Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-479/2023 31.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X7 katibliyi, İlkin iddia üzrə cavabdeh və sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 və ilkin iddia üzrə Cavabdeh5 iştirakları ilə İlkin iddia ərizəsi üzrə iddiaçı sonrakı iddia ərizəsi üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia ərizəsi üzrə iddiaçı sonrakı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və sonrakı iddia üzrə cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X33 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin və həmin vəsiyyətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair sonrakı iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İlkin iddia ərizəsi üzrə iddiaçı sonrakı iddia ərizəsi üzrə cavabdeh (bundan sonra iddiaçı-cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri, Sülh küçəsi, ev 3, 24 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı-cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 tam mülkiyyət hüququ üzrə ona məxsusdur. xx.xx.2023-cü il tarixdə mənzilə mülkiyyət hüquqları DƏDRX-də qeydiyyata alınaraq mənzilə çıxarış verilmişdir. Mülki iş üzrə cavabdehlər onun mərhum qardaşı X4 ailə üzvləridirlər. Həmin mənzil ona mərhum anası X25 tərəfindən vəsiyyət edilmişdir. Mənzilə dair Zaqatala rayon Notariat ofisində vərəsəlik işi açılmış, bütün vərəsələrin payları müəyyən olunmuşdur. Onunla bərabər cavabdehlər də mənzilə pay hüququ olan şəxslər olmuşlar. Cavabdehlərə dəfələrlə mənzili satıb əldə olunan pulun paylara münasib olaraq bölünməsini tələb etsə də nəticə olmamışdır. Bunun üçün mənzil hərraca çıxarılmış, cavabdehlərə mənzilin pulunu ödəməklə mənzili əldə etmişdir. Lakin cavabdehlər həm əsassız yerə mülkiyyət hüququ üzrə ona məxsus olan mənzildə qeydiyyatda qalmaqla, həm də mənzili boşaltmayaraq mənzildə yaşamaqla mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədirlər. Bunun üçün məcburiyyət qarşısında qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlər ona məxsus olan mənzildə qeydiyyatda olması və mənzildə yaşamaları mülkiyyət hüquqlarının pozulmasıdır. Bunun üçün cavabdehlərin ona məxsus olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli və mənzildən çıxarılmalıdırlar. İlkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı (bundan sonra cavabdehiddiaçı) Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - bibisi İddiaçı tərəfindən mərhum nənəsi X13 adından tərtib edilmiş, ünvan 3-ə dair xx.xx.2001ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Ofisində tərtib edilmiş saxta vəsiyyətnamənin və onun əsasında əldə edilmiş çıxarışın etibarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh3 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh bibisi İddiaçı mərhum nənəsi X13 adından saxta vəsiyyətnamə tərtib edərək, ünvan 3-ə dair öz adına çıxarış əldə etmişdir. Belə ki, o, həmin saxta vəsiyyətnamə əsasında mübahisələndirilən evi tam mənimsəmişdir. Ev hökümət evi olub, mülkiyyət sənədi olaraq order mövcuddur. Həmin order nənəsi Humay, bibisi Gülcahan, atası Qurban, anası Səlimət, qardaşı Feyzullahın adına olub. Cavabdeh saxta vəsiyyətnamə əsasında evi 6/10 hissədə özəlləşdirib və çıxarış alıb. Həmin evdə yaşayan və mirası qəbul etmə müddətini ötürmüş əmiləri və bibisinin adı çıxarışda qeyd edilmişdir. Həmin mənzilə aid bütün qaz, su, işıq sayğacları onun valideynlərinin adınadır. Odur ki, həmin saxta vəsiyyətnamə və onun əsasında əldə edilmiş çıxarış məhkəmə qaydasına etibarsız hesab edilməlidir. Çünki həmin evdə mərhum nənəsi Humayla birlikdə o və valideynləri yaşayıb, mirası qəbul etmişlər. İddia tələblərinə qarşı etirazın dəlilləri İddia tələblərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki iş üzrə iddiaçı-cavabdeh İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, sonrakı iddia üzrə cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X33 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məlumatlandırılmalarına baxmayaraq onlar, məhkəmə baxış iclasında iştirak etməmişlər. İddiaçı-cavabdeh İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddiasının təmin olunmasını, cavabdeh-iddiaçı Cavabdeh3 ona qarşı qaldırdığı iddianın əsassız olduğundan rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonrakı iddia üzrə cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X33 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi məhkəməyə məktub göndərərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə Cavabdeh5 izahat verərək göstərdi ki, ev, bina tikilən vaxtında atası ayrı yaşamışdır, nənəsi ayrı yaşayırdı. Ev nənəsigilə veriləndə 1 otaq verilmişdir. Qaladüzdə binada hökumət verirdi onu. Sonra atasına sən də gəl ailə ilə sizə 4 otaqlı mənzil verilsin demişdirlər. Atası da köçmüşdür. Verilən ev də kiminsə bir nəfərin adına olmalı idi. Nənəsi öləndən sonra onların heç xəbəri olmadan ev verilib 5 nəfərə: nənəsi, bibisi, atası, qardaşı, anasına. Onlardan tək anası sağdı. Digərləri ölüb. Onlar həmişədən orda qeydiyyatda olmuşdurlar. Heç biri razı olmamış ki onların mülkü keçsin kiminsə adına. Özəlləşdirmə barədə MİS-ə müraciət etdikdə onlara elə bir sənədin olmadığı deyilmişdir. Onların iştirakı xəbəri olmadan Gülcahan evin onun olduğunu, ona vərəsəlik verildiyini demişdir. Özəlləşdirilməsinə onlar razılıq verməmişlər. Çıxarış veriləndə onlara məlumatı verilməyib. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh3 sonradan verdiyi iddia ərizəsi üzrə iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil çıxış edərək iddiaçı-cavabdeh İddiaçı iddiasının rədd olunmasını, cavabdeh-iddiaçı Cavabdeh3 iddiasının isə təmin olunmasını xahiş etmişdir. İşin halları X30 İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş reyestr kitabında 01, səhifə 146-da qeydə alınmış qeydiyyat vəsiqəsindən görünür ki, Zaqatala şəhəri Sülh küçəsi ev 3-də yerləşən 1978-ci ildə tikilmiş, ümumi sahəsi 61,4 kv.m. olan, 4 otaqlı 24 saylı mənzil Balakən Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun 28 fevral 1996-cı il tarixli 05 nömrəli sərəncamı əsasında X13 adına qeydiyyata alınmışdır. Zaqatala Notariat Kontorunun Dövlət notariusu Nəcibə Məmmədova tərəfindən təsdiq edilmiş 16 mart 2001-ci il tarixli Vəsiyyətnamədən görünür ki, X25 özünə məxsus Zaqatala şəhəri Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli 4 otaqlı mənzili, ev əşyaları ilə birgə qızı İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə 2 şahidin iştirakı ilə texniki vasitə olan makina vasitəsi ilə tərtib edilmiş və hər iki şahid tərəfindən imzalanmışdır. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş arayışdan görünür ki, X25 22 yanvar 2011-ci il tarixdə ölmüşdür. 05 sentyabr 2011-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş X13 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 2-də yaşayan qızı İddiaçıdır. Miras əmlak Zaqatala şəhəri, Sülh küçəsi ev 3 mənzil 24-də 5 mərtəbəli binanın 5-ci mərtəbəsi, 4 otaqlı, 60,2 kv.m yaşayış sahəsi olan mənzildən ibarətdir. Göstərlən miras əmlakın qalan 1/2 hissəsinə məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcək. 05 sentyabr 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş X13 vərəsələri İddiaçı, X14, X15, X9 və X1r və onlar mərhumdan irs qalmış Zaqatala şəhəri, Sülh küçəsi ev 3 mənzil 24-də 5 mərtəbəli binanın 5-ci mərtəbəsi, 4 otaqlı, 60,2 kv.m yaşayış sahəsi olan mənzildən 1/2 hissədə pay almalıdırlar. Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(033)-955/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82,15 kv.m. olan fərdi yaşayış evinin İddiaçı payı tam olmaqla mülkiyyətinə verilməsinə dair ********** qeydiyyat nömrəli 30 aprel 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mərhum X4 payı olan 1/10 hissədə etibarsız hesab edilməsi, əmlakın həmin hissədə mülkiyyətə verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 3500 manatın özünə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2020-ci il tarixli, 2(107)-580/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, X20 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(033)-955/2019 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş-İddiaçı adına dövlət reyestrində alınmış qeydiyyatın və 30 aprel 2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməmiş hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, X20 və Cavabdeh2 cavabdeh İddiaçı və üçüncü şəxslər Zaqatala rayonu İcra və Probasiya şöbəsinə, “X19” MMC-nə qarşı hərracın yekunları barədə protokolun (hərracda bağlanmış müqavilənin), dövlət reyestrində alınmış qeydiyyatın etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməmiş İddiaçı adına dövlət reyestrində alınmış qeydiyyat və 30 aprel 2019-cu il tarixli çıxarışın 9/10 hissəsinin də etibarsız hesab edilməli hissəsinin də təmin edilməsi, İddiaçı adına dövlət reyestrində alınmış qeydiyyatın və 30 aprel 2019-cu il tarixli çıxarışın etibarlı hesab edilmiş 9/10 hissəsinin də etibarsız hesab edilməsi, əmlakın mülkiyyətə verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 14000 manatın qaytarılmamış 10500 manatın özünə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, iş üzrə iddiaçılardan Cavabdeh1 cavabdeh İddiaçı mərhum qardaşı X4 həyat yoldaşı, digər iddiaçılar isə mərhum X4 övladlarıdırlar. İddiaçılar hal-hazıradək mübahisələndirilən, Zaqatala şəhəri, Sülh küçəsi 3 saylı evin 24 saylı mənzilində yaşayırlar. Mübahisə predmeti olan, həmin mənzillə bağlı vərəsəlik hüququ əsasında paylar müəyyən olunmaqla xx.xx.2011-ci il tarixli Seriya MA № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Hansı ki, həmin Çıxarış əsasında mübahisə predmeti olan Zaqatala şəhəri, Sülh küçəsi 3 saylı evin 24 saylı mənzili üzrə 6/10 hissə iş üzrə cavabdeh İddiaçı, qalan 4/10 hissəsinin isə 1/10 hissəsi iş üzrə iddiaçıların mərhum ataları Qurban Zitayevin, 1/10 hissəsi mərhum X17 Zitayevin, 1/10 hissəsi digər oğlu Teyyub Zitayevin, 1/10 hissəsi isə mərhum qızı Güldənə Hacıəliyevanın paylı mülkiyyətinə verilmişdir. Bundan sonra mübahisə predmeti olan yaşayış evi ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə açıq hərracda satılması və satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasib bölüşdürülməsinə dair İddiaçı iddiası təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində 4 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********92-05101-093024 olan Zaqatala şəhəri, Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında X14 (1/10 pay), İddiaçı (6/10 pay), X15 (1/10 pay), X9 oğlu (1/10 pay) və X2 oğlu (1/10 pay) adına qeydiyyata alınmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-918/2022 nömrəli qərarından görünür ki, Zaqatala şəhəri Sülh küçəsi ünvanında yerləşən 3 nömrəli evin 24 nömrəli mənzilinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarla müəyyən edilmiş hallardan görünür ki, ilkin mərhələdə hərrac yolu ilə satılmamış mübahisəli əmlak iddiaçıya təklif edilmiş və iddiaçı tərəfindən əmlakın qəbul olunmasına razılıq verilərək, İcra şöbəsinin depozit hesabına digər payçılara ödənilməli olan 4/10 pay müqabilində 14.000 manat pul köçürülmüşdür. Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən müvafiq xx.xx.2019-cu il tarixli akt tərtib edilərək cavabdehə göndərilmiş və cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılaraq ünvan 2 ünvanına dair iddiaçının adına xx.xx.2019-cu il tarixli çıxarış tərtib edilmişdir. Lakin üçüncü şəxslərin iş materiallarında göstərilən iddialarının təmin olunması və qanuna müvafiq şəkildə həyata keçirilmiş növbəti proessual hərəkətlər nəticəsində çıxarış ləğv edilmişdir. Sonrakı mərhələdə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1427/2017 nömrəli iş üzrə İcra vərəqəsinin icrası məqsədilə yenidən hərrac keçirilmiş, bu dəfə təkrarən əmlak satılmadığından iddiaçıya təklif olunmuş, iddiaçı yenidən əmlakın naturada qəbul edilməsinə yazılı razılığını ifadə etmiş, ilkin hərracdan sonra iddiaçı tərəfindən ödənilmiş və ona geri qaytarılmamış məbləğ nəzərə alınmaqla Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilərək əmlak naturada İddiaçı verilmişdir. Aktın təsdiq olunmuş surəti iş materiallarına əlavə olunmuşdur. Buna baxmayaraq cavabdeh inzibati orqan əvvəllər həyata keçirmiş olduğu inzibati praktikaya zidd olaraq, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilməsinin məntiqi sonluğu olan aktı hüquqi əhəmiyyətli sənəd qismində qəbul etməyərək, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir. Halbuki, ilkin prosedur zamanı eyni akt əsasında iddiaçının mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********92-05101-093024 olan Zaqatala şəhəri, Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan görünür ki, ünvan 2-də X25, X14, X21, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X23, Cavabdeh3, Cavabdeh4, İddiaçı qeydiyyatdadırlar. Tədbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin üçüncü hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinin tələbindən görünür ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci madddəsində müəyyən eilmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. 1190-cı maddəsinə əsasən vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur. 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; notariat orqanına ərizə verməklə; vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə həmişə dəyişdirə və ya ləğv edə bilər. 1221-ci maddəsinə əsasən sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı Azərbaycan Respublikası “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratfikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburlliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratfikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununu 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia təmin, sonrakı iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala şəhəri Sülh küçəsi ev 3-də yerləşən 1978-ci ildə tikilmiş, ümumi sahəsi 61,4 kv.m. olan, 4 otaqlı 24 saylı mənzil Balakən Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun 28 fevral 1996-cı il tarixli 05 nömrəli sərəncamı əsasında X13 adına qeydiyyata alınmış və daha sonra həmin mənzil X13 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 16 mart 2001-ci il tarixli vəsiyyətnaməyə əsasən X25 özünə məxsus Zaqatala şəhəri Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli 4 otaqlı mənzili, ev əşyaları ilə birgə qızı İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə iki şahidin iştirakı ilə texniki vasitə olan makinanın köməyi ilə tərtib edilmiş və şahidlər öz imzaları ilə vəsiyyətnamənin doğruluğunu təsdiq etmişdirlər. Vəsiyyətnamə Zaqatala rayon 1 saylı Dövlət Notariat kontorunda tərtib edilmiş və notarius Nəcibə Məmmədova tərəfindən təsdiq edilmişdir. X25 22 yanvar 2011-ci il tarixdə vəfat etmiş və onun İddiaçı, X10, X15, X9, X5 adında vərəsələri qalmışdır. Humay Zitayevanın ölümündən sonra miras qalmış Zaqatala şəhəri Sülh küçəsi ev 3-də yerləşən 1978-ci ildə tikilmiş, ümumi sahəsi 61,4 kv.m. olan, 4 otaqlı 24 saylı mənzilə 05 sentyabr 2011-ci il tarixdə Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında və Qanun üzrə vərəsəlik hüququ haqqında iki şəhadətnamə verilmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən iddiaçı-cavabdeh İddiaçı X11 miras qalmış Zaqatala şəhəri Sülh küçəsi ev 3 də yerləşən 24 nömrəli mənzildən 1/2 hissədə pay almış və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X11 miras qalmış Zaqatala şəhəri Sülh küçəsi ev 3 də yerləşən 24 nömrəli mənzilin digər 1/2 hissəsindən İddiaçı, X14, X15, X9 və X3 pay almışdırlar. 05 sentyabr 2011-ci il tarixdə verilmiş Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Daşınmaz əmlakın Dövlət reyestrində müvafiq qeydiyyat aparılmış və 4 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən Zaqatala şəhəri, Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli mənzildə X14, X15, X9 oğlu, X2 hər birinin payı 1/10 olmaqla və iddiaçı-cavabdeh İddiaçı payı 6/10 olmaqla paylı mülkiyyətləri kimi qeydiyyata alınmışdır. Daha sonra iddiaçıcavabdeh İddiaçı paylı mülkiyyətçisi olduğu Zaqatala şəhəri, Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölüşdürülməsi tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, lakin onun tələbi Zaqatala Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli 2(033)-78/2017 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilərək açıq hərracda satılması və satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasib bölüşdürülməsinə dair İddiaçı iddiası təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi icrası mərhələsində Zaqatala şəhəri, Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli mənzil açıq hərrac vasitəsi ilə satılmadığından iddiaçı-cavabdeh İddiaçı təklif edilmiş və sonuncu əmlakın naturada qəbul edilməsinə yazılı razılığını ifadə etmiş, əmlakın dəyəri qabaqcadan İddiaçı tərəfindən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına qoyulmuş 14000 manat vəsait hesabına ödənmiş və Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilərək əmlak naturada iddiaçı-cavabdeh İddiaçı verilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən İddiaçı tam mülkiyyət hüququ əldə etdiyi Zaqatala şəhəri, Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli mənzillə bağlı hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və buna görə də iddiaçı-cavabdeh Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və xx.xx.2022-ci il tarixli 2-1(116)-918/2022 nömrəli qərar əsasında Zaqatala şəhəri Sülh küçəsi ünvanında yerləşən 3 nömrəli evin 24 nömrəli mənzilinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar əsasında iddiaçı-cavabdehin Zaqatala şəhəri, Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli mənzil üzərində tam mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı-cavabdehin mülkiyyətində olan Zaqatala şəhəri Sülh küçəsi 3 nömrəli evdə yerləşən 24 nömrəli mənzilin əvvəlki mülkiyyətçisi olmuş X11 miras qalmış əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən pay almış vərəsələrindən olan X14 30 iyul 2014-cü il tarixdə vəfat etmiş və onun vərəsələri cavabdehlər Cavabdeh1, X29, X26, Cavabdeh2 və cavabdeh-iddiaçı X16r və həmin şəxslər hazırda Zaqatala şəhəri, Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli mənzildə qeydiyyatdadırlar. İddiaçı-cavabdeh İddiaçı tam mülkiyyətçisi olduğu Zaqatala şəhəri Sülh küçəsi 3 nömrəli evdə yerləşən 24 nömrəli mənzildən ilkin iddia ərizəsi üzrə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh-iddiaçı X24 isə iddia tələbi ilə müraciət edərək Zaqatala şəhəri Sülh küçəsi 3 nömrəli evdə yerləşən 24 nömrəli mənzil barəsində onun mülkiyyətçisi olmuş X25 tərəfindən Zaqatala şəhəri 1 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş vəsiyyətnamənin və həmin vəsiyyətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə ilk olaraq cavabdeh-iddiaçı Cavabdeh3 iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki ümumiyyətlə sözügedən mübahisəli daşınmaz əmlakın hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan da görünür ki, cavabdeh-iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən 16 mart 2001-ci il tarixli vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş şərtlərə riayət edilməklə tərtib edilmiş, yəni vəsiyyətnamə tarix göstərilməklə, xüsusi texniki vasitə olan makinanın köməyi ilə, 2 şahidin iştirakı ilə tərtib edilmiş və Zaqatala 1 saylı Dövlət Notariat Kontorunun notariusu Nəcibə Məmmədova tərəfindən təsdiq edilmişdir. Cavabdeh-iddiaçının iddia tələbinin əsası kimi qeyd etdiyi vəsiyyətnamənin saxta olması iddiasına münasibətdə məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi hallarin məvcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə isə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 16 mart 2001-ci il tarixli vəsiyyətnamənin X13 iradəsini əks etdirməsini və onun tərəfindən imzalanmasını şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda vəsiyyətnamə tərtib edildiyi məqamda X13 fəaliyyət qabiliyyətli şəxs olmaması ilə bağlı məhkəmə qərarı olmamış və onun öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməməsi və öz iradəsini aydın ifadə edə bilməməsi ilə bağlı hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmiş və bu halı məhkəmə araşdırması zamanı da müəyyən etmək mümkün olmamışdır. Ona görə də həmin vəsiyyətnamənin etibarsız əqd olması qənaətinə gəlinməsi mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh-iddiaçının iddia ərizəsində göstərdiyi dəlilləri ilə razılaşmaq mümkün deyil. Məhkəmə sonrakı iddia tələbinin “vəsiyyətnamə əsasında çıxarışın etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi “X13 adından tərtib edilmiş xx.xx.2001-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi” hissəsindən törəmə tələbdir. Məhkəmənin qənaətinə görə, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatın aparılmasına və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş və etibarlı əqd olan 16 mart 2001-ci il tarixli vəsiyyətnamə əsasında tərtib edilmiş Dövlət Notariat Kontorunun 05 sentyabr 2011-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və eyni tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmədən, sonrakı iddia tələbi ilə etibarsız hesab edilməsi tələb olunan çıxarışın mövcudluğu iddiaçının hər hansı hüququnu pozması kimi dəyərləndirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, sonrakı iddia tələbi ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsində qeyd olunan Zaqatala şəhəri Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli mənzilin mülkiyyətçisidir və ilkin iddia tələbi üzrə cavabdehlər onun ailə üzvləri deyildir. Cavabdehlər mübahisəli mənzilin mülkiyyətçisi olmuş və mülkiyyət hüququna xitam verilmiş X6 vərəsələri və ailə üzvləridir. İddiaçı-cavabdeh tərəfindən Zaqatala şəhəri Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli mənzilə tam mülkiyyət hüququ əldə edilməsinə baxmayaraq həmin mənzilin əvvəlki mülkiyyətçisi olmuş X6 vərəsələri olan cavabdehlər həmin mənzildən istifadə edir və yaşayırlar. Məhkəmə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus Zaqatala şəhəri Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli mənzildən cavabdehlərin çıxmamaları iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehlərin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan mənzildən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, ilkin iddia ərizəsi üzrə cavabdehlər həmin mənzildən çıxarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları mülkiyyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşmasına səbəb ola bilər və buna görə də, məhkəmə iddiaçı-cavabdehin mülkiyyət hüquqlarını müdafiə etməklə, cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin müəyyən edilməsini əsaslı hesab edir. İşin hallarından da göründüyü kimi, cavabdehlərin mənzildən istifadə hüququ itirilmişdir. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehlərin mənzildən istifadə hüquqlarının olmadığını iddia edir. İşdən də görünür ki, Zaqatala şəhəri Sülh küçəsi ev 3-də yerləşən 24 nömrəli mənzili dəyərini ödəməklə İddiaçı əldə etmiş, həmin mənzil iddiaçı-cavabdehə məxsusdur və hazırda onun adına daşınmaz əmlakın dövlət reyestr xidmətində rəsmiləşdirilməklə qeydiyyata alınmışdır. Beləliklə, yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə onu da qeyd edir ki, bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehlərin mənzildə qeydiyyatda qalmaları iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən və qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin fərdi yaşayış evindən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi təmin olunmalı, ilkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Zitayev X18 şəhəri, Sülh küçəsi, ev 3, 24 saylı mənzildən çıxarılmalı, cavabdehlərin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməli, ilkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia ərizəsi üzrə iddiaçı sonrakı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və sonrakı iddia üzrə cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X33 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin və həmin vəsiyyətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair sonrakı iddia ərizəsi rədd edilməlidir. İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə və sonrakı iddia ərizəsi təmin edilmədiyindən cavabdeh-iddiaçı Cavabdeh3 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İlkin iddia təmin edilsin. İlkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Zitayev X18 şəhəri, Sülh küçəsi, ev 3, 24 saylı mənzildən çıxarılsınlar. İlkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 ünvanında yerləşən ilkin iddia ərizəsi üzrə İddiaçı Fazil qızının mülkiyyəti kimi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İlkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia ərizəsi üzrə iddiaçı sonrakı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və sonrakı iddia üzrə cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X33 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin və həmin vəsiyyətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair sonrakı iddia ərizəsi rədd edilsin. İlkin iddia ərizəsi üzrə iddiaçı sonrakı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. İlkin iddia üzrə cavabdeh sonrakı iddia üzrə iddiaçı Cavabdeh3 sonrakı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-479/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-479/2023
31.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver