Məhkəmə qərarları › İş №e-2(033)-475/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-475/2023

22.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-475/2023 22.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Maraqlı şəxs bağın alqı-satqısı üçün ödənilmiş 27000 (iyirmi yeddi min) manat məbləğin yarısı 13500 (on üç min beş yüz) manat pulun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 131(bir yüz otuz bir) manat, vəkilə xidmət haqqı olaraq ödənilmiş 100 (bir yüz) manat və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğin cəmi 13781 (on üç min yeddi səksən bir) manat məbləğin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının 22 iyun 2023-cü tarixə təyin edilməsi haqqında məhkəmə qəbzi Cavabdeh2 nümayəndəsi vəkil X1, Cavabdeh1 və üçüncü şəxs Maraqlı şəxs məhkəmə bildirşləri poçt vasitəsi göndərilməsinə baxmayaraq, onlar, məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrülü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə hesab edir ki, hazır ki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi ilə bağlı məhkəməyə müraciət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. İş materiallarına əlavə edilmiş 01 mart 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Nümayəndə tərəfindən 132 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs qarşı “pul tələbi”nə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs qarşı “pul tələbi”nə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxs qarşı “pul tələbi”nə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar