Məhkəmə qərarları › İş №e-2(033)-440/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-440/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-440/2025 14.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X7 qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X2 ölümünə görə ödənilmiş 5000 AZN (beş min manat) pulun və ödənilmiş 70 manat dövlət rüsumunun və 0.56 AZN xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək, yolun kənarındakı işıq dirəyinə çırpılmış, nəticədə həmin nəqliyyat vasitəsində sərnişin kimi əyləşən X3 vəfat etmişdir. İş materiallarına əlavə edilmiş PAT********** Sığorta şəhadətnaməsinin elektron çıxarışından, həmçinin İcbari sığorta bürosundan çıxarışdan və 062255 nömrəli sığorta aktından göründüyü kimi hadisə zamanı “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər müddətə İddiaçı SŞ-da “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(107)-33/2019 nömrəli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh nəqliyyat vasitəsini alkoqol istifadəsi nəticəsində sərxoş halda idarə etmiş və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. “İcbari Sığorta Haqqında” Qanunun 14-cü maddəsinə əsasən, ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin (5000 manat) 100%-ni təşkil edir. Əlavə olunmuş 1481 nömrəli ödəniş tapşırığından da görünür ki, İddiaçı Sığorta Şirkəti vəfat etmiş X2 ölümünə görə iş materiallarında olan Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışına, həmçinin xx.xx.2019-cu il tarixli 23AA8520799 saylı Azərbaycan dilinə rəsmi şəkildə tərcümə edilmiş razılıq əsasında mərhumun anası X4 hesabına ödəmişdir. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh yuxarıda qeyd etdikləri Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən, sərxoş olaraq nəqliyyat vasitəsini idarə etmişdir və buna görə də ona qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edirik ki, 5000 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Tərəfimizdən Cavabdeh bir neçə dəfə yazılı şəkildə (pretenziya) müraciət olunsa da, borc bu günə qədər ödənilməmiş qalmışdır İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia ərizəsinə onların iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları 06 fevral 2019-cu il tarixli 062255 nömrəli Sığorta Aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Nazim Umarov arasında sığorta müqaviləsi bağlanmış “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx.xx.2017 – xx.xx.2018-ci il tarixə sığorta müddətində sığorta təminatı almışdır. “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi üzrə xx.xx.2018-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X3 vəfat etməsi ilə bağlı sağlamlığa dəymiş zərər 5000 manat məbləğində müəyyən olunmuş və müvafiq olaraq X9 aızına hesablanan sığorta ödənişi 5000 manat miqdarında olmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı X8 tərəfindən xx.xx.2017 – xx.xx.2018-ci il müddətə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növündə sığorta etdirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 1(107)-33/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Apelyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh CM-in 263-1.3 və 264-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Cavabdeh “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğun olaraq, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edilməsi nəticəsində diqqəti və çevikliyin azalması vəziyyətində nəqliyyat vasitəsini idarə etməməli olduğu halda 27 iyun 2018-ci ildə, saat 03-da, VAZ-2106 markalı AZ 55- BC-910 dövlət qeydiyyat nişanlı avtomobili yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində etibarnamə əsasında idarə etməklə Zaqatala rayonunun Kəpənəkçi kəndindən rayonun Əliabad qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində təsbit olunmuş müddəalara, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına zərər vurmamalıdır kimi tələblərə riayət etməli olduğu halda bunu etməyərək, rayonun Mosul kənd ərazisində döngəli yolda idarəetməni itirərək avtomobilin asfalt yoldan çıxması nəticəsində avtomobil 17 metr məsafə qət etdikdən sonra sağ hissəsi ilə yolun kənarında olan işıq dirəyinə çırpılmış, nəticədə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan avtomobildə sərnişin olan zərərçəkmiş şəxs X2 ölümünə səbəb olmuş, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməli və zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək yol-nəqliyyat hadisəsi yerindən qaçdığına görə Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.Əliyev (sədrlik edən), R.Hüseynov və C.Ramazanov) 15 noyabr 2018-ci il il tarixli hökmü ilə Cavabdeh CM-in 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək CM-in 263-1.3-cü maddəsi ilə üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əlavə və əsas cəzalar qismən toplanılmaqla Cavabdeh qəti olaraq dörd il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai istintaq dövründə həbsdə və ev dustaqlığında olduğu müddətin ona təyin edilmiş cəzaya hesablanması, Cavabdeh cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, çəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 28 iyun 2018-ci ildən hesablanması, Cavabdeh barədə seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və onun məhkəmə iclas zalında həbs edilməsi, saxlanması üçün Şəki pentensiar müəssisəsinə təhvil verilməsi, Cavabdeh əlavə cəza kimi təyin edilmiş dörd il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının ona təyin edilmiş əsas cəzanın, yəni altı il müddətə azadlıqdan məhrum etmə cəzasının bütün müddətinə və bundan əlavə hökmdə müəyyən edilmiş dörd il müddətə şamil olunması, hökm qanuni qüvvəyə minənədək Cavabdeh barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, ekspertiza xərci olan 106 manatın Cavabdeh tutularaq dövlət hesabına keçirilməsi müəyyən edilmişdir. 08 fevral 2019-cu il tarixli 7171 nömrəli ödəniş tapşırığından görünür ki, 5000 manat vəsait Atəşgah Sığorta Şirkəti ASC tərəfindən X5 ödənmişdir. Atəşgah Sığorta ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyalardan görünür ki, xx.xx.2018-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Atəşgah Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 5000 manat sığorta ödənişi həcmində vəsaitin geri qaytarılmasını tələb etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 6.8-ci maddəsinə görə Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən hesab edilir. 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.3-cü maddəsinə əsasən bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. 14.1.3-cü maddəsinə görə şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. 14.2 və 14.2.1-ci maddələrinə görə sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; 19.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında xx.xx.2017-ci il tarixdə sığorta müqaviləsi bağlanmış “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq xx.xx.2017 – xx.xx.2018-ci il sığorta müddətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 27 iyun 2018-ci ildə VAZ-2106 markalı AZ 55- BC-910 dövlət qeydiyyat nişanlı avtomobili yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində etibarnamə əsasında idarə etməklə yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində X3 ölmüşdür. Cavabdeh yol nəqliyyat hadisəsində təqsiri müəyyən edilmiş və o Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü ilə məhkum edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş sığorta hadisəsi ilə bağlı X2 vərəsəsi X5 xx.xx.2019-cu il tarixdə 5000 manat ödəniş etmiş və hazırda xx.xx.2018-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X5 ödənmiş sığorta ödənişinin əvəzinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş edir. Cavabdeh iddia tələbinə qarşı münasibətini bildirməmişdir. Məhkəmə iddia tələbinə münasibətdə işin yuxarıda qeyd olunan hallarını sadalanan qanunvericilik normaları baxımından təhlil edərək, belə nəticəyə gəlir ki, xx.xx.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi zamanı Cavabdeh hadisənin baş verməsində təqsiri müəyyən edildiyindən, eyni zamanda icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı idarə etmək hüququ olmadığından, həmin sığorta hadisəsi nəticəsində X1 dəymiş zərər 5000 manat zərər "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sığortaçı) tərəfindən zərərçəkmiş şəxsin varisinə ödənildiyindən, yol nəqliyyat hadisəsinə (sığorta hadisəsinə) görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sığortaçı) tərəfindən zərərçəkmiş şəxsə ödənilən (sığorta məbləği) 5000 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması qanuni və əsaslıdır. Göründüyü kimi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 5000 manat sığorta ödənişini «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununa əsasən Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 manat sığorta ödənişinin əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia təmin edildiyindən Cavabdeh 70 manat dövlət rüsumu və 0,56 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 5000 (bir min əlli) manat sığorta ödənişi məbləği, 70 (yetmiş) manat dövlət rüsumu və 0,56 (əlli altı qəpik) manat xidmət haqqı, cəmi 5070,56 (beş min yetmiş manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar