Məhkəmə qərarları › İş №e-2(033)-46/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-46/2023

18.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-46/2023 18.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğlunun, Balaməmmədov Akı̇ f Sayad oğlunun və Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X2 iştirakları ilə, İddiaçı cavabdehlər Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğlu, Balaməmmədov Akı̇ f Sayad oğlu və Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X4 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın ümumi birgə mülkiyyət hesab edilməsi və daşınmaz əmlaklarda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanması barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış yalan (əhəmiyyətsiz) əqd olan xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilməsinə, həmin fərdi yaşayış evinin Cavabdeh2 ilə aralarında bölünməsinə və həmin fərdi yaşayış evinin üzərində ikidə bir hissədə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh2 qarşı "nikahın pozulmasına dair" iddia tələbi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)- 65/2022 nömrəli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh2 ilə aralarında olan nikahın pozulması qət edilmişdir. Birgə nikah dövründə birgə mülkiyyət hüququ ilə əldə etdikləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən daşınmaz əmlakların aralarında bölünməsi və daşınmaz əmlaklar üzərində payların müəyyən olunması barədə iddia tələbi Zaqatala Rayon Məhkəməsinin 2(033)-90/2022 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən daşınmaz əmlakların aralarında bölünməsi və daşınmaz əmlaklar üzərində payların müəyyən olunması barədə iddia tələbi təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin aralarında bölünməsi və daşınmaz əmlaklar üzərində payların müəyyən olunması barədə iddia tələbi bağışlama müqaviləsi ilə Cavabdeh2 tərəfindən əldə edildiyi əsas gətirilərək rədd edilmişdir. O cavabdehlə Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini 2014-cü ilin sonunda daha öncə tanımadıqları Cavabdeh1 45000 (qırx beş min) manata almışlar. Həmin evi aldıqdan sonra əsaslı təmir işləri aparılmış, suvaqları, tavan və döşəmələri, qapı və pəncərələri yenilənmiş, daxili bəzək işləri görülmüşdür. Təmir tikinti işlərinin aparılmasına 100000 (yüz min) manata yaxın vəsait xərclənmişdir. Təmir tikinti işləri yekunlaşdıqdan sonra da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin bağışlanma müqaviləsi ilə rəsmiləşdirildiyini məhkəmə qətnaməsindən və iş materiallarından əldə etdiyi xx.xx.2014cü il tarixli bağışlama müqaviləsindən öyrənmişdir. Çünki onlar həmin evi əvvəllər tanımadıqları Cavabdeh1 pul verib satın almışlar. Cavabdeh1 vergi ödəməməsi üçün və daha az məbləğdə dövlət dövlət rüsumu ödəməsi üçün Cavabdeh2 ilə razılaşıb alqı-satqı müqaviləsini bağışlama müqaviləsi kimi rəsmiləşdirmişlər. Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu (hazırda vəzifəsi Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu) X7 da bu yalan əqdi təsdiq etmişdir. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi Cavabdeh1 Cavabdeh2 ilə aralarında nə qohumluq, nə də onunla arasında hər hansı mənəvi bir münasibət vardır. Həmin evin alqı-satqısına qədər onu tanımamışlar. Evin alqı-satqısından sonra onunla tanışlıqları başlıyıb və indi də davam edir. O Cavabdeh1 ev alanda görmüşdür. Cavabdeh1 Bakı şəhərində yaşayırdı, həmin fərdi yaşayış evi onun ata evi idi və həmin evdə bacısı yaşayırdı. Cavabdeh1 böyük məbləğdə borcları olduğu üçün bacısını o evdən çıxardaraq evi onlara satmışdır. Yəni Cavabdeh1 yaxın qohumu, ümumiyyətlə qohumu olmayan Cavabdeh2 dəyəri 45000 (qırx beş min) manat olan 3 otaqlı 159,4 kv.m.-lik fərdi yaşayış evini bağışlaması absurddur. Hüquq elmində və hüquqi praktikada formalaşmış mövqeyə görə bağışlama müqaviləsi mənəvi dəyərlərə söykənən müqavilədir, çünki hədiyyə verən öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, bağışlamanın əsasında mənəvi dəyərlər dayanır. Bağışlama zamanında Cavabdeh1 ilə Cavabdeh2 arasında mənəvi dəyərlərə əsaslanan münasibət olmayıb. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanması barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli bağışlama müqaviləsi tərəflər arasında alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanan yalan əqddir. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini cavabdeh Balaməmmədov Akı̇ f Sayad oğlu ilə birgə vəsaitləri hesabına alqı-satqı ilə almışlar. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğlu etiraz ərizəsi ilə müraciət edərək iddiaçının iddiasının təmin olunmamasına dair qətanmə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahat verərək göstərmişdir ki, onlar cavabdehlə Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini 2014-cü ilin sonunda daha öncə tanıdıqları Cavabdeh1 45000 (qırx beş min) manata almışlar. Həmin evi aldıqdan sonra əsaslı təmir işləri aparılmış, suvaqları, tavan və döşəmələri, qapı və pəncərələri yenilənmiş, daxili bəzək işləri görülmüşdür. Təmir tikinti işlərinin aparılmasına 100000 (yüz min) manata yaxın vəsait xərclənmişdir. Təmir tikinti işləri yekunlaşdıqdan sonra da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin bağışlanma müqaviləsi ilə rəsmiləşdirildiyini məhkəmə qətnaməsindən və iş materiallarından əldə etdiyi xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsindən öyrənmişdir. Çünki onlar həmin evi əvvəllər tanımadıqları Cavabdeh1 pul verib satın almışlar. Cavabdeh1 vergi ödəməməsi üçün və daha az məbləğdə dövlət rüsumu ödəməsi üçün Cavabdeh2 ilə razılaşıb alqı-satqı müqaviləsini bağışlama müqaviləsi kimi rəsmiləşdirmişlər. Eyni zamanda Mirzəyev X3 Akif Sayad oğluna onun banka olan borclarının ödənilməsi üçün baş etibarnamə də verilmişdir. Hətta həmin sənədlərdə olan Cavabdeh1 arvadına məxsus ərizədə göstərilir ki, evi satmağa heç bir etirazı yoxdur. Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu (hazırda vəzifəsi Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu) X7 da bu yalan əqdi təsdiq etmişdir. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi Cavabdeh1 Cavabdeh2 ilə aralarında nə qohumluq, nə də onunla arasında hər hansı mənəvi bir münasibət vardır. Həmin evin alqı-satqısına qədər onu tanımamışlar. Evin alqı-satqısından sonra onunla tanışlıqları başlıyıb və indi də davam edir. O, Cavabdeh1 ev alanda görmüşdür. Cavabdeh1 Bakı şəhərində yaşayırdı, həmin fərdi yaşayış evi onun ata evi idi və həmin evdə bacısı yaşayırdı. Cavabdeh1 böyük məbləğdə borcları olduğu üçün bacısını o evdən çıxardaraq evi onlara satmışdır. Yəni Cavabdeh1 yaxın qohumu, ümumiyyətlə qohumu olmayan Cavabdeh2 dəyəri 45000 (qırx beş min) manat olan 3 otaqlı 159,4 kv.m.-lik fərdi yaşayış evini bağışlaması absurddur. Hüquq elmində və hüquqi praktikada formalaşmış mövqeyə görə bağışlama müqaviləsi mənəvi dəyərlərə söykənən müqavilədir, çünki hədiyyə verən öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, bağışlamanın əsasında mənəvi dəyərlər dayanır. Bağışlama zamanında Cavabdeh1 ilə Cavabdeh2 ilə arasında mənəvi dəyərlərə əsaslanan münasibət olmayıb. Cavabdeh1 ilə aralarında olan telefon danışığı zamanı o ona həmin evi bağışlanma yox, alqı-satqı olduğunu bildirsədə o, bununla bağlı heç bir etiraz etməmişdir. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanması barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış yalan (əhəmiyyətsiz) əqd olan xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilməsinə, həmin fərdi yaşayış evinin Cavabdeh2 ilə aralarında bölünməsinə və həmin fərdi yaşayış evinin üzərində ikidə bir hissədə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahat verərək göstərmişdir ki, o iddia tələbini qəbul etmir. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 ona xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında vermişdir. Onların aralarında heç bir pul söhbəti və ya hər hansı bir ödəniş edilməsi üçün razılıq olmamışdır. Ev tam olaraq əvəzsiz şəkildə Cavabdeh1 tərəfindən ona bağışlanmışdır. Bununla bağlı o dövrdə heç bir məhdudiyyət olmamışdır. Həmin Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 onun anası tərəfindən bağışlanılmışdır. Cavabdeh1 Bakı şəhərində yaşayır və böyük iş adamıdır. Cavabdeh1 ilə uzun zamandır ki, dostluq edir. O daima ona böyük oğlu kimi baxmışdır. Hətta o Zaqatalada olan işlərinin görülməsi üçün ona baş etibarnamə də vermişdir. Həmin sözügedən ev ona bağışlandıqdan sonra, Bakı şəhərində nikahdan öncə 2002-ci il tarixdən özünə məxsus olan fərdi yaşayış evinin 42500 manata satışından əldə olunan gəlir əsasında təmir işləri görülmüşdür. Həmin 42500 manatın 37500 manat hissəsi notarial, geridə qalanı isə 5000 manatı əlbəəl almışdır. Bununla bağlı notariusa sorğu verilməsinə etiraz etmir. Lakin həmin təmir işləri iddia ərizəsində göstərilən məbləğdə olmamışdır. Təmir işləri üçün çox az miqdarda xərclər çəkilmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğlu izahat verərək göstərmişdir ki, o iddia tələbini qəbul etmir. Cavabdeh2 ilə aralarında qohumluq münasibəti olmamışdır. Lakin Cavabdeh2 ona çox doğma insandır. O, Cavabdeh2 2009-cu ildən tanıyır. Hətta ona baş etibarnamə belə vermişdir ki, özü burda olmayan zaman onun işlərini Cavabdeh2 həll etsin. Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında ona pay vermişdir. Bununla bağlı heç bir ödəniş və ya hər hansı razılıq olmamışdır. O, evi Cavabdeh2 əvəzsiz olaraq bağışlamışdır. Sadəcə Akif ona oğlu kimi yaxındır. İndi belə istəyir ki, onun ailəsi dağılmasın və yenidən bir ailə olaraq davam etsinlər. İddiaçı bildirir ki, o əvvəlcədən onu tanımamışdır, lakin o Səyalı xanımın atasının yasında belə iştirak etmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X7 izahat verərək göstərmişdir ki, əvvəlki illərdə bağışlanma ilə heç bir məhdudiyyət yox idi, hər kim istəsə əmlakı digər bir şəxsə hədiyyə edə bilərdi. Bu müqavilə də bağlanarkən, o tərəflərə alqı-satqı kimi rəsmiləşdirilməsini bildirsə də, onlar buna etiraz edərək, aralarında heç bir pul söhbəti olmadığını, evin bağışlanıldığını və bu müqavilənin rəsmiləşdirilməsi üçün qanunla heç bir qadağanın olmadığını bildirmişlər. Baxmayaraq ki, həmin illərdə evin alqı-satqısı zamanı vergi tutulmurdu. Ev Cavabdeh1 anasından bağışlandığı üçün arvadından razılığa ehtiyac yox idi. Bunun üçün də bağışlanma müqaviləsi tam rəsmi şəkildə bağlanmışdır. Qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları Reyestrdə 4Ə-332 nömrə ilə qeyd edilmiş Zaqatala 1 saylı dövlət notariat kontorunun dövlət notariusu N.R.Məmmədova tərəfindən təsdiq edilmiş 09 noyabr 2006-cı il tarixli müqavilədən görünür ki, X11 xx.xx.2006-cı il tarixli MH0001185 nömrəli çıxarışda göstərilən **********56-10301 reyestr nömrəli Zaqatala şəhəri M.Nəzirova küçəsində yerləşən 1953-60-cı illərdə tikilmiş, yaşayış sahəsi 65,7 kv.m, köməkçi sahəsi 93,7 kv.m, ümumi sahəsi 159,4 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 65,7 kv.m. yaşayış sahəsi, 93,7 kv.m. köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 08 dekabr 2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğlu DƏDRX çıxarış seriya MH ******* nömrəli, reyestr nömrəsi **********56-10301, qeydiyyat nömrəsi ********* olan, xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış, ona məxsus olan Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 159,4 kv.m, 65,7 kv.m. yaşayış sahəsi, 93,7 kv.m. köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. Leninski rayon VVAQ Şöbəsi tərəfindən 10 iyul 1985-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə X10 10 iyul 1985-ci il tarixdə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra ərə “Mirzəyev”, arvada “Mirzəyeva” familiyası verilmişdir. X9 tərəfindən Notariat kontoruna ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, Zaqatala rayonu Mina Nəzirova küçəsində yerləşən 13 nömrəli evin satılmasına etirazı yoxdur. Zaqatala rayonu İcra Hakimiyyəti Zaqatala şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixli 3735 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında sorğu əsasında tərtib edilmiş 6 saylı ev təsərrüfatının uçotu kitabının 88-ci səhifəsində yalnız Cavabdeh1 özü təsərrüfat üzvü kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən 0,0352 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 78,40 kv.m. yaşayış sahəsindən və 139,50 kv.m. yardımçı sahəsindən ibarət olmaqla ümumi sahəsi 217,90 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********56-10301 olan fərdi yaşayış evinə dair xx.xx.2015-ci il tarixdə inventar nömrəsi 2448 olan texniki pasport tərtib edilmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin əməliyyat sistemində Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğluna dair heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx"ASC-nin əməliyyat sistemində X15 oyluna məxsus bank hesabları və bank qarşısında olan öhdəliyinə dair heç bir məlumat aşkar edilməmişdir. Turan Bank ASC tərəfindən 03 oktyabr 2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğlunun xx.xx.2014-cü il tarixdə Turan Bank ASC qarşısında heç bir öhdəliyi olmamışdır. Turan Bank ASC tərəfindən 15 noyabr 2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğluna Turan Bank ASC-də xx.xx.2022-ci il tarixinədək heç bir bank hesabı açılmamışdır. Bank Respublika ASC tərəfindən 25 oktyabr 2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğlu adında "xxxx" ASC-də müştəri aşkar olmamışdır. Bank Respublika ASC tərəfindən 14 noyabr 2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Cavabdeh1 adında "xxxx" ASC-də müştəri aşkar olunmamışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğlunun xx.xx.2014-cü il tarixdə Bank qarşısında heç bir öhdəliyi olmamışdır. ASC "xxxx"ının Zaqatala filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 ASC "Xalq” Bankının Zaqatala filialından xx.xx.2009-cu il tarixində 24 (iyirmi dörd) ay müddətinə, illik 25 (iyirmi beş) % dərəcəsi ilə 20 000 (iyirmi min) ABŞ dolları məbləğində kredit almışdır. Kassa mədaxil orderlərindən görünür ki, müştəri qismində Cavabdeh1 adına olan kredit müqaviləsi üzrə Bayramov Ramiz və Məhərrəmov Ramiz adlı şəxslər tərəfindən ödənişlər həyata keçirilmişdir. Access Bank QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 034180 nömrəli məktubdan görünür ki, 2008-2014-cü illər ərzində X5 ”AccessBank” QSC qarşısında öhdəlikləri aşağıdakı kimidir: Mingəçevir filialı tərəfindən xx.xx.2010-cu il tarixdə 36 ay müddətinə 50000 ABŞ dolları kredit verilmiş, kreditin bağlanma tarixi xx.xx.2013-cü il, xx.xx.2012-ci il tarixdə 36 ay müddətinə 35 000 ABŞ dolları kredit verilmiş və kreditin bağlanma tarixi xx.xx.2013-cü il, xx.xx.2013-cü il tarixdə 37 ay müddətinə 73000 ABŞ dolları kredit verilmiş və kreditin bağlanma tarixi xx.xx.2014-cü ildir. 2008-2014-cü il tarixləri əhatə edən kassa mədaxil qəbzləri. Azərbaycan Respublikasının Mərkəzi Bankının 2013-cü il 30 iyul 16 3N-1İ qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimatda və Saxlanma müddəti başa çatmış sənədlərin məhv edilmək üçün ayrılması barədə AKT-a əsasən məhv edilmişdir. Bu səbəbdən ödənişlərə dair qəbzlərin təqdim edilməsi mümkün deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 666.1-ci maddəsinin tələblərinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668-ci maddəsinə əsasən bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 153.2 və 153.2.4-cü maddələrinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu 27-ci maddəsinin müddəalarına görə, notariat hərəkətlərinin aparılması qaydaları bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyası 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolu 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, X12 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 159,4 kv. m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini 09 noyabr 2006-cı il tarixli reyestrdə 4Ə-332 nömrə ilə qeyd edilmiş və Zaqatala 1 saylı dövlət notariat kontorunu dövlət notariusu N.R.Məmmədova tərəfindən təsdiq edilmiş müqaviləyə əsasən Cavabdeh1 bağışlamışdır. Həmin müqavilə əsasında reyestr nömrəsi **********56-10301 olan Zaqatala şəhəri M.Nəzirova küçəsində yerləşən 0,0352 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 65,7 kv.m yaşayış 93,7 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə ********* qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh1 mülkiyyətində olan həmin torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 65,7 kv.m yaşayış 93,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini Zaqatala rayon 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X7 tərəfindən təsdiq edilmiş 08 dekabr 2014cü il tarixli Daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən Cavabdeh2 bağışlamışdır. Həmin fərdi yaşayış evində əlavə tikinti işləri aparılaraq tikilinin ümumi sahəsi 217,90 kvadrat metrə, otaq sayı isə 5 otağa çatdırılmışdır. Zaqatala şəhəri M.Nəzirova küçəsində yerləşən 0,0352 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 217,90, yaşayış sahəsi 78,40 kv.m, yardımçı sahəsi 139,50 kv.m olan 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi Cavabdeh2 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən daşınmaz əmlakla bağlı faktiki olaraq alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin olduğunu, həmin əmlak əldə edilərkən qarşılığında 01 iyun 2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək nikahda olduğu Cavabdeh2 Cavabdeh1 45000 pul ödəndiyini, lakin müqavilə rəsmiləşdirilərkən bağışlama müqaviləsi kimi rəsmiləşdirildiyini əsas gətirərək yalan (əhəmiyyətsiz) əqd olan xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilməsinə, həmin fərdi yaşayış evinin Cavabdeh2 ilə aralarında bölünməsinə və həmin fərdi yaşayış evinin üzərində ikidə bir hissədə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazla müraciət edərək edərək iddiaçının iddiasının rədd olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, Cavabdeh2 ilə 2009-cu ildən yaxın münasibətdə olduğunu və onu oğlu kimi gördüyündən mülkiyyətində olan Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini ona bağışladığını bildirmişdir. Əmlakın bağışlanması müqabilində o Cavabdeh2 ödəniş almadığını qeyd etmişdir. Cavabdeh X7 da əvvəlki illərdə bağışlanma ilə heç bir məhdudiyyət olmadığını və istənilən şəxsə əmlakın hədiyyə edə biləcəyini, mübahisə edilən müqavilə bağlanan zaman da müqavilə üzrə tərəflərə müqavilənin alqısatqı kimi rəsmiləşdirilməsi təklif olunsa da onlar aralarında pul söhbətinin olmadığını bildirərək evin mülkiyyətçisi evin bağışlama müqaviləsi əsasında hədiyyə vermək niyyətində olduğunu bildirdiyini bildirmişdir. Qanunvericilikdə hədiyyənin bağışlandığı subyektlərin dairəsi ilə bağlı hər hansı məhdudiyyət olmadığından bağışlanma müqaviləsi tərəfindən təsdiq edilmişdir. Qeyd edilən illərdə alqı-satqı müqaviləsi bağlandığı zamanda vergi tutulmadığını qeyd etmişdir. O qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 159,4 kv. m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 bağışlama müqaviləsi əsasında hədiyyə olaraq verildiyindən həmin əmlak onun mülkiyyətində olmuş və həmin əmlak ər-arvadın ümumi mülkiyyəti ilə məhdudlaşdırılmamışdır. Cavabdeh1 həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alındığından və o fəaliyyət qabiliyyətli şəxs olduğundan onun tam pay olaraq mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 159,4 kv. m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi barəsində müqavilə bağlandığı 08 dekabr 2014-cü il tarixdə sərəncam vermək hüququ olmuşdur. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) bağışlanması haqqında müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. İşin faktiki hallarından da aydın olur ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamış, əksinə Cavabdeh1 mübahisəli fərdi yaşayış evinin bağışlanılması üçün öz iradəsi ilə notariat kontoruna getmiş və bağışlanma müqaviləsi bağlanmışdır. Həmçinin məhkəmə iclasında da Cavabdeh1 öz əmlakını Cavabdeh2 bağışlamasını öz iradəsi ilə etdiyini bildirmişdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş, bağışlanma müqaviləsi Məcəllədə göstərilmiş qaydada notariat qaydasında təsdiqlənmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, bağışlamanın etibarlı olduğu hallar qanunverici tərəfindən müəyyən edilmişdir və qeyd edilən hallara 08 dekabr 2014-cü il tarixli bağışlama müqaviləsi bağlanarkən riayət edilmişdir. Məhkəmə eyni zamanda işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab edir ki, mübahisələndirilən müqavilə iddia edildiyi kimi yalan əqd və ya Mülki Məcəllənin tələblərinin pozulması nəticəsində bağlanmış əqd hesab edilə bilməz. İşdə əqdin başqa əqdi pərdələmək məqsədi ilə bağlanmasına əsas verən hallar da mövcud deyildir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən onu da əsas götürmüşdür ki, bağışlama zamanında Cavabdeh1 ilə Cavabdeh2 arasında mənəvi dəyərlərə əsalanan münasibət olmayıb və Cavabdeh2 həmin evi 45000 manat ödəməklə almışdır. O öz mövqeyinin sübutu kimi onu qeyd etmişdir ki, Cavabdeh1 banklara olan borcunu ödəməsi üçün o Cavabdeh2 etibarnamə vermiş və bağışlama müqaviləsinin predmeti olan fərdi yaşayış evinin Cavabdeh2 bağışlanması müqabilində sonuncu Cavabdeh1 banka olan borclarını ödəmişdir. Məhkəmə qeyd olunanlarla razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən 2008-2014-cü illər ərzində Cavabdeh1 banklar qarşısında olan öhdəlikləri və həmin öhdəliklərin kim tərəfindən icra edilməsi araşdırılmış və Cavabdeh1 Access Bank QSC və ASC Xalq Bank qarşısında kredit müqavilələri üzrə öhdəliklərinin olduğu müəyyən edilmiş, lakin həmin öhdəliklərin icrasının məhz Cavabdeh2 tərəfindən təmin edilməsi müəyyən edilməmiş və buna dair hər hansı sübut iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən Cavabdeh1 Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini özgəninkiləşdirməsi nəticəsində maddi nemət əldə etməsi və Cavabdeh2 tərəfindən hədiyyə verən Cavabdeh1 heç bir cavab xidmətin göstərilməsi müəyyən edilməmişdir. İddiaçı tərəf daha sonra qeyd edir ki, X9 tərəfindən Notariat kontoruna xx.xx.2014-cü il tarixli ərizə ünvanlanlayaraq Zaqatala rayonu Mina Nəzirova küçəsində yerləşən 13 nömrəli evin satılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, X12 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 09 noyabr 2006-cı il tarixli reyestrdə 4Ə-332 nömrə ilə qeyd edilmiş və Zaqatala 1 saylı dövlət notariat kontorunu dövlət notariusu N.R.Məmmədova tərəfindən təsdiq edilmiş müqaviləyə əsasən Cavabdeh1 bağışlamışdır. Həmin müqavilə əsasında reyestr nömrəsi **********56-10301 olan Zaqatala şəhəri M.Nəzirova küçəsində yerləşən 0,0352 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı 65,7 kv.m yaşayış 93,7 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə ********* qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh1 da mülkiyyətində olan həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini Zaqatala rayon 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X7 tərəfindən təsdiq edilmiş 08 dekabr 2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən Cavabdeh2 bağışlamışdır. Məhkəmənin qənaətinə görə Cavabdeh1 həmin fərdi yaşayış evi bağışlanıldığından ümumiyyətlə onun arvadı olan X6 həmin fərdi yaşayış evi barəsində Cavabdeh1 hər hansı əqdi bağlamasına razılıq verməsinə ehtiyac yoxdur. Ona görə də, məhkəmə iddia tələbinin bu dəlilini də əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 08 dekabr 2014-cü il tarixdə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqavilədə alqı-satqı müqaviləsinin elementlərinin mövcud olması qənaətinə gəlmək mümkün deyildir. Əksinə məhkəmə qənaətinə görə, Cavabdeh1 məhz özünə məxsus əmlakı Cavabdeh2 hədiyyə etmək niyyəti ilə iddianın predmeti olan müqaviləni bağlamış və xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanılması müqaviləsi tərəflərin əsl hüquqi niyyətlərini əks etdirir və bağlanmış həmin müqavilə əsasında hədiyyə edən Cavabdeh1 mülkiyyətində olan Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini əvəzsiz olaraq Cavabdeh2 mülkiyyətinə vermiş və xx.xx.2014-cü il tarixdə tərəflər arasında bağlanmış müqavilə tərəflərin hər ikisi üçün bağışlama müqaviləsindən irəli gələn hüquqi nəticələrə səbəb olmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, tərəflər xx.xx.2014-cü il tarixli əqdi bağlayarkən həmin əqddə nəzərdə tutulanlardan əlavə hər hansı mənfəət əldə etməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsində qeyd edilənlər və mülki iş materiallarında mövcud olan sübutlar Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil və Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanmasına dair müqavilə yalan əqd hesab edilə bilməz. Məhkəmə iddia tələbinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilməsinə, həmin fərdi yaşayış evinin Cavabdeh2 ilə aralarında bölünməsinə və həmin fərdi yaşayış evinin üzərində ikidə bir hissədə mülkiyyət hüququnun tanınması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, nikaha girənədək ər-arvaddan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 tərəfindən hədiyyə kimi alındığından həmin əmlak cavabdehin mülkiyyətidir və qeyd edilən əmlak ərlə arvadın nikah dövründə qazandıqları əmlak hesab edilmir. Məhkəmə daha sonra onu da qeyd etməyi zəruri hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-90/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallardan görünür ki, “Məhkəmə ilk iddia tələbinin İddiaçı Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri – ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka ikidə bir hissəsinə mülkiyyət hüququnun tanınması hissəsinə münasibət bildirərək hesab edir ki, ilk iddia bu hissədə təmin edilməməlidir. Belə ki, həmin Zaqatala şəhəri M.Nəzirova küçəsində 0,0352 ha həyətyanı torpaq sahəsində yerləşən 13 saylı fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə etdikləri vəsait hesabına əldə edilməmiş, 08 dekabr 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmışdır. Göründüyü kimi, iddiaçı hazırda mübahisələndirilən ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka ikidə bir hissəsinə mülkiyyət hüququnun tanınmasını da əvvəlki iş üzrə də tələb etmişdir. Hazırda da həmin əmlak üzərində mülkiyyət hüququnun tanınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı əvvəlki iş üzrə onunla cavabdeh arasında birgə nikah dövründə alınmış əmlak hesab etdiyindən həmin iddia tələbini irəli sürmüşdür. Hazırda isə o, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, daha sonra həmin əmlakın ikidə bir hissəsinə mülkiyyət hüququnun tanınmasını xahiş edir. Göründüyü kimi, hazırki mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində olsa da eyni əsaslar üzrə mübahisə deyildir. Məhkəmə daha sonra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş dvd diskin dinlənilməsi zamanı səsləndirilən ifadələrə də öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, həmin disk dinlənilən zaman müəyyən olundu ki, iki şəxs, yəni Cavabdeh1 və İddiaçı telefon vasitəsi ilə bir-biri ilə danışır. İddiaçı həmin fərdi yaşayış evinin onlara satıldığını dəfələrlə Cavabdeh1 bildirir. Cavabdeh1 isə konkret olaraq həmin fərdi yaşayış evinin bağışlanılmadığını və ya satıldığını ifadə etmir. Ancaq İddiaçı ona evin satılması ilə bağlı suallar verdikdə Cavabdeh1 bunu da hər hansı şəkildə inkar etmir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, diskdə qeydə alınmış səs yazıları həmin bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün əsas ola bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair iddiası təmin olunarsa, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlak cavabdeh Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğlunun mülkiyyətinə qayıtmış olur. Bu zaman isə İddiaçı həmin fərdi yaşayış evi ilə bağlı hansı hüquqi nəticələrə sahib olacağı da sual altında qalır. Belə ki, cavabdeh Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğlunun öz mülkiyyətində olan daşınmaz əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Odur ki, İddiaçı iddia tələbinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilməsi, həmin fərdi yaşayış evinin Cavabdeh2 ilə aralarında bölünməsi və həmin fərdi yaşayış evinin üzərində ikidə bir hissədə mülkiyyət hüququnun tanınması hissəsi ümumiyyətlə əsassızdır və təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası ümumilikdə əsassızdır və təmin oluna bilməz. İddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı cavabdehlər Mı̇ rzəyev Çı̇ ngiz mərrəhəṀ oğlu, Balaməmmədov Akı̇ f Sayad oğlu və Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X4 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın ümumi birgə mülkiyyət hesab edilməsi və daşınmaz əmlaklarda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qəızının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar