Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-46/2024 20.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Zaqatala Bazar-2” ATSC-nin ərazisində yerləşən "xxxx" topdansatış mağazasında mövcud ******* (bir milyon altı yüz min) dəyərində malın yarısının və ya həmin malların dəyəri olan 800000 (səkkiz yüz min) manat pul vəsaitinin, iddianın irəli sürülməsi üçün ödənilmiş 1090 (bir min doxsan) manat dövlət rüsumunun İddiaçı Əhmədalı qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əhmədalı qızı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) bacı- qardaşdırlar. 1996-cı ildə iddiaçının keçmiş həyat yoldaşı X13 ilə cavabdeh şərikli biznes qurmuş, “Zaqatala Bazar-2” ATSC-nin ərazisində yerləşən binanı icarəyə götürməklə orada "xxxx" topdansatış mağazası yaratmışlar. Həmin topdansatış mağazasında ərzaq məhsullarının satışı ilə məşğul olmuşlar. 2014-cü ilədək cavabdeh ilə X13 arasında olan biznes fəaliyyəti davam etmiş, daha sonra həmin biznes səbəbi tərəflər arasında mübahisələr yaranmış, bu mübahisə iddiaçı ilə X13 arasında olan ailə münasibətlərinə də təsir göstərmişdir. İlk öncə, X13 cavabdehə qarşı məhkəmədə iddia qaldırmış, daha sonra tərəflər qarşılıqlı razılığa gəlmiş, X13 iddiaçı və övladları Qurban və Tamerlanın payını saxlamaqla 40000 manat müqabilində həmin biznes fəaliyyətini iddiaçı və cavabdehə təhvil vermiş, tərəflər arasında olan şərikli biznes fəaliyyəti başa çatmışdır. 2014-cü ildən sonra iddiaçı və cavabdeh həmin "xxxx" topdansatış mağazasını birlikdə işlətmiş, həmin mağazadan əldə etdikləri gəlir əsasında 8 il müddətində özlərini və ailələrini dolandırmışlar. Mağazada satılan mallar "xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx" MMC, “Sadaf Trade’ MMC, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış, mağazada satılan mallar ərzaq məhsulları, tütün məhsulları və sim konturlardan ibarət olmuşdur. 2022-ci ilin sonlarında iddiaçı və cavabdeh arasında yaranmış ailə daxili problemlər səbəbli cavabdeh iddiaçının mağazaya daxil olmasını qadağan etmiş, sonuncu mağazaya gəldiyi zaman özünü öldürəcəyini bildirmişdir. İddiaçı ilə cavabdeh bacı-qardaş olduqlarından iddiaçı tərəflər arasında yaranmış mübahisəni digər bacı-qardaşlarının köməkliyi ilə həll etməyə çalışmış, daha sonra nəticə əldə edilmədiyindən məhkəməyə müraciət etmişdir. Bundan sonra, həmin iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılmış, tərəflər qarşılıqlı razılaşma üçün söhbətlər aparmağa başlamışlar. Cavabdeh ilk öncə iddiaçı ilə şərikli biznesinin olmasını inkar etsə də, sonuncu dəfə iddiaçının oğlu Qurban Qurbanovla razılaşma üçün danışıqlar aparmış, bu zaman banklara çoxlu borcunun olmasını, hazırda iddiaçı və onun övladlarına pul vermək üçün maddi vəsaitinin olmamasını və 100000 manat pul verə biləcəyini bildirmişdir. Bundan başqa, cavabdeh mağazada iddiaçının iddia etdiyi miqdarda malın olmamasını, əksər malların isə nisyə alındığını iddia etmişdir. Tərəflər arasında olan həmin danışıq iddiaçının oğlu tərəfindən lentə alınmışdır. Cavabdeh mağazada 200000-300000 manat miqdarında malın olmasını iddia etsə də, "xxxx" MMC-dən əldə olunmuş rəsmi məlumata əsasən, təkcə həmin şirkətdən 2020-ci ildə 546484,3 manat, 2021-ci ildə 672374,93 manat, 2022-ci ildə 821084,82 manat, 2023-cü ildə 167289,09 manat dəyərində mal alınmışdır. Digər şirkətlərdən "xxxx" MMC həmin məlumatların kommersiya sirri təşkil etdiyini əsas gətirərək məlumatın verilməsindən imtina etmiş, digər şirkətlər tərəfindən isə hər hansı məlumat təqdim edilməmişdir. Hazırda həmin mağazada ******* (bir milyon altı yüz min manat) həcmində mal mövcuddur ki, cavabdeh həmin malın yarısını və ya dəyərini iddiaçıya verməkdən imtina edir. İddiaçı ilə cavabdehin 8 il ərzində şərikli biznes qurması cavabdehin sonuncu etiraf xarakterli çəkilişi ilə təsdiq olunur. Bundan başqa, iddiaçı və cavabdehin bacı qardaşları, həmin mağazada işləyən fəhlələr və bazarda işləyən digər şəxslər təsdiq edə bilər. Həmin şəxslərin siyahısı məhkəmə hazırlıq iclası zamanı məhkəməyə təqdim olunacaqdır. Tərəflər uzun müddətli danışıqlar aparsa da, tərəflər arasında yaranmış mübahisənin həlli məhkəmədənkənar mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, 2014-cü ilə qədər iddiaçının keçmiş həyat yoldaşı ilə cavabdeh arasında şəriklik münasibətləri olmuş. İddiaçının keçmiş əri 2014-cü ildə iddiaçıdan ayrılarkən iddiaçının payını saxlamaqla cavabdehlə aralarında olan şəriklik münasibətlərinə son qoymuşdur. 2014-2020-ci illərdə iddiaçı ilə cavabdeh arasında şəriklik münasibətləri qurulmuş, 2022-ci ildə ailədaxili problemlər zəminində cavabdeh iddiaçını şəriki olduğu mağazaya buraxmamış və buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdurlar. Hazırki işdə də səs yazıları mövcuddur və orada cavabdeh şərikli olmalarını etiraf edir. Cavabdeh şərikliliyə xitam verilməsi üçün iddiaçıya ən çoxu 100 000 manat pul verə biləcəyini qeyd edir. Hesab edir ki, həmin səs yazıları şərikliyin sübutu kimi qəbul edilməlidir. 2022-ci ilin sonundan iddiaçı mağazaya daxil ola bilmir və hazırda mağazadakı mallara dair məlumatlar onlarda yoxdur. 2020-2021-ci illər üçün vergi bəyannamələri və partnyor şirkətlərlə bağlanmış müqavilələr mövcuddur. Səs yazılarında cavabdeh şərikliliyi deyil, sadəcə tələbin həcmini mübahisələndirir. 2014-2022-ci illər ərzində İddiaçı maneəsiz şəriki olduğu mağazadakı kassadan zəruri olan həcmdə öz və uşaqların təminatı üçün vəsait götürə bilib. Cavabdehin buna etirazı olmayıb. Mağazada satılmış malın 2 faizi qazanc kimi hesablanıb və həmin vəsaitin yarısını iddiaçı 2014-2020ci illərdə alıb. 2022-ci ilin avqust ayından cavabdeh iddiaçını mağazaya ümumiyyətlə buraxmır. O, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərmişdir ki, nümayəndəsi olduğu anası lazım gəldikdə mağazanın kassasından özünə düşən vəsait hesabına pul almışdır. Anasının mütəmadi olaraq qazancını götürməməsinin səbəbi isə onun və qardaşının əvvəlcə təhsil almaq üçün başqa şəhərdə, daha sonra hərbi xidmətdə olması ilə əlaqədar anasının tək yaşaması və iri məbləğdə pulun evdə saxlamaq istəməməsi olmuşdur. Mağazanın gəlirindən iddiaçı olan anasına düşən hissə də daxil olmaqla pul vəsaitini cavabdeh olan dayısı özündə saxlamışdır. Cavabdeh də onları pula dəyməyəcəyi barədə əmin etmişdir. Məhkəməyə təqdim edilmiş səs yazılarında cavabdeh iddiaçının şərik olmasını inkar etmir və deyir ki, “sizin kimi məndə fəhlə olmuşam burda”. Əgər cavabdeh iddiaçının şərikliyini inkar edirdisə niyə iddiaçıya 700000 manat verə biləcək müştəri tapacağı halda mağazanı satıb 300000 manat iddiaçıya verəcəyini demişdir? O, iddia tələbinin əsaslı olduğunu qeyd edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh də iddianı qəbul etmir. Cavabdeh iddiaçı ilə deyil, onun keçmiş əri ilə şəriklik münasibətlərində olmuşdur və 2014-cü ildə tərəflərin razılaşması ilə həmin münasibətlərə xitam verilmişdir. İddiaçı cavabdehə məxsus mağazada ailə üzvü kimi işləmişdir və mütəmadi cavabdeh iddiaçıya maddi yardım göstərmişdir. İddiaçı tərəf nəyə görə gəlir götürməməsini, hansı miqdarda gəlirin olmasını, nə qədər bölgü olmasını və ümumiyyətlə mağazanın dövriyyəsi barədə məlumatları iddia ərizəsində əsaslandıra bilməmişdir. Tərəflər arasında ümumiyyətlə şəriklik münasibəti olmamış və iddiaçı cavabdehin bacısı olduğundan cavabdeh iddiaçıya mütəmadi maddi yardım göstərmişdir. Səs yazılarında da cavabdeh sırf maddi yardım göstərdiyini və iddiaçı ilə şərik olmadığını bildirmişdir. İddiaçılar tərəfindən təqdim edilən səs yazılarında da cavabdeh şərik olduğunu demir, iddiaçının oğluna ev almaq məsələsində o, dayı kimi nə kömək edə biləcəyini öyrənir həmin yazılarda. O özü də həmin yazışmalarda iddiaçı tərəfə sual ünvanlayaraq qeyd edir ki, “birdənə siqaret almaqla şərikmi olunur?” O, bir daha iddiaçının cavabdehə məxsus mağazada şərik kimi deyil, ailə üzvü kimi müxtəlif işlərdə işlədiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. O, Veysəloğlu və Koroğlu şirkətlərində işləyib. 2009-cu ildə CocaCola mağazasında işləyərkən cavabdehin və iddiaçının keçmiş həyat yoldaşı olan Qabil Qurbanovun şərik kimi işlədikləri barədə məlumatlı olmuşdur. O, şirkətdən ayrılıb 2016-cı ildə Veysəloğlu şirkətinə gələrkən Qabil dayının (iddiaçının keçmiş həyat yoldaşı) olmadığını orada iddiaçı olan Arzu xalanın olduğunu görmüşdür. Bildiyi qədəri ilə pul haqqhesabını Arzu xala aparmış, sifarişlərin verilməsi işlərini isə Nemət dayı edirdi. Ödənişləri Arzu xalanın etdiyini bildirir. Arzu xanım Nemət dayı ilə birgə kassada oturub və onun Nemətlə şərik olduğunu bilirdi. 2018-ci ilədək Veysəloğluda 2018-2020-ci illərdə Koroğluda işləmiş və bu dövr ərzində Arzu ilə Nemətin şərik olduğunu bilmişdir. Ambarda işçi və fəhlələr işləyirdi, lakin kassada ancaq Arzu xanımı görmüşdür, Nemət Arzu ilə şərik olduğunu ona deməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 bildirmişdir ki, mülki iş üzrə tərəfləri tanıyır. 4 il mağazada fəhlə işləyib. O işlədiyi dövrdə mağazanı Nemət bəy və Arzu xanım birgə idarə edib. Nemət bəy olmadığı vaxtlarda onlar göstərişləri Arzu xanımdan alıb işləyiblər. Gələn malları qəbul edib, onların dəyərini ödəmək, onların maaşlarını vermək və sair işləri Nemət olmayanda Arzu xanım edib. Nemət bəy iş yerində olan müddətdə mağazaya daxil olan malların dəyərinin ödənilməsi işini də Arzu xanım edib. Alqı-satqının hesabatını Arzu xanım və Nemət bəy birlikdə edib. Pullarla bağlı bütün əməliyyatları Arzu xanım edib. O, Arzu xanımı Nemət bəylə şərik kimi tanıyıb və Arzu xanımın keçmiş əri də mağazanı uşaqlarına qoyduğunu bildirmişdir. Nemət bəy də Arzu xanımın ortaq olduğunu deməsini heç yerdə eşitməyib, lakin işlədiyi 4 il ərzində qeyd etdiyi proses mütəmadi davam edib. Onu işə Nemət bəy qəbul edib. Arzu xanımın şərik olmasını o, Arzu xanımdan eşidib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirmişdir ki, tərəfləri tanıyır. Hər ikisi ilə işgüzar münasibəti var. O, illərlə onlardan mal götürmüşdür. Həmişə Arzu kassada olub, fakturanı imzalayıb. Nemət özü olmayanda mağazanı Arzu idarə edirdi. Qabil ilə Nemət uzun illər şərik işləyiblər. Topdansatışdan o, malı götürür, ödənişi Arzuya edirdi. Çünki kassa Arzu da olurdu. Nemətlə Arzu onun yanında şəriklikləri barəsində heç nə danışmayıblar. Bacı-qardaş olduğu üçün şərik olduqlarını düşünür. Onun yanında onların pul böldüklərini görməmişdir. O, onların şərik olduqlarını camaatdan eşitmişdir. Nemət və Arzu bu barədə ona əvvəllər heç nə deməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, tərəflərlə uzaq qohumdur. 30 ildir ki, tanıyır. Arzunu körpə olandan tanıyır. Nemət mala gedəndə firmalara pulu Arzu verirdi, malı təhvil alırdı. Bütün şəhər bilir ki, onlar şərikli işləyiblər. Lakin o, Nemətlə Arzunun şərikliyi barəsində heç nə danışmamışdır. Nemət Arzuya deyib ki, sənə və uşaqlarına baxacam, onların hansı dərəcədə şərik işlədiklərini bilmir, amma bilir ki, onlar şərikdirlər. Kimin neçə faiz şərikliyinin olmasını bilmir. Onlar onun yanında şəriklikləri barədə söhbət etməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirmişdir ki, tərəfləri tanıyır. Qohumluğu yoxdur, iş yoldaşı olmuşdur. Qabil Nemətlə şərikliyə son verdikdən sonra bacısı Arzunu şərik kimi mağazaya gətirmişdir. Firmadan gələnlər olanda Nemət deyirdi ki, pulu şəriyi Arzuya versinlər. Arzu saat 8:00-da işdə olurdu, 18:00-da ayrılırdı. Arzunun oğlunun toyundan sonra, 2022-ci ilin ortalarında Nemət Arzuya daha onunla işləməyəcəyini, şərik olmadıqlarını deyib. Arzunun mağazada davranışı satıcı davranışı deyildi. O, idarəçi kimi işləri aparırdı. İşin halları 01 yanvar 2013-cü il tarixli Binanın satış sahəsinin icarəyə verilməsi barədə 1/10 nömrəli müqavilədən görünür ki, Zaqatala Bazar-2 ATSC tərəfindən sahəsi 45 kv.m olan bina bir il müddətinə X9 icarəyə verilmişdir. X13 tərəfindən verilmiş və 19 avqust 2014-cü il tarixdə notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, şərik olduğu mağazanın müdiri Cavabdeh Əhmədəli oğlundan ailəsi ilə boşandıqdan sonra şəxsən ona çatacaq 40000 manat pul vəsaitini almış və onun pula və mala qarşı heç bir iddia tələbi olmayacaq. 01 yanvar 2019-cu il tarixli Binanın satış sahəsinin icarəyə verilməsi barədə 1/10 nömrəli müqavilədən görünür ki, Zaqatala Bazar-2 ATSC tərəfindən sahəsi 85 kv.m olan bina bir il müddətinə Cavabdeh icarəyə verilmişdir. 01 yanvar 2022-ci il tarixli Binanın satış sahəsinin icarəyə verilməsi barədə 1/10 nömrəli müqavilədən görünür ki, Zaqatala Bazar ASC tərəfindən sahəsi 85 kv.m olan bina bir il müddətinə Cavabdeh icarəyə verilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 fevral 2020-ci il tarixli AZ-İ seriyalı 347478 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X13 ilə X10 arasında olan nikah 23 oktyabr 2014-cü il tarixdə ləğv edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə Çənlibel topdan satış mağazası arasında satış dövriyyəsi 2019-cu il üzrə 33613,63 manat, 2020-ci il üzrə 546484,93 manat, 2021-ci il üzrə 672374,60 manat, 2022-ci il üzrə 821084,82 manat, 2023-cü il üzrə 167289,09 manat miqdarda olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktuba əlavə edilmiş çıxarışdan görünür ki, vergi ödəyicisi Cavabdeh 2014-2023-cü illər üzrə 128621,09 manat olmuşdur. "xxxx" Şirkətinin 29 sentyabr 2023-cü il tarixli 76/23 nömrəli məktubundan və məktuba əlavə edilmiş cədvəldən görünür ki, "xxxx" topdan satış mağazası ilə Sadaf Trade Şirkəti arasında xx.xx.2018-xx.xx.2019-cu illər, xx.xx.2020-xx.xx.2022-ci illər, xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən dövrlər ərzində mal dövriyyəsi həyata keçirilmiş və həmin dövrlər ərzində tərtib edilmiş elektron qaimələr barədə məlumatlar cədvəldə qeyd edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş cədvəldən görünür ki, "xxxx" topdan satış mağazası ilə Qədiroğlu MMC arasında xx.xx.2019-cu il tarixdə malların alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqavilə əsasında xx.xx.2019-xx.xx.2023-cü illəri əhatə edən dövrlər ərzində mal dövriyyəsi həyata keçirilmiş və həmin dövrlər ərzində tərtib edilmiş elektron qaimələr barədə məlumatlar cədvəldə qeyd edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə Zaqatala Rayon Polis Şöbəsində verilmiş izahatdan görünür ki, onun barəsində şikayət etmiş İddiaçı doğma bacısıdır. 2022ci ilin avqust ayından aralarında narazçılıq yaranmışdır. Belə ki, 1996-cı ilin sonlarından o, bacısı Arzunun əri X16 şəhər bazarında şərikli işləməyə başlamışlar. Sonraki müddət ərzində onların müştəriləri çoxalmış və əvvəl işlədikləri mağaza balaca olduğundan böyük yer götürmək qərarına gəlmişlər və hazırda onun işlədiyi "xxxx" mağazasını tikmişlər. Bundan sonra onlar Qabil Qurbanovla birlikdə işləməyə davam etmişlər və əldə etdikləri gəlirlərlə ailələrini dolandırmışlar və digər xərclərini qarşılamışlar. Həmçinin onu da qeyd etmək istəyir ki, Qabil Qurbanovla şərikli işlədikləri müddət ərzində Qabil bir ev Zaqatala şəhərindən almış, bir ev isə Abşeron rayonu Xırdalan şəhərindən almışdır. 2013-cü ildə onun Qabil Qurbanovun qardaşı Habil Qurbanovla aralarında mübahisələr yarandıqda Qabil Qurbanov onunla şərikliyi pozmaq qərarına gələrək mağazanın və orada olan malların bölünməsi üçün Zaqatala rayon Məhkəməsində iddia qaldırmış, lakin sonradan həmin iddiaya xitam verdirərək yenidən onun yanına qayıdıb birlikdə işləməyə davam etmişlər. 2014-cü ildə Qabil Qurbanov onun bacısı İddiaçı ilə boşanma ərəfəsində olmuş və ondan şərikliyi pozmağı tələb etmiş və çox böyük məbləğdə pul tələb etmişdir. Qabil Qurbanovla bir qədər söhbət etdikdən sonra razılığa gəlmişlər ki, mağazadan ona düşən payı tamamilə götürüb şərikliyi pozsunlar və o, Qabil Qurbanova 40.000 manat pul ödəsin. Belə ki, 19 avqust 2014-cü il tarixdə Qabil Qurbanov notariat qaydada təsdiq edilmiş ərizəni ona təqdim edərək özünə düşən 40.000 manat payını aldığını qeyd etmiş və bununla da onların şərikliklərinə son qoyulmuşdur. Bundan sonra Qabil Qurbanov onun bacısı İddiaçı boşandığı üçün o, bacısı Arzunu satıcı kimi işə götürmüşdür ki, iki uşaqla çətinliklər çəkməsin. Həmin vaxtdan bu yaxınlara, yəni 2022-ci ilin avqust ayınadək bacısı İddiaçı onun yanında işləmiş, lakin aralarında şəxsi məsələlərə görə mübahisə yarandığı üçün o, bacısı Arzunu işdən çıxarmış və gəlməməsini demişdir. Bacısı Arzunun onun işlətdiyi mağazada hər-hansı bir payının olmadığını bildirmişdir. Qabil Qurbanovun və bacısı İddiaçı orada (Çənlibel topdan satış mağazasında) hər-hansı bir payı qalmamışdır, notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, Qabil Qurbanov onunla şərikliyi pozduğu zaman özünə düşən 40.000 manat pulu götürüb getmişdir. Hazırda həmin mağazada Qabilin və yaxud ailə üzvlərinin heç bir payı yoxdur və etdikləri tələblər əsassızdır. Qabil Qurbanov onunla şərikliyi pozduqdan sonra İddiaçı onun bacısı olduğu üçün ona 20.000 manat, 12.000 manat, uşaqlarının hər ikisinin 4 il müddətində ildə 1500 manat təhsil haqlarını ödəmişdir, yaşadıqları müddət ərzində geyim və digər xərclərini qarşılamışdır. Bunlar azmış kimi bir neçə gün öncə, yəni 18 oktyabr 2022-ci il tarixdə İddiaçı ondan əmisi oğlu Tərlanın vasitəsi ilə pul istədikdə yenə də ona 5000 manat pul vermişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, barəsində şikayət etdiyi Cavabdeh qardaşıdır, bir neçə müddətdir ki, aralarında mübahisələri vardır. 1994-cü ildə o, X13 ilə evlənərək ailə həyatı qurmuşdur. 1996-cı ildə əri Qabil Qurbanov onun qardaşı Cavabdehla birlikdə Zaqatala şəhər bazarında şərikli, hazırda adı «Çənlıbel» topdan satış mağazası olan obyekt açmışlar. 2014-cü ildə o, əri Qabil Qurbanovdan boşandıqda razılığa gəlmişlər ki, uşaqlarının saxlanılması üçün Qabil qardaşı Nemətlə mağazaya olan şərikli payını ona versin. Bundan qabaq onun əri Qabil Qurbanovla qardaşı Cavabdeh arasında məhkəmə mübahisəsi olmuş və məhkəmə həmin obyekti bölmüşdür. Belə ki, qeyd olunan mağaza 480 kv metr olduğundan həmin mağazanın 240 kv metr hissəsini onun ərinə vermişlər. Buna baxmayaraq əri Qabil mağazada olan məhsulların 695000 (altı yüz doxsan beş min) manat pulun da iddiasını qaldırmış, lakin məhkəmə prosesləri zamanı qardaşı Cavabdeh əri Qabil Qurbanova 40.000 (qırx min) manat pul vermiş, qalan hissəsini isə ona və uşaqlarına verilməsini demiş, qardaşı Nemət əri Qabili aldadaraq həmin pulu onlara verəcəyini demiş və buna görə də Qabil iddiasını götürmüş və onlar notariat qaydasında barışıq sazişi imzalamışlar və onun yuxarıda göstərdikləri həmin sazişdə öz əksini tapmışdır, (həmin sazişin ksero surətini əldə edərək təqdim edəcəkdir). Onlar boşandıqları zaman Qabil öz payını ona vermiş və bu səbəbdən o, qardaşı Nemətlə birlikdə həmin mağazanı işlətmişlər. O, mağazada işlədiyi müddət ərzində kassir kimi fəaliyyət göstərmiş, aylıq olaraq qardaşı Nemət ona 500 manat pul vermiş, lakin aylıq qazancı hər dəfəsində onun uşaqları böyüdükdən sonra verəcəyini deyərək onu aldatmışdır. O, qardaşı Nemətlə birlikdə 2014cü ilin avqust ayından 07 iyun 2022-ci il tarixədək birlikdə işləmişlər. Qeyd etdiyi tarixdə o, qardaşı Nemətdən ona düşən pul payını tələb etməyə başladıqda Nemət onların hər-hansı bir məbləğdə pul paylarının olmadığını, mağazanın hüquqi sənədlərini öz adına rəsmiləşdirdiyini, əri Qabil tərəfindən ona və uşaqlarına verilmiş 240 kv metr payın da ona aid olduğunu demişdir. Bu səbəbdən aralarında mübahisə yarandığını bildirmişdir. 12 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 20 oktyabr 2022-ci il tarixdə Zaqatala şəhəri S Qazıyeva küçəsi ev 52-də yaşayan İddiaçı ərizə ilə Zaqatala RPŞ-nə müraciət edərək, qardaşı Cavabdeh Əhmdalı oğlu ilə şərik olduqları, Zaqatala şəhər bazarı ərazisində yerləşən "xxxx" topdan satış mağazasında keçmiş həyat yoldaşı X4 ona pay qalmış hissəni və səkkiz illik qazancı qardaşı Cavabdeh mənimsədiyini bildirmişdir. İddiaçı müraciəti əsasında toplanmış materiallarda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda yer alan təhqiqat zamanı izahatı alınmış X2 izahatından görünür ki, o, 2017-ci ilin sentyabr ayından 2020-ci ilin iyun ayınadək Zaqatala şəhər bazarında yerləşən "xxxx" topdan satış mağazasında operator kimi işləmişdir. O, həmin mağazada işlədiyi müddət ərzində orada kassada Cavabdeh bacısı İddiaçı işləmişdir. 2020-ci ildə ona başqa yerdən iş təklif olunduğu səbəbindən o, həmin mağazadan işdən çıxmışdır. Mağazanın aylıq gəlirləri və xərcləri barədə onun heç bir-məlumatının olmadığını bildirmişdir. Həmin qərarda yer alan təhqiqat zamanı izahatı alınmış X7 izahatından görünür ki, Qabil Qurbanov və Cavabdeh "xxxx" mağazasını şərikli işlətmişlər. 2014-cü ildən isə ayrılmışlar və sonradan orada İddiaçı işləmiş, lakin 2022-ci ilin avqust ayında Nemət Arzunu işdən çıxarmışdır. 18 oktyabr 2022-ci il tarixdə İddiaçı Özbəkistana toya getdiyi üçün onun xahişi ilə Cavabdeh 3000 manat pul alıb ona verməsini demişdir. O, bu barədə Nemətə demiş və Nemət Arzunun toya getməsi üçün 5000 manat pul vermiş və o, həmin pulu aparıb Arzuya verdiyini bildirmişdir. Zaqatala Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli e-2(033)-214/2023 nömrəli İddiaçı Cavabdeh və maraqlı şəxs X9 qarşı “əmlak payının müəyyən olunması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, şahid qismində dindirilmiş X11 tərəflərdən Nemətin qardaşı, Arzunun isə bacısı olduğunu, hər ikisinin də ona doğma olduğunu, lakin qardaşı Nemətin düz etmədiyinii, Arzu, Nemət və Qabil bir yerdə ortaq işlədiyini, Qabilin özünə düşən pulu götürüb getdiyini, lakin bacısına pul vermədiyini, onun pulunun mağazada qaldığını, bacısının oğlunun toyunda toy günü Nemətin ona “Arzuya de sabahdan işə gəlməsin” deməsini, nəyə görə haqqını vermədiyini soruşduqda isə Nemətin “mən Arzunun özünə düşən haqqını vermişəm” deməsini, ona isə “hamınıza baxmaqdan yorulmuşam” deməsini, hamının onları tanıdığını, elə etməməsini, onlara baxmadığını, Arzunun da onunla şərik işlədiyini, ona düşən payı verməli olduğunu deməsini, sonda isə Nemətin “krediti var, ondan qurtarıb pulunu verəcəm” deməsini, bundan başqa Arzunun mağazaya gəldiyi halda özünü öldürəcəyini bildirməsini, ancaq onun Nemətin Arzunu şərik kimi götürməsini bilməsini, Nemətlə Arzunun 50-nin 50-yə şərik işlədiyini bilməsini bildirmişdir. Həmin protokoldan görünür ki, X12 “- Tərəflərin hər ikisini tanıyıram. Arzu və Nemətin heç biri ilə düşmənlilik ədavətim yoxdur. 2006-cı ildən “Azərsun” şirkətində Zaqatala anbar sahəsi üzrə ilk olaraq sürücü, sonra isə müxtəlif vəzifələrdə işləmişəm. İşimlə əlaqədar Nemətin topdansatış dükanına mal aparmışam. 2006-cı ildən bəri topdansatışda Nemət və Qabil olurdu. Ya Nemət, ya da Qabil pul işinə baxırdı. Nemət olmayanda işi Qabil aparırdı. Malı Qabil yoxlayıb qəbul edirdi. Sonradan Arzunun orada yazı-pozu etdiyini görmüşəm, pul məsələsinə Nemət və Arzu baxırdı. Arzu və Nemətdən başqa pul işinə baxan olmurdu. Arzu kassada olurdu.Kassadan pulu Arzu da verirdi. Nemət olanda Arzu pul verirdi, Nemət olmayanda Arzu pul verməyib. Mən onların şərik olduqlarını eşitmişəm. Qabildən sonra Arzu ilə Nemət ortaq işləyiblər. Xeyr, Arzunun neçə faizə işləməsini bilmirdim. Mən 2006-cı ildən 2021-ci ilə qədər firmalarda işləmişəm. X36 şərik işlədiyini bilirdik.” Məzmununda ifadə vermişdir. Həmin protokoldan görünür ki, şahid X14 “ - Tərəfləri tanıyıram. "xxxx"da, "xxxx"da ekspeditor işləmişəm. Mağazalara mal vermişəm. 2009-2010-cu illərdə Qabil olanda həmin mağazaya koka-kola satmışam. Sonra "xxxx"ya getmişəm. Veysəloğluda işlədiyim müddətdə Nemətin mağazasında Arzu da var idi. Malı Nemət yazırdı, ödənişi Arzu edirdi. Nemətin Qabil ilə ortaq olmasını bilirdim, Arzu ilə olub-olmadığını bilmirdim. Firma işçiləri deyirdi ki, onlar ortaqdırlar. Mən mağazaya mal verdiyim müddətdə Arzu söz sahibi olub, pul alıb verilməsini icra edirdi.” Məzmununda ifadə vermişdir. Zaqatala Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2(033)-214/2023 nömrəli İddiaçı Cavabdeh və maraqlı şəxs X9 qarşı “əmlak payının müəyyən olunması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, şahid X15 “- 2010-cu ildən Zaqatalada "xxxx" MMC-də satış müvəkkili işləmişəm. 11 il həmin vəzifədə çalışmışam. İşdən çıxdıqdan sonra toylarda video operator işləyirəm. Mən Nemət və Qabillə 2009-cu ildən 2020-ci ilədək işləmişəm. Mağaza sahibləri kimi Nemət və Qabili görmüşəm. Bir müddət sonra Qabil olmadı. Sonradan eşitdim ki, Qabil ilə Arzu ayrılıblar. Qabil çıxdıqdan sonra Arzu xanım gəldi. Arzu xanımın işlədiyi müddətdə onların mağazasına bir ayda 92 000 manatlıq mal verirdim. Sonra aramızda narazılıq oldu. İşlədiyim müddətdə mən Nemətlə yaxşı işləmişəm, Nemət məndən yaxşı alver edirdi. Nemət heç vaxt kənar adamı kassaya yaxın buraxmazdı. Ancaq Arzu kassada olurdu. Nemət mağazada olmayıb mala gedəndə, mən mal aparıb verəndə pulunu Arzu verirdi. Mən gedəndə Arzu və Nemət həmişə orada olub. Arzu xanım siqaretlə bağlı qərar verə bilirdi. Nə qədər lazım olduğunu o deyirdi. Mənə Arzu deyirdi hansı siqaret lazımdı, pulunu da özü verirdi. Onların mağazasına ayda minimum 50 minlik mal verirdim. Elə vaxt olub ki, 200 minlik mal vermişəm. Mənə Nemət dedi ki, Qabil çıxıb nə fərqi var, yerinə arvadı gəlib. Xeyr, neçə faizə işlədiklərini bilmirəm. Hər anbara baxan fəhlə olur. Siqaretə baxan fəhlə ayrıca olurdu.” Məzmununda ifadə vermişdir. Zaqatala Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli e-2(033)-214/2023 nömrəli İddiaçı Cavabdeh və maraqlı şəxs X9 qarşı “əmlak payının müəyyən olunması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, X5 “- tərəfləri tanıyıram. Hər ikisi ilə işgüzar münasibətim var. Mən illərlə onlardan mal götürmüşəm. Həmişə Arzu kassada olub, fakturanı imzalayıb. Nemət özü olmayanda mağazanı Arzu idarə edirdi. Qabil ilə Nemət uzun illər şərik işləyiblər. Topdansatışdan mən malı götürürdüm, ödənişi Arzuya edirdim. Çünki kassa Arzuda olurdu. Nemətlə Arzu mənim yanımda şəriklikləri barəsində heç nə danışmayıblar. Bacıqardaş olduğu üçün şərik olduqlarını düşünürəm. Mənim yanımda onların pul böldüklərini görməmişəm. Mən onların şərik olduqlarını camaatdan eşitmişəm. Nemət və Arzu bu barədə mənə əvvəllər heç nə deməmişdilər.” məzmununda, X1 “- tərəflərlə uzaq qohumuq. 30 ildir ki, tanıyıram. Arzunu körpə olandan tanıyıram. Nemət mala gedəndə firmalara pulu Arzu verirdi, malı təhvil alırdı. Bütün şəhər bilir ki, onlar şərikli işləyiblər. lakin Nemətlə onun Arzu ilə şərikliyi barəsində heç nə danışmamışam. Nemət Arzuya deyib ki, sənə və uşaqlarına baxacam.onların hansı dərəcədə şərik işlədiklərini bilmirəm, amma bilirəm ki, onlar şərikdirlər. kimin neçə faiz şərikliyinin olmasını mən bilmirəm. Onlar mənim yanımda şəriklikləri barədə söhbət etməyiblər.” məzmununda, şahid X18 “- tərəfləri tanıyıram. Qohumluğumuz yoxdur, iş yoldaşı olmuşuq. Qabil Nemətlə şərikliyə son verdikdən sonra bacısı Arzunu şərik kimi mağazaya gətirir. Firmadan gələnlər olanda Nemət deyirdi ki, pulu şəriyi Arzuya versinlər. Arzu saat 8:00-da işdə olurdu, 18:00-da ayrılırdı. Arzunun oğlunun toyundan sonra, 2022-ci ilin ortalarında Nemət Arzuya daha onunla işləməyəcəyini, şərik olmadıqlarını deyib. Arzunun mağazada davranışı satıcı davranışı deyildi. O, idarəçi kimi işləri aparırdı.” məzmununda, şahid X24 “- mən 2014-cü ildən 2017-ci ilə qədər Nemətin dükanında fəhlə işləmişəm. Mən işlədiyim müddətdə Arzu kassada olurdu. Firmalar gələndə malın pulunu, həmçinin maaşlarımızı Arzu verirdi. Nemət olmayanda idarəçiliyi Arzu edirdi. Mən onların haqq-hesab etdiyini dəfələrlə görmüşəm. Qabil ilə Arzu ayrılandan sonra Qabil öz payına düşəni uşaqlarına verib. X34 birlikdə haqq-hesab etdiklərini bildiyim üçün, həmçinin Arzunun ortaq olduqlarını dediyinə görə onları ortaq işləyən bilirdim. Arzu yığılan pulu komputerə vururdu, onların özləri üçün pul götürüb bölmələrini mən görməmişəm.” məzmununda ifadə vermişdirlər. Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli e-2(033)-214/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh və maraqlı şəxs X9 qarşı “əmlak payının müəyyən olunması və pul” tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 24 iyul 2013-cü il tarixli 2(033)-669/2013 nömrəli qərardadından görünür ki, iddiaçı X8 Cavabdeh qarşı pul və əmlak tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtina etməsi qəbul olunmuş, mülki iş üzrə icraata xitam verilmişdir. USB daşıyıcıda yer alan MOVİ0045 adlı xx.xx.2023-cü il saat15:08 göstəriciləri olan səs yazısının 1:10-cu dəqiqəsindən etibarən 1:40 dəqiqəyə qədər tərəflərdən biri digər tərəfə “Dəqiqləşdirim də, ona görə soruşuram” sözlərini deyir, digər tərəf isə cavabında “Dəqiqləşdirdə özün bil” cavabını verir, tərəflərdən ilk tərəf “Hələki 100000 verirsən, yoxsa obşi 100000 verəcəksən? onu dəqiqləşdirmək istəyirəm” sualını digər tərəfə ünvanlayır, digər tərəf isə cavabında ”nəzərdə 100000 saxlamışam, sora dalşe baxacam, imkanım yaxşı olsa yenə verərəm, alverə baxacam da, bu alverlə heç nə etmək olmur ” cavabını verir. Daha sonra 2:20 dəqiqəsində digər tərəf ilk tərəfə “gətir bura 700 000 klient tap, belə verirəm və sən istəyən 300000 də sənə verirəm, bankın pulunu da ödəyim çıxım gedim, mal qarışıq da verərəm” ifadələrini işlədir. USB daşıyıcıda yer alan MOVİ0044 adlı xx.xx.2023-cü il saat 15:35 göstəriciləri olan səs yazısının 00:44 -00:54 dəqiqə kəsiyi arasında digər səs həm söhbətinə “Borcları vermirlər e, Allah haqqı borcları versələr bir günə yığmaq olar, sənə pul yığıb verərəm, vermirlər, hamısı atıbdır” ifadələrini işlədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə Cavabdeh bacı-qardaş olmaqla yaxın qohumdurlar. Sahibkar olan Cavabdeh hazırda Zaqatala Bazar ASC-də yerləşən Çənlibel topdan satış mağazasında gündəlik tələbat mallarının, qida məhsullarının və s. topdan satışı ilə məşğul olur. Cavabdeh 1996-2014-cü illərdə bacısı olan İddiaçı keçmiş həyat yoldaşı Qabil Qurbanovla şərikli qaydada həmin topdan satış mağazasında fəaliyyət göstərmişdirlər. 19 avqust 2014-cü ildə iddiaçının sabiq həyat yoldaşı X13 cavabdehdən aldığı 40000 manat müqabilində Cavabdeh qarşı olan mal və pul tələbindən imtina etmiş və bununla da onlar arasında "xxxx" topdan satış mağazasında mövcud şəriklik münasibətlərinə son qoyulmuşdur. İddiaçı 2014-cü ildən 2022-ci ilin avqust ayınadək cavabdehin sahibi olduğu topdan satış mağazasında işləmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Çənlibel topdan satış mağazasının cavabdehlə birgə şəriki olduğuna əsaslanaraq həmin mağazada olan malın dəyərinin yarısının cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir. Cavabdeh tərəf iddia tələbini qəbul etməmiş və onunla cavabdeh arasında qohumluq münasibətlərinin olduğundan iddiaçının həmin mağazada ailə üzvü kimi işlədiyi və tərəflər arasında şəriklik münasibətinin olmaması əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsində İddiaçı pul tələbinin əsası kimi cavabdehlə aralarında mövcud olduğunu iddia etdiyi şəriklik münasibətlərini göstərmiş və öz hüquqi vəziyyətini cavabdehin sahibkar kimi fəaliyyət göstərdiyi Çənlibel topdan satış mağazasında şərikli biznesin predmeti olan əmlakdan məhrum olan ümumi mülkiyyətçisi kimi müəyyən edərək hazırda həmin mağazada fəaliyyət göstərən cavabdehdən əmlakın və ya dəyərinin yarısının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə İddiaçı Zaqatala Bazar 2 ASC-də yerləşən Çənlibel topdan satış mağazasında aparılan biznes fəaliyyətinin şəriki olması məsələsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən aparılan sahibkarlıq fəaliyyətində iddiaçının hər hansı əmlakla təmsil olunmasına dair sübut və ya tərəflər arasında kommersiya fəaliyyətin birgə aparılmasına və həmin fəaliyyət nəticəsində əldə olunmuş gəlirlərin bölünməsini əhatə edən razılaşmanın olmasına dair sübut yoxdur. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş və proses zamanı dindirilmiş şahidlər və məhkəmə iclasında elan edilmiş şahid ifadələrindən də görünür ki, Cavabdeh bacısı olan İddiaçı onunla bərabər Çənlibel topdan satış mağazasında işləməsinə baxmayaraq, İddiaçı Cavabdeh ortağı olmasını cavabdehdən eşitmədiklərini bildirmişlər. İşin hallarından o da müəyyən edilir ki, tərəflər arasında şərikli sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlər mövcud olmamışdır. İddiaçı da iddia ərizəsində və məhkəmə iclasında məhz qazanc əldə etmək məqsədi ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını bildirsə də, işin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh bacı-qardaş olmaqla iddiaçı həmin mağazada işləmiş, aylıq məvacib almışdır. Məhkəmə daha sonra iddiaçı tərəfin mağazada mövcud mal qalığının müəyyən edilməsinin dəymiş ziyanın müəyyən edilməsi üçün zəruri olması və son 3 ildə olan alışsatış məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, ilk növbədə tərəflərin şərikli fəaliyyətinin olması təsdiq olunmalı, daha sonra isə mağazada olan malların alış-satış məbləğləri müəyyən olunmalıdır. Bu qeyd olunanlar isə şəriklikdən doğan törəmə tələbdir. Nə qədər ki, tərəflərin şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını işdə olan mötəbər sübutlarla təsdiq olunmamışdır, ona görə də, ekspertiza təyin edilərək iddiaçı tərəfin vəsatətində qeyd edilənlərin araşadırılmasına da lüzum yoxdur. Qeyd olunmalıdır ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkarlanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən dəyərinin yarısı tələb olunan əmlakın kimin mülkiyyətində olmasına dair sübut da təqdim edilməmişdir. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, cavabdeh Zaqatala Bazar-2 ASC də yerləşən Çənlibel topdansatış mağazasında ticarət fəaliyyəti ilə məşğul olmasına baxmayaraq orada yerləşən və iddiaçı tərəfindən əmlakın və ya dəyərinin yarısı tələb olunan əmlakın cavabdehin faktiki sahibliyində olması və iddia tələbində həmin əmlakın alınmış olmasının qeyd edilməsinə baxmayaraq həmin əmlakların hazırda mağazada olması da sübuta yetirilmir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində konkret olaraq hansı əmlakların yarısını tələb etdiyi də göstərilməmiş, məhkəmə tərəfindən də iddiaçının hansı əmlakların (xassələri) yarısını tələb etməsini müəyyən etmək mümkün olmamışdır. Çünki mağaza daimi işlək vəziyyətdə olmaqla alış-satış həyata keçirildiyindən iddiaçının əmlakın yarısını tələb etməsi də əsassız olmaqla təmin olunması üçün yetərli və mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsini əsaslandırarkən iddiaçının qeyd etdiyi “X13 iddiaçı və övladları Qurban və Tamerlanın payını saxlamaqla 40000 manat müqabilində həmin biznes fəaliyyətini iddiaçı və cavabdehə təhvil verməsi” məqamına və bunun əsası kimi X13 tərəfindən verilmiş ərizəyə münasibət bildirərək qeyd edir ki, iddiaçının keçmiş həyat yoldaşı və cavabdehin keçmiş şəriki olan X13 2014-cü il tarixdə verdiyi notariat qaydada təsdiq edilmiş ərizəsi ilə ona çatacaq 40000 manat vəsaiti cavabdehdən aldığını qeyd etsə də, həmin ərizədə iddiaçının və onun övladlarının payının olmasına və öz payını aldıqdan sonra biznes fəaliyyətinin kimə təhvil verilməsi barədə hər hansı qeyd edilməmişdir. Məhkəmə tərəfindən də cavabdeh və X13 arasında iddia edilən məzmunda razılığın olması aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərəfindən ümumilikdə iddia tələbinin hüquqi əsası müəyyən edilərkən aydın olur ki, iddiaçı və cavabdeh arasında öhdəliyin zərər vurulması, əsassız varlanma, Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsini göstərən eləcə də tərəflər arasında hər hansı müqavilənin mövcud olduğunu göstərən sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının hazırki tələbi tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin dispozitiv şərtləri ilə uzlaşmır. İddiaçı tərəfindən cavabdehin onun hesabına hər hansı əmlak əldə etməsini göstərən sübut təqdim etmədiyinə görə onun bu tələbi əsassız varlanmadan da irəli gələ bilməzdi. Bundan başqa, qanunvericilikdə mülki hüquq pozuntusu (delikt) üçün dispozitiv şərtləri də müəyyən edilmişdir. Zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün həmin şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur. Hazırkı halda mülki iş materiallarına cavabdehin əməlində qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcud olmasını göstərən sübut da əlavə edilməmişdir. Bütövlükdə qeyd olunanlar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 1090 (bir min doxsan) manat məbləğində dövlət rüsumu da iddia rədd edildiyindən onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. 1090 (bir min doxsan) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-46/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-46/2024
20.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver