Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-452/2022 08.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə içlasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Toyota Camry markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ödənilməyən 5700 manat hissəsinin, o cümlədən iddianın qaldırılması üçün ödənilmiş 77 manat dövlət rüsumunun və avtomobilə dəymiş zərər aktının alınması üçün ödənilmiş 50 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 05 fevral 2022-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, Cavabdeh 13 dekabr 2021-ci il tarixdə saat 22:55-də idarə etdiyi VAZ 2107 markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri N.Nərimanov küçəsi ilə S.Qaziyeva küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında yol ayrıcına daxil olaraq "Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu" nun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla "svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar." hərəkətini davam etdirərək işıqforun yaşıl işığının son saniyələrində yolayrıcına daxil olan sürücü X6 idarə etdiyi onun mülkiyyətində olan Toyota Camry markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Emil Hacılı yüngül dərəcəli bədən xəsarəti, sərnişin Rəşid Abdullayev isə dərəcəsi təyin edilməyən bədən xəsarətləri alması ilə müşayiət olunan xəta törətmişdir. Qeyd edilən material üzrə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 3(033)-70/2022 iş nömrəli qərarı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi və s. qərara alınmış, o cümlədən, zərərçəkmiş şəxslərə izah edilmişdir ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Qeyd etmək istəyir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan Toyota Camry markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 10700 (on min yeddi yüz) manat ziyan dəymişdir. Həmin ziyanın 5000 (beş min) manat hissəsini Cavabdeh idarə etdiyi VAZ 2107 markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilini icbari sığorta edən "Günay" siğorta şirkəti ödəmişdir. Lakin, yerdə qalan 5700 (beş min yeddi) manat ziyanı iş üzrə Cavabdeh ödəməkdən yayınır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz göndərərək İddiaçı iddiasının rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ilə tanış olmuşdur və iddianı qəbul etmir. Avtomobilə dəymiş zərər şişirdilərək heç bir rəsmi lisenziyası olmayan “Avtosalon-057” adlı X1 yazılmışdır və həqiqətə uyğun olmayan şişirdilmiş qiymətlər göstərilmişdir. Bundan başqa, avtomobilin zədələnmiş elə bir hissələri vardır ki, onları dəmirçi düzəldə bilər, elə ehtiyat hissəsi vardır ki, onu işlənmiş ehtiyat hissəsi ilə əvəz etmək olar, elə hissə vardır ki, ona yalnız yenisini almaq lazımdır. Bu faktlar avtomobilə dəymiş zərər aktında qeyd olunmamışdır. Bundan başqa zərərdə qeyd olunan ustaların zəhmət haqqı 2100 manat, yəni şişirdilmiş bir rəqəm göstərilmişdir. Ölkəmizdə minimum əmək haqqı 250-300 manat olduğu halda dəmirçi 3-5 gün işləməli olduğu avtomobil üçün zəhmət haqqı 900 manat yazılmışdır. Bu heç bir qayda-qanuna uyğun gəlmir, eləcə də rəngsaz, elektrik və matarist. O hesab edir ki, zərər aktındakı şişirdilmiş rəqəmlər iddiaçının ondan əlavə pul qopartmaq məqsədi ilə yazılmışdır. Ona görə də, məhkəmədən xahiş edir ki, avtomobilə dəymiş zərərlə bağlı qiymətləndirməyə dair ekspertiza təyin etsin. Ekspertiza qarşısında avtomobilin hansı hissələrinin ustalar tərəfindən düzəldilməsinin mümkünlüyü, hansı hissələrinin işlənmiş hissələrlə əvəz olunması və hansı hissələrinin yenisi ilə əvəz olunmasına dair suallar qoyulsun. Bundan başqa məhkəmədən xahiş edir ki, avtomobilə dəymiş zərəri ödəmiş sığorta təşkilatının nümayəndəsini işə cəlb etsin. Ona görə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı sığorta təşkilatından 5000 manat sığorta pulu almışdır. Hadisədən sonra sığorta təşkilatı özü qiymətləndirmə apararaq avtomobilə dəymiş zərərin 5000 manatdan çox olmadığını ona bildirmişdir. Lakin hazırda isə iddiaçı 10700 manat ziyanlığa dair akt təqdim edir. Bu məsələni aydınlaşdırmaq üçün, yəni avtomobilə dəymiş zərərin sığorta şirkətinin mütəxəssisləri tərəfindən araşdırılıbaraşdırılmamasını məhkəmə sorğu vasitəsi ilə müəyyən etsin. Ona görə ki, onun sorğusuna sığorta təşkilatı cavab vermir. Hesab edir ki, etirazında qeyd etdikləri araşdırılarsa iddiaçının haqlı olmadığı müəyyən olunar. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda, göstərdi ki, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ekspert rəyi ilə razıdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki onun təqsirləndirildiyi hadisə nəticəsində Toyota Camry markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin təmir-bərpa edilməsi üçün ehtiyat hissələrinin alınması və ustalara veriləcək cəmi pulun məbləğinin nə qədər təşkil etdiyi barədə məhkəmə tərəfindən qoyulmuş suala Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ekspert rəyi ilə razı deyil. Belə ki, ekspertiza zamanı onun bundan xəbəri olmamış, ona bu barədə məlumat verilməmişdir. O ekspertizanın keçirilməsindən xəbərsiz olmuşdur və ekspertiza keçirilərkən iştirak etməmişdir. Ekspert rəyində göstərilmiş rəqəmlər iddiaçı tərəfindən şişirdilmiş rəqəmlərdir. Ekspert iddiaçının təqdim etdiyi qiymətləri ekspert rəyinə köçürərək heç bir qanuna istinad etmədən şişirdilmiş qiymətlər yazaraq rəy vermişdir. Ona görə də hesab edir ki, ekspert rəyi reallığı əks etdirmir və təkrar ekspertiza təyin edilməlidir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İşin halları “Avtosalon-057” X5 tərəfindən verilmiş 5 nömrəli 14 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Emil Hacıyeva məxsus Tayota Camry markalı 99 HS-303 dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin cəmi məbləği 10700 manat həcmində qiymətləndirilir. “Avtosalon-057” X5 tərəfindən 14 dekabr 2021-ci il tarixdə verilmiş mədaxil qəbzindən görünür ki, Zərər aktının tərtib edilməsi üçün 50 manat ödəniş edilmişdir. AD seriyalı 134635 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** HS *** qeydiyyat nişanlı, buraxılış ili 2014-cü il olan, tünd göy metalik rəngli nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Zaqatala Rayon Məhkəməsinin 3(033)-70/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh 13 dekabr 2021-ci il tarixdə saat 22:55-də idarə etdiyi VAZ 2107 markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhəri N.Nərimanov küçəsi ilə S.Qaziyeva küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında yol ayrıcına daxil olaraq “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla “svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar.” hərəkətini davam etdirərək işıqforun yaşıl işığının son saniyələrində yolayrıcına daxil olan sürücü X6 idarə etdiyi Toyota Camry markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Emil Hacılı yüngül dərəcəli bədən xəsarəti, sərnişin Rəşid Abdullayev isə dərəcəsi təyin edilməyən bədən xəsarətləri alması ilə müşayiət olunan xəta törətmişdir. xx.xx.2022-ci il tarixli köçürməyə dair məlumatlardan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 5000 manat vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli 9/3148 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Avtosalon-057 X5 tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrinin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı "Toyota Camry" markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 10100,00 manat müəyyən edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə əmtəə ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh 13 dekabr 2021-ci il tarixdə saat 22:55-də idarə etdiyi VAZ 2107 markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X6 idarə etdiyi AD seriyalı 134635 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı sahibliyində olan Toyota Camry markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobillə zərər vurmuşdur. 13 dekabr 2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərər üzrə "xxxx" ASC tərəfindən İddiaçı 5000 manat sığorta ödənişi edilmişdir. Avtomobilə vurulmuş zərərin məbləği Avtosalon-057 X5 10700 manat həcmində qiymətləndirilmiş və iddiaçı qeyd edilən məbləğin ödənilməmiş 5700 manat hissəsinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək Avtosalon-057 tərəfindən verilmiş qüsur aktında qeyd edilənlərlə razı olmadığını bildirmiş və məhkəmə tərəfindən Toyota Camry markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli 9/3148 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, “Avtosalon-057 X5 tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrinin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı "Toyota Camry" markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 10100,00 manat olması müəyyən edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə ilk öncə cavabdehin etirazına münasibət bildirərək hesab edir ki, iddia tələbinin rədd olunması üçün əsaslar yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Cavabdeh daha sonra etiraz ərizəsində ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı ekspertiza təyin edilmiş, rəy alınmışdır. Bundan sonra cavabdeh ikinci ərizəsində təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi, dəymiş zərərin müəyyən edilməsi ilə bağlı ekspert rəyi mövcuddur. Hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Ona görə ki, ekspert rəyinin kifayət qədər aydın və ya tam olmamasına dair əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən buna dair sübutlar da təqdim edilməmişdir. Prosessual və maddi qanunvericilik aktlarının normalarına istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərərin ödənilməsi tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Bu səbəbdən də məhkəmə mülki qanunvericiliyin tələbləri baxımından mülki məsuliyyətin əmələ gəlməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyi də zəruri hesab etmişdir. Belə ki, istinad edilmiş (Mülki Məcəllənin 1096-cı maddəsi) mülki qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquqa görə məsuliyyət, hüquqpozma qanunun və ya müqavilənin tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Mülki hüquq və vəzifələri pozanların məsuliyyətə cəlb olunması üçün şəxsin öz üzərinə qoyulmuş vəzifələri və digər şəxslərin subyektiv hüquqlarını hüquqa zidd şəkildə pozması, ziyan və zərərin mövcudluğu, hüquqpozanın hüquqa zidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqənin, həmçinin hüquq pozanın təqsirinin olması vacib şərtlərdir. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin iştirakı ilə 13 dekabr 2021ci il tarixdə saat 22:55-də baş vermiş yol nəqliyyat hadisəsi zamanı məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərərin dəyməsi öz təsdiqini tapdığından və bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçıya dəymiş zərərin müəyyən edilməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli 9/3148 nömrəli ekspert rəyinə əsaslanaraq hesab edir ki, iddiaçıya məxsus “Toyota Camry" markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 10100,00 manat həcmində qiymətləndirilməli və həmin məbləğin 13 dekabr 2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçı Günay Sığorta ASC tərəfindən iddiaçıya ödənilmiş 5000 manat hissəsi nəzərə alınmaqla iddiaçıya vurulmuş faktiki maddi zərərin ödənilməmiş hissəsi olan 5100 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə daha sonra qeyd edir ki, məhkəmə xərclərinin aid edilməsində meyar ərz edilən tələbin haqlı olub-olmaması barədə məhkəmənin gəldiyi nəticədir. Məhkəmə tələbin haqlı olub-olmaması (yaxud hansı həddə haqlı olub-olmaması) barədə gəldiyi nəticəni qərarın nəticə hissəsində göstərir və buna uyğun olaraq məhkəmə xərci məsələsini də həll edir. İddia hansı həddə təmin olunursa, həmin həddə iddiaçı haqlı hesab edilir. İddia tələbi dəyişdirilərkən (artırılarkən, azaldılarkən) məhkəmə xərcləri iddiaçının icraat açılan anda olan tələbinə uyğun deyil, qətnamə (qərar) çıxarılan anda müdafiə etdiyi iddia tələbinə uyğun həll edilməlidir. Hazırki işdə isə iddiaçının tələbi təmin olunmuş hesab olunmalıdır. Daha sonra məhkəmə qeyd edir ki, işə baxılması ilə əlaqədar Məcəllədə göstərilən xərclərin siyahısı qəti deyil. Qanunda sadalananlardan başqa, məhkəmə də zəruri hesab etdiyi hallarda tərəfləri digər xərclərin tutulmasına cəlb edə bilər. Məsələn, sübutların toplanması ilə əlaqədar tutulan xərclər, o cümlədən iddia verilənədək toplanan xərclər. Məhkəmə iddia tələbinin zərər aktının alınması üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi ilə bağlı ödənilmiş 77 manat dövlət rüsumunun 71 manat hissəsi Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməli, 6 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 5100 (beş min bir yüz) manat maddi zərər və 50 (əlli) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 71 (yetmiş bir) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 6 (altı) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov .
Məhkəmə qərarları › İş №e-2(033)-452/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-452/2022
08.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver