Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-43/2025 18.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X17 Əli qızının katibliyi , İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh adına verilmiş JN-129F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən, ünvan 2ində yerləşən 1.02 hektar həyətyanı (yaşayış məntəqələrinin torpaqları kateqoriyalı) torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinə 0.255 hektar, yəni 1/4 (dörddə bir) hissə payın yerdə (naturada) ayrılması haqqında, Cavabdeh adına verilmiş JN-129F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də göstərilən, ünvan 2ində yerləşən 1.02 hektar həyətyanı (yaşayış məntəqələrinin torpaqları kateqoriyalı) torpaq sahəsində tikilmiş ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinə 1/4 (dörddə bir) hissə payın və ya onlara ümumilikdə iki otağın yerdə (naturada) ayrılması haqqında iddiaçıların çəkdikləri məhkəmə xərcinin dəyəri olan 420 manat cavabdehdən alınıb (tutulub) iddiaçılara verilməsi (ödənilməsi) haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehlə birlikdə ünvan 2i ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh iddiaçıların atasıdır. ünvan 2ində Cavabdeh, iddiaçıların mərhum anası X10, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmiş 1.02 hektar həyətyanı (yaşayış məntəqələrinin torpaqları kateqoriyalı) torpaq sahəsi vardır. Bununla bağlı JN-129F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Şəhadətnamənin əsli cavabdehdədir. Həmin 1.02 hektar həyətyanı (yaşayış məntəqələrinin torpaqları kateqoriyalı) torpaq sahəsində tikilmiş ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evi vardır. İddiaçılar həmin evdə doğulub və böyüyüb boya-başa çatmışlar. İddiaçılar cavabdehlə onların ümumi birgə mülkiyyətinə verilmiş 1.02 hektar həyətyanı (yaşayış məntəqələrinin torpaqları kateqoriyalı) torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən müvafiq payın yerdə (naturada) ayrılmasını istəyirlər. Ancaq, torpaq sahəsindən və evdən payın yerdə (naturada) ayrılması ilə bağlı iddiaçılar ilə cavabdeh razılığa gələ bilməmişlər. Çünki, cavabdeh heç bir şəkildə bunu istəmir. İddiaçılar ilə cavabdeh razılığa gələ bilmədiklərindən, onlar arasında bununla bağlı hər hansı razılaşma olmadığından, bu iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçıların və cavabdehin payları bərabər olduğundan, onların hər birinin 1.02 hektar torpaq sahəsində 0.255 hektar, yəni 1/4 (dörddə bir) hissə payı vardır. Ona görə də həmin torpaq sahəsindən iddiaçıların hər birinə 0.255 hektar, yəni 1/4 (dörddə bir) hissə pay yerdə (naturada) ayrılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, göstərilən torpaq sahəsi bölünəndir, yəni hissələrə bölünə və bölünmədən sonra hər bir hissə müstəqil bir torpaq sahəsi ola bilər. Yəni, torpaq sahəsindən iddiaçılara məxsus payın yerdə (naturada) ayrılması mümkündür. Eyni zamanda, həmin torpaq sahəsində olan ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evindən də iddiaçıların hər birinə eyni qaydada, yəni, onun 1/4 (dörddə bir) hissə pay ayrılmalıdır. Çünki, Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak və mülkiyyət obyekti hesab olunur. Əgər bu formada payın yerdə (naturada) ayrılması mümkün deyildirsə, həmin fərdi yaşayış evindən ən azı iki otaq iddiaçılara yerdə (naturada) ayrılmalıdır. Bununla yanaşı, iddiaçıların iddianın verilməsinə görə dövlət rüsumu kimi ödədiyi 100 manat və vəkilə ödədiyi 320 manat, ümumilikdə isə 420 manat məbləğində çəkilən məhkəmə xərcinin dəyəri cavabdehdən alınıb (tutulub) iddiaçılara verilməlidir (ödənilməlidir). Beləliklə, iddiaçıların hər birinə 1.02 hektar həyətyanı (yaşayış məntəqələrinin torpaqları kateqoriyalı) torpaq sahəsindən 0.255 hektar, yəni 1/4 (dörddə bir) hissə payın, həmin torpaq sahəsində olan ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evindən də yəni 1/4 (dörddə bir) hissə payın, bu mümkün olmazsa iki otağın yerdə (naturada) ayrılması və məhkəmə xərcinin dəyəri olan 420 manat cavabdehdən alınıb (tutulub) iddiaçılara verilməsi (ödənilməsi) haqqında qətnamə çıxarılmalıdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddiaya əlavə və dəyişiklik edilməsi haqqında ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-2(033)-478/2024 nömrəli mülki iş üzrə iddia tələbinin “Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024 qeydiyyat tarixli çıxarışda göstərilən, daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi **********77-10301) qeydiyyata alınmış ünvan 2ində yerləşən 1.0181 hektar torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/4 (dörddə bir) hissə (0.255 hektar) payın müəyyən edilməsi və həmin torpaq sahəsindən birlikdə 3/4 (dörddə üç) hissə (0.765 hektar) payın yerdə (naturada) ayrılması, Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024 qeydiyyat tarixli çıxarışda göstərilən, daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi **********77-10301) qeydiyyata alınmış Zaqatala rayonu Yolayrıc kəndində yerləşən 1.0181 hektar torpaq sahəsində tikilmiş ümumi sahəsi 69.9 kv.m. olan fərdi yaşayış evi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin 1/4 (dörddə bır) hissə payın müəyyən edilməsi və yerdə (naturada) ayrılması, Cavabdeh məhkəmə xərcinin dəyəri olan 420 manat alınıb (tutulub) iddiaçılar İddiaçı1 Məhəmmedoviç, İddiaçı3 və İddiaçı2 verilməsi (ödənilməsi) haqqında qətnamə çıxarılsın.” Məzmununda qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 nümayəndəsi Vəkil 11 avqust 2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən, reyestr nömrəsi **********77-10301 olan, ünvan 2i ünvanında yerləşən 1.0181 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 birlikdə 15/20 (iyirmidə on beş) hissə (0.7635 hektar) payın yerdə (naturada) ayrılması və Cavabdeh məhkəmə xərcinin dəyəri olan 420 manat alınıb (tutulub) iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddiaya əlavə və dəyişiklik edilməsi haqqında ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıların hər üçü onun övladlarıdır. İddia ərizəsində qeyd olunanlar tam həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsində qeyd etdikləri ev 100 kv.m. deyil, 72 kv.m.-dir. Birinci həyat yoldaşı vəfat etdikdən sonra 2013-cü ildə ikinci ailə həyatı quraraq X11 ilə evlənmişdir. Həmin nikahdan 2014-cti ildə X12 doğulmuşdur. Bundan başqa birgə nikah dövründə yaşadıqları evi genişləndirərək 97 kv.m. həcmində əlavə tikinti işləri aparmışdır. Onu da əlavə edir ki, iddiaçıların torpaq iddiası doğru deyildir. Çünki iddiaçılardan İddiaçı1 - 2204,19 kv.m. torpaq sahəsi, İddiaçı3 isə - 3613,69 kv.m. torpaq sahəsini öz vəsaiti hesabına alaraq həyətyanı sahənin əvəzinə istifadələrinə vermişdir. Bu halda onların həyatyanıdan pay istəmə və hazırki evin pay hissəsini tələb etmək hüquqları yoxdur. Yuxarıda qeyd etdikləri nəzərə alınaraq iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı1 onun oğlu olsa da, iddia ərizəsində göstərdikləri qətiyyən həqiqəti əks etdirmir. Onun ona və həyat yoldaşına qərəzli münasibətinə əsası ondan ibarətdir ki, evi girov qoyaraq kredit götürməsinə razılıq verməmişdir. Belə ki, bu ilin yanvar ayında Hacımurad evi girov qoymaqla bankdan 25-30 min manat məbləğində kredit götürmək istədiyini ona bildirmiş, o da kreditin qaytarılmasının çox çətin məsələ olduğunu ona söyləyərək bu işə razılıq verməmişdir. Bu söhbətdən sonra onun ona və həyat yoldaşına olan münasibəti kəskin şəkildə dəyişmişdir. Hər gün müxtəlif bəhanələrlə həyat yoldaşını təhqir edərək evdə mübahisə edir və onu evdən qovacağı ilə hədələyirdi. O, ona 0.22 ha torpaq sahəsini öz vəsaiti hesabına alaraq onun istifadəsinə vermişdir. Bu günə qədər də o, bu torpaqdan istifadə edir. Əlavə olaraq 0.12 ha torpaq sahəsini də ona ayıraraq istifadəsinə vermişdir. Lakin bütün bunlara baxmayaraq o, öz kiçik qardaşlarını da öyrədərək ona və həyat yoldaşına qarşı qanunsuz hərəkət etməyə təhrik edərək, onları da onlarla düşmən etmişdir. Qardaşları da hər gün onun sözü ilə evdə mübahisələr edir, həyat yoldaşına qarşı xoşagəlməz təhqiramiz sözlər işlədərək onu evdən çıxmasını tələb edirlər. Hətta bir neçə dəfə Hacımurad onu təhqir edərək döymüşdür. Bildirmək istəyir ki, onların tələbi qanunsuzdur. Evlə bağlı iddialarının heç bir əsası yoxdur. Digər oğlu İddiaçı3 da 0.36 ha torpaq sahəsi vermişdir. Ancaq o da ona verdiyi torpaq sahəsini qeyriqanuni olaraq həmkəndlisi Amacov Əyuba satmışdır. Onların heç birinin ondan əlavə torpaq istəməyə haqqı yoxdur. Əlavə olaraq qeyd edir ki, artıq onlarla bir həyətdə yaşamaq mümkün deyil, onlar evdə olmayanda həyətdən, evdən əllərinə keçən hər şeyi aparıb harasa gizlədirlər. Onların bu hərəkətlərindən bezmişdirlər, artıq dözülməz vəziyyət yaranmışdır. Bu barədə Polisə və Prokurorluğa məlumat vermişdir. O, məhkəmədən xahiş edir ki, övladlarının onun həyətinə girməsinə qarşı hər hansı bir tədbir görülsün. Bundan başqa oğlu Hacımurad öz maşınını ona satmış, pulunu tamamilə ödəmişdir, lakin sonradan maşını və sənədləri ona vermək istəməmiş və hal-hazıradək ona verdiyi pulu geri qaytarmamışdır. Yuxarıda qeyd etdiklərini və Azərbaycan Respubliaksının müvafiq qanunlarını nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh iddiaya əlavə və dəyişiklik edilməsi haqqında ərizəyə etirazla müraciət edərək bildirmişdir ki, iddiaçıların iddia ərizəsinə əlavə və dəyişiklik edilməsinə dair ərizələrinin heç bir hüquqi əsası yoxdur. Belə ki, onların ikisinə yəni İddiaçı1 və İddiaçı3 öz pulu ilə alıb torpaq sahəsi vermişdir. Hal-hazırda istifadə edirlər. Ondan əlavə torpaq istəmək üçün heç bir əsasları yoxdur. Digər tərəfdən hər iki oğlu özləri üçün ev tikirlər. Bu baxımdan onun üç nəfərlik ailəsinin yaşadığı evdən heç bir pay almaq hüquqları da yoxdur. Bundan başqa oğlu İddiaçı1 öz maşınını ona satacağına vəd etdiyinə baxmayaraq onu aldatmış, ondan 4000 manat pul aldıqdan sonra maşını və sənədləri verməkdən imtina etmişdir. Bununla bağlı onun şahidləri də vardır. Axırıncı dəfə qalan 1000 manat pulu ödəmək üçün Access bankdan kredit alıb , oğluna pulu ödəmişdir. Ərizələrində qeyd olunan 69.9 kv.m. yaşayış evinin naturada 1/4 deyil, 1/6 hissəsi bölünməsi mümkündür. Çünki orada ondan başqa həyat yoldaşı və onların birgə nikahdan doğulan 10 yaşlı övladı vardır. Əlavə olaraq hazırda yaşadığı evin artırılan əlavə hissəsini ikinci həyat yoldaşı ilə birgə nikah dövründə tikmişlər. Ona görə də həyat yoldaşı X5 da bu evdə tam pay hüququ vardır. Həyətyanı torpaq sahəsinə gəldikdə isə, iddiaçı övladlarından yuxarıda qeyd etdiyi kimi ikisinə torpaq alıb vermişdir. Torpaq payı almaq üçün İddiaçı2 hüququ vardır. Onun üçün də həyətində yer ayırmışdır. Tərəflərin izahatları İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil xx.xx.2026-cı il tarixdə məhkəməyə yazılı izahat təqdim edərək bilidrmişdir ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-43/2025 nömrəli, xx.xx.2025 tarixli qərardadı ilə müvafiq ekspertiza təyin edilmiş və ekspertiza qarşısında müvafiq suallar qoyulmuşdur. Həmin Qərardadda qoyulmuş sual yalnız torpaq sahəsinin iddiaçıların birlikdə 15/20 (iyirmidə on beş) hissə (0.7635 hektar) payı ilə cavabdehin payına uyğun yerdə (naturada) bölünməsi kimi olmasına baxmayaraq, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş 10/6317 nömrəli, xx.xx.2025 tarixli ekpert rəyindən görünür ki, ekspert tərəfindən torpaq sahəsinin onun üzərindəki fərdi yaşayış evi ilə birlikdə bölünməsi kimi yalnış qiymətləndirilərək, bölünmənin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ancaq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025 tarixli mütəxəssis rəyindən və oradakı yerquruluşu planından görünür ki, torpaq sahəsinin müvafiq paylara uyğun yerdə (naturada) bölünməsi mümkündür və mümkün olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Bundan başqa, hazırki iddianın məhkəməyə verilməsi və məhkəmədə baxılması ilə əlaqədar olaraq iddiaçılar tərəfindən dövlət rüsumu kimi 100 manat, vəkil xidmət haqqı kimi 320 manat, mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqı kimi 190 (2 dəfə x 95) manat ödəməklə, ümumilikdə iddiaçılar tərəfindən 610 manat məbləğində məhkəmə xərci çəkilmişdir. Eyni zamanda, işdə 50 manat məbləğində ekspertiza xərci də mövcuddur. Göstərilənləri nəzərə alaraq, məhkəmədən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli, xx.xx.2025 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında göstərilən, reyestr nömrəsi **********77- 10301 olan, ünvan 2i ünvanında yerləşən 1.0181 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 birlikdə 15/20 (iyirmidə on beş) hissəsi (0.7635 hektar), Cavabdeh 4/20 hissə ilə X10 1/20 hissədən ayrılaraq, torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin Cavabdeh 4/20 hissəsinin üzərində saxlanılmaqla xx.xx.2025 tarixli yerquruluşu planına uyğun olaraq yerdə (naturada) bölünməsini; Dövlət rüsumu kimi 100 manat, vəkil xidmət haqqı kimi 320 manat, mütəxəssis rəyinin verilməsi, üçün xidmət haqqı kimi ödənilmiş 190 (2 dəfə x 95) manat olmaqla, ümumilikdə çəkilmiş məhkəmə xərcinin dəyəri olan 610 manat Cavabdeh alınıb (tutulub) iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməsini (ödənilməsi); Ekspertiza xərcinin dəyəri olan 50 manat Cavabdeh aid edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədn xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil xx.xx.2026-cı il tarixli yazılı izahatına uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı1 izahat verərək bildirmişdir ki, 38 sot torpaq sahəsini o heç kimə satmamış və həmin torpaq sahəsinin sənədləri onlarda deyildir. Hazırda yalnız ünvan 2i ünvanında yerləşən 1.0181 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən onlara çatacaq payların naturada ayrılmasını istəyirlər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı3 İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh etirazlarına uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X3 bildirmişdir ki, o, qəradadda qoyulmuş suallar əsasında tikili torpaq sahəsinin cavabdehə məxsus hissdə saxlanmaqla bölünməsinin mümkün planını məhkəməyə təqdim etmişdir. Bu bölgü aparılarkən ev nəzərə alınmamışdır. Yazılı sübutlar Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 mart 2024-cü il tarixdə verilmiş 646 nömrəli arayışdan görünür ki, Cavabdeh və X10 nikahı haqqında 15 dekabr 2008-ci il tarixdə 40 nömrəli akt qeydi tərtib olunmuşdur. Zaqatala RİHB-nın Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd edilmiş 13 dekabr 2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1992-ci il tarixdə doğulmuş İddiaçı1 atası Cavabdeh, anası X13r. Zaqatala RİHB-nın Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd edilmiş 23 fevral 2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1996-cı il tarixdə doğulmuş İddiaçı3oviçin atası Cavabdeh, anası X8r. Zaqatala RİHB-nın Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd edilmiş 12 mart 2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1999-cu il tarixdə doğulmuş İddiaçı2oviçin atası Cavabdeh, anası X8r. Zaqatala RİHB-nın Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd edilmiş 28 fevral 2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Zaqatala RİHB-nın Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-82-28-155/2024 saylı arayışdan görünür ki, X18 vəfat etdiyi xx.xx.2012-ci il tarixdə ünvan 1i ünvanında qeydiyyatda olmuş və vəfatından sonra Cavabdeh, İddiaçı1, İddiaçı3 və İddiaçı2 varisləri qalmışdır. Zaqatala RİHB-nın Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-82-28-133/2024 saylı arayışdan görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı ilə Cavabdeh adına X9, İddiaçı1, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmiş 1.02 ha həyətyanı torpaq sahəsində 100 kv.m sahəsi olan fərdi yaşayış evi vardır. JN-129F kod 40212028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 24 may 2004-cü il tarixli, 113 nömrəli qərarı ilə İddiaçı3 Əhməd oğlunun, X9, İddiaçı1 Məmməd oğlunun, Cavabdeh Məmməd oğlunun və İddiaçı2 Məmməd oğlunun mülkiyyətinə 1.02 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, bağçılıq təsərrüfatının bağ torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 1,0181 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.9 kv. m olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, İddiaçı1 Məhəmməd oğlunun, İddiaçı3, X10, İddiaçı2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində xx.xx.2024-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2idə yerləşən 1,0181 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.9 kv. m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı 4/20 hissə olmaqla Cavabdeh payı 1/20 hissə olmaqla X10, payı 5/20 hissə olmaqla İddiaçı1 Məhəmməd oğlunun, payı 5/20 hissə olmaqla İddiaçı3 və payı 5/20 hissə olmaqla İddiaçı2 adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və X21 şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışda göstərilən ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh İddiaçı2, İddiaçı1 Məhəmməd oğluna, İddiaçı3, X16 məxsus ünvan 2i ünvanında yerləşən 1.0181 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı 5 ümumi birgə mülkiyyətçisi olan torpaq sahəsindən iddiaçılar X14, İddiaçı1 Məhəmməd oğlu və İddiaçı3 paylarının birlikdə 3/5 hissə olaraq naturada ayrılması ilə bağlı bildirirlər ki, həmin torpaq sahəsində mövcud olan fərdi yaşayış evi və köməkçi tikili bölündükdən sonra torpaq sahəsinin bölünməsi məsələsinə baxıla bilər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qediyyat nömrəsi **********, qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışda göstərilən ümumi birgə mülkiyyət hüququ əsasında X7 İddiaçı2, İddiaçı1 Məhəmməd oğluna, İddiaçı3, X16 məxsus ünvan 2i kəndi ünvanında yerləşən 1.0181 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı 5 ümumi birgə mülkiyyətçisi olan ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evindən iddiaçılar X14, İddiaçı1 Məhəmməd oğlu və İddiaçı3 paylarının hər birinə 5/1 hissə olmaqla naturada ayrılması idarənin səlahiyyətləri xaricindədir. Mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, köməkçi tikililərin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli 10/402 saylı ekspert rəyindən görünür ki, Zaqatala rayonu Yolayrıc kəndi ərazisində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyətini və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə təcrid şəklində ayrı-ayrılıqda giriş-çıxışların açılmasının mümkünsüzlyünü nəzərə alaraq həmin fərdi yaşayış evinin iddiaçıların paylarının hər birinə 1/5 hissə olmaqla naturada 3 hissəyə ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-texniki X2 göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Zaqatala rayonu Yolayrıc kəndi ərazisində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yalnız bir tərəfdən yol (küçə) ilə əhatə olunduğunu və hüdudları daxilində tikilinin yerləşdiyini nəzərə alaraq həmin torpaq sahəsindən iddiaçıların payları birlikdə 3/5 hissə olmaqla naturada ayrılmasının Məhkəmə Tikinti-texniki X1 göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2025-ci il tarixli 10/6317 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2idə yerləşən ümumi sahəsi 1,0181 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 Məhəmməd oğlunun, İddiaçı3 və İddiaçı2 paylarının birlikdə 15/20 hissəsinin, Cavabdeh payına düşən 4/20 hissə və X10 payına düşən 1/20 hissədən ayrılaraq naturada bölünməsinin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 4/20 hissəsinin üzərində saxlanılmaqla naturada ayrılmasının Azərbaycan Dövlət Tikinti Normaları 2.6- 1-nin "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və X21 şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2ində yerləşən 1.0181 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 Məmməd oğlunun, İddiaçı3 və X6 paylarının birlikdə 15/20 hissəsi, Cavabdeh payına düşən 4/20 hissəsi və X10 payına düşən 1/20 hissədən ayrılaraq naturada bölünməsi torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 4/20 hissəsinin üzərində saxlanılmaqla naturada bölünməsi mümkündür. Həmin torpaq sahəsinin naturada mümkün olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Zaqatala Rayon Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Zaqatala Rayon Vəkil Bürosunun hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən xidmət haqqı olaraq 18 saylı Zaqatala Ərazi İdarəsinin hesabına 95 (doxsan beş) manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən xidmət haqqı olaraq 18 saylı Zaqatala Ərazi İdarəsinin hesabına 95 (doxsan beş) manat ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinə asasən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 2idə yerləşən 1,0181 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.9 kv. m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı 4/20 hissə olmaqla Cavabdeh payı 1/20 hissə olmaqla X10, payı 5/20 hissə olmaqla İddiaçı1 Məhəmməd oğlunun, payı 5/20 hissə olmaqla İddiaçı3 və payı 5/20 hissə olmaqla İddiaçı2 adına qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birlikdə 15/20 (iyirmidə on beş) hissəsi (0.7635 hektar) Cavabdeh 4/20 hissə ilə X10 1/20 hissədən ayrılaraq, torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin Cavabdeh 4/20 hissəsinin üzərində saxlanılmaqla xx.xx.2025 tarixli yerquruluşu planına uyğun olaraq yerdə (naturada) bölünməsini məhkəmədən xahiş etmişdir. Torpaq sahələrinin naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, 19 dekabr 2025-ci il tarixli 10/6317 saylı ekspert rəyində ünvan 2idə yerləşən ümumi sahəsi 1,0181 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 Məhəmməd oğlunun, İddiaçı3 və İddiaçı2 paylarının birlikdə 15/20 hissəsinin, Cavabdeh payına düşən 4/20 hissə və X10 payına düşən 1/20 hissədən ayrılaraq naturada bölünməsinin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 4/20 hissəsinin üzərində saxlanılmaqla naturada ayrılmasının Azərbaycan Dövlət Tikinti Normaları 2.6- 1-nin "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla tikili cavabdehə məxsus hissədə saxlanmaqla, iddiaçıların evdəki payları nəzərə alınmadan sadəcə torpaq üzərində bölgünü aparılmasını məhkəmədən xahiş etsə də, xx.xx.2026-cı il tarixli məhkəmə iclasında izahatı alınmış mütəxəssis bölgünü apararkən tikilini cavabdehə məxsus hissədə saxlamaqla, nəzərə almadığını, torpaq sahəsi qeyd edilən qaydada bölünərkən bölgünün Azərbaycan Dövlət Tikinti Normaları uyğun olub-olmayacağını müəyyən etmədiyini bildirmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində tikili nəzərə alınmadan bölgünü mümkün olduğu göstərilsə də, hazırkı vəziyyətdə bölünməsi tələb onunan torpaq sahəsində tikili mövcuddur və həmin tikili nəzər alınmadan torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Torpaq sahəsinin üzərindəki tikili nəzərə alınmadan torpaq sahələrinin naturada ayrılması praktiki olaraq mümkün deyil və bu, icrası mümkün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnər. Həmçinin məhkəmə 19 dekabr 2025-ci il tarixli, 10/6317 saylı ekspert rəyini nəzərdən keçirərkən həmin rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal müəyyən etməmiş, iddiaçılar bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli, xx.xx.2025 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında göstərilən, reyestr nömrəsi **********77-10301 olan, ünvan 2i ünvanında yerləşən 1.0181 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 birlikdə 15/20 (iyirmidə on beş) hissəsi (0.7635 hektar), Cavabdeh 4/20 hissə ilə X10 1/20 hissədən ayrılaraq, torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin Cavabdeh 4/20 hissəsinin üzərində saxlanılmaqla xx.xx.2025 tarixli yerquruluşu planına uyğun olaraq yerdə (naturada) bölünməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri olan 100 manat dövlət rüsumu, vəkil xidmət haqqı kimi ödənilmiş 320 manat, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 190 manat iddiaçıya aid edilməli və 150 manat ekspertiza xərci iddiaçılardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında göstərilən, reyestr nömrəsi **********77-10301 olan, ünvan 2i ünvanında yerləşən 1.0181 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 birlikdə 15/20 (iyirmidə on beş) hissəsi (0.7635 hektar), Cavabdeh 4/20 hissə ilə X10 1/20 hissədən ayrılaraq, torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin Cavabdeh 4/20 hissəsinin üzərində saxlanılmaqla xx.xx.2025 tarixli yerquruluşu planına uyğun olaraq yerdə (naturada) bölünməsi tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat, vəkil xidmət haqqı kimi ödənilmiş 320 (üç yüz iyirmi) manat, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 190 (bir yüz doxsan) manat iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (bir yüz əlli) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-43/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-43/2025
18.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver