Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-430/2022 04.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X12 katibliyi, Ərizəçilər İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı6 iştirakları ilə Ərizəçilər İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı6 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri: Ərizəçilər İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı6 ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-908 KOD 40216018 saylı, qeydiyyat kitabında 1236 nömrə ilə qeydiyyata alınmış 30.12.2005-ci ildə Zaqatala rayonu Torpaq Şöbəsinin müdiri və X30 Layihə İnstitutunun rektoru tərəfindən təsdiq edilmiş Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Yuxarı Tala kənd ərazisində yerləşən onlara məxsus 1.49 ha torpaq sahəsi vardır. Torpağın mülkiyyətə verilməsinə dair JN-908 KOD 40216018 saylı Dövlət Aktında “İddiaçı4”nın əvəzinə səhvən “X13”, “İddiaçı3”nun əvəzinə səhvən “X23”, “Qurbanova (Kazımova) Mətanət Məmməd qızı”nın əvəzinə səhvən “X15”, “İddiaçı2”nun əvəzinə səhvən “X16”, “Qurbanova (Babayeva) Məhəbbət Məmməd qızı”nın əvəzinə səhvən “X14”, “İddiaçı6”nun əvəzinə səhvən “X17” yazılmışdır. Onlar Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında səhvən qeyd edilmiş “Soltanov” soyadının “Qurbanov” kimi, “Şaxmat” ata adının “Şamixat” kimi, “Məmməd” adının “Məhəmməd” adı kimi dəyişdirilərək Dövlət Aktında qeyd olunan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsinə köməklik göstərilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. Lakin həmin təşkilatın 21.02.2022-ci il tarixli məktubuna əsasən Ləğv olunmuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-908 KOD 40216018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığı izah edilərək bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də onlar “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın onlara məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması üçün müraciət etməli olmuşlar. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçilər İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı6 ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Mülki iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişı göndərilməklə xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Torpağın mülkiyyətə verilməsinə dair JN-908 KOD 40216018 nömrəli Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən Zaqatala rayonu Yuxarı Tala kənd sakini X6, X18, X8, X9, X7 və X10 mülkiyyətinə 1,49 ha torpaq sahəsi verilmişdir. Dövlət aktı iki nüsxədə tərtib edilmiş və 1236 nömrəsi ilə kitabda qeydiyyata alınmışdır. Zaqatala Rayon İcra hakimiyyəti Başçısının Bəhmətli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21.01.2022-ci il tarixdə verilmiş 128 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq X19 qeyd edilmiş AZE16619819 nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan X20 şəxs ilə adlı siyahıda qeyd olunan X19 eyni şəxsdir. Zaqatala Rayon İcra hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 fevral 2022-ci il tarixdə verilmiş arayışlardan görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq X1 qeyd edilmiş AZE0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı4 ilə eyni şəxsdir. X11 qeyd edilmiş AZE******** nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı3 ilə eyni şəxsdir. X3 qeyd edilmiş AZE******** nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan Qurbanova (Kazımova) Mətanət Məmməd qızı ilə eyni şəxsdir. X4 qeyd edilmiş AZE******** nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı2 ilə eyni şəxsdir. X2 qeyd edilmiş AZE******** nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan Qurbanova (Babayeva) Məhəbbət Məmməd qızı ilə eyni şəxsdir. X5 qeyd edilmiş AZE0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı6 ilə eyni şəxsdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 21 fevral 2022-ci il tarixli İddiaçı6 və İddiaçı4 ünvanlanmış məktubundan görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Torpaq islahatı nəticəsində torpaq payı almış subyektlərin siyahısında düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılacaqdır. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı3 xx.xx.1983-cü il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş və orada da yaşayır. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı4 xx.xx.1958-ci il tarixdə Zaqatala rayonu Dardoqqaz kəndində anadan olmuş və Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayır. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı6 xx.xx.1955-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş və orada da yaşayır. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx.xx.1981-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş və orada da yaşayır. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Qurbanova (Kazımova) Mətanət Məmməd qızı xx.xx.1980-cı il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş və orada da yaşayır. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Qurbanova (Babayeva) Məhəbbət Məmməd qızı xx.xx.1978-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş və orada da yaşayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı əsasında hazırlanmış JN-908 KOD 40216018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"-də 1,49 ha torpaq sahəsinin mülkiyyətinə verilən şəxslərin soyadları “Qurbanov” əvəzinə “Soltanov” kimi, eyni zamanda İddiaçı6 və İddiaçı4 adları “Məmməd” əvəzinə “Məhəmməd” kimi, “Şamixət” əvəzinə “Şaxmat” kimi qeyd edilmiş və torpaq aktında qeyd edilənlər həmin şəxslərin şəxsiyyətlərini təsdiq edən sənəddə göstərilən müvafiq olaraq adları və soyadları ilə düz gəlmir. Bundan başqa ərizəçilərin soyadlarının Qurbanov, həmçinin iki şəxsin adının müvafiq olaraq Məmməd və Şamixət olması işdə olan tədqiq edilmiş sənədlərlə bir daha öz təsdiqini tapır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı əsasında hazırlanmış JN- 908 KOD 40216018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"-da qeyd edilən “X13”nın AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı4, “X23”nun AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı3, “X15”nın AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan Qurbanova (Kazımova) Mətanət Məmməd qızı, “X16”nun AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı2, “X14”nın AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan Qurbanova (Babayeva) Məhəbbət Məmməd qızı, “X17”nun AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı6 kimi nəzərə alınmaqla həmin sənədin ərizəçilər İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı6 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı əsasında hazırlanmış JN-908 KOD 40216018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"-da qeyd edilən “X13”nın AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı4, “X23”nun AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı3, “X15”nın AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan Qurbanova (Kazımova) Mətanət Məmməd qızı, “X16”nun AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı2, “X14”nın AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan Qurbanova (Babayeva) Məhəbbət Məmməd qızı, “X17”nun AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı6 kimi nəzərə alınmaqla həmin sənədin ərizəçilər İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı6 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-430/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-430/2022
04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver