilən bağışlama müqaviləsinin məzmunundan isə görünür ki, həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. İddiaçılar bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbini həmin müqavilənin mərhum analarının hədə qoxu təsiri altında bağlanması ilə əsaslandırmışlar. Bununla bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 339.4-cü maddəsində göstərilmişdir ki, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İş materiallarından görünür ki, iddiaçıların mərhum anaları Fatma Əliyeva 04 oktyabr 2007-ci il tarixdə bağışlama müqaviləsi ilə mülkiyyətində olan fərdi yaşayış evini oğlu X11 bağışlamış və o, evi bağışladıqdan 3 il sonra, yəni 15 iyun 2010-cu il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, bağışlanma müqaviləsi bağlanarkən Zahid Soltanov anası Fatma Əliyevanı hədə qorxu ilə imza etdirsəydi sonuncu vəfat edənə qədər bu barədə iddiaçılara məlumat vermiş olardı. Belə ki, Zahid Soltanov ev bağışlandıqdan sonra Rusiya Federasiyasına getmiş və Fatma Əliyeva qızlarının nəzarəti altında olmuşdur. İddiaçılar analarının sağ olduğu vaxt deyil, bağışlama müqaviləsinin bağlandığı vaxtdan 15 il keçdikdən sonra həmin müqaviləni mübahisələndirərək məhkəməyə müraciət etmişlər. Məhkəmə nəzərə alır ki, iddiaçılar mərhum analarının ona hədə qorxu gələrək notariat orqanınan aparıldığını bildirərək istinadla bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair tələblə çıxış etsələr də, analarına hədə-qorğu gəlindiyini təsdiq edən qanunvericiliyin yuxarıda göstərilən müddəalarına uyğun kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər. İddiaçıların analarının imzaladığı bağışlama müqaviləsinin mətnindən görünür ki, orada müqavilənin onun iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır, həmçinin notarius müqaviləni tərəflərin şəxsən özlərinin onun iştirakı ilə imzaladığını təsdiq etmişdir. Beləliklə, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki qanunvericiliyin tələblərinə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, hazırki iddia həm də müddətin ötürülməsi əsası ilə rədd edilməlidir. Məhkəmə iddiaçıların anaları tərəfindən evi qardaşlarına bağışlamasından xəbərsiz olmalarına tənqidi yanaşır. Belə ki, anaları X21 xx.xx.2007-ci ildə evi bağışladıqdan sonra xx.xx.2010-cu ildə vəfat etmiş, qardaşları X19 xx.xx.2018-ci ildə vəfat etdikdən sonra mirası qəbul etmək üçün sonuncunun arvadı X7 Azərbaycan Respublikasına gələrək mirası qəbul edərək Maraqlı şəxs2 satmışdır. Bütün bu müddət ərzində isə evdə iddiaçıların deməsinə görə iş üzrə Maraqlı şəxs1 yaşamışdır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı X22 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçılar X10 və Abdurahmanova (Cəlilova) Şahnaz Ramazan qızının cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Zaqatala rayon Mamrux Bələdiyyəsinə, üçüncü şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı mərhum anaları X21 tərəfindən özünə məxsus evin mərhum X11 bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiaları rədd edilsin. İddiaçı X22 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-411/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-411/2023
06.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver