Məhkəmə qərarları › İş №e-2(033)-419/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-419/2023

14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-419/2023 14.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 3239,59 manat kredit borcunun, 52,39 manat ödənilmiş dövlət rüsumunun və 150 manat vəkilə ödənilmiş xidmət haqqının, cəmi 3441,98 manat pulun xx.xx.1955-ci il təvəllüdlü, Zaqatala rayonu, Yuxarı Tala kənd sakini Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən 7607,15 manat kredit pul götürərək qızı İddiaçı zamin durmağını xahiş etmişdir. Cavabdeh vaxtı-vaxtında kredit borcunu ödəməmişdir. Zaqatala rayon məhkəməsinin e- 2(033)-471/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən borclular İddiaçı və X1 tələbkar "xxxx" ASC-nin xeyrinə cəmi 7607,15 manat məbləğində kredit borcunun tutulması qət edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, RGTK2582137A139 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə zamin İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi kredit borcu üzrə 3239,59 manat ödəniş edilmişdir. İddiaçı ödədiyi pulu dəfələrlə cavabdehdən tələb etsə də, o, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Zaqatala Rayon Məhkəməsinin e-2(033)-471/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada 6993,58 (altı min doqquz yüz doxsan üç manat əlli səkkiz qəpik) manat əsas, 518,45 (beş yüz on səkkiz manat qırx beş qəpik) manat faiz, cəmi 7512,03 (yeddi min beş yüz on iki manat üç qəpik) manat borc və ödənilmiş 95,12 (doxsan beş manat on iki qəpik) manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin işin halları hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixli, RGTK2582137A139 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında borcluya 48 ay müddətinə illik 25,27 faiz dərəcəsi ilə 8032,16 manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin qətnamənin işin halları hissəsində qeyd olunan kassa məxaric orderindən görünür ki, Cavabdeh 8032,16 manat məbləğində kredit vəsaitini xx.xx.2020-ci il tarixdə bankdan almışdır. Həmin qətnamənin işin halları hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixli, Z- RGTK2582137A139 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ilə X5 Səhmdar Cəmiyyəti arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 15/485 nömrəli arayışdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, RGTK2582137A139 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsi üzrə zamin İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü ii tarixinə kimi kredit borcu üzrə 3239.59 manat ödəniş edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 15/484 nömrəli məktubdan görünür ki, Zaqatala rayon Məhkəməsinin Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(033)-471/2022 saylı icra sənədi üzrə borc ödənilmişdir. Zaqatala Rayon Məhkəməsinin e2-(033)-862/2022 nömrəli xx.xx.2022-ci il tatixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh 4300,1 (dörd min üç yüz manat on qəpik) manat pul vəsaitinin və 63 (altmış üç) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamənin işin halları hissəsində sübut qismində qeyd olunan Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "Kapital Bank” ASC ilə Cavabdeh və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK2582137A139 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən kredit borcu üzrə xx.xx.2022-ci il tarixə qədər 4271,36 manat ödəniş edilmişdir. "Kapital Bank” ASC ilə Cavabdeh və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR0178976A139 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən kredit borcu üzrə xx.xx.2020-ci il tarixə qədər 28,74 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli, RGTK2582137A139 saylı kredit müqaviləsi üzrə Zaqatala Rayon Məhkəməsinin e-2(033)-471/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Məhkəmə qətnaməsi üzrə borclunun hazırda banka cəmi 4157,02 manat borcu qalmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin e-2(033)-471/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində sübut qismində qiymətləndirilən Kapital Bank ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh RGTK2582137A139 saylı kredit müqaviləsinə əsasən bank qarşısında yaranmış öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-862/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən RGTK2582137A139 saylı kredit müqaviləsinə əsasında Cavabdeh öhdəlikləri üzrə xx.xx.2022-ci il tarixədək 4271,36 manatın zamin olan İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənməsi müəyyən edilmiş və həmin qətnamə ilə xx.xx.2022-ci il tarixədək ödənmiş 4300,1 manatın Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı da hazırki tələblə məhkəməyə müraciət etmiş və Cavabdeh RGTK2582137A139 saylı kredit müqaviləsi əsasında yaranmış öhdəliklərinin icrası ilə əlaqədar onun tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənmiş 3239,59 manat pulun Cavabdeh Bəxtiyar qızından alınaraq ona verilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh RGTK2582137A139 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Kapital Bank ASC-yə ödədiyi 3239,59 manat məbləğdə pulu tələb etməkdə haqlıdır və həmin məbləğ Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin işdə iddianın rədd edilməsi qənaətinə gəlinməsi üçün hər hansı sübutlar mövcud deyil. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3239,59 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı ödədiyi 52,39 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 150 manat xidmət haqqının cavabdehdən tutularaq ona verilməsinə dair hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 150 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X3rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün 150 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 3239,59 (üç min iki yüz otuz doqquz manat əlli doqquz qəpik) manat pul vəsaiti, 52,39 (əlli iki manat otuz doqquz qəpik) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat vəkilə ödənilmiş xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar