Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-416/2023 13.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı “3 baş inəyin naturada qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Cavabdeh qarşı “3 baş inəyin naturada qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 13 iyun 2022-ci il tarixində 2022/ÖM- 03686 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inəyin natura şəklində agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq agentliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 13 iyun 2022-ci il tarixində 2022/ÖM-03686 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 2059, 2020, 2140 birka nömrəli 3 (üç) baş inək və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 13 iyun tarixli aktla vətəndaş Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilibedilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı X1 filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il 19 dekabr tarixli aralıq monitorinqi aktına əsasən Cavabdeh verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 2059, 2020, 2140 birka nömrəli 3 (üç) baş inək aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2022-ci il 28 dekabr tarixli **********3 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizə təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 (üç) baş inəyin natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, izahatında əlavə olaraq göstərdi ki, iddiaçı tərəfindən cavabdehə 3 baş iribuynuzlu heyvan verilmiş, lakin cavabdeh bir il keçməmiş həmin heyvanları satmışdır. Müqavilə əsasında cavabdehə verdikləri 3 baş inəyin natura şəklində qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş 13 iyun 2022-ci il tarixli 2022/ÖM-03686 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı təhviltəslim aktında göstərilən əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək (3.3.1); əmlakın verildiyi müddətdə onun saxlanılması, istifadəsi, (yetişdirilməsi və yemlendirilməsi), habelə əmlaka ziyan vurulmasının qarşısının alınması, korlanmaması və ya məhv olmaması üçün bu Müqaviləyə Əlavə 2-də gösterilən təlimata riayət etmək (3.3.2);əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək (3.3.3); Müqavilə əsasında verilmiş Əmlakdan 1 (bir) il ərzində üzürlü səbəb olmadan istifadə etmədikdə həmin Əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq (3.3.4), monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin Əmlaka qəsdən ziyan vurduğu, o cümlədən bu Müqavilənin 3.3.1-3.3.3-cü yarımbəndlərınə nəzərdə tutulmuş vəzrfəiən yerinə yetirmədiyi aşkar edildikdə, vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürmək (3.3.5) və s. özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifələridir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı Filiala qaytarır və yaxud onun dəyərini bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. İş materiallarına əlavə edilmiş 19 dekabr 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi barədə aktdan görünür ki, Cavabdeh agentlik tərəfindən verilmiş 3 baş 3 yaşa qədər inək satılmışdır. İş materiallarına əlavə edilmiş 13 iyun 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Cavabdeh 3 baş 3 yaşa qədər inək, 400 kq qarışıq yem və 65 ədəd yem verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Monitorinq və Qiymətləndirilmə Filialının 28 dekabr 2022-ci il tarixdə Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, sonuncunun 13 iyun 2022-ci il tarixində 2022/ÖM-03686 nömrəli müqaviləsinin şərtlərinin pozduğu aşkarlanmış və 30 gün ərzində ona verilmiş əmlakın agentliyə qaytarılması, bu mümkün olmadıqda isə həmin əmlakın dəyərini orta bazar qiymətinə uyğun olaraq hesablanaraq agentliyin xəzinə hesabına pul vəsaiti şəklində köçürməsi tələb olunmuşdur. Əks təqdirdə qanunvericlikdə nəzərdə tutulan qaydada məhkəmə vasitəsi ilə tələb olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəkilində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmazsa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yer və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olması qətnamənin nəticə hissəsibdə göstərilməlidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi mərhələlərdən ibarətdir. 24.3-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. 24.4-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.7-ci maddələrinə əsasən sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası” 8.1-ci bəndinə əsasən agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (“Məşğulluq” altsistemi) daxil etməlidir. 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 13 iyun 2022-ci il tarixli 2022/ÖM-03686 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 2059, 2020, 2140 birka nömrəli 3 (üç) baş inək və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Cavabdeh 1 (bir) il müddətində qeyd olunan əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə Cavabdeh üzərinə əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək, müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq filialın təqdim etdiyi X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq, monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin Əmlaka qəsdən ziyan vurduğu, o cümlədən müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədiyi aşkar edildikdə, vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürmək vəzifələri qoyulmuş və vəzifələrin icra edilməməsi halında onun Cavabdeh məsuliyyəti müəyyən olunmuşdur. 19 dekabr 2022-ci il tarixdə Cavabdeh fəaliyyəti yoxlanmış və monitorinq zamanı 13 iyun 2022-ci il tarixli 2022/ÖM-03686 nömrəli müqavilə əsasında ona təhvil verilmiş 3 baş inəyin cavabdeh tərəfindən satıldığı aşkar edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Məhkəmə araşdırmasında müəyyən edilmiş olsa da ki, Cavabdeh 13 iyun 2022-ci il tarixli 2022/ÖM-03686 nömrəli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və müqavilə əsasında ona verilmiş və iddiaçıya məxsus onun mülkiyyətinə verilməmiş 3 baş inəyi satmaqla iddiaçıya maddi zərər vurmuşdur. Tələbin inəklərin naturada qaytarılması qaydasında təmin olunması mümkün deyil. Belə ki, qanunun yuxarıda qeyd olunan normalarına əsasən alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmazsa məhkəmə həmin əmlakın dəyərini cavabdehdən tutmağa haqlıdır. Məhkəmə prosesi vaxtı müəyyən olunsa da ki, cavabdehdən tələb olunan əmlak mövcud deyil, iddiaçı həmin növlü və keyfiyyətli, sağlam üç baş inəyi naturada qaytarlımasını tələb etməkdə israrlı olmuşdur. Məhkəmə hesab edir ki, bu cür iddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını mümkünsüz edə bilər. Belə ki, iş materiallarında inəklərin çəkisi, cinsi, dəyəri qeyd olunmamışdır. İnəklərin 3 yaşa qədər olmaları təhvil-təhslim aktında qeyd olunsa da hərbirinin dəqiq yaşları qeyd olunmamışdır. Bütün bu hallar gələcəkdə qətnamənin icrası zamanı tərəflərin əsaslı narazılıqlarına səbəb olacaqdır. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin zərərvurandan tam həcmdə tutulması nəzərdə tutulmuşdur. Eyni zamanda mülki qanunvericilikdə zərərin ödənilməsi təmin edilərkən zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliklərindən birinin işin hallarından asılı olaraq məhkəmə tərəfindən zərərvuranın üzərinə qoyulması nəzərdə tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı “X5” Publik hüquqi şəxs tərəfindən cavabdehdən tələb olunan 3 baş inək cavabdeh tərəfindən satılmışdır və həmin heyvanlar hazırda cavabdehin istifadəsində deyil və həmin heyvanlarla eyni növlü və keyfiyyətli iribuynuzlu heyvanların cavabdehdən alınaraq iddiaçıya verilməsi qeyri mümkündür. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanmış 13 iyun 2022-ci il tarixli 2022/ÖM-03686 nömrəli müqavilədə tərəflərin məsuliyyəti müəyyən edilərkən müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə özünüməşğulluğa cəlb olunmuş Cavabdeh tərəfindən həmin əmlakı qaytarması dəymiş zərərin ödənilməsinin yeganə üsulu kimi göstərilməmiş və dəymiş zərərin ödənilməsinin digər üsulu kimi əmlakın dəyərinin bazar qiymətinə uyğun olaraq qaytarılması imkanı da nəzərdə tutulmuşdur. Məhkəmə sonda qeyd edir ki, iddiaçı “X5” Publik hüquqi şəxsi iddia verərkən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın və tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilənin tələblərini, yəni “özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı (əmlak onun sahibliyində olduğu halda) və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır” və “özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir” müddəalarını nəzərə almamış, cavabdehdən xırdabuynuzlu heyvanların natura şəklində qaytarılmasını tələb etməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalı olduğundan, eyni zamanda dəymiş zərərin əvəzinin (pul vəsaitinin) cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə ilə müraciət etmək hüququnun olması iddiaçı tərəfə izah edildiyindən, iddiaçı tərəf isə hazırki iddia tələbini müdafiə etdiyindən, həmçinin iddia tələbində qeyd edilən 13 iyun 2022-ci il tarixli 2022/ÖM-03686 nömrəli müqavilə əsasında Cavabdeh istifadəsinə verilmiş eyni növlü və keyfiyyətli 3 baş inəyin cavabdehin mülkiyyətində və istifadəsində olmadığından, yəni satıldığından iddiaçı “X5” Publik hüquqi şəxsin Cavabdeh qarşı iribuynuzlu heyvanların natura şəklində qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh ilə aralarında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 13 iyun 2022-ci il tarixli 2022/ÖM-03686 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inəyin natura şəklində agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq agentliyə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-416/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-416/2023
13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver